Azərbaycan dilinin dialektoloji lüğəti.

  • CÖCƏK

    (Göyçay) aşığın çuxur üzü

    Tam oxu »
  • CÖCƏQAN

    (Bakı) əqrəb. – Dünənnəri bağda barmağımı cöcəqan sancdı

    Tam oxu »
  • CÖCÜ

    (Bakı) bax cacu. – Uşaxlar iki dənə cöcü tutublar lap yekə

    Tam oxu »
  • CÖƏCƏ

    (Tovuz) mis piyalə, mis kasa. – O unnan iki cöəcə bu taxılnan dəyişərsiηizmi?

    Tam oxu »
  • CÖ:ĞA

    (Daşkəsən, Gədəbəy, Xanlar) bax co:ğa. – Bu sa:t çox cö:ğalar var: Alılar, Qazaxlı, Donqarrı, Topallı (Daşkəsən); – Bu kətdə çox cö:ğalar olur (Gədəbə

    Tam oxu »
  • CÖH

    (Oğuz) qoyun südündən hazırlanan ağartı adı. – Cöh yaxşı yiməli şeydi

    Tam oxu »
  • CÖHƏR

    (Zəngilan) mürəkkəb. – Bı şüşüyə bir az cöhər tök

    Tam oxu »
  • CÖHƏRRİ

    (Şəmkir) güclü

    Tam oxu »
  • CÖJ

    (Ağcabədi, Tərtər) bax cöz

    Tam oxu »
  • CÖJMƏX’

    (Mingəçevir) bax cejəx’

    Tam oxu »
  • CÖLƏMBƏR

    (Meğri) xortdan

    Tam oxu »
  • CÖMÜŞÜX’

    cömüşüy oturmax: (Hamamlı) çömbəlmək

    Tam oxu »
  • CÖNGƏLƏ

    cöngələ qalmax: (Göyçay) qıyılmaq (gözə aid)

    Tam oxu »
  • CÖNÜK

    (Əli Bayramlı) qovun növü

    Tam oxu »
  • CÖY

    cöy olmax: (Borçalı) qıc olmaq. – Qıçım cöy oluf

    Tam oxu »
  • CÖYĞA

    (Daşkəsən, Xanlar) bax co:ğa. – Biz Oruşdu cöyğasıyıx (Daşkəsən); – Seyiddər tayfası bir cöyğadı (Xanlar)

    Tam oxu »
  • CÖYİR-CÖYİR

    cöyir-cöyir gezmeg: (Bakı) boş-boş gəzmək

    Tam oxu »
  • CÖYÜZ

    (Borçalı, Çənbərək, Daşkəsən, Gədəbəy, Gəncə, Goranboy, Qazax, Tovuz) bax cəviz. – İsdəyirəm ki, gedəm bir az cöyüz yığam (Qazax)

    Tam oxu »
  • CÖZ

    (Bərdə, Borçalı) bağırsaq

    Tam oxu »
  • CÖ:Z

    (Bakı, Bərdə, Daşkəsən, Goranboy, Şəmkir, Tovuz) bax cəviz. – Gətdiyim cö:zün çoxu çətənədi (Daşkəsən); – Mənim bir cö:z ağacım var (Tovuz)

    Tam oxu »
  • CUANƏK

    (Bakı) dovşan balası

    Tam oxu »
  • CUCAR

    (Qarakilsə) zəmini biçərkən sıraya düzülmüş adamların axırıncısı

    Tam oxu »
  • CUCUQ

    (Cənubi Azərbaycan) bax cajıx

    Tam oxu »
  • CUDAM

    (Başkeçid, Borçadı, Qazax) ağılsız. – Cudam adam düşünmədən danışar (Borçalı)

    Tam oxu »
  • CUL

    cula salmax: (Başkeçid, Borçalı) əlavə toxum səpmək. – Bosdanım seyrəx’ pitif, gərəx’ cula salam (Borçalı)

    Tam oxu »
  • CULAŞA

    (Şəmkir) qohum. – Uğuzdarnan Zeynallar bir-birinən culaşadı

    Tam oxu »
  • CULAZ

    I (Şamaxı) bax cılız I. – Rahman yaman culazzi II (Ucar) yoxsul. – Burda hindi culaz adam tapammassan III (Gədəbəy, Kürdəmir, Saatlı, Sabirabad, Şamax

    Tam oxu »
  • CULFAÇI

    (Şəki) yun şal, şalvar, pencək və s. toxuyan. – Qavaxlar kəntdə yunnan şal toxuyana diyərdilər culfaçı

    Tam oxu »
  • CULLAB

    (Lənkəran) suda isladılmış quru meyvə

    Tam oxu »
  • CULOY

    (Qazax) bax ciloy II. – Öküzdəri culoya qoş, harava ağırdı, kallar aparammer

    Tam oxu »
  • CULU

    culu barmağ: (Biləsuvar) çeçələ barmaq. – Ayağımın culu barmağı suluğlıyıbdı

    Tam oxu »
  • CULUMBAY

    (Gədəbəy) məskənsiz “adam”

    Tam oxu »
  • CULUMPAY

    (Qazax) bax culumbay. – Yeri-yurdu bəlli olmayan adama culumpay de:rix’

    Tam oxu »
  • CULUZ’

    (Quba) bax cılız I. – Uşağ nüş belə culuz ulıb?

    Tam oxu »
  • CULUZ

    (Cəlilabad, Əli Bayramlı, Göyçay) bax culaz III

    Tam oxu »
  • CULVA

    (Şəki) iki əkin sahəsinin arasından keçən arx. – Qajdən ayrıf culviyə su salırsan, apa:rsan yerin əyağına sulamağ üçün

    Tam oxu »
  • CUMAXATAN

    (Bakı) yorğan-döşək üçün divar şkafı. – Dur yorğan-döşəgi yığ cumaxatana

    Tam oxu »
  • CUMBAZDAMAĞ

    (Quba) yeyin qaçmaq

    Tam oxu »
  • CUMBU

    (Ağdam) çöl quşu adı

    Tam oxu »
  • CUMBUL

    I (Şəki) qoma <meyvədə>. – Bi cumbul ba:lını verdi maηa II (Şəki) damcı. – Gözünnən cumbul da yeş çıxmadı

    Tam oxu »
  • CUMBUL-CUMBUL

    (Şəki) damcıdamcı. – Gözünnən yeş cumbul-cumbul axıf töküldü

    Tam oxu »
  • CUMBULLAMAX

    (Şəki) qoma-qoma qoparmaq. – Uşaxlar budaxları cumbulladılar

    Tam oxu »
  • CUMBUT

    (Xanlar) düşüncə. – Oğul, cumbutun varsa, yaxşı oxu

    Tam oxu »
  • CUMCULUĞ

    (Cəlilabad) tamamilə. – Yağış tökib isladıb bizi, cumculuğ sudı ◊ Cumculuğ olmax (Cəbrayıl, Şahbuz) – tamamilə islanmaq

    Tam oxu »
  • CUMXUR

    (Ağdam, Bakı, Cəbrayıl) 1. cəmi (Ağdam, Bakı) 2. birlikdə (Cəbrayıl). – Hamısı cumxur işdiyirdilər (Cəbrayıl)

    Tam oxu »
  • CUMLAX

    (Qax) uçurum

    Tam oxu »
  • CUN

    (Quba) tikan

    Tam oxu »
  • CUNUK

    (Quba) tənbəl. – Qalxozumuzda heç cunuk adam yuxdu

    Tam oxu »
  • CUR

    I (Ağcabədi, Ağdam, Kürdəmir) çöl quşu adı. – Cur yeməli quş degil (Kürdəmir) II (Mingəçevir) həşərat adı III (Kürdəmir) şərik

    Tam oxu »
  • CURBAŞ

    (Qax) qıvrımsaç

    Tam oxu »