Azərbaycan dilinin dialektoloji lüğəti.

  • BAB

    bab gəlməx’: (Ağdam, Qarakilsə, Şuşa) 1. üstün gəlmək, qalib gəlmək (Ağdam, Şuşa). – Sən mq: bab gələmməzsəη (Ağdam); – Mq: bab gələn hələ anadan olmu

    Tam oxu »
  • BABA

    (Başkeçid, Təbriz, Füzuli) ata. – Babam maηa kitaf alıf (Başkeçid); – Get gör, baban gəldimi öyə? (Füzuli)

    Tam oxu »
  • BABAQULU

    I (Gəncə) boz rəngli mərcan. – Bajımın babaquluları itif II (Gəncə) ilbiz. – Əyə, babaqulunu niyə öldürürsəη, yazıx döymü?

    Tam oxu »
  • BABAYOĞURT

    (Gəncə) yalançı pəhləvan. – Sən nə babayoğurt kimi atılıf tüşürsəη?

    Tam oxu »
  • BABILBAS

    (İmişli) şayiə ◊ Babılbas aparmağ (İmişli) – şayiə yaymaq. – Fatma babılbas aparır, ya:nı şa:ya aparır

    Tam oxu »
  • BABLİTMƏĞ

    (Lerik) böyütmək

    Tam oxu »
  • BACA

    I (Biləsuvar, Təbriz, Yardımlı) pəncərə. – Bacanı ört (Biləsuvar); – Bacanın üssündə çirax asılmışdı (Təbriz) II (Culfa) taxça III (Balakən) bacanaq

    Tam oxu »
  • BACĞUN

    (Zaqatala) şax, ağacın kəsilmiş nazik budaqları. – Bacğun tök, təndir yaxşı qızarsın

    Tam oxu »
  • BAD

    I (Basarkeçər, Bərdə, Gəncə, Naxçıvan, Şərur, Yevlax, Zəngilan) 1. təndir qurmaq üçün tərkibinə keçi qılı qatılmış sarı torpaqdan hazırlanan palçıq (G

    Tam oxu »
  • BADA

    (Zaqatala) əmiarvadı, əmidostu. – Bada, acmışam, bir az yemək ver

    Tam oxu »
  • BADADİK

    (Zəngibasar) ot adı

    Tam oxu »
  • BADAĞ

    (Ucar) badalaq ◊ Badağ qurmağ – badalaq vurmaq, badalaq gəlmək. – Bı ko: döylü, adama badağ qurur

    Tam oxu »
  • BADAĞLAMAĞ

    (İmişili) uzağa qaçmamaq üçün heyvanın iki ayağını bir-birinə bağlamaq. – Ə:, qoyunu badağlamamısan, quzu əmmeyib?

    Tam oxu »
  • BADAX

    I (Xaçmaz, Quba, Qusar) camış balası. – Badax gəlmədi (Quba) II (Zaqatala) mis qab III (Gəncə, İmişli, Qazax) uzağa qaçmamaq üçün quşların, heyvanları

    Tam oxu »
  • BADAXLAMAX

    (Qazax) badalaq vurmaq. – Uzun adamı tez badaxlıyıf yıxmağ olar

    Tam oxu »
  • BADAL

    (Təbriz) yalançı. – Badal adamnara hörmət eləmirdilə

    Tam oxu »
  • BADALĞA

    (Gədəbəy) kələk ◊ Badalğa gəlməx’ – kələk gəlmək, aldatmaq. – Mq: badalğa gələmməssəη sən

    Tam oxu »
  • BADAMAĞ

    (Cəbrayıl, Əli Bayramlı, İmişli, Qarakilsə) bax badağlamağ. – Qoyunu badıyın, qaçmasın (İmişli); – Apar quzını bada, gə bıra (Qarakilsə); – Qoyun quzu

    Tam oxu »
  • BADAMCAN

    (Kəlbəcər) bağlarda bitən cır ərik. – Badamcanın çağlası çox acı olur

    Tam oxu »
  • BADANA

    (Qazax) işsiz, boş. – Badana adam dağaetməz ◊ Badana e:rə (Qazax) – əbəs yerə, boş yerə. – Badana e:rə burda nə:zersəη?

    Tam oxu »
  • BADAR

    (Kəlbəcər, Qarakilsə) kiçik əkin sahəsi. – Bu badar görəsən kimindi? (Kəlbəcər)

    Tam oxu »
  • BADARBUCAX

    I (Bərdə, Mingəçevir) dağınıq, pərakəndə. – Evin şeyləri badarbucaxdı (Bərdə) II (Qarakilsə) yanaşı, bir-birinə yaxın

    Tam oxu »
  • BADDAXLI

    (Ağdam, Göyçay) palçıqlı. – Ayağı baddaxlı hara girirsən? (Ağdam)

    Tam oxu »
  • BADDAMAC

    (Şamaxı) yaxşı bişirilməmiş ◊ Baddamac eləməy (Şamaxı) – yaxşı bişirməmək. – Quymağı baddamac elədün, biz yimiyəcöüg

    Tam oxu »
  • BADĞIR

    (Şuşa) dudkeş

    Tam oxu »
  • BADIC

    (Bakı) uzunboğaz corab

    Tam oxu »
  • BADIQUŞ

    (Qax) eybəcər

    Tam oxu »
  • BADIMAX

    (Qazax) suyun qarşısını kəsmək

    Tam oxu »
  • BADIRĞA

    (Çənbərək) ot biçmək üçün ayrılan sahə. – Sədir, bizə badırğanı nə vaxt verəçəx’siηiz?

    Tam oxu »
  • BADIRĞALANMAX

    (Çənbərək) soyumaq, həvəsdən düşmək. – Nərman işdən badırğalandı, da: <daha> işdiyəmmir həməşəki kimi

    Tam oxu »
  • BADIRQAYI

    (Ağbaba) vəhşi. – Elə bil badırqayı böyyüf

    Tam oxu »
  • BADIŞ

    I (Ağdam, Bərdə, Borçalı, Füzuli, Hamamlı, Qazax, Şərur) başqaları ilə dəyişik düşməmək üçün toyuğun ayağına tikilən əski parçası, nişan

    Tam oxu »
  • BADIŞDAMAX

    (Borçalı) başqaları ilə dəyişik düşməmək üçün toyuğun ayağına əski parçası (nişan) tikmək. – Töyugü badışdıyıllar ki, qonşunkuynan dəyişix’ tüşməsin

    Tam oxu »
  • BADİ

    (Quba) saxsı nimçə. – İkimizi bir badi aş doydurmaz

    Tam oxu »
  • BADİÇƏ

    (Oğuz) mis piyalə. – A:z, ma: bir badiçə gət, doğrama yi:jəm

    Tam oxu »
  • BADİRİNC

    (Naxçıvan) gözəl qoxulu göyərti növü

    Tam oxu »
  • BADİY

    (Qax) bacı. – Badiy, Qullu <Güllü> badiy evdədimi?

    Tam oxu »
  • BADİYAN

    (Başkeçid) nanə

    Tam oxu »
  • BADİYƏ

    (Quba, Şəki) 1. saxsı piyalə (Quba) 2. qulpsuz mis qab, badya. – İnəx’dən bir badiyə süt sağdim (Şəki)

    Tam oxu »
  • BADKEŞ

    I (Gəncə, Qazax, Şuşa, Tərtər) müalicə məqsədi ilə xəstənin kürəklərinə qoyulan banka, stəkan, küpə. – Söyuxdəymənin birimci dərmanı badkeşdi (Gəncə);

    Tam oxu »
  • BADRİC

    (Ordubad) dərman bitkisi adı. – Mədədə daş olanda badricin suyun sıxıb, xəsdiyə verillər

    Tam oxu »
  • BADYANNIX

    (Şamaxı) dustaq üçün evdən aparılan xörək, yeməli şeylər. – Həsən üçün dünən qazamata badyannıx aparmışdım

    Tam oxu »
  • BAFA

    (Ağdam, Bərdə, Cəbrayıl, Füzuli, Gədəbəy, İmişli, Qarakilsə, Qazax, Quba, Oğuz, Salyan, Şəki, Şəmkir, Tovuz, Zəngilan) 1

    Tam oxu »
  • BAFARD

    bafard eləməx’: (Çənbərək) dözmək, davam gətirmək. – Göhcənin qoyunu burda bafard eləmir

    Tam oxu »
  • BAFDA

    (Hamamlı, Qazax) 1. əlvan parçadan paltara tikilən haşiyə (Qazax) 2. zərli parça adı (Hamamlı). – Bafda dingiyə həm gözəllix’ verirdi, həm də onu saxl

    Tam oxu »
  • BAFYA

    (Göyçay) bax bayxa

    Tam oxu »
  • BAFYALAMAX

    (Göyçay) xırda və seyrək tikişlə tikmək

    Tam oxu »
  • BAGIYA

    (Mingəçevir) qız evi ilə oğlan evi arasında bağlanan müqavilə, şərt

    Tam oxu »
  • BAĞA

    (Basarkeçər, İmişli, Qazax) atın topuğunda əmələ gələn xəstəlik adı. – Bağa atın dırnaı:nnan bir az yuxarı, büküx’də olur, dırnaı uzanır tüşir (Basark

    Tam oxu »
  • BAĞABURCU

    (Çənbərək) ağacda əmələ gələn mamır. – Biyil palıd ağacında heyvərə bağaburcu əmələ:lif

    Tam oxu »