Azərbaycan dilinin dialektoloji lüğəti

Cəmi – 17548, məqalələr «TI» – 68
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
TA TE TI TO TU
 

TIBILĞI

(Ağbaba) kiçik budaqlı ağac

TIĞ

I (Ağcabədi, Ağdam, Borçalı, Culfa, Gədəbəy, Xanlar, Qazax, Laçın, Meğri, Ordubad, Şəmkir, Şuşa, Tovuz, Zəngilan) böyük topa. – Bıra bir tığ odun yığmışam (Zəngilan); – Həsəngil tığ peyin daşıdılar bostana (Cəbrayıl); – Ordakı qartof tığları ha:sı priqədənindi (Gədəbəy); – Saba üş karrı tığ üzüm yığecıx ki, hərəsi bir maşın ulsun (Meğri) ◊ Tığ vurmax (Ağdam, Bərdə, Şuşa) – müəyyən bir şeyi təpə şəklində bir yerə yığmaq, topa düzəltmək. – Odunu tığ vurmuşam, qış çıxınca yandırajam (Ağdam); – Taxılı tığ vur, sə:r so:urarıx (Bərdə) II (Salyan) səliqə, səliqə-sahman. – Qoymaram öyi-eşigi tığdan düşə

TIĞILLAMAX

(Şahbuz) bir şeyi təpə şəklində bir yerə yığmaq, qalaq vurmaq, birbirinin üstə yığmaq. – Taxıl savrılıb sora yerə tığıllanır

TIĞLAMAX

(Ağdam, Bərdə, Şuşa) bax tığıllamax. – Taxılı tığla qutar, gedəx’ evə (Şuşa); – Ə:, bu qartofu kim tığlıyıf bura? (Bərdə)

TIĞRIĞ

(Dərbənd) 1. döngə 2. dalan. – Şix tığrığı mastovoylanmayıb

TIXCAMAX

(Qarakilsə) basa-basa doldurmaq, möhkəm doldurmaq

TIXƏY

(İmişli) tıxac. – Şüşə:n tıxəyin boş qoyubsan, su axıb

TIXLAMA

(Şərur) qatıq-çörək doğraması

TIXMA

(Oğuz) dolu, ağızbaağız. – Çuvalı tıxma doldur

TIXMATIX

(Zaqatal) dopdolu, tamamilə dolu. – Otax ağzına kimi tıxmatıxdı

TIXMER

(Naxçıvan) qısaboylu, gödək

TIXMEREL

(Naxçıvan) gödərək

TIXNAŞ

(Meğri) sıx, bir-birinə yaxın. – Quzay arxaşdarda sürü tıxnaş yatır

TIQQIC

(Kürdəmir) ağzına kimi, tamamilə. – Töylə tıqqıc doludi malqareynan

TILAKEŞNİŞ

(Lənkəran) yabanı bitki adı. – Evin dalınnan bikgə tılakeşniş dər, həyət süpürgəsi düzəldəğ

TILIF

(Naxçıvan, Ordubad) bax tilif. – Çayın tılıfın töküllər lumunun dibinə (Naxçıvan); – Çayın tılıfın boşaldarıx eşiyə (Ordubad)

TIMBALAMAĞ

(Yardımlı) itələmək. – Nə tımbaleysən məni?

TIMBATIM

(Lənkəran) dopdolu, lap dolu

TIMEREX

(Naxçıvan) qısaboylu

TIMIĞ

(Şamaxı) tın-tın, burnunda danışan. – Sə:r-sə:r tımığ Həsən bizə gəlmişdi