AVA-QAVA
AVADANNIĞ
OBASTAN VİKİ
Mira Avad
Mira Ənvər Avad (Ərəbcə:ميرا عوض, İvrit: מירה עווד; 11 iyun 1975) — Fələstin müğənnisi, aktrisası. == Həyatı == Mira Avad 11 iyun 1975-ci ildə anadan olmuşdur. Təl-Əviv-də yaşayır. Achinoam Nini ilə birlikdə İsraili 2009 Avroviziya Mahnı Müsabiqəsində "There Must Be Another Way" (Azərbaycan dilində:"Başqa Bir Yolu Olmalı") mahnısı ilə təmsil etmişdir. I yarımfinalda 75 xal toplayaraq 7–ci olmuş və finala keçmişdir. Finalda isə 53 xalla 16–cı olmuşdur.
Avadanlıq
Avadanlıq aşağıdakı mənalara gələ bilər: Şəbəkə avadanlıqları: Kompüter şəbəkəsinin elementləri arasında əlaqə yaratmaq üçün lazım olan qurğulardır. Kompüter avadanlığı: Kompüterdə olan fiziki vahidlər.
Hesablama avadanlığı tarixçəsi
Hesablama avadanlıqı tarixçəsi — İnformasiya texnologiyasının müasir inkişaf dövrü texnologiyasında edilən dəyişikliklərə uyğun olaraq, müxtəlif mərhələlərə bölünür. Hər mərhələ yeni nəsil kompyuterlərin meydana gəlməsi ilə bağlıdır. "Komputerlərin nəsilləri" başlıca olaraq komputerlərdə istifadə edilən məntiq elementlərinin müxtəlifliyi ilə fərqlənir. Məntiq elementi informasiyanın emalı və yadda saxlanması üçün istifadə edilən elektron komponentdir. Birinci nəsil — (1951-1958). Kompüterlərin birinci nəslində elektron lampaları əsas məntiq elementi idi.Bu lampalar qızır və tez-tez sıradan çıxırdı. Kompüterlər işləyərkən xeyli elektrik enerjisi sərf edilirdi. Bu maşınların bir nöqsanı da hesablama işlərinin təşkili ilə bağlı idi. Belə ki,istənilən məsələni həll etmək üçün müvafiq alqoritmi-proqramı ikilik kodlar şəkilndə tərtib etmək lazım gəlirdi ki,buda çətin, yorucu və tez-tez səhvlərə gətirib çıxaran bir iş idi. Maşına verilənlər perfokartlar şəklində daxil edilir və nəticələr də perfokartlara çıxarılırdı.
Məlumat terminal avadanlığı
Məlumat terminal avadanlığı və ya Data terminal avadanlığı (DTE) — istifadəçi məlumatlarını siqnallara çevirən və ya qəbul edilmiş siqnalları yenidən çevirən son cihazdır. Bunları növbə dövrələri də adlandırmaq olar. DTE cihazı məlumat dövrəsini dayandıran avadanlıqla (DCE) əlaqə yaradır. DTE, məlumat mənbəyi və ya məlumat anbarı kimi xidmət edən və məlumat kommunikasiyasına nəzarət funksiyasını keçid protokoluna müvafiq olaraq yerinə yetirməyə imkan verən məlumat stansiyasının funksional bölməsidir. Adətən, DTE cihazı terminaldır, DCE isə modem və ya operatora məxsus digər cihazdır. Məlumat terminalı avadanlığı istifadəçilərin əlaqə yaratmasına imkan verən bütün zəruri funksiyaları yerinə yetirən tək bir avadanlıq parçası və ya çoxsaylı avadanlıqların bir-birinə bağlı olan alt sistemi ola bilər. İstifadəçi DTE ilə əlaqə yarada bilər və ya DTE özü istifadəçi ola bilər.
Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisi
Verilənlərin ötürülməsi avadanlığı
Verilənlərin ötürülməsi avadanlığı (en. Data Communications Equipment / Data Circuit-terminating Equipment), (ru. аппаратура передачи данных), (tr. veri iletişim donatımı) – RS-232-C ardıcıl birləşməsi vasitəsilə qoşulan iki növ aparat təminatından biri; ikinci növ isə terminal avadanlıq və ya DTE’dir. DCE daxil olmuş informasiyanı DTE’dən qəbul edir və, adətən, giriş siqnalını əsil adresata verməmişdən öncə müəyyən şəkildə çevirməklə aralıq qurğu kimi fəaliyyət göstərir. Məsələn, xarici modem DCE qurğusudur; o verilənləri kompüterdən (DTE) qəbul edir, onları modulyasiya edir, sonra isə bu verilənləri telefon xətti ilə ötürür. Rabitə sistemlərində DCE qurğusu olan RS-232-C, verilənləri 2-ci xətlə qəbul edir, 3-cü xətlə göndərir, DTE qurğusu isə verilənləri 3-cü xətlə qəbul edir, 2-ci xətlə göndərir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Şəbəkə avadanlığı
Şəbəkə avadanlığı kompüter şəbəkəsindəki cihazlar arasında rabitə və qarşılıqlı əlaqə üçün tələb olunan elektron cihazlar. Xüsusilə, onlar kompüter şəbəkəsində məlumat ötürülməsinə vasitəçilik edirlər. Məlumatı qəbul edən və ya yaradan bölmələrə hostlar, son sistemlər və ya məlumat terminalı avadanlığı deyilir.
Avaddon
Avaddon, həmçinin Avvadon, Abaddon, Abbadon, Abadonna (q.yəh. אבדון‎, Ǎḇaddōn; ölüm, çürümə; məhv, varlığın dayanması) — iudaizm və xristianlıqda termin. Həm məhv yeri, həm də uçurumun mələyi kimi təqdim edilir. Əhdi-ətiqdə "ölüm" və "cəhənnəm" sözlərinin yanında işlənir. Kölgələr aləmini adlarındandır. Sinonimi şeoldur.Braun–Drayver–Briqqs leksikonuna görə, ivrit dilindəki "אבדון/ăḇadōn" sözü sami kökünün intensiv formasıdır və "ölmək" mənasında olan "אָבַד/'ăḇāḏ" kökündən törəmiş feildir. Yəhudi Bibliyasında bu sözə 184 dəfə rast gəlinir. Yəhudi Bibliyasının yunan dilinə erkən tərcüməsi olan Septuaginta ""ἀπώλεια" (𝘢𝘱𝘰́𝘭𝘦𝘪𝘢) kimi yazılmışdır, bu da "məhv etmək" mənasını verən "ἀπόλλυμι" sözünün feili sifət halıdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Halley, Henry H. James E. Ruark (redaktor). Halley's Bible Handbook.
Avadhara
Avadhara, həmçinin Avadhara (abx. Ауадхара, gürc. ავადჰარა ) — Qərbi Qafqazda, Gürcüstanın Abxaziya Muxtar Respublikasının Qudauta bələdiyyəsində, Ritsa gölündən 18 km aralıda kurort. Bu, qismən tanınan Abxaziya Respublikasının nəzarətindədir. Avadhara küknar, şam və fıstıq meşələri ilə əhatə olunmuşdur. Ərazidə yay sərin, qış isə nisbətən soyuq keçir.
воспламени́ться вразуми́тельный ру́бчатость с разма́ху хвали́мое Ю́гра автолюби́тель древото́чцы засере́ть лино́леум патриарха́льщина ру́хнуть синхронизи́ровать торпе́да кадастр парикер Cabinda Charity jackdaw marquise paughty prelatry приклеиваться униматься хлебоуборка