Azərbaycan dilinin dialektoloji lüğəti.

  • ÇEÇİN

    çeçin gəlməx’: (Cəbrayıl) qəribə gəlmək, təəccüblü görünmək. – Sizə çeçin gəlir?

    Tam oxu »
  • ÇED

    (Qarakilsə) dincə qoyulmuş yer

    Tam oxu »
  • ÇEX’DİRMƏ

    (Oğuz) qabaq, düyü və qoz ləpəsindən hazırlanan xörək adı. – Qavağı soyuf tökürəm suya, bişənnən so:ra düyünü tökürəm, üzünnən bir boşqaf həlimini alı

    Tam oxu »
  • ÇEKİL

    (Şəki) cır tut ağacı. – Qalan çekillərin hamısıını qırsan, üş günnüx’ yarpağ olar

    Tam oxu »
  • ÇELTƏ

    (Meğri) bir qədər, azacıq. – Əzəllər bir çeltə nəfdən ötrü şorta-şorta Ordubada gedərdıx

    Tam oxu »
  • ÇENGƏ

    (Şəki) dəstə. – Axşamdı, hələ bi çəngə də ot bişməmişəm mallara

    Tam oxu »
  • ÇENGƏL

    (Şəki, Zaqatala) paltarasan. – Paltınımı hordan, çengəldən asıf keşdim içəri (Şəki)

    Tam oxu »
  • ÇENGİ

    (Şəki) həyasız. – Ho çengini hardan taniyisən?

    Tam oxu »
  • ÇER

    (Cəbrayıl, Ordubad, Qarakilsə, Lerik, Salyan, Şərur) çəp. – Gözü çer olanda əyri görür (Şərur)

    Tam oxu »
  • ÇERİ

    ( Göyçay) bax çer

    Tam oxu »
  • ÇERTMAX

    (Şəki) cücərmək. – Sudan çıxannan sora toxumu ta: ki gözdü:rüx’ o çertir, çertənnən sora aparıf səpirix’

    Tam oxu »
  • ÇERTMƏ

    (Şəki) quş tutmaq üçün at tükündən düzəldilmiş cələ. – Qışda çertmə qururdu ağaşdərin altında uşaxlar, quş tutüydülər

    Tam oxu »
  • ÇEŞ

    I (Ordubad) xışla yumşaldılmış (torpaq). – Qalxoççılar həmməşə taxılı çeş torpağa səpillər II (Qax) milçək sürfəsi

    Tam oxu »
  • ÇEŞAL

    (Dərbənd) kisə. – Üç çeşal buğda apardım değirmana

    Tam oxu »
  • ÇEŞDƏX’

    (Basarkeçər) səhər sağına

    Tam oxu »
  • ÇEŞİ

    (Zaqatala) çəpgöz. – Çeşi Məryəm bayax havurdeydı

    Tam oxu »
  • ÇEŞMEX’

    (Meğri) burunun üstü. – Qoyunin çeşmeyinnən qan aldi dayim

    Tam oxu »
  • ÇEŞMƏ

    I (İmişli, Lənkəran) 1. göz (evə aiddir). – Bı il iki çeşmə öy tikmişuğ 2. göz (balıq torunda). – Torun çeşməsi dağılıb, iplik gəti düzəldəg II (Ordub

    Tam oxu »
  • ÇEŞNİ

    (Gədəbəy, Qazax, Lerik, Yardımlı, Sabirabad, Şamaxı, Şəmkir, Şuşa) 1. şəkil, surət (Qazax, Sabirabad, Şəmkir)

    Tam oxu »
  • ÇEŞO

    (Meğri) sürünün səhər tezdən 2 saat müddətində otladığı vaxt, dövr

    Tam oxu »
  • ÇEŞT

    (Cəbrayıl, Böyük Qarakilsə, Qarakilsə, Qazax, Mingəçevir) günorta. – Gün çeşdə qalxıf (Qazax); – Laf çeşt olanda işə gə:rsən da: (Mingəçevir); – Gün ç

    Tam oxu »
  • ÇEYİL

    I (Borçalı, Kəlbəcər, Qazax, Qəbələ, Mingəçevir, Şahbuz, Şəki) 1. bataqlıq (Borçalı, Kəlbəcər, Qazax, Qəbələ)

    Tam oxu »
  • ÇEYİLLİX’

    (Başkeçid, Borçalı, Çənbərək, Gəncə, Goranboy, Tovuz) çoxlu çeyil (b a x II) bitən yer. – Həməşə su qaynıyan yer çeyilliy olar (Borçalı); – Buralar çe

    Tam oxu »
  • ÇEYNƏMƏ

    (Dərbənd) hədik

    Tam oxu »
  • ÇEYNƏTÜKÜR

    (Oğuz) çoxdanışan, çərənçi ◊ Çeynətükürrüy iləmağ – çox danışmaq, çərənçilik etmək. – Əli, çeynətükürrüy iləmə, əl çək

    Tam oxu »
  • ÇEYRİ

    (Əli Bayramlı) çəpgöz

    Tam oxu »
  • ÇEYSİMMƏG

    (Biləsuvar) lovğalanmaq. – Adam varrı olanda çox çeysimməz

    Tam oxu »
  • ÇEZİLMƏX’

    (Qazax) özünü çəkmək. – Çezilməx’ yaxşı döy

    Tam oxu »
  • ÇEZVƏR

    (Oğuz) xətkeş

    Tam oxu »
  • ÇƏÇİX’

    I (Naxçıvan, İrəvan) 1. qızıl boyunbağı (Naxçıvan). – Çəçiyi olan çəçiy aparı (Naxçıvan) 2. qadınların topuqlarına bağladıqları muncuq

    Tam oxu »
  • ÇƏÇİX’LƏMƏX’

    (Qazax) təpikləmək, qabaq ayaqları ilə vurmaq. – Qoyma, at uşağı çəçix’lər

    Tam oxu »
  • ÇƏÇİL

    (İmişli, Qazax, İrəvan) dələmə. – Çəçil çox şirin olor (Qazax)

    Tam oxu »
  • ÇƏDƏNƏ

    (İrəvan, Zəngibasar) xırda, balaca (göz). – Çədənə göz uşaxdı (İrəvan)

    Tam oxu »
  • ÇƏFƏR

    (Naxçıvan) su süzmək üçün daş. – O su süzülən daş çəfər adlanır

    Tam oxu »
  • ÇƏFGƏN

    (Ucar) miçətkən. – Yayda bütün öylərdə cəfgən qurullar

    Tam oxu »
  • ÇƏHLƏX’

    (Çənbərək) köhnə ayaqqabı. – Çəhləyi əyğıma:lıf eşiyə çıxdım

    Tam oxu »
  • ÇƏHLƏMAX

    (Ordubad) sıxmaq. – Tutu çəhliyib suyun çıxart

    Tam oxu »
  • ÇƏHLİM

    (Çənbərək, Daşkəsən, Gəncə, İmişli, Qarakilsə, Qazax, Meğri, Ordubad, Şəmkir, Tovuz, Yevlax, Zəngilan) 1

    Tam oxu »
  • ÇƏHLİMNƏMƏX’

    (Şəmkir) izləmək, izinə düşmək. – Çəhlimnədim, gördüm heyvan gedif girif bağa

    Tam oxu »
  • ÇƏHMƏ

    (Ağdam, Borçalı, Culfa, Goranboy, Karvansaray, Tərtər, Tovuz, İrəvan, Zəngilan) bax çəkmə. – Çəhmə şovradan çox bərk olor (Borçalı); – Büyün Vəligildə

    Tam oxu »
  • ÇƏHMƏCƏ

    (Şərur) xörək adı

    Tam oxu »
  • ÇƏKAŞIX

    (Gəncə, Goranboy) bahalı dəridən və məxmərdən tikilmiş qolsuz və yaxasız qadın paltarı. – Çəkaşığı qoja arvatdar ge:nərdi (Goranboy); – Çəkaşığın tiki

    Tam oxu »
  • ÇƏKÇƏKİ

    (Gəncə, Şamaxı, Tovuz) quş adı. – Çəkçəki balaca quşdu (Şamaxı)

    Tam oxu »
  • ÇƏKƏCƏX’

    I (Şahbuz) təndirin ağzına qoyulan taxta qapaq. – Çəkəcəyi gəti, qoyax təndirin ağzına II (Şahbuz) cınaq

    Tam oxu »
  • ÇƏKƏCƏK

    (İmişli, Kürdəmir) tapqır. – Çəkəcəğin bərk çək atın (İmişli)

    Tam oxu »
  • ÇƏKƏLƏX’

    (Çənbərək, Qazax, Tovuz, Zəngibasar) bax çəkələt

    Tam oxu »
  • ÇƏKƏLƏT

    (Gədəbəy, Qazax, Tovuz) yüngül ev ayaqqabısı. – A bala, çəkələtdəri maηə:ti, eşiyə çıxejam (Gədəbəy)

    Tam oxu »
  • ÇƏKƏR

    (Kürdəmir, Şamaxı) qorxu. – Heş kimnən çəkərim yoxdu

    Tam oxu »
  • ÇƏKƏRƏX’

    (Gəncə, Naxçıvan) az-az. – Çəkərəx’ yi, tez-tez yi (Gəncə)

    Tam oxu »
  • ÇƏKİ

    (Basarkeçər, Borçalı, Goranboy, İmişli, İrəvan) tapqır. – Çəki olmasa yəhər aşar, atın belində durmaz (Goranboy); – Ə:, atın çəkisin bərkit (Borçalı);

    Tam oxu »