Azərbaycan dilinin dialektoloji lüğəti

Cəmi – 17548, məqalələr «Dİ» – 181
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
DA DE DI DO DU
 

DİBAX

(Ordubad) mövsümün sonunda yığılan yemiş

DİBCİK

(Lənkəran) qazanaltı. – Dibciyi qoy qazanın altinə

DİBÇİL

(Əli Bayramlı) qoşulan öküzlərin kotan tərəfdən birinci cütü

DİBÇÖVİRƏN

(İrəvan) tənəkə qabların qırağını qatlamaq üçün istifadə olunan alət. – Ədə, get Kərimgildən dibçövirəni al gəti

DİBƏLƏG

(Lerik) çoxbilmiş. – Kiçik olmağına baxma, yaman dibələg uşağdu

DİBƏX’

(Ağbaba, Basarkeçər, Cəbrayıl, Füzuli, Göyçay, Kürdəmir, Ordubad, Şahbuz, Zaqatala) bax dibəy. – Qız, bı bibarı apar dibəx’də döy gəti (Ordubad). – Apar bı çəltiyi dibəx’də döy gəti (Cəbrayıl). – Dügüni, bığdanı dibəx’də qabığın alıp pişirrik (Kürdəmir); – Dibəx’ kiloyarım, iki kiloy taxıl apara bilər (Basarkeçər); – Dibəx’də duz döyüllər (Şahbuz)

DİBƏY

(Naxçıvan) 1. duz, yarma, çəltik və s. döymək üçün içi oyulmuş daş və ya kötük 2. həvəngdəstə. – Ay Fatma, dibəyinizi ver, bir az duz döyüm

DİBLƏMƏG

(Lənkəran) plovun yanmaması üçün qazanın altını palçıqla suvamaq, şirələmək. – Qari çölməyi dibli:r

DİDAR

(Şamaxı) imkan. – Didarım yoxdu

DİDAVAN

(Qafan) ilk cücə, yumurtadan birinci çıxan cücə. – Sarı toyuğun altda on iki yumurta qoymuşdum, didavanı göründü, beyjə hamısı çıxar

DİDDƏMƏK

(Kürdəmir) deşmək

DİDDİ

(Kəlbəcər) ağcaqanad. – Zalım oğlunun diddisi yatmağa qoymur

DİD

did vırmağ: (Kürdəmir, Qəbələ) 1. cücərmək (Kürdəmir). – Arpa yenicə did vırıb 2. deşmək (Qəbələ). – Cücə yumurtıya did vırıp

DİDDİLİ

(Ağdam, Bakı, Bərdə, Kürdəmir, Laçın, Oğuz) bax diddi. – Kür qırağında diddili çox olur (Bərdə)

DİDEY

(Zaqatala) böyük qardaşa müraciətlə deyilən söz

DİDƏ

(Quba) ana. – Didə, çüreg vər mənə

DİDƏBAN

(Şamaxı) tüfəngin nişangahı. – Bu tüfəngin didəbanı çox balacadı

DİDİNTİ

(Qazax) yun qırıntısı, qalığı. – Bu yun nə: lazımdı, hamsı didintidi

DİDİY

(Zaqatala) ata. – Mənim didiyim şofir işdiyir

DİDMƏ

(Zəngilan) yumrulanıb qurudulmuş mal nəcisi. – Didmə sajın altda yaxşı yanır