Azərbaycan dilinin dialektoloji lüğəti

Cəmi – 17548, məqalələr «TO» – 145
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
TA TE TI TO TU
 

TO:

(Salyan) kələk, hiylə. – Gülşə:n to:- unnan hələm-hələm adam çıxəmməz ◊ Toa düşmək – aldanmaq. – Ürəyitəmiz adam tez toa düşər To: vermək (Cəlilabad, Ordubad) – 1. hədələmək; 2. məcbur etmək. – Həsənə to: vereylər ki, tifəngi ver (Cəlilabad)

TO:A

(Qazax) bax tava. – To:ada süd, xörəx’ qayrellar

TO:ASAR

(Ağdaş, Gədəbəy, Qax, Qəbələ, Oğuz, Şəki, Tərtər, Zaqatala) bax tavasar. – To:asarı götü, qoyma yağı yammağa (Oğuz); – Atam bazardan to:asar almışdı (Qəbələ); – Qayqanağı to:asarda yox, to:ada pişir (Gədəbəy); – To:asarda yağ dağ eliyrıx (Şəki)

TODAR

(Naxçıvan) hamar olmayan, kələ-kötür

TOFQALLAX

(Mingəçevir, Oğuz, Tərtər) uşaq oyunu adı. – Getdilər tofqallax oynamağa (Oğuz); – Tofqallax yaxşı oyundu (Tərtər)

TOFLAŞMA

(Füzuli) uşaq oyunu adı

TOFLU

(Şəki) toğlu, altıaylıq quzu. – Altı ay olanda toflu diyillər, altı ay keçəndə qoyın diyirıx

TOĞAY

I (Əli Bayramlı, Sabirabad, Salyan) çay kənarında qalın ağaclıq, meşə. – Sə:r gəl toğaydan odın gətirməğə gedək (Salyan) II (Bərdə) sahil. – Kürün toğayında meşə var

TO:GİR

(Salyan) fırıldaqçı, kələkbaz. – Sə: qınamazdım, to:gir əlinə düşmüsən

TOĞLUCU

(Borçalı, Qazax) süpürgə düzəltmək üçün istifadə olunan yabanı bitki adı

TOĞLULUĞ

(Astara) 20-25 qoyundan ibarət sürü. – Həsən kişinin on toğluluğ qoyunu variydi

TOĞULLUX

(Böyük Qarakilsə, Xocavənd, Şəmkir) bax toğluluğ. – İ:rmi qoyuna də:llər bir toğullux, yüz qoyuna də:llər beş toğullux (Xocavənd); – Çobannıx elyəndə bir toğulluğa bir motal alırdım, bir batman da yağ (Şəmkir)

TOĞUNTİ

(Salyan) ağımtıl

TOXA

(Barana, Basarkeçər, Bolnisi, Daşkəsən, Qazax, Şəmkir, Tovuz, Zaqatala) kətmənin bir növü. – Toxanı gəti gedəx’ tütünün alağını vurax (Oğuz); – Toxaynan qartop divi boşaldarıx; ala vurarıx, arx təmizdərix’ (Daşkəsən) ◊ Toxa vurmax (Başkeçid) – kətmənləmək. – Sə:r tezdənnən burda toxa vururam. Toxa döyməx’ (Başkeçid) – kətmənləmək. – Peşəm toxa döyməx’di elə

TOXAC

(Ordubad) yun çubuğu

TOXALAMAX

(Barana) kətmənləmək. – Get, kolun divini toxala

TOXANMAX

(Şəmkir) sataşmaq. – İrva: m maηa yaman toxanır

TOXAY

(Sabirabad) bax toğay I. – Toxayda mal qalıb

TOXDAĞ

(Bakı, Cəlilabad) təskinlik, ürək-dirək ◊ Toxdağ verməy (Cəlilabad) – təskinlik vermək, ürək-dirək vermək. – Valla, qorxeysən, ancağ ginə də özüə: toxdağ vereysən. Toxdağ tapmağ (Bakı) – təskinlik tapmaq. – Birez toxdağ tap, sən lap əldən düşdün

TOXDAMAX

I (Çənbərək, Şəki, Zəngilan) sakitləşmək, özünə gəlmək, özünü ələ almaq. – Urəyim heş toxdamır, elə bil indijə ağzımnan çıxajax (Zəngilan); – Savaxdannan ürə:m bulanırdı, yenijə toxduyuf (Çənbərək) II (Ağdam, Bərdə, Çənbərək, Kürdəmir, Qarakilsə) 1. dayanmaq, durmaq, bir yerə çatıb durmaq. – Sən birəz toxda burda, indi uşaxlar gələjəx’ (Ağdam); – Dandılı dedi kin, Nənix’ noyunda toxduyajam, uşağı yözdüyəjəm (Çənbərək) 2. çat- maq. – Maşın gəlip Yeblağa toxdadı (Qarakilsə); – Gejə gedif Yıvlağa toxdadıx (Bərdə)