Azərbaycan dilinin dialektoloji lüğəti

Cəmi – 17548, məqalələr «TÜ» – 87
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
TA TE TI TO TU
 

TÜB

(Zaqatala) künc, bucaq. – Əlinin barısının tübi təzədi; – Evin tübi uçub

TÜ:ƏCƏX’LƏMƏX’

(Xocavənd) gicəllənmək. – Tü:əcəx’ləndim, yıxıldım

TÜƏGÇİ

(Cəlilabad) ovçu. – Tüəgçilər qıreylər bı quşdarı

TÜ:ƏX’Cİ

(Şəmkir) bax tü:əğçi. – Mansır çox yaman tü:əx’çidi

TÜ:ƏNGOTU

(Qazax) dabaq xəstəliyini müalicə etmək üçün istifadə olunan yabanı dərman bitkisi adı

TÜ:ƏRƏX’

(Gəncə) uşaq beşiyində döşəklə silvincin arasına qoyulan halqa şəkilli balınc. – Silvincin üstünə tü:ərəx’ qoymuyanda döşəx’ çökəlir

TÜX’ÇƏ

(Gəncə) yumaq. – Tüx’çələri böyüx’ tut

TÜX’ÇƏLƏMƏX’

(Gəncə) yumaqlamaq. – İpi tüx’çələmək yaxşıdı

TÜKANÇA

(Ucar) qədim evlərdə qabqacaq yığmaq üçün kiçik rəf. – Tükançıya boşqab qoyurux, ishan-ləlbəyi qoyurux

TÜKƏN

(Balakən, Qax, Zaqatala) bax tükança

TÜKLİCƏ

(Şamaxı) dərman bitkisi adı. – Bının sancısını tüklicə sağaltdı

TÜKLÜCAN

(Qax) bax tüklicə

TÜKSÜR

(Şamaxı) həyasız, utanmaz. – Yaman tüksür adamdı, bir kərə geri düşmür

TÜKÜSDANNIX

(Culfa) nadanlıq. – Cəmahət getmirdi dərsə, tüküsdannıx eliyirdilər

TÜLANBAR

(Naxçıvan, Şuşa) bax tulanbar. – Əhmədin üzü-gözü elə qaralmışdı ki, elə bil tülanbardan çıxıb (Naxçıvan); – Ev laf tülanbar kimidi, qapını bir əz aç (Şuşa)

TÜLƏ

(Qazax) kal yemiş

TÜLƏG

(Quba) bax tüləy II. – Aslan çux tüləg adamdu

TÜLƏX’

I (Gəncə, Şəmkir, Şuşa) bic, hiyləgər. – Qulu çox tüləx’di (Gəncə); – Murad yaman tüləx’di (Şəmkir); – Döylətdilər çox tüləx’ olur (Şuşa) II (Ağdam, Gəncə, Şəmkir, Şuşa) zirək, diribaş. – Çox tüləx’ uşaxdı bizim bu Məmişin oğlu (Ağdam)

TÜLƏMƏX’

(Ağdam, Cəbrayıl, Kəlbəcər, Mingəçevir, Şəki, Şəmkir, Zəngilan) bax tüləməy. – Heyvan tükünü tülədi (Kəlbəcər); – Yaz fəslində heyvannar tükün tüləyər (Zəngilan); – İnəx’ tükünü tülüyür (Şəmkir)

TÜLƏMƏY

(Şamaxı) tükünü dəyişdirmək, tükünü tökmək. – Toyuğumuz tüləyənnən so:ra başqa rəy tüy gətirdi (Şamaxı)