Azərbaycan dilinin dialektoloji lüğəti.

  • TƏBÇƏH

    (Culfa) belin tiyəsinin üst tərəfində ayaq qoymaq üçün çıxıntı

    Tam oxu »
  • TƏBƏH

    (Şamaxı) nəsil, əqrəba. – Bizim təbəhdəndi

    Tam oxu »
  • TƏBƏXÜL

    (Zərdab) səbir ◊ Təbəxül eləmək (Zərdab) – səbir etmək. – Təbəxül elə yaz yağışı gətirəcək, otlar pitəcək

    Tam oxu »
  • TƏBƏNƏ

    (Ordubad, Şərur) qıyıq

    Tam oxu »
  • TƏBƏRZƏ

    (Zəngibasar) ərik növlərindən biri. – Ərix’ ağşdarımızın beşi təbərzədi

    Tam oxu »
  • TƏCƏN

    (Meğri) bax tejan. – Bala, get təcəni gatı bura

    Tam oxu »
  • TƏCƏNQARIN

    (Meğri) yekəqarın, çoxyeyən. – Ə, təcənqarın ulma, quy bir az da qalsın

    Tam oxu »
  • TƏCİX’

    (Qazax) xoşa gəlməyən, ikrah hissi oyadan. – Təcix’ adam təcix’ iş tutar

    Tam oxu »
  • TƏCİX’-TƏCİX’

    (Qazax) yersiz, boşboşuna. – Təcix’-təcix’ danışma

    Tam oxu »
  • TƏD

    (Meğri) vaxt. – İndi bu sa:t ut bişməx’ tədi dəyi

    Tam oxu »
  • TƏ:ELƏ

    (Zaqatala) xəmir xörəyinin adı

    Tam oxu »
  • TƏFCƏX’

    (Tərtər, Zəngilan) bax təbcəx’. – Təfcəx’ əyağı əzmir, yeri də qazmağ olur (Zəngilan)

    Tam oxu »
  • TƏFƏRRİNC

    (Barana, Cəbrayıl, Qazax, Tovuz) diqqət ◊ Təfərrinc eləməx’ (Barana, Qazax, Tovuz) – diqqət etmək, diqqət vermək, diqqətlə baxmaq

    Tam oxu »
  • TƏFİLDAR

    (Şəki) vergiyığan. – Təfildar vergi yığardı

    Tam oxu »
  • TƏFİLLƏR

    (Şəki) bax təfildar. – Təfillər töyci yığana diyirdilər

    Tam oxu »
  • TƏFRİX’Lİ

    (Ordubad) gülməli. – Həsən çox təfrix’li adamdı

    Tam oxu »
  • TƏH

    (Ordubad) bax təng I. – Bı təhdə üç əv var

    Tam oxu »
  • TƏHBƏND

    (Göyçay, Kürdəmir) toqqa, bel qayışı. – Təhbəndimi ver, bağlıyım belimə (Kürdəmir); – Diyəsən, təhbəndüvi bağlıya bilmirsən (Göyçay)

    Tam oxu »
  • TƏHBOYUN

    (Qazax) bir tay ulaq. – Kalım təhboyundu, gərəx’ bir tay alam

    Tam oxu »
  • TƏHDİLƏMƏĞ

    (Lerik) üstünə hücum çəkmək

    Tam oxu »
  • TƏHDİLƏMƏK

    (Cəbrayıl) tələsdirmək

    Tam oxu »
  • TƏHDİLİ

    (Zəngilan) tələsik, tez, təcili

    Tam oxu »
  • TƏHDİYƏ

    (Lənkəran) ehtiyatla. – Mən o evdə təhdiyə dolanıram

    Tam oxu »
  • TƏHƏRRƏNMƏX’

    (Qazax) başı gicəllənmək. – Durduğum yerdə birdən təhərrəndim, elə bil dağ-daş başıma dolandı

    Tam oxu »
  • TƏHLƏ

    (Cəlilabad) liman, körpü. – Bərgahda təhlə vareydi, gəmiynən ordan oların taxılın daşıydılar

    Tam oxu »
  • TƏHLİM

    (Qazax) təklif ◊ Təhlim eləməx’ (Qazax) – təklif etmək. – Çox təhlim elədim, getmədi

    Tam oxu »
  • TƏHNƏBEL

    (Ucar) qozbel. – Təhnəbel adam yeriyəndə çəp yeriyir

    Tam oxu »
  • TƏHNİZ

    (Çənbərək, Laçın) məzəmmət, töhmət. – Qızı Quluya versəm çamahatın təhnizinnən çıxammərəm. – El təhnizi bə harda qalsın (Çənbərək)

    Tam oxu »
  • TƏHNİZDİ

    (Laçın) məzəmmətli, töhmətli ◊ Təhnizdi olmax (Laçın) – məzəmmət olunmaq, töhmət altda qalmaq. – Sənin kimi adam həməşə təhnizdi olajəy

    Tam oxu »
  • TƏHRİNƏN

    (Şahbuz) vaxtilə. – Təhrinən ora boş yerimiş

    Tam oxu »
  • TƏHTİLƏMƏK

    (Yardımlı) baş alıb getmək. – Oğlan hariə təhtileyib?

    Tam oxu »
  • TƏHTİLİ

    (Zəngilan) tələsik, tez, təcili

    Tam oxu »
  • TƏHVƏNC

    (Qazax) bax təbçəy. – Təhvənc olmasa, bel adamın əyağını kəsər. – Belin təhvənci qırılıf, adamın əyağını kəser, qazmağ olmor yeri

    Tam oxu »
  • TƏX’DİRƏ

    (Ağdam, Qazax) uşaq oyunu adı (dirədöymə oyununun bir növü). – Uşaxlar hə:tdə təx’dirə oynuyur (Qazax); – Ay uşax, gəlin təx’dirə oynuyax (Qazax)

    Tam oxu »
  • TƏX’LİFÇİ

    (Bərdə) bax tə:lifçi. – Təx’- lifçi toya adam çağırır

    Tam oxu »
  • TƏXLİYANA

    (Cəlilabad) təxminən. – Sa:d təxliyana olardı dörd

    Tam oxu »
  • TƏK

    (Kürdəmir, Ucar, Zərdab) taxça. – Boşqabı təkə qoydum (Ucar)

    Tam oxu »
  • TƏKAJAX

    (Qax) uşaq oyunu adı

    Tam oxu »
  • TƏKALTI

    (Ağdam, Xocavənd, İmişli, Quba, Şəki) atın belinə yəhərin altından qoyulan keçə. – Atın təkaltısın ma:yəti, atı yəhərriyəjəm (Ağdam); – Urdan təkaltın

    Tam oxu »
  • TƏKBƏÇ

    (Salyan) bax təbçəy. – Belin təkbəçi sındı

    Tam oxu »
  • TƏKBƏND

    (Sabirabad, Şamaxı, Tovuz) kəmər, bel qayışı. – Bınnan qabağ cayıllar təkbənd vırırdılar (Sabirabad); – Təkbəndi cahıllar bağlar (Tovuz)

    Tam oxu »
  • TƏKBİR

    (Cəlilabad) atın belinə bağlanan qayış. – Gəldi atun yanunə, bütün təkbirrərin bağladı

    Tam oxu »
  • TƏKƏGÖZ

    (Gədəbəy) lovğa

    Tam oxu »
  • TƏKƏXOZ

    (Gədəbəy, Tovuz) bax təkəgöz. – Camalı axıllı-başdı adam bile:rdim, sən demə, təkəxozun biriymiş o da

    Tam oxu »
  • TƏKƏLLİ

    (Kürdəmir) parç, misdən düzəldilmiş qulplu suqabı. – Təkəllidə su içərik

    Tam oxu »
  • TƏKƏLMƏNDƏ

    (Füzuli) qaçdı-tutdu (uşaq oyunu adı). – Uşaxlarnan təkəlməndə oynuyurdux meytəvin həyətində

    Tam oxu »
  • TƏKƏLTİ

    (Bərdə, Borçalı, Gədəbəy) bax təkaltı. – Qaltağın altındakı təkəltidi, üstündəki yasdıx (Bərdə); – Yap altdan tərrix’ qoyullar, onun üsdünnən təkəlti

    Tam oxu »
  • TƏKƏMBİR

    (Tərtər) tək-tük. – Burda təkəmbir adam qavaxlar savaddı olardı

    Tam oxu »
  • TƏKƏMSEYRƏX’

    (Ağdam, Bərdə, Qazax) tək-tük, çox seyrək. – Bu çiçəx’lər bizim tərəflərdə təkəmseyrəx’ pitir (Ağdam); – Xiyar əx’mişdim, təkəmseyrəx’ pitif (Bərdə);

    Tam oxu »
  • TƏKƏŞ

    (Bərdə, Kürdəmir, Laçın, Şuşa) lovğa, özünü çəkən, forslu. – Təkəş adam özün çəkər (Bərdə); – Bizim Məmməd yaman təkəşdi (Laçın); – O, çox təkəş gədəd

    Tam oxu »