Azərbaycan dilinin dialektoloji lüğəti.

  • ÇOANTAR

    (Füzuli) köçəri. – Ollar binəlidi, çoantar döyü

    Tam oxu »
  • ÇOBAL

    (Qax, Zaqatala) xörək adı. – Anam bizə çobal bişirdi (Zaqatala)

    Tam oxu »
  • ÇOBANALLADAN

    (Cəbrayıl, Yardımlı) bax çobanyalladan

    Tam oxu »
  • ÇOBANAŞI

    (Oğuz) xörək adı. – Çobanaşını yaxşı qoyun əti, içalat olanda bişirillər

    Tam oxu »
  • ÇOBANBOYU

    (Qazax) dərman bitkisi adı

    Tam oxu »
  • ÇOBANÇÖRƏYİ

    (İrəvan) zəhmət haqqı olaraq çobanlara verilən çörək. – Ay uşax, çobançörəyimi gətirin

    Tam oxu »
  • ÇOBANYALLADAN

    (Başkeçid, Borçalı) quş adı. – Çobanyalladan balaca quşdu (Borçalı)

    Tam oxu »
  • ÇOBANYARMASI

    (Şahbuz, Şərur) yazda yağan dolu. – Əvə gələndə yolda bizi çobanyarması tutdu, cumculuğ elədi qoydu orda (Şahbuz)

    Tam oxu »
  • ÇOD

    (Culfa) bərk, möhkəm. – Çod daş yaxşıdı

    Tam oxu »
  • ÇODİ

    (Tabasaran) qutab

    Tam oxu »
  • ÇOĞCARA

    (Zaqatala) yemək adı

    Tam oxu »
  • ÇOĞDA

    (Cəlilabad) nazik ip

    Tam oxu »
  • ÇOXNAX

    (Gəncə, Mingəçevir, Zaqatala) canavar sürüsü. – Çöldə çoxnağa ras gəldim; – Sürüyə gecə çoxnax gəlmişdi (Gəncə)

    Tam oxu »
  • ÇOQQUŞMAX

    (Zəngilan) toqquşmaq. – Qaçanda əliynən çoqquşdux

    Tam oxu »
  • ÇOLAQQA

    (Lənkəran) çala-çuxur. – Burdan keçmə, çolaqqıya düşərsən

    Tam oxu »
  • ÇOLĞALA

    (Sabirabad) çeçələ (barmaq). – Əlimdə çolğala barmağıma dolama çıxıb

    Tam oxu »
  • ÇOLPAN

    (Xanlar) təpəlik, kiçik dağlıq. – Çolpan bir az xurda dağlıx yerdi dana; – Bir az xurdalı yerə çolpan deyrix’

    Tam oxu »
  • ÇOLPUMAX

    I (Ağdaş) axsamaq. – Səmədin kəli çolpuyur II (Çənbərək, Mingəçevir) ora-bura qaçmaq, tələsik iş görmək

    Tam oxu »
  • ÇOLPUTMAX

    (Ağcabədi, Ağdam) 1. əldən salmaq. – Məni oğlumun dərdi çolpuduf (Ağdam) 2. karıxdırmaq. – Bu kişi məni çolputdu (Ağcabədi)

    Tam oxu »
  • ÇO:MAX

    (Şəki) pozulmaq, sapmaq. – İş ço:masın, ço:du qutaldı, sora çətindi

    Tam oxu »
  • ÇOMPUZ

    (Zaqatala) çoban çomağı

    Tam oxu »
  • ÇOMUR

    (Cəlilabad) bulanıq

    Tam oxu »
  • ÇONA

    (Kürdəmir, Salyan) qovun, qarpız, xiyar toxumu əkmək üçün qazılmış yer, kiçik çala. – Çona qazıruğ, iki hissə torpaq, bi hissə peyin qarışdırruğ bir-b

    Tam oxu »
  • ÇONÇOR

    (Balakən) gölməçə

    Tam oxu »
  • ÇOPUX

    (Oğuz, Zaqatala) yunun darana bilməyən keyfiyyətsiz hissəsi. – Yastığın için çopuxnan doldur (Zaqatala)

    Tam oxu »
  • ÇOPUZ

    (Qax, Şəki, Zaqatala) keçədən tikilmiş geyim növü. – Yapıncı uzun olur, çopuz bir az qısa (Qax); – Çopuzum öydə qalıtdı

    Tam oxu »
  • ÇOR

    (Cəbrayıl, Şərur) üzüm tənəklərinə, meyvə ağaclarına düşən xəstəlik. – Bı yil üzümümüzü çor təmiz puç elədi (Cəbrayıl)

    Tam oxu »
  • ÇORÇOR

    (Balakən) dəyirman suyunun kənara axıdılması üçün düzəldilən yer

    Tam oxu »
  • ÇORNA

    (Salyan) bəhanə. – Görəssən, genə bı çorna tapacağ

    Tam oxu »
  • ÇORPUMAX

    (Şəki) çaşmaq, karıxmaq. – Laf çorpumişəm, bilminəm heç hansı işi tutum

    Tam oxu »
  • ÇORT

    I (Gəncə, Şəmkir) şortlaq (at). – Çort atı mimməx’ yaxşı döy (Gəncə); – Çort at minməyə əl verməz (Şəmkir) II (Salyan) fikir; qəm, qüssə

    Tam oxu »
  • ÇORTAN

    (İrəvan) 1. qatıq qarışdırılmış şor. – Bu qava bir az çortan qoy 2. süzülmüş ayran (Şərur)

    Tam oxu »
  • ÇORTDAĞAN

    (Gəncə) narahat yerişli, yorğa olmayan, adamı atıb-tutan (at). – Sizin at çortdağandı

    Tam oxu »
  • ÇORTDURMAX

    (Balakən) qovmaq. – Yazığı hora kimi çortdurup

    Tam oxu »
  • ÇOŞA

    I (Zəngilan) qarğıdalı cecəsi. – Bı çoşaları yolun içinə töx’mü:n II (Şərur) çərəz, hər hansı bir yeməli şey

    Tam oxu »
  • ÇOTA

    (Çənbərək, Qazax) təpə. – Do:- şanı qoyladım, çotada gizdəndi (Çənbərək); – Qoyunu çotuya ver (Qazax)

    Tam oxu »
  • ÇOTMAL

    (Gədəbəy) əyri. – Çotmal ağaşdan taxta olmaz

    Tam oxu »
  • ÇOTURRU

    (Xanlar) kələ-kötür. – Gərməşö: n üzü çoturru olur

    Tam oxu »
  • ÇO:UMAĞ

    (Dərbənd) bax ço:max. – Gəti muni sürt kirişə çiğirğdən ço:umasun

    Tam oxu »
  • ÇO:UŞ

    (Kürdəmir) başçı. – Qaçaxların ço:uşu de:llər Mehdi olup

    Tam oxu »
  • ÇOVUT

    (Zaqatala) quru çay. – Çovutnan çey dəmliylə

    Tam oxu »
  • ÇOYĞA

    (Daşkəsən, Goranboy) tayfa, nəsil. – Bizim kətdə iki çoyğa oluf (Daşkəsən); – Kətdə xeylax çoyğa var (Goranboy)

    Tam oxu »
  • ÇOYNAX

    (Qazax) çolaq, şikəst. – Bu kişi çoynaxdı

    Tam oxu »
  • ÇÖCƏ

    (Ağdaş, Qəbələ, Oğuz) bax çöycə. – Bir çöcə qaymağ aldım (Qəbələ); – Çöcəmiz çox paslıyıf (Ağdaş); – Sütü çöcəyə töküb bacıma verdim (Oğuz)

    Tam oxu »
  • ÇÖÇƏ

    I (Ordubad, Şərur) şirin çörək növü. – Bayram olanda çöçə yapırıx (Ordubad) II (Şəki) pəncə. – İt çöçələrini pəncərəyə qoyuf öyə baxırdı

    Tam oxu »
  • ÇÖÇƏLƏMƏX’

    (Gədəbəy) kiçik addımlarla yerimək. – Nə çöçəlersəη, belin-zadın sınme:f ki?

    Tam oxu »
  • ÇÖÇÜN

    (Meğri) bacarıqsız, yarıtmaz. – Xacca çöçün arvatdı Çöçün gəlməx’ (Ağcabədi, Cəbrayıl, Kürdəmir, Laçın, Mingəçevir, Lerik, Salyan, Yardımlı, Şamaxı)

    Tam oxu »
  • ÇÖÇÜY

    (Qax) qardaş. – Çöçüy, gəl morux yığmağa gidax

    Tam oxu »
  • ÇÖDİ

    (Dərbənd) bax çodi

    Tam oxu »
  • ÇÖFLƏMƏ

    (Basarkeçər) toyuq xəstəliyi adı. – Tö:xlərə çöfləmə azarı tüşüf

    Tam oxu »