Azərbaycan dilinin dialektoloji lüğəti

Cəmi – 17548, məqalələr «Tİ» – 89
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
TA TE TI TO TU
 

TİBİLİTMƏ

(Ağdam) uşaq oyunu adı

TİC

(Salyan) dik. – Öyin üssi tic olsa dammaz

TİCO

(Salyan) qızmar. – Günorta:n tico: unda da bağda işdi:llər

TİCVAN

(Salyan) ortası dik, qabarıq daş

TİFCƏX’

(Gəncə) parça, qəlib. – Bazardan bir tifcəx’ savın aldım

TİX’DİR

(Qazax, Şəki) bax tikdir. – Danalar o tix’dirdə otdollar (Qazax)

TİX’MƏ

(Cəbrayıl) məc. ağır. – Bı uşax illəf tix’mədi, güjüm çatmır

TİK

(Çənbərək) davakar. – Həsən çox tik adamdı

TİKAN

(Lənkəran) tıx, balığın xırda sümükləri. – Bala, moğa:t ol, balığı yiyəndə tikanı boğazında qalar a!

TİKDİR

(Zaqatala) dik yer

TİKƏ

(Salyan) divan, danlaq. – Mənə tutulan tikə sənə tutulsa, başu: qoymağa yer axtara:san ◊ Tikə tutmağ – divan tutmaq. – Hirssənəndə özüə bi tikə tutursan ki, tanınmalun qalmır

TİKƏLƏMƏX’

(Zəngilan) yemək. – Gə gedəx’ birəz çörəx’ tikəliyəx’

TİKƏLMƏK

(Kürdəmir) yönəlmək, istiqamət almaq. – Vahid öyə tikəldi

TİKƏNƏX’LƏMƏX’

(İmişli) tikənək xəstəliyinə tutulmaq. – Əvrəş qoç tikənəx’lef, gör no:luf ona

TİKGAN

(Qax) höcət, tərs

TİKLƏNDİRMƏK

(Gəncə) göndərmək, yollamaq. – Gündə bir uşağı niyə üsdümə tikləndirirsən?

TİKLİK

(Balakən) araba oxunu qollarla birləşdirən hissə

TİKSİNMAX

(Qaz, Şəki) iyrənmək

TİQƏ

(Ordubad) arakəsmə. – Tiqə evi aradan kəsir ◊ Tiqə eləməx’ (Ordubad) – aradan kəsmək. – Mən evi tiqə elədim

TİL

I (Hamamlı, Xanlar, Kəlbəcər, Tovuz) 1. uc, zirvə 2. hündür (tərəf). – Dərə:n o tərəfi döş oloy, bu tərəfi til oloy. – Ağacın başına ağacın tili deillər də (Xanlar) II (Meğri) ələ öyrənmiş. – Xə:l til quzu kimin hara gedirəm düşer dalımcan III (Zaqatala) çıxıntı IV (Yardımlı) diribaş, dəcəl. – Bi qiz yaman tildi

TİLAN

(Lənkəran, Salyan) 1. sürtülmüş, sürtülüb hamarlanmış, cilalanmış (Lənkəran). – Tilan çarx kimi nə axıb gedirsən 2. sürtülmüş aşıq. – Çingizdə üş dənə tilan var (Salyan)

TİLANBAR

(Bakı, Salyan, Şamaxı) 1. çoxlu, xeyli 2. dolu. – Heyetdə qar tilanbardu (Bakı); – Hindi pambuğ tilanbardı (Salyan); – Tikanda vərmeşil u ğada var ki, lap tilanbardu; – Həyət un taylarınnan tilanbardı (Şamaxı)

TİLƏ

I (Quba) qisas, acıq. – Bu tiləyi mən səndə quymaram II (Zəngilan) pambıq bitkisində olan xəstəlik adı ◊ Tilə düşməx’ (Zəngilan) – tilə xəstəliyinə tutulmaq. – Pambığa tilə düşüf, sə:rdən dərmannama aparırıx III (Lənkəran) ting. – Bir nar tiləsi gətirib həyətdə əkdi

TİLƏBORAN

tiləboran eləmək: (Şamaxı) bərk döymək, əzişdirmək. – Sən lap Vəlini tiləboran elədin

TİLƏKEŞNİŞ

(Lənkəran) süpürgə hazırlamaq üçün işlənən yabanı bitki

TİLƏMVAR

(Cəlilabad) bax tilanbar. – Baxduğ gördüg bi dənə isdansiya var, pirəduxdı tiləmvardu bırda

TİLƏNMİŞ

I (Lənkəran) sırtıq, abırsız, həyasız, utanmaz. – Həsən lap çox tilənmiş adamdı, ona qoşulma II (Lənkəran) 1. arıq 2. əldən düşmüş, zəifləmiş

TİLƏT

I (Biləsuvar, Kürdəmir, Salyan, Şamaxı) tiyə; bıçaq, dəhrə və s. kəsən hissəsi. – Dəhrənin tiləti qırılıp (Kürdəmir); – Bı tilətnən əyaqqabının palçığın təmizzə (Salyan); – O tiləti ver, çikməmi təmizziyim (Şamaxı) II (Salyan, Ucar) işlənmə nəticəsində sürtülüb nazilmiş sabun, süpürgə və s. – O tilət süpürgəni tap, heç olmasa öyi süpür. – Biyəz tilət sabın qalmışdı, bilmədim necoldi (Salyan)

TİLF

(Zəngilan) bax tilif

TİLFƏ

(Ucar) ağacın gövdəsində əmələ gələn göbələk