Azərbaycan dilinin dialektoloji lüğəti

Cəmi – 17548, məqalələr «TÖ» – 35
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
TA TE TI TO TU
 

TÖKÜLÜNTÜLÜ

(Qazax) səliqəsiz. – Arvad ki tökülüntülü oldu, heş nə

TÖLƏMƏX’

(Ordubad) tükünü tökmək. – Bizim toyux tölənibdi

TÖLƏŞ

(Qazax) yöndəmsiz, yaraşıqsız

TÖLLƏX’

(Çənbərək) dərənin başlanğıcı. – Odunu qayrıllar, tölləx’dən buraxıllar, boyl düz cə:liyə:lir

TÖMƏL

(Ağcabədi, Ağdərə, Bərdə, Tərtər) qısaboylu

TÖRƏ

(Ağcabədi, Ağdam, Ağdərə, Bakı, Bərdə, Çənbərək, Gəncə, İmişli, İsmayıllı, Qazax, Quba, Ordubad, Saatlı, Şuşa, Tərtər, Yevlax, Zəngilan) qısaboylu, gödək. – Var idi belə bir adam törə Məmməd (Qazax); – Törə adam deyillər firkat olar, hiləli olar (Ordubad); – Törə Zahid tut ağacınan yıxılıf (Şuşa)

TÖRƏLÇƏ

I (Borçalı) bax torabelçə. – Törəlçənin başında pompula var, əti yeməlidi II (Zəngibasar) həyasız. – Törəlçiyə bax:a

TÖRƏLİ

(Zəngibasar) yaxşı, layiqli. – Yaman törəli şeydi

TÖRƏLİK

(Göyçay) qısaboyluluq. – Tayı törəliyüvə salma, az danış

TÖRƏMEDİX’

(Qazax) quş adı

TÖRƏMƏ

I (Qazax) azmüddətli xırda yağış. – Törəmə xırdajana yağışdı II (Oğuz) nəsil. – Bu üç yüz öyün hamısı məni törəməmdi

TÖRƏMƏZ

(Oğuz) bax körəməz

TÖRƏVƏLÇƏ

(Qazax) quş adı

TÖRƏVİLÇƏ

(Qazax) bax törəvəlçə

TÖRPİ

(Göyçay, Şamaxı) iri və seyrək dişli yeyə. – Törpinin dişi tik-tik olur, ağacı hamarrıyır (Göyçay); – Törpini ver, baltanın sapın hamarrıyım (Şamaxı)

TÖRPÜ

(Ağdam, Bərdə, Qarakilsə, Şuşa) bax törpi. – Törpü olmadı deyə, dəhrənin sapı kələ-kötür qaldı (Ağdam); – Törpünü ma: ver, bu taxtanın üsdün hamarrıyım (Bərdə); – Ə:, ged evdən törpünü gəti ver Məhərrəmə (Şuşa) ◊ Törpü dəyməmiş (Ağdam, Şuşa) – 1. məc. yonulmamış, kobud; 2. qanacaqsız, mədəniyyətsiz. – Də:sən, sa: heş törpü dəymiyif (Ağdam); Törpü dəyməmiş adamda mərfət olmaz (Şuşa). Törpü görməmiş (Ağdam, Qarakilsə, Şuşa) – 1. məc. kobud, yonulmamış; 2. qanacaqsız, mərifətsiz. – Yəqin törpü görməmisə’η ki, belə danışırsan (Ağdam)

TÖRPÜLƏMƏX’

(Ağdam, Tərtər) iridişli yeyə ilə yonmaq, hamarlamaq. – Baltanın sapın törpüləməsək tilişgəsi ələ batar (Ağdam); – Ala munu birəz törpülə, çox kələkötürdü (Tərtər)

TÖRRƏX’

(Şərur) qorxaq

TÖS

(Qazax) kiçik eniş

TÖSƏ

(Qazax, Meğri) bax tosı. – Tösə adam qua:tdı olar (Qazax)