Azərbaycan dilinin dialektoloji lüğəti.

  • KEB

    (Qax) evin bünövrəsi. – İməçi eli:p keb qoyırıx

    Tam oxu »
  • KEC

    (Salyan) tərs, inadkar ◊ Keç düşmeg (Bakı) – ləcləşmək, düşmən kəsilmək. – Heç nedən kec tüşdi məniynən

    Tam oxu »
  • KECEGƏN

    (Qax) bax keseyən. – Kecegənnən törən torba deşən oliy?

    Tam oxu »
  • KECƏ

    (Meğri) meşədəki ağaclarda qurumuş mamırlı budaq. – Xeyrənsə, çatı gəti bu kecəni sındırım

    Tam oxu »
  • KECƏL

    (Tabasaran) ağac gövdəsində əmələ gələn mamır. – Havu teregin gevdəsin kecəl basutdu

    Tam oxu »
  • KE:Cİ

    (Şəki) bax keji. – Baramanı bişirisən, sora oluy imişax, una diyillər ke:ci

    Tam oxu »
  • KECİ

    I (Culfa, Göyçay, Oğuz, Ucar, Zaqatala) 1. b a x keji (Göyçay, Ucar, Zaqatala). – Keci baramadan olur (Culfa) 2

    Tam oxu »
  • KEÇƏBÖ:RÜX’

    (Hamamlı) məzhəkəçi, təlxək. – Kəndirbazın yanında keçəbö:rüx’ olor, cama:tın başını qater

    Tam oxu »
  • KEÇƏLƏĞAZEG

    (Dərbənd) sağsağana oxşar əti yeyilən quş. – Səməndər tüfəngnən keçələğazeg vurmağa kitədü

    Tam oxu »
  • KEÇƏLƏT

    (Ağcabədi, Bərdə, Cəlilabad, İmişli, Kürdəmir) keçid. – Keçələt oradı, körpi yoxdi (Cəlilabad); – Keçələtdən bağa keçirix’ (Bərdə)

    Tam oxu »
  • KEÇƏMCEG

    (Dərbənd) üzüm növü, uzun giləli üzüm. – Şahmarxanın bağında keçəmceg üzümi çux uladı

    Tam oxu »
  • KEÇƏNƏCƏK

    (İmişli) yaşayış, güzəran. – Keçənəcəgimiz sağlığıva yap yaxşıdı

    Tam oxu »
  • KEÇƏPAPAX

    (Şəmkir) təlxək, məzhəkəçi. – Keçəpapax əlliki <əlli iki> oyun çıxardır, adamı güldürür

    Tam oxu »
  • KEÇƏPİÇAX

    (Meğri) qəddar, zalım. – Əlesgar kimin keçəpiçax adam Nüyədidə yux idi

    Tam oxu »
  • KEÇİƏMCƏYİ

    (Ağdam, Bakı, Cəbrayıl, Göyçay, Mingəçevir, Ucar) uzun giləli üzüm növü. – Bizim bağda keçiəmcəyi çoxdu (Cəbrayıl)

    Tam oxu »
  • KEÇİQIRAN

    I (Bakı, Qazax, Şamaxı, Tovuz) martın sonu, aprelin əvvəli (vaxt). – Keçiqıran vaxdı bərk naxoşdamışdım (Bakı) II (Culfa, Salyan) soyuq

    Tam oxu »
  • KEÇİMƏMƏSİ

    I (Basarkeçər) kökü yeyilən bitki. – Gəlin gedəyin keçiməməsi yığıf yemə: II (Cəbrayıl) bax keçiəmcəyi

    Tam oxu »
  • KEÇİPAPAX

    (Ucar) bax keçəpapax. – Keçipapax camahatı çox güldürdü

    Tam oxu »
  • KEÇİRDMƏ

    (Quba) paltara düymə əvəzinə tikilən qarmaqcıq. – Dunun keçirdmələri dəmirdü, bərk uladu

    Tam oxu »
  • KEÇKEÇİ

    (Başkeçid, Borçalı, Hamamlı, Qazax) kol növü. – Keçkeçidən çalğı kəsəllər qapı-baceyi süpürməyə (Hamamlı); – Bı arada meşədə keçkeçi olor (Borçalı)

    Tam oxu »
  • KEFNƏX’

    (Cəbrayıl) hərdəmxəyal

    Tam oxu »
  • KEJİ

    (Bərdə) bişirilmiş barama. – Barama pişir, olur keji

    Tam oxu »
  • KEKİŞMƏX’

    (Şərur) yarışmaq, ötüşmək (qaçışda)

    Tam oxu »
  • KEKLİTARAX

    (Zaqatala) şanapipik. – Səhər tezdən keklitarax bizin məhlədə namaz qılırdı

    Tam oxu »
  • KER

    (Yardımlı) dağın döşü. – Uşəğ kerdən yıxılıb

    Tam oxu »
  • KESEYƏN

    (Şəki) siçan. – Bö:rdən görür ki, quyu:n ağzınnan keseyən baxiy

    Tam oxu »
  • KESİX’

    (Qax, Şəki) 1. qohum (Şəki). – Özü də bizim kesix’di 2. övlad (daha çox qıza aiddir) (Qax). – Menin də bi kesix’ olsaydi dərtmi olardı?

    Tam oxu »
  • KEŞ

    I (Quba) dərə. – Yağuşda keşdən su axub gələdü II (Füzuli, Meğri, Zəngilan) nəm. – Yeri keş əkəndə yaxşı bığda olur (Zəngilan); – Nə çox quru olmasın,

    Tam oxu »
  • KEŞAN

    (Füzuli) oturacağı yastı mis qab, qablama. – Keşana sağırıx südü Keş döyməx’ (Mingəçevir) – bitkilərin dibini yumşaltmaq

    Tam oxu »
  • KEŞƏLMƏX’

    (Ordubad) yumşalmaq. – Çörəyi isladırıx, so:ra u keşəlir

    Tam oxu »
  • KEŞƏVƏND

    (Quba) məhəccər

    Tam oxu »
  • KEŞGAL

    I (Qax, Ucar) bax keşqal. – Qalxozçular keşgal qazır (Ucar); – Bayaxdan çəltiy əkəllərdi, suaran su arxlarına keşgal di:llərdi (Qax) II (Zaqatala) bir

    Tam oxu »
  • KEŞGƏ

    (Bakı, Cəbrayıl, Salyan, Cəlilabad, Mingəçevir) kaş, kaş ki. – Asdan əmi keşgə ölmeydi (Cəlilabad); – Keşgə onu aleydım (Cəbrayıl)

    Tam oxu »
  • KEŞGƏL

    (Bərdə, Göyçay, Şəki, Ucar) bax keşqal. – Keşgəldən hayatıma suə:lir (Bərdə); – Qajdən ayriliy keşgəllərə su (Şəki); – Keşgəli aşdım, bağ sulandı (Uca

    Tam oxu »
  • KEŞGİL

    (Borçalı) bax keşqal

    Tam oxu »
  • KEŞİX’

    (Borçalı, Kəlbəcər) muzd olaraq çobana verilən (keçmişdə) hər 25 qoyundan biri. – Keşiyi çovan kəsiv yiyə də bilər, sata da bilər

    Tam oxu »
  • KEŞİR

    (Təbriz) yerkökü. – Kələmi yığannan so:ra yerində keşir əkirdux

    Tam oxu »
  • KEŞKƏL

    I (Ağdaş, Göyçay, Mingəçevir) bax keşqal. – Həyətimizdən keşkəl gedir (Ağdaş) II (Füzuli) yaylağa gedənin evinə, əkininə baxan, nəzarət edən

    Tam oxu »
  • KEŞQAL

    (Bərdə, Göyçay, Mingəçevir, Ucar) kiçik arx. – Keşqaldan gələn su yannara dağılır (Mingəçevir); – Bı keşqalı təzədən qazajam (Ucar)

    Tam oxu »
  • KEŞQAN

    (Göyçay) gicitkən

    Tam oxu »
  • KEŞNİ

    (Füzuli) naxış. – Nə qədər çətin keşni desən toxuyur

    Tam oxu »
  • KETBAX

    (Dərbənd) bel <alət adı>. – Biz bəl də diyədüg, ketbax da diyədüg

    Tam oxu »
  • KEVƏ

    (Meğri) bir ili tamam olmamış ayı balası. – Şükür dayim çuban ulanda iki kevə tutmuşdu

    Tam oxu »
  • KEY

    key olmax: (Ağdaş, Mingəçevir) dağ olmaq. – Yağ key olub (Ağdaş)

    Tam oxu »
  • KEYDAR

    keydar olmax: (Çənbərək) əldən düşmək, yorulmaq. – Gejə savağatan keydar oldum səni yözdəməhdən, oğul!

    Tam oxu »
  • KEYVANİ

    (Dərbənd) aşpaz. – Aşi pişirən yağ ular, keyvani yüzi ağ ular; – Keyvani keyvanidən yəxşi ulanda süttü aşa suğan duğrar

    Tam oxu »
  • KEYVƏ

    (Biləsuvar) qarı, qoca arvad

    Tam oxu »
  • KEYVƏND

    I (Basarkeçər, Yardımlı, Qazax) içi ot və ya samanla doldurulub çul əvəzinə işlədilən palaz. – Örkəni bərh çək keyvənd tərpənməsin (Basarkeçər); – Key

    Tam oxu »
  • KEYVƏNİ

    (Cəlilabad, Masallı) qarı, qoca arvad. – Keyvəni, bizə qonağ olursan? (Masallı)

    Tam oxu »
  • KEYVİR

    (Çənbərək, Qazax) soyuq; sərin. – Daş bulağın suyu keyvirdi (Çənbərək)

    Tam oxu »