Azərbaycan dilinin dialektoloji lüğəti

Cəmi – 17548, məqalələr «DU» – 47
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
DA DE DI DO DU
 

DURATUTMAZ

(Şəki) əsassız, yerliyersiz. – Duratutmaz danışma

DURMA

(Şamaxı) durğun, axmaz. – Su:- mız durmadı

DURMƏ:LDİDƏN

(Qazax) qəfildən, gözlənilmədən. – Durmə:ldidən şilleynən vurdu gədeyi

DURSUM

(Qax) bağlama. – Anasının oğadar xırda dursumları var

DURUĞ

duruğ danışmax: (Lənkəran) yerli-yersiz danışmaq. – Belə duruğ danışır ki

DURULAMAĞ

(Cəlilabad, Çənbərək) taxılı sovuraraq təmizləmək. – Yeldə taxılı duruladı Əkbər (Çənbərək); – Əlimiznən savrığı atarduğ, bığdanı durulardığ (Cəlilabad)

DURUM

(Bakı) quyu dibinə çökmüş palçıq

DURZAN

(Dərbənd) sürü. – Bir durzan qoyunim var indi

DUSƏR

(Kəlbəcər) külüng

DUŞBALAN

(Xanlar) aşsüzən. – Duşbalan oluf bizdə, indi də işdənir

DUVAX

I ( Ağdam, Cəbrayıl, Naxçıvan) bax doax. – Duvağı bəri qoy, kündəni yasdılıyım (Ağdam); – Usduya bir duvax qayıtdırın canı:z qutarsın (Cəbrayıl) II (Oğuz, Şəki) qız ərə gedəndən bir neçə gün sonra düzəldilən gəlingörmə mərasimi

DUY

(Oğuz, Şəki) key. – Elə duy adamdı ki, on dəfə di:rsən, gənə də başa düşmür (Şəki)

DUYAX

(Bolnisi) bax doax

DUYDUX

(Oğuz, Təbriz) 1. hülqum. – Qurt qoyunun duyduğunnan tutur, parçalayır, so:ra yi:r (Oğuz) 2. nəfəs borusu. – Xoruzun duyduğun uşaxlar çalıllar; – Heyvan duyduxdan nəfəs alır (Oğuz); – Heyvanın duyduğun çıxardıb əlində gəzdirirdi (Təbriz)

DUZDAX

I (Bakı, Gədəbəy, Qazax, Qarakilsə) heyvanlara duz verilən yer. – Hər axşam mal-qara duzdağə:ley örüşdən (Gədəbəy); – Yoldaşıma dedim, ə:, sən bı duzu gəti duzdaxda verəx’ qoyuna (Qarakilsə) II (Zəngibasar) tələ. – Duzdax təliyə de:rix’ biz

DUZDUX

(Qax) duz torbası

DUZ

duz günü: (Göyçay, Kürdəmir, Zəngilan) bazar ertəsi. – Duz günü işə başdıyrux (Kürdəmir); – Böyün duzdu, sə:r təx’di (Zəngilan) Duz qoymağ (Saatlı) – hirsləndirmək