Azərbaycan dilinin dialektoloji lüğətində ÇAĞ sözün mənası.

I
(İsmayıllı)
əzik (meyvə). – Çağ almaları bana çıxarmo:n
II
(Xanlar)
barmaqdakı buğumların arası. – Üyün arası çağ addaney
← ÇAFCALAMAX

(Çənbərək) çalışmaq, əlləşmək. – Qızyetər gənə çafcalıyır kın, tütünü tez əhsin

ÇAĞA →

(Ağdaş, Basarkeçər, İsmayıllı, Şəki) uşaq. – Ay çağa, dur bir az odun doğra (Ağdaş); – Sona hələ çağadı, ərə gedən vaxdı döyül (Basarkeçər)