Azərbaycan dilinin dialektoloji lüğəti.

  • YIĞAMAT

    I (Qazax) gəlmə, yığma, ordan-burdan yığma. – Əzizbəyli kəndi yığamat adamlardı II (Basarkeçər) paltarbiçmə mərasimi

    Tam oxu »
  • YIĞAN

    I (Gəncə, Xanlar) tuluq. – Bir yığan qatıxdan bir girvənkə yağ çalxadım (Gəncə) II (Ağdam, Bərdə, Hamamlı, Qazax) samanyığan alət

    Tam oxu »
  • YIĞANAX

    (Oğuz) nişanlanandan sonra qız evində düzəldilən toyqabağı məclis

    Tam oxu »
  • YIĞANNAMAX

    (Borçalı, Hamamlı) samanyığan alət vasitəsilə yığmaq, toplamaq. – Samanı bir yerə yığannan yığanne:rdıx (Borçalı); – Samanı yığannan yığınan, tofla tə

    Tam oxu »
  • YIĞAR

    (Qubadlı) bax yığan I. – Yığarı yudum qatıx tökəm

    Tam oxu »
  • YIĞDI

    (Zəngilan) vergi. – Yüzbaşı yığdı yığmağə:lərdi

    Tam oxu »
  • YIĞI

    (Şəki) ağı. – Yasda yığı diyəllər; – Fatma xala yaxşı yığı diyəndi

    Tam oxu »
  • YIĞIN

    (Gədəbəy) taya. – Otu yığına vurdum dünənnəri

    Tam oxu »
  • YIĞINAX

    (İsmayıllı) vəhşi heyvanların toplandığı yer

    Tam oxu »
  • YIĞINÇI

    I (Çənbərək) israfçı, tələfxərc. – İrvaham əlinə keçəni xarşdıyır, yaman yığınçı adamdı II (Çənbərək) oğru

    Tam oxu »
  • YIĞINTAMA

    (Qazax) dəstə ilə. – Vəzir atdıları çölə yığıntama yollor

    Tam oxu »
  • YIĞINTI

    I (Gədəbəy, Gəncə, Xanlar, Kürdəmir, Mingəçevir, Şəki, Zəngəzur) nehrə çalxamaq üçün bir neçə gün yığılıb saxlanılan qatıq

    Tam oxu »
  • YIĞIŞMAX

    (Balakən, Zaqatala) sığışmaq. – Habu tax balacədi, bura yığışmanıx (Zaqatala)

    Tam oxu »
  • YIĞLAMAĞ

    (Dərbənd) ağlamaq. – Yasda xatınlar yığlıyədi

    Tam oxu »
  • YIĞLAMAX

    (Qax, Şəki, Zaqatala) ağlamaq. – O qız nə yaman yığlıyır? (Şəki)

    Tam oxu »
  • YIĞMA

    (Bərdə) 1. müəyyən adamlara maddi yardım etmək məqsədilə toplanmış pul və ya hər hansı şey. – Gəlin, yığma yığax, Əliyə göməy eliyəx’ 2

    Tam oxu »
  • YIĞVA

    (Kürdəmir, Quba) şənlik məclisi. – Ay Sədəf, sabah bir bizə gəl, uşağın yığvasidi (Quba)

    Tam oxu »
  • YIXILMƏĞ

    (Lerik) xəstələnmək

    Tam oxu »
  • YİBƏRMƏG

    (Dərbənd) bax yəbərməg. – Bir balığ yibərdi; – Büzi işə-üzümə yibərdilər. – Uşağları kəndə yibərədəm; – Apar dayını yibər

    Tam oxu »
  • YİĞLƏMAĞ

    (Dərbənd, Tabasaran) bax yığlamağ

    Tam oxu »
  • YİXƏGÜLİ

    (Quba) qızıl bəzək şeyi. – Yixəgülini qabağlar salardılar arvatdar, hindi salmiyədülər

    Tam oxu »
  • YİRTMƏŞ

    (Qax) bax yü:rgən

    Tam oxu »
  • YİYOVLAMAX

    (Zaqatala) yeyələmək. – Baltanın ağzı sağ tütüptü, onu yiyovla

    Tam oxu »
  • YOĞALAMAX

    (Meğri) hərləmək. – Dilx: az yoğala

    Tam oxu »
  • YOĞMAĞAL

    (Sabirabad) yaxın. – Qalxoz dirrigi otduğumuz yerdən yoğmağaldı

    Tam oxu »
  • YOĞURT

    (Dərbənd, Tabasaran) qatıq. – Sütə çalası vuradig yoğurt olmağa (Dərbənd); – Bir yoğurt satan kişi var (Tabasaran)

    Tam oxu »
  • YOL

    (Cəlilabad, Qax, Ordubad, Şərur) dəfə. – Kino verməyə ayda dört yol gəlillər (Şərur); – On yol gəlmişəm (Cəlilabad)

    Tam oxu »
  • YOL-TƏRƏCƏ

    (Lənkəran) 1. yol, səmt, istiqamət 2. qayda. – Bizim gəlin yol-tərəcə bilən dögü

    Tam oxu »
  • YOL-YOLAĞA

    (İmişli) 1. yol, səmt, istiqamət 2. qayda. – Saηa yol-yolağasın öyrədərəm

    Tam oxu »
  • YOL-YOLAX

    (Tərtər) bax yol-yolağa. – Yol-yolağın bilsəm, gedərəm

    Tam oxu »
  • YOLAĞ

    (Cəlilabad, Salyan) cığır, yol. – Uşağ yolağnan gedirdi (Salyan); – So:ra dedilər: “Dörd adam gedməlisüz bı yolağnan qabağa” (Cəlilabad) ◊ Yolağ qoyun

    Tam oxu »
  • YOLAĞA

    (Sabirabad, Zəngilan) bax yolağ. – Cahanın qapısınnan yolağa var, ordan gəlin (Zəngilan)

    Tam oxu »
  • YOLAX

    (Cəbrayıl, Kəlbəcər) bax yolağ. – Təkə görür ki, ovçu yolaxda duruf (Kəlbəcər)

    Tam oxu »
  • YOLANTAX

    (Karvansaray) sürüdən geridə qalan arıq qoyun. – Mə:m bir qoyunum yolantaxdı

    Tam oxu »
  • YOLAŞMA

    (Bərdə) yol açma, valideynin ərə getmiş qızının evinə ilk gedişi. – Qızı ərə verənnən so:ra yolaşmıye:dirix’

    Tam oxu »
  • YOLBASAR

    (Bərdə, İrəvan) yoldüzəldən, asfaltbasan maşın. – Bərdədə yolbasar çoxdan var (Bərdə); – Bu yolbasar çox qıymatdı şeydi (İrəvan)

    Tam oxu »
  • YOLÇIRASI

    (Qazax) əl fənəri

    Tam oxu »
  • YOLDAŞSƏNİKİMAPARDI

    (Ağdam, Bakı, Füzuli, Şuşa, Tərtər) uşaq oyunu adı. – Ay uşaxlar, gəlin yoldaşsənikimapardı oynuyax (Tərtər)

    Tam oxu »
  • YOLİZ

    (Şuşa) cehiz düzəltmək üçün nişanlı qızın ailəsinin oğlan evindən aldığı pul. – Yolizə mis qazan, simavar, teşd, qaravat, mis abigərdən, mis sapılca,

    Tam oxu »
  • YOLKƏSSİ

    (İmişli) toy üçün şərtləşmə, qız evi ilə razılaşma. – Gedəllərdi qız evinə yolkəssiyə deyəllərdi: “Bizzən na alacağsan?”

    Tam oxu »
  • YOLLAŞMAX

    (Gədəbəy, Zəngilan) razılaşmaq, razılığa gəlmək. – Yollaşın, ver gessin, indi heyvan çoxdu (Zəngilan); – Necə yollaşdıη? (Gədəbəy)

    Tam oxu »
  • YOLMA

    I (Çənbərək) dəridən əl ilə yolunmuş yun. – İki dəridən bir kilo yolma çıxdı II (Bakı) biçin. – Gülxa:m, bayır günörtadu, orağu vər mənə gedim yolmıya

    Tam oxu »
  • YOLOĞLU

    (Tovuz) ağıllı

    Tam oxu »
  • YOLOTU

    (Gədəbəy, Xanlar, Kəlbəcər, Qazax, Tovuz) yabanı bitki adı. – Yolotu daddı otdu, tişin dərmənidi (Gədəbəy)

    Tam oxu »
  • YOLPA

    (Qarakilsə) bax yolma II

    Tam oxu »
  • YOLPULU

    (Bərdə) cehiz düzəltmək üçün nişanlı qızın ailəsinin oğlan evindən aldığı pul. – Qızın dədəsi oğlanın dədəsinnən yolpulu alır toydan qavax

    Tam oxu »
  • YOLUM

    (Kəlbəcər) çayın dayaz yeri. – Çayın dayaz yerinə yolum deyəllər

    Tam oxu »
  • YOLUZ

    (Şuşa) bax yoliz. – Qızın atası oğlanın atasınnan yoluz alardı keşmişdə

    Tam oxu »
  • YO:MAX

    (Qazax) uyuşmaq. – Elə çətin sözdü, demə, mənim dilimə yo:maz

    Tam oxu »
  • YOMİYƏ

    (Lənkəran) susuz əkin

    Tam oxu »