Azərbaycan dilinin dialektoloji lüğəti.

  • ÖG

    (Dərbənd) qabaq, ön, qarşı. – Ögdə durubanları diyədilər

    Tam oxu »
  • ÖGƏ

    (Dərbənd) əvvəlcə. – Ögə sən de, sora mən diyədəm

    Tam oxu »
  • ÖGƏC

    (Bakı, Salyan) bax öəç

    Tam oxu »
  • ÖGƏC-ÖGƏC

    (Şamaxı) böyük-böyük, yaşına uyğun olmadan (danışmaq) – Ögəcögəc danışmağ sə:n adətindi

    Tam oxu »
  • ÖGƏN

    (Salyan) nəsil-nəcabət. – Adamın gərəg ögəni ola

    Tam oxu »
  • ÖGƏNGƏNƏ

    (Salyan) zəhərli cücü adı. – Mığanda ögəngənə çox olar; – Ögəngənə yayda olar

    Tam oxu »
  • ÖGLÜG

    (Dərbənd) önlük. – Öglügi mənə vər

    Tam oxu »
  • ÖGÜL

    (Ordubad) vəhşi qoyunların keşiyini çəkən qoç

    Tam oxu »
  • ÖHBƏ

    (Kürdəmir) bax öfgə. – Öhbəm ağzımnan gəldi

    Tam oxu »
  • ÖHD

    öhd eləməg: (Cəlilabad, Salyan) çatdırmaq, yetirmək. – Də:rman yaxşı atey (üyüdür), öhd eləməg olmey ki, dəni tökəsən (Cəlilabad)

    Tam oxu »
  • ÖHGÜN

    (Qax) bax ötgün

    Tam oxu »
  • ÖHRƏM

    I (Göyçay) yorğa. – Nə öhrəm atdı! II (Cəbrayıl) qaçaraq, çaparaq, tez, cəld. – Öhrəm qayıtdı

    Tam oxu »
  • ÖHŞƏLƏ

    (Bakı) bax ovşala. – Öhşələ içmiyincə xöreg təhləyə gedməz

    Tam oxu »
  • ÖHÜR

    (Cəlilabad) məxmərək

    Tam oxu »
  • ÖHVƏ

    I (Borçalı, Qazax) bax ofgə. – Axtüx’lünün öhvəsi yeməli olor (Qazax) II (Qazax) bax öfgə II. – Bu comuş öhvədi, öləjəx’

    Tam oxu »
  • Ö:X

    (Qazax, Tovuz) bax ovux. – Bizim əkəjəyimiz yer o ö:xdən başşağadı (Tovuz)

    Tam oxu »
  • ÖX’BƏ

    (Şəki) bax ofgə. – Öx’bə kavavı yaxşı yiməli olur

    Tam oxu »
  • ÖX’BƏQARA

    (Şəki) bax öpgəqara. – Keçilərə öx’bəqara deyif, qırıldı hamsı

    Tam oxu »
  • ÖJ

    (Ağbaba, Oğuz) 1. zidd 2. düşmən. – O mənnən yaman öjdü 3. tərs

    Tam oxu »
  • ÖJƏŞMƏX’

    (Gədəbəy) 1. höcətləşmək 2. savaşmaq. – Öjəşiflər uşaxlar dünənnəri talada

    Tam oxu »
  • ÖKBƏ

    (Cəlilabad, Əli Bayramlı, Kürdəmir, Zaqatala) bax öfgə. – Əlinin ökbələri tamam xəsdədi (Əli Bayramlı)

    Tam oxu »
  • ÖKBƏLİ

    (Kürdəmir, Salyan) qorxmaz, cəsarətli, ürəkli

    Tam oxu »
  • ÖKƏNƏ

    (Zaqatala) mayasız qatıq, yaxud mayası az olduğu üçün yaxşı bərkiməmiş qatıq

    Tam oxu »
  • ÖKƏŞDİRMƏX’

    (Gəncə) əzik-əzik etmək. – Paltarı ökəşdirmə

    Tam oxu »
  • ÖKƏŞİX’

    (Gəncə) əzik, əzilmiş. – Bu parça ökəşiy olmasa yaxşı görünər

    Tam oxu »
  • ÖKƏŞİKLİ

    (Gəncə) əzik-əzik olmuş, əzilmiş. – Ökəşikli paltarı gətirif maηa verir

    Tam oxu »
  • ÖKƏŞMƏX’

    (Gəncə) əzilmək. – Paltarım sandıxda ökəşif

    Tam oxu »
  • ÖKLUX

    (Qax) önlük. – Bizin xatınnar həmi öklux tutuy

    Tam oxu »
  • ÖLDÜRMƏCƏ

    (Yevlax) ölümcül. – Çayan zəhərriyir, öldürmür, əmə öldürməcə eliyir

    Tam oxu »
  • ÖLƏD

    (Bərdə) xəstəlik adı

    Tam oxu »
  • ÖLƏNTƏ

    (Cəbrayıl) zəif, arıq, ölüvay

    Tam oxu »
  • ÖLƏT

    I (Ağcabədi, Cəbrayıl, Əzizbəyov, İmişli, Laçın) bax öləd. – İki-üş gündü mə: ölət dəifdi (Ağcabədi); – Uşax yaman ölət tutufdu (Cəbrayıl) II (Cəbrayı

    Tam oxu »
  • ÖLƏTƏ

    (Yardımlı) bax ölət II

    Tam oxu »
  • ÖLƏTİ

    (Qazax) bax öləntə. – Öləti şeydi, onun əti yaxşı olmaz

    Tam oxu »
  • ÖLƏZİMƏX’

    I (Qarakilsə, Salyan, Tovuz) 1. zəifləmək 2. sönmək. – İşıx öləzidi (Tovuz); – Təndir öləziyif, çörəyi pişirmiyəcəx’ (Qarakilsə) II (Zəngilan) solmaq,

    Tam oxu »
  • ÖLƏZİT

    öləzit eləməx’: (Qazax) söndürmək

    Tam oxu »
  • ÖLLƏŞ

    (Qazax) aciz, əfəl. – Mahmud yaman ölləş adamdı

    Tam oxu »
  • ÖLÜKSƏMƏG

    (Salyan) solmaq, bürüşmək. – Göyərtini bir günnən artığ saxlıyanda ölüksi:r

    Tam oxu »
  • ÖLÜQURŞAĞI

    (Qazax) qövsi-quzeh. – Yağış bekara yağdı, ölüqurşağı tüşdü, indi yağış kəsər

    Tam oxu »
  • ÖLÜMƏZULUM

    (Salyan) güclə, çətinliklə. – Ay bala, öydən sizəcən ölüməzulum gəlmişəm

    Tam oxu »
  • ÖLÜNTÜ

    (Ağcabədi) aciz. – Ə, ölüntü olmaynan!

    Tam oxu »
  • ÖLÜŞGƏMƏY

    (Cəlilabad) susuzluqdan solmaq, ölgünləşmək (bitkiyə aiddir). – Susuzdi, tağlar ölüşgey

    Tam oxu »
  • ÖLÜŞGƏN

    (Ağdaş) saralıb solmuş (gül)

    Tam oxu »
  • ÖLÜŞÜMƏX’

    (Şəmkir) qurumaq, xarab olmaq. – Ağaş əx’mişdim bir-iki dənə, indi ölüşüfdü, də:sən bitimyəjəx’

    Tam oxu »
  • ÖLÜYÖZÜ

    (Gədəbəy) yağda bişən çörək. – Ölüyözü pişirmişim axşamnan, ye:rsiηsə gətirem

    Tam oxu »
  • ÖLYÜNTÜ

    (Qazax) bax öləntə. – Qoyunun ölyüntüsünü seçif ayrı otarıllar

    Tam oxu »
  • ÖMRƏSÜRƏ

    (Culfa, Salyan) heç vaxt, heç zaman. – Bizzərdə ömrəsürə dəvə olmı:b, eşşəg olmı:b (Salyan)

    Tam oxu »
  • ÖNƏLMAX

    (Zaqatala) yaxşılaşmaq, sağalmaq (xəstə və xəstəlik haqqında)

    Tam oxu »
  • ÖNƏND

    (Gəncə) avand, avand üzü (paltar və s.). – Önəndi xarafsa da, dalı yaxşıdı

    Tam oxu »
  • ÖηÜR

    (Basarkeçər, Çənbərək, Gədəbəy) yaxa. – Köynə:ηin öηürnü bağla (Basarkeçər); – Öηürdən aşdıηmı düymüyü? (Gədəbəy)

    Tam oxu »