Azərbaycan dilinin dialektoloji lüğəti

Cəmi – 17548, məqalələr «TƏ» – 219
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
TA TE TI TO TU
 

TƏHTİLİ

(Zəngilan) tələsik, tez, təcili

TƏHVƏNC

(Qazax) bax təbçəy. – Təhvənc olmasa, bel adamın əyağını kəsər. – Belin təhvənci qırılıf, adamın əyağını kəser, qazmağ olmor yeri

TƏX’DİRƏ

(Ağdam, Qazax) uşaq oyunu adı (dirədöymə oyununun bir növü). – Uşaxlar hə:tdə təx’dirə oynuyur (Qazax); – Ay uşax, gəlin təx’dirə oynuyax (Qazax)

TƏX’LİFÇİ

(Bərdə) bax tə:lifçi. – Təx’- lifçi toya adam çağırır

TƏXLİYANA

(Cəlilabad) təxminən. – Sa:d təxliyana olardı dörd

TƏK

(Kürdəmir, Ucar, Zərdab) taxça. – Boşqabı təkə qoydum (Ucar)

TƏKAJAX

(Qax) uşaq oyunu adı

TƏKALTI

(Ağdam, Xocavənd, İmişli, Quba, Şəki) atın belinə yəhərin altından qoyulan keçə. – Atın təkaltısın ma:yəti, atı yəhərriyəjəm (Ağdam); – Urdan təkaltıni gütür at atun üsdünə (Quba); – Atın təkaltısı yırtıldı (Şəki)

TƏKBƏND

(Sabirabad, Şamaxı, Tovuz) kəmər, bel qayışı. – Bınnan qabağ cayıllar təkbənd vırırdılar (Sabirabad); – Təkbəndi cahıllar bağlar (Tovuz)

TƏKBƏÇ

(Salyan) bax təbçəy. – Belin təkbəçi sındı

TƏKBİR

(Cəlilabad) atın belinə bağlanan qayış. – Gəldi atun yanunə, bütün təkbirrərin bağladı

TƏKƏGÖZ

(Gədəbəy) lovğa

TƏKƏXOZ

(Gədəbəy, Tovuz) bax təkəgöz. – Camalı axıllı-başdı adam bile:rdim, sən demə, təkəxozun biriymiş o da

TƏKƏLLİ

(Kürdəmir) parç, misdən düzəldilmiş qulplu suqabı. – Təkəllidə su içərik

TƏKƏLMƏNDƏ

(Füzuli) qaçdı-tutdu (uşaq oyunu adı). – Uşaxlarnan təkəlməndə oynuyurdux meytəvin həyətində

TƏKƏLTİ

(Bərdə, Borçalı, Gədəbəy) bax təkaltı. – Qaltağın altındakı təkəltidi, üstündəki yasdıx (Bərdə); – Yap altdan tərrix’ qoyullar, onun üsdünnən təkəlti qoyullar (Borçalı); – Məcid kişidən bir təkəlti aldım (Gədəbəy)

TƏKƏMBİR

(Tərtər) tək-tük. – Burda təkəmbir adam qavaxlar savaddı olardı

TƏKƏMSEYRƏX’

(Ağdam, Bərdə, Qazax) tək-tük, çox seyrək. – Bu çiçəx’lər bizim tərəflərdə təkəmseyrəx’ pitir (Ağdam); – Xiyar əx’mişdim, təkəmseyrəx’ pitif (Bərdə); – Taxıl təkəmseyrəx’ bitif (Qazax)

TƏKƏŞ

(Bərdə, Kürdəmir, Laçın, Şuşa) lovğa, özünü çəkən, forslu. – Təkəş adam özün çəkər (Bərdə); – Bizim Məmməd yaman təkəşdi (Laçın); – O, çox təkəş gədədi, onnan bir şey çıxmıyajax (Şuşa)

TƏKİMLƏMƏX’

(Tovuz) mahmızlamaq. – Atı təkimlə görəx’, gün günortadı