Azərbaycan dilinin dialektoloji lüğəti

Cəmi – 17548, məqalələr «T» – 1069
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
TA TE TI TO TU
 

TAĞARRAMAX

(Borçalı) tağarla ölçmək. – Ay uşaxlar, ay bala, durmuyun gəlin, tığdan taxılı tağarrıyax

TAĞƏLİ

tağəliyə qoymax: (Cəbrayıl) lağa qoymaq

TAĞIRSAĞ

(Lənkəran) dolu. – İki gündü sə:rrər tağırsağ yağır

TAĞRIL

(Cəbrayıl) izahat ◊ Tağrıl almax (Cəbrayıl) – izahat almaq. Tağrıl verməx’ (Cəbrayıl) – izahat vermək

TAX

(Qax, Şamaxı) 1. üzərinə ot yığıb sürümək üçün istifadə edilən ağac budağı (Qax) 2. kəsilmiş və qol-budağı budanmış kiçik ağac (Şamaxı). – Çiynimdə meşədən bir uzun tax gətdim

TAXDA

(Balakən, Cəbrayıl, Göyçay, Qarakilsə, Qazax, Laçın, Ordubad, Şəki, Şuşa) 1. əkin sahəsində zolaq, əkin sahəsinin bərabər hissələri (Balakən, Göyçay, Qarakilsə, Ordubad, Şəki, Şuşa). – Bizim briqada bu gün iki taxda tütün şitili basdırdı (Balakən); – Taxdalarda əkin əx’mişəm (Qarakilsə); – Bi taxda yer belləmişux soğan ehmağa. – Əlli taxda çəltix yerimiz olardı o vaxda (Şəki); – Həşim öz taxtasını şumnuyur (Şuşa) 2. dağavar yerdə düzənlik hissə, otlaq sahəsi (Cəbrayıl, Qazax, Laçın). – Biyil dəlləx’ taxdasında çoxlu ot var (Qazax); – Bizim qoyun bu sa:t taxdada otduyur (Laçın); – Mal-qara taxdıya yayılıb (Cəbrayıl) 3. qadın tumanının, yorğanın üzünün bərabər hissələri. – Yorğanın üzünə üş taxda çit işlənir (Ağdam); – Mənim tumanım beş taxdadı (Şamaxı); – Qabaxlar on iki taxdadan tuman geyərdix’ (Şuşa); – Bu taxdadan sonra hananı kəsəjiyix’ (Cəbrayıl)

TAXDALAMAX

(Gəncə, Mirgəçevir) əkin sahəsini zolaqlara ayırmaq, hissələrə bölmək. – Sabah arpanı taxdalamağa gedəjəm (Gəncə)

TAXINMAX

(Qax) bəzənmək

TAXQILLAX

(Mingəçevir) qupquru

TAXSIM

(Qax) sahibsiz, yiyəsiz. – Habı taxsım toyuxları qov ketsin məhlədən

TAXŞALAMAX

(Beyləqan) köhnəlmək. – Bu yaylıx çox taxşalıf

TAXTABASAN

(Dərbənd) arabanın banını yan tərəfdən saxlayan ağac. – Taxtabasan dəndədən uladu

TAXTABƏND

(Bakı, Quba, Sabirabad, Şamaxı) eyvan. – Bizim taxdabənd çox kiçikdi (Şamaxı)

TAXTABUZ

(Kürdəmir) şkaf. – Öyünnəri irayonun mağazennə taxtabuz gəlipmiş, Qardaşxan almıyıp

TAXTACAL

(Quba, Şamaxı) quş tutmaq üçün taxtadan hazırlanan tələ. – Taxtacalda bir kəkliy var (Quba); – Bu gün nə qədər çalışdım taxtacala quş düşmədi (Şamaxı)

TAXTAX

(Şamaxı) xəmrinə süd və ya yağ qarışdırılmış nazik, quru çörək. – Taxtaxın xırıltısınnan xoşum gəlir

TAXTAMİCƏ

(Əli Bayramlı) palaz növü

TAXTAMÜJƏ

(Ağdam) bax taxtamicə

TAXTAPERDİ

(Zaqatala) tavan

TAXTASUAT

(Salyan) su götürmək və malları suvarmaq üçün çay sahilində düzəldilmiş kiçik körpücük. – Anam taxtasuatda paltar yuyur; – Taxtasuat suatdan irahatdı

TAXTAVEND

(Zaqatala) üstünə qabqacaq yığılan rəf

TAQQA

I (Dərbənd) ağac qabığından düzəldilmiş qab. – Cingələg <çiyələk> dərmağa alub bir daqqa da gitdüm II (Dərbənd) dəyirmanın su novu. – Dəgirmanın taqqası dəşülüb, bir gün bir gecə dəgirmanda qalmişəm III (Göyçay) su içmək üçün qab IV (Göyçay) tamamilə

TAQQILBAB OLMAX

(Şərur) döyülmək. – Qapı taqqılbab oldu, gör kimdi

TALA

I (Zəngilan) böyürtkən. – Uşaxlar meşiyə tala yığma: getdilər II (Şərur) topa. – Qarpızı tərpətmə, tala dağılar

TALAXA

(Zaqatala) bişərkən çatlamış <yumurta>

TALAŞ

(Qəbələ, Quba) odun doğranılan zaman yerə tökülən xırda qırıntılar. – Ocağa qoymağa talaş gəti

TALAŞA

I (Ağdam, Ağdaş, Bakı, Cəlilabad, Göyçay, Kürdəmir, Mingəçevir, Oğuz, Salyan, Şamaxı, Şəki, Şuşa, Zərdab) bax talaş. – Bu tökülən talaşadan birəz apar evə (Ağdam); – Odun olmadığına peçdə talaşa yandırırıx (Ağdaş); – Bir az talaşa gəti ocağa at (Oğuz); – Bir-iki talaşa qopar, ocax qalıyacağam (Kürdəmir); – O talaşadan at sımavara, qaynasın (Salyan); – A bala, biraz talaşa yığ gəti, ocağı qızışdır (Şəki) II (Cəbrayıl, Goranboy, Zəngilan) divar hörərkən daşların arasına tökülən xırda daş qırıntıları. – İndi də talaşaə:ti tökəx’ daşların arasına (Goranboy)

TALAŞKA

(İmişli) bax talaş. – O talaşkadan gət, at ocağın altına

TALĞA

(Qazax) medal. – Talğeyi hökümət verirdi bəylərə keşmişdə

TALX

(Salyan) yarımşor <su>. – Talx suyı içməy olmaz. – Bizim quyının suyu talxdı