Azərbaycan dilinin dialektoloji lüğəti.

  • MOC

    (Başkeçid, Borçalı, Culfa, Gəncə, Ordubad) bax maj I. – Mən mocı tutdum (Culfa)

    Tam oxu »
  • MOÇ

    (Dəvəçi, Quba) bax maş. – Bu il yaxşı moç yığduğ (Quba)

    Tam oxu »
  • MOÇA

    (Bakı) aşıq. – Moçan var, gəl moça-moça oynıyağ

    Tam oxu »
  • MOÇA-MOÇA

    (Bakı) aşıq-aşıq oyunu. – Gəlin moça-moça oynıyağ

    Tam oxu »
  • MOÇAM

    (Qarakilsə) bax maça III. – Bir cüt moçamnı qoyunmuz vardı, moçamnarı barmax kimi sallanırdı

    Tam oxu »
  • MOÇAN

    (İmişli, Sabirabad) bax maça III

    Tam oxu »
  • MOÇAR

    (Şərur) ağacın xırda kökləri

    Tam oxu »
  • MODA

    I (Cəbrayıl, Zəngilan) ot topası. – Beş-altı modadan bir taya əmələ gəlir (Cəbrayıl) II (Oğuz) iri qoz

    Tam oxu »
  • MODAŞA

    (Çənbərək) mədə. – Oğul, savaxdannan tıxırsan, modaşana bir şey olmadımı?

    Tam oxu »
  • MODUFLANMAX

    (Çənbərək) xarab olmaq, sıradan çıxmaq. – Kəndin qırağındakı yol moquflanıf

    Tam oxu »
  • MODUX

    I (Şəki) 800 qr-lıq ipək sarğı. – Moduxları maşınnara dolduruf göndərillər böx’ şə:rrərə II (Çənbərək, Hamamlı) yeralmasına oxşar bitki adı

    Tam oxu »
  • MODULAMAX

    (Çənbərək) haylamaq. – Eşşəyi modula yeyin gessin

    Tam oxu »
  • MODYAM

    I (Ağbaba, Basarkeçər, Borçalı, Hamamlı, Qazax) ortaq, şərik. – Mürsəl Murtuznan modyamdı (Ağbaba); – Əli, gə modyam olax (Basarkeçər); – Şərikli yer

    Tam oxu »
  • MOĞRUĞ

    (Əli Bayramlı) bax mığro

    Tam oxu »
  • MOJ

    I (Ordubad) bax maj I. – Xışın əltutan yerinə moj deyərıx (Ordubad) II (Salyan) silə, ağızbaağız. – İskanı nöhün moj doldordın?; – Kür moj qalxıb

    Tam oxu »
  • MOQU

    (Gədəbəy) kartof. – Ə:rvat, bir beş-on moqu asıηnan so:utma

    Tam oxu »
  • MOQUF

    moquf eləməx’: (Qazax) tərk etmək, başlı-başına buraxmaq. – Bosdanı moquf elədix’, ta soylufdu (Qazax) Moquf olmağ (Bakı) – yox olmaq

    Tam oxu »
  • MOLLA-MOLLA

    (Ağdam) uşaq oyunu adı

    Tam oxu »
  • MOLLABAŞ

    (Gədəbəy) yeyilən yabanı bitki adı

    Tam oxu »
  • MOLLABAŞI

    (Barana, Borçalı, Laçın, Şuşa) 1. b a x mollabaş (Barana, Borçalı, Şuşa); – Mollabaşı div tutor (Borçalı); – Mollabaşının çiçəyi göy olur, özü də yemə

    Tam oxu »
  • MOLLABOŞA

    (Füzuli) payızda əkin yerində bitən və yanacaq kimi istifadə olunan bitki. – Gedəx’ zəmiyə mollaboşa yığax

    Tam oxu »
  • MOLLAHARAY

    (Şuşa, Zəngilan) uşaq oyunu adı

    Tam oxu »
  • MOLLAQUŞ

    (Zaqatala) quş adı. – Mollaquşlar gəliblər

    Tam oxu »
  • MOLLAQUŞU

    (Oğuz) bax molaquş. – Mollaquşu cür-cücü, dən-dün ağzına nə gəlsə yi:r; – Mollaquşu su qıraxlarında olur

    Tam oxu »
  • MOLLAPAŞA

    (Şəmkir) yeyilən yabanı bitki adı. – Mollapaşa saf yaxıcca ye:lir

    Tam oxu »
  • MOLLATÜTƏK

    (Salyan) yayda su üzərində uçan cücü. – Mollatütək yayda olar; – Mollatütəgi naqqa balığ, su bağası yiyir

    Tam oxu »
  • MONÇAĞ

    (İmişli) qoyunun (və ya keçinin) boğazından sallanan bir cüt vəzi

    Tam oxu »
  • MONÇAM

    (Qazax, Sabirabad) bax monçağ

    Tam oxu »
  • MOR

    I (Cəbrayıl, Culfa) zəncir taxmaq üçün boyunduruğun ortasına keçirilmiş dəmir. – Öküz güc verdi, mor qırıldı (Cəbrayıl) II (Qarakilsə, Naxçıvan) yetiş

    Tam oxu »
  • MORA

    (Ağdam, Culfa, Naxçıvan, Ordubad, Şahbuz) kiçik arx. – Biz, məsəl üçün, əkin əkir, cız çəkəndə ona mora de:rix’ (Ağdam); – Zəmidə mora çəkillər (Naxçı

    Tam oxu »
  • MORANNAMAX

    (Şərur) yenicə yetişmək. – Bı il ağust ayında üzüm morannamışdı, qalxozçular yeyirdi

    Tam oxu »
  • MORAT

    (Təbriz) qıfıl keçirmək üçün qapıya vurulan halqa

    Tam oxu »
  • MORÇALAX

    (Çənbərək) ot kökü. – Ot kökünə morcalax deyrix’

    Tam oxu »
  • MORÇAM

    (Ağdam) bax monçağ

    Tam oxu »
  • MORÇİ

    (Balakən) araba çarxının topu

    Tam oxu »
  • MORD

    (Kürdəmir) zərli qalın parça

    Tam oxu »
  • MORDOV

    (Lənkəran) gölməçə

    Tam oxu »
  • MORI

    (Culfa) 1. b a x mor I 2. b a x mori. – Mürsəl qapı:n morısın sındırıb

    Tam oxu »
  • MORİ

    (Ordubad) qapıya qıfıl vurmaq üçün halqa. – Qıfılı vırıyux moriya

    Tam oxu »
  • MORQULUNC

    (İsmayıllı) kərtənkələ. – Koldan morqulunc qaçtı

    Tam oxu »
  • MORMOR

    (Ağcabədi) sübh. – Oxtay dünən mormordan gəlmişdi kin, dur gedəx’ Ağcabədiyə

    Tam oxu »
  • MORRAMAĞ

    (İmişli) ağlamaq (dəvəyə aiddir). – Balası öləndə yazığ dəvə morreyır

    Tam oxu »
  • MORTDAX

    (Bərdə) qonur, çal (rəng). – Mortdax tut elə mor tutdu

    Tam oxu »
  • MORU

    I (Ordubad) damdakı küləş və qamışın üstünə yayılan palçıq. – Əvin morusu tökülüb II (Salyan) bax mora

    Tam oxu »
  • MORZA

    (Şəki) toxumdan təzəcə çıxmış baramaqurdu. – Morziyə tökülən yarpağı xırda döyüllər dəhreynən, imişax döyüf töküllər

    Tam oxu »
  • MOSİK

    (Laçın) laləyə bənzər bitki

    Tam oxu »
  • MOSMOTU

    (Ağbaba, Borçalı, Çənbərək) qalmaqal. – Hər işin içinnən bir motmotu çıxardırsan (Ağbaba); – O, aralığa elə bir motmotu salıf kın, gəl görəsən (Çənbər

    Tam oxu »
  • MOSU

    mosu qoz: (Ucar) iri qoz növü. – Mosu qozun ləpəsi bö:ük olur

    Tam oxu »
  • MOŞ

    (Başkeçid, Borçalı) moruq. – Moş çox yeməli olor

    Tam oxu »
  • MOŞTAN

    (Karvansaray) kök (adam). – Nəa:man moştandı bizim bəzi arvaddar

    Tam oxu »