DO:

do: gəlməx’:
(Ağdam, Kürdəmir, Mingəçevir)
qalib gəlmək. – Cəbi Səfərə do: gələr (Ağdam); – Biz olara həmişə do: gəlmişük (Kürdəmir)
◊ Do: düşmeg (Bakı, Salyan) – fürsət düşmək, imkan düşmək. – Sə: də do: tüşdi (Salyan); – Əlüvə do: düşüb? (Bakı)
DİZZİY
DOAX
OBASTAN VİKİ
.do
.do — Dominikan Respublikasının internet kodu.
Do Bəralə
Do Bəralə (fars. دوبراله‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 203 nəfər yaşayır (53 ailə).
Do Jihan
Do Ji-han (24 sentyabr 1991, Seul) Cənubi Koreya-lı aktyorudur. O The Tower (2012) filmində və KBS2-nin Hwarang: The Poet Warrior Youth (2016–2017) serialındakı rolları ilə tanınır. 26 dekabr 2018-ci ildə hərbi xidmətə çağırılıb. == Həyatı == Ci-Han 24 sentyabr 1991-ci ildə Tecon, Cənubi Koreya-da doğulmuşdur.Ci-Han, 24 dekabr 2018-ci il tarixdə məcburi hərbi xidmətə göndərildi.
Dzü-do
Cüdo (Cü - yumşaq, Do – yol) və ya dzü-do — yapon döyüş sənətidir. Ciqaro Kano Ciu-citsu döyüş növünün əsasında cüdonun əsas qaydalarını, məşq prinsiplərini, mübarizə üsullarını yaratmışdır. Cüdonun yarandığı tarix 1882-ci il hesab olunur. == Yaranması == Cüdo idman növü 1882-ci ildə Yaponiyada yaranıb. Bu idman növünün təməlini Ciqaro Kano qoyub. C.Kano Yaponiyada Olimpiya Komitəsinin ilk prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü olub. O vaxt yaponların milli idman növü sayılan əlbəyaxa-silahsız döyüş növü olan ciu-citsu təkcə Yaponiyada deyil, eləcə də əksər dünya xalqları arasında geniş yayılmışdır. Lakin bu idman növü ilə məşğələlər, yarışlar saysız-hesabsız zədələrlə nəticələnirdi. Buna görə də ciu-citsu gənclərin fiziki tərbiyəsinə yönəldilmiş idman növü ola bilməzdi. Yaponiya məktəblərindən birində müəllim işləyən Ciqaro Kanonu gənclərin fiziki və mənəvi tərbiyəsi həmişə ciddi şəkildə düşündürdüyündən o belə qənaətə gəlmişdir ki, gənclərə yeni, zərbələrsiz və fəndləri zədələnmələrə səbəb olmayan maraqlı bir idman növü gərəkdir.
Karate-do
= Dərəcələr = Karatedə dərəcəni kəmərlər təmsil edir.Bunlar ağ, sarı, narıncı, yaşıl, göy, qəhvəyi və qaradır.Dərəcələr ''Kyu" adlanır.Qara kəmərdə isə alınan dərəcələr dan adlanır. 1-ci dan,2-ci dan və s. 10 kyu və 10 dan dərəcəsi vardır. === Karate, tam adı karate-do (Yaponca: kara - "boş", te - "əl", do - "yol", yəni "boş əlli yol") - yapon əlbəyaxa döyüş sənəti. 1929-cu ildə Funakosi Gitin tərəfindən dzen buddizmin təsiri altında yaradılmışdır. === Karatenin vətəni Yaponiyanın Okinava adasıdır. XX əsrin əvvəllərində adanın ağır iqtisadi vəziyyəti okinavalıların digər yapon adalarına köçməsinə gətirib çıxarmış, onlar isə öz növbəsində bu idmanın bütün Yaponiyaya yayılmasına yol açmışlar. Karate hazırda olimpiya oyunları siyahısında olan idman növlərindən biridir. Karatenin bir çox növü mövcuddur.Bunlardan biri Goju-ryu;Shotokahan və s.
Turan-Do
Turan-Do - Turan Do qədim Türk döyüş sənətləri üzərində qurularaq, müasir idman tələbinə müvafiq hərəkətlərlə zənginləşdirilmişdir. İstifadə olunan hərəkətləri daha da çevik, mütəhərrik, sürətli etmək üçün çoxlu sayıda silahlardan istifadə edilir. Yığcam, mütəşəkkil, dolğun, yüksək, dinamik və sürətli olmasına görə digər növlərdən ciddi surətdə fərqlənir. Turan Do iki istiqamətdə - idman və real döyüş (kombat) üsulunda öyrədilir. Bu döyüş sənətinin yaradıcısı döyüş sənətlərinin fəlsəfəsi üzrə doktor, professor olan Beynəlxalq dərəcəli təlimatçı və hakim Süleyman Məmmədlidir. == Mənası == Turan-Do döyüş sənəti müxtəlif anlayışlara gələ bilər. Həmin anlayışlar aşağıdakı kimidir: Turan – qədim Turan (Türk) dövləti, Do- yol, məqsəd Turan – dayanan, dirçələn Do – Tao – dağ, zirvə == Tarix == Turan Do döyüş sənəti 2003-2004-ci illəri ərzində bu daha da təkmilləşdirdi. Turan Do bir idman növü kimi Beynəlxalq Döyüş sənətlərindən qeydiyyat keçib qəbul olundu. 2004-cü il Avqust ayını Turan Do döyüş sənətinin yeni bir idman növünün yaranması tarixi qəbul etmək olar. 2004-cü il ayından Dünya Turan Do Assosiasiyası fəaliyyət göstərməyə başladı.
Arena do Qremio
Arena do Qremio (port. Arena do Grêmio) — Braziliyanın Porto Aleqre şəhərində yerləşən stadion. Tamaşaçı tutumu 55,662 nəfərdir. "Qremio" klubu ev oyunlarını bu stadionda keçirir. == Tarixi == Açılışı 8 dekabr 2012-ci ildə olmuşdur.
Cit Kun Do
Citkundo və ya Cit Kun-Do (ing. Jeet Kune Do, Jeet Kun Do və ya Jeet Kuen Do) — döyüş sənətləri növüdür. == Tarixi == 1967-ci ildə Brüs Li tərəfindən yaradılmışdır. "Jeet Kune" mənası yumruğu qabaqlamaq və ya kəskin surətdə zərbə və hücumu zərərsizləşdirmək; "Do" isə - yol mənasını verir. Vaxtı ilə İp Manın ona öyrətdiyi Vin Çun və həmçinin mükəmməl öyrəndiyi boksun əsasında yaratmışdır. O bura başqa idman növlərini də: aykido, dayto-ryu Ayki-ciucitsu, ciu-citsu, dzü-do, sambo, güləş, kunq-fu (müxtəlif stilləri), karate, taekvondo, muay tay, savat (fransız boksu), kendo, eskrime (silahli doyüş) və s. daxil edərək onlar arasındakı fərqlərə əsasən tətbiq etmişdir. == Xarakteristika == Citkundo bir sistem deyil. Bir döyüş texnikasi deyil. Konkret zərbələri, fəndləri yoxdur.
Do Ci-Han
Do Ji-han (24 sentyabr 1991, Seul) Cənubi Koreya-lı aktyorudur. O The Tower (2012) filmində və KBS2-nin Hwarang: The Poet Warrior Youth (2016–2017) serialındakı rolları ilə tanınır. 26 dekabr 2018-ci ildə hərbi xidmətə çağırılıb. == Həyatı == Ci-Han 24 sentyabr 1991-ci ildə Tecon, Cənubi Koreya-da doğulmuşdur.Ci-Han, 24 dekabr 2018-ci il tarixdə məcburi hərbi xidmətə göndərildi.
Do Sar (Bicar)
Do Sar (fars. دوسر‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 98 nəfər yaşayır (20 ailə). Əhalisini kürdlər təşkil edir.
Do Sar (Qürvə)
Do Sar (fars. دوسر‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 304 nəfər yaşayır (74 ailə). Əhalisini kürdlər təşkil edir.
Jozef do Gini
Xristian Lui Jozef dö Gini (fr. Chrétien Louis Joseph de Guignes; 19 oktyabr 1721, Pontuaz – 19 mart 1800, Paris) — Fransalı şərqşünas, sinoloq və türkoloq. Pontuazda, Jan Lui dö Gini (fr. Jean Louis de Guignes) və Fransuaz Veylanın (fr. Françoise Vaillant) ailəsində anadan olmuş, Parisdə vəfat etmişdir.
Kokal do Sul
Kokal do Sul (port. Cocal do Sul) — Braziliyanın Cənub regionunun Santa Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 15074 nəfərdir. Ərazisi 71,210 кm²-dir. Əhalinin sıxlığı 211,7 nəfər/кm²-dir. Bələdiyyə 26 sentyabr 1991-ci ildə yaradılmışdır.
Miranda do Douro
Miranda do Douro — Portuqaliyanın Norte bölgəsindəki Alto Tras-os-Montes subregionunun bələdiyyələrindən biridir. Portuqal dilindən fərqli olaraq bu bölgədə yerli Miranda dili danışılır.
Parque do Sabia
Parque do Sabia (port. Estádio Municipal Parque do Sabiá) — Braziliyanın Uberlandia şəhərində yerləşən stadion. Tamaşaçı tutumu 53,350 nəfərdir. "Uberlandia" klubu ev oyunlarını bu stadionda keçirir. == Tarixi == Açılışı 27 may 1982-ci ildə olmuşdur.
İbadat-i do
İbadat-i do (fars. عبادات دو‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. 2011-ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 20 ailədə 53 nəfəri kişilər və 56 nəfəri qadınlar olmaqla cəmi 109 nəfərdir. Kəndin əhalisini ərəblər təşkil edir, ərəb dilində danışırlar və şiə müsəlmandırlar.
An Do Hyeon
An Do Hyeon (15 dekabr 1961) — cənubi Koreyalı şair və universitet professorudur. == Həyatı == An Do Hyeon 1961-ci ildə Yeçion, şimali Gyeonsan əyalətində anadan olmuşdur. Məktəbdə oxuyan zamanlar "Taedonggi Ədəbiyyat Cəmiyyəti"adlı kreativ yazıçılar klubuna daxil olmuşdur və orada Hong Sang-vu, Seo Cang-yun, Park Deok-gyu, Kvon Tae-hyeon, Ha Eung-baek, və Li Jeng-ha kimi yazıçılr ilə tanış olmuşdur. Fərqli ölkə daxili yazıçılıq müsabiqələrindən və kreativ yazıçılıq yarışlarından, içində "Hakvon Ədəbiyyat Mükafatı" daxil olmaqla, bir sıra mükafatlar qazanmışdır. 1980-ci ildə Vonkvang Universitetinə Koreya ədəbiyyatı fakültəsinə qəbul olmuşdur. Bununla birlikdə o, yazıçılar Park Gi-yonq, Park Sanq-bonq və Canq Çunq-il ilə birlikdə Daequda nəşr olunan ədəbi ünsiyyət jurnalı Guksi-nin üzvü kimi fəal idi. O, ədəbi karyerasına 1981-ci ildə "Nakdong River" (낙동강) şeirinin "Daegu Maeil Shinmunun Yeni YazıçılarMüsabiqəsini" yarışının qalibi olaraq və "Jeon Bong-jun Seula Gedir" (서울로 가는 전봉준) əsərinin 1984-cü ildə Dong-A Ilbo-nun Yeni Yazıçı Müsabiqəsini qazanaraq yoluna başladı. O, təhsil sahəsində karyerasına 1985-ci ilin fevralında İri Orta Məktəbində Koreya dili müəllimi kimi başlamışdı, lakin 1989-cu ilin avqustunda Koreya Müəllimlər və Təhsil İşçiləri Həmkarlar İttifaqına (KTU) qoşulduğu üçün İri Orta Məktəbindəki vəzifəsindən azad edilmişdir. Daha sonra, 1994-cü ilin fevral ayına qədər o, KTU-nun İri İksan filialında işləmişdi və Kim Jinkyung, Do Jong-hvan, Bae Çang-hvan, Co Cae-do, Ceong Yeong-sang, Co Seong-sun və Co Hyeon-seol ilə birlikdə "Təhsil Yaradıcı Yazılar Cəmiyyəti"nin üzvü kimi fəaliyyət göstərmişdilər. 1994-cü ilin mart ayında o, şimali Ceolla əyalətinin Cangsu əyalətindəki Sanseo Liseyinə transfer olundu, lakin 1997-ci ilin fevralında müəllimlikdən istefa verərək və yazıçılığa başladı.
Pires do Rio
Pires do Rio — şəhər Braziliyanın Qoyas ştatında yerləşən müstəqil bələdiyyədir . Şəhər sürətli inkişaf edir və əsas olaraq quşçuluq məhsullarının istehsalı məkanı kimi məşhurdur.
Do Ya Do Ya (Wanna Please Me)
Do Ya Do Ya (Wanna Please Me) – Samanta Foks tərəfindən 1986-cı ildə ifa edilmiş mahnıdır.
Bakı Karate-do Akademiyası
Karate, tam adı karate-do (Yaponca: kara — "boş", te — "əl", do — "yol", yəni "boş əlli yol") — yapon əlbəyaxa döyüş sənətidir. Karatenin vətəni Yaponiyanın Okinava adasıdır. XX əsrin əvvəllərində adanın ağır iqtisadi vəziyyəti okinavalıların digər yapon adalarına köçməsinə gətirib çıxarmış, onlar isə öz növbəsində bu idmanın bütün Yaponiyaya yayılmasına yol açmışlar. == Dərəcələr və kəmər rəngləri == Karate-do kəmərlərinin rəngləri və sıralaması necə gedir? Karate-do silahsız döyüş sənətləri arasında ən məşhurlarından biridir. Söz olaraq boş əl mənasını verən karate və sonunda do şəkilçisi yol mənasını verir. O, həm də insanın istedadlarını üzə çıxaran bir sənət kimi görünür. Karate Hindistanın şimal-şərqindən başlayan səyahəti Çinin cənubuna qədər uzanıb. Nəhayət, Yaponiyaya aid olan Okinava adasında formalaşdı. Onun əvvəlcə silahsız mübarizə kimi başlayan yolu burada inkişaf edərək qollara bölünür.
Bəsk-i Do (Sərdəşt)
Bəsk-i Do (fars. باسكدو‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Do I Wanna Know?
"Do I Wanna Know? – ingilis rok qrupu Arctic Monkeys-in Aleks Törner tərəfindən yazılmış mahnısı. 19 iyun 2013-cü ildə Domino Recording Company tərəfindən AM adlı beşinci studiya albomundan ikinci sinql olaraq buraxılmışdır. iTunes-da rəqəmsal endirmə və musiqi videosu ilə bərabər yayımlandı. Sinql kimi buraxılmazdan əvvəl mahnının premyerası qrup tərəfindən 2013-cü ilin may ayında AM Tour-da canlı ifa edildi və burada o, tez-tez açılış treki kimi səsləndirildi. "Do I Wanna Know?" Böyük Britaniya Singles Chart-da 11-ci yerə yüksəldi, bir sıra digər ölkələrdə pillələrə düşdü, ABŞ-də Billboard Hot 100 hitlərinə daxil olan ilk Arctic Monkeys mahnısı oldu və 2014-cü ilin martında 70-ci yerə yüksəldi. Mahnı 2015-ci ildə 57-ci Grammy Mükafatlarında Ən Yaxşı Rok Performansına namizəd oldu. 2019-cu ilin dekabrında mahnı Guitar World-un onilliyin ən yaxşı 20 gitara rifi siyahısında üçüncü yeri tutdu.
Nömrə-yi do (Həftkel)
Nömrə–yi do (fars. نمره دو‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 49 ailədə 98 nəfəri kişilər və 93 nəfəri qadınlar olmaqla cəmi 191 nəfərdir. Kəndin əhalisini qaşqaylar təşkil edir, qaşqay türkcəsində danışırlar və şiə müsəlmandırlar. == Şərhlər == == İstinadlar == == Xarici keçidlər == Nömrə-yi do kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində.
Uzunquyu-i Do (Pərsabad)
Uzunquyu-i Do (fars. اوزون قوئي دو‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 401 nəfər yaşayır (81 ailə).
We Can Do It!
"We Can Do It!" (azərb. Biz bunu edə bilərik!‎) — 1943-cü ildə ABŞ-də müharibə dövrü "Westinghouse Electric"də işləyən işçilərin əhvalının artırmaq üçün C.Hovard Miller tərəfindən yaradılmış plakat. Plakatın ümumiyyətlə Ceraldin Hoff adlı Miçiqan fabrik işçisinin xəbər agentliyinin ağ-qara fotoşəklinə əsaslandığı iddia olunur. Plakata İkinci dünya müharibəsi zamanı çox az rast gəlinirdi. Plakat erkən 1980-ci illərdə yenidən tapıldı və geniş miqyasda bir çox formalarda reproduksiya olundu. Plakat çox vaxt "We Can Do It!" adlandırılsa da, bəzən "Çəkicvuran Rozi" adlandırılırdı. 1980-ci illərdə plakat feminizm və digər siyasi məsələlərin təşviq edilməsində istifadə olunurdu. Şəkil 1994-cü ildə "Smithsonian" jurnalının ön səhifəsində və 1999-cu ildə ABŞ-nin birinci sinif poçta markası kimi istifadə olunub. 2008-ci ildə plakat bir neçə Amerikan siyasətçisi üçün təşviqat materiallarında təsis edilmişdi, 2010-cu ildə isə Avstraliyanın ilk baş nazirinin qadın olması rəssam tərəfindən əks edilmişdir. Plakat Milli Arxiv və Yazılar Administrasiyasından ən çox tələb olunan 10 şəkillərdən biridir.Plakatın yenidən tapılmasından sonra, müşahidəçilər çox vaxt plakatı qadın işçiləri ruhlandırmaq üçün müharibə cəhdlərinə qoşulması yönündə işləndiyini iddia edirlər.
"Açıq qapı" doktrinası
"Açıq qapı" doktrinası (ing. Open Door Policy) — 1899-cu ildə ABŞ böyük dövlətlərdən tələb etdi ki, Çindəki nüfuz dairələrində Amerika mallarının gətirilməsi və satışına şərait yaratsınlar. Özünün iqtisadi üstünlüyünə arxalanan ABŞ bu yolla rəqiblərini Çindən sıxışdırıb çıxarmaq istəyirdi. XIX əsrin sonu — XX əsrin əvvəllərindən ABŞ-nin Uzaq Şərq siyasətində Çin mərkəzi obyekt oldu. Amerika diplomatiyası Çinə gələcəkdə kapital qoymaqda mühüm bazar kimi baxırdı. Lakin Çin artıq digər böyük dövlətlər tərəfindən bölüşdürülüb qurtardığından belə vəziyyət ABŞ-ni təmin edə bilməzdi. Amerika diplomatiyası Çini bölüşdürən dövlətlərlə diplomatik mübarizəyə başladı. 1899-cu ildə ABŞ dövlət katibi Aleksandr Heyq Çin barəsində öz dövlətinin siyasətini açıqladı. Bu siyasət "açıq qapılar" doktrinası adını aldı. Doktrinaya görə Çində bütün millətlərin kapitalının fəaliyyəti üçün bərabər imkanlar və bərabər şərtlər yaradılmalı və Çində azad iqtisadi fəaliyyət prinsipi gözlənilməli idi.
"Açıq qapılar" doktrinası
"Açıq qapı" doktrinası (ing. Open Door Policy) — 1899-cu ildə ABŞ böyük dövlətlərdən tələb etdi ki, Çindəki nüfuz dairələrində Amerika mallarının gətirilməsi və satışına şərait yaratsınlar. Özünün iqtisadi üstünlüyünə arxalanan ABŞ bu yolla rəqiblərini Çindən sıxışdırıb çıxarmaq istəyirdi. XIX əsrin sonu — XX əsrin əvvəllərindən ABŞ-nin Uzaq Şərq siyasətində Çin mərkəzi obyekt oldu. Amerika diplomatiyası Çinə gələcəkdə kapital qoymaqda mühüm bazar kimi baxırdı. Lakin Çin artıq digər böyük dövlətlər tərəfindən bölüşdürülüb qurtardığından belə vəziyyət ABŞ-ni təmin edə bilməzdi. Amerika diplomatiyası Çini bölüşdürən dövlətlərlə diplomatik mübarizəyə başladı. 1899-cu ildə ABŞ dövlət katibi Aleksandr Heyq Çin barəsində öz dövlətinin siyasətini açıqladı. Bu siyasət "açıq qapılar" doktrinası adını aldı. Doktrinaya görə Çində bütün millətlərin kapitalının fəaliyyəti üçün bərabər imkanlar və bərabər şərtlər yaradılmalı və Çində azad iqtisadi fəaliyyət prinsipi gözlənilməli idi.
"Donbass kömür şaxtalarının bərpa edilməsinə görə" medalı
"Donbass kömür şaxtalarının bərpa edilməsinə görə" medalı — SSRİ Ali Sovetinin 10 sentyabr 1947-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
"Dostluq" ordeni (Azərbaycan)
"Dostluq" ordeni — Azərbaycanın dövlət təltifi (orden). Azərbaycan Respublikasının 16 fevral 2007-ci il tarixli 248-IIIQ nömrəli Qanunu ilə təsis edilmişdir. == Statusu == Azərbaycan Respublikasının Dostluq ordeni Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir: Azərbaycan Respublikası ilə xarici ölkələr arasında dostluq, iqtisadi və mədəni əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinəgörə; xalqlar arasında dostluğun möhkəmləndirilməsi işində görkəmli xidmətlərinə görə; dünyada, regionda və müxtəlif ölkələrdə sülhün vəəmin-amanlığın bərqərar olmasında, sivilizasiyalar arasında konstruktiv münasibətlərin yaradılmasında və mədəniyyətlərarası dialoqun qurulmasında görkəmli xidmətlərinə görə.Dostluq ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Şöhrət" ordenindən sonra taxılır. == Təsviri == Dostluq ordeni qızıldan düzəldilmiş itiuclu səkkizguşəli ulduz və onun üzərinə bərkidilmiş girdə lövhədən ibarətdir. Girdə lövhədə tutqun sarı rəngli qızıldan hazırlanmış relyefli quş qanadları arasında parlaq platindən düzəldilmiş yer kürəsi təsvir olunmuşdur. Girdə lövhənin kənarları qabarıqdır. Orden halqa və ilgək vasitəsilə Azərbaycan bayrağının rəngləriniəks etdirən lentə birləşdirilmişdir. Arxa tərəfi hamar səthlidir, ortasında ordenin nömrəsi həkk olunmuşdur. Təltif dəstinə aşağıdakılar daxildir: boyundan asmaq üçün Azərbaycan bayrağının rəngləriniəks etdirən 23 mm enində lentdən ibarət 50 mm qabarit ölçülü orden; paltara bərkidilmək üçün Azərbaycan bayrağının rənglərini əks etdirən 21 mm x 50 mm ölçüdə lentə halqa və ilgək vasitəsilə birləşdirilən 35 mm qabarit ölçülü orden; paltara bərkidilmək üçün elementi olan, Azərbaycan bayrağının rənglərini əks etdirən, ölçüsü 1 mm x 15 mm olan qəlib == Poçt markası üzərində == 2011-ci ilin sentyabr ayının 5-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan ordenlərinə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdir. Qiyməti 60 qəpik, tirajı isə 5000 ədəd olan həmin markalardan biri "Dostluq" ordeninə həsr olunmuşdur.
"Dostluq" ordeni (Rusiya)
Dostluq ordeni — Rusiya ordeni.
"Dostluq" ordeni ilə təltif edilənlərin siyahısı
== 2008 ==
"Doğan günəş" ordeni
"Doğan günəş" ordeni (旭日章, Kyokujitsu-shō) — beynəlxalq əlaqələr, Yapon mədəniyyətinin təbliği, yapon mədəniyyəti sahəsindəki irəliləyişlər, rifahın təşviqi və ya ətraf mühitin mühafizəsi kimi səbəblərə görə verilən Yaponiya ordenidir. Orden Yaponiya hökumətinin 10 aprel 1875-ci il tarixli fərmanı ilə verilən ilk milli yapon ordeni olmuşdur.
...Əks-səda doğuracaq (film, 1987)
...Əks-səda doğuracaq (rus. И эхом отзовётся) — Azərbaycanın cizgi, ekler, qarışıq texnika filmi. == Məzmun == Film aktual mövzuya-insanların öz hərəkətləri üçün gələcək qarşısında məsuliyyət daşımalarına, yer planetində sivilizasiyanın qorunub saxlanılması üçün insan zəkasının məsuliyyətinə həsr olunmuşdur. == Film haqqında == Cizgi, ekler, qarışıq texnika filmidir. Bədii-publisistik multipliaskiya filmi Gennadi Tişşenkonun "Miras" hekayəsi əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Gennadi Tişşenko Ssenari müəllifi: Gennadi Tişşenko Quruluşçu rəssam: Vaqif Məmmədov, Gennadi Tişşenko, Nigar Nərimanbəyova Operator: Ramiz Ağayev Bəstəkar: Elmar Fel Səs operatoru: Marat İsgəndərov Multiplikasiya rəssamı: Vaqif Məmmədov, Gennadi Tişşenko Rəssam: Firəngiz Quliyeva, Hüseyn Cavid İsmayılov, Bəhram Qaflanov === Rollarda === Fəxrəddin Manafov N.Georgiyeva Cahangir Şahmuradov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
1 dollarlıq əməkhaqqı
1 dollarlıq əməkhaqqı (ing. One-dollar salary) — ABŞ-də ölkənin böhran yaşadığı dövrlərdə həyata keçirilən iqtisadi konsepsiya.ABŞ-də ölkənin böhran yaşadığı bir neçə dövr olmuşdur. Bu dövrlərin əksəriyyəti isə son vaxtlara təsadüf edir. Birinci və İkinci dünya müharibələri, Koreya müharibəsi ölkəni bərbad vəziyyətə gətirib çıxarmışdı və hökumət öz gücünün köməkliyi ilə bu vəziyyətdən çıxa bilmirdi. Bu zaman, yəni XX əsrin əvvəlində "One-dollar salary" konsepsiyasını yaratmaq qərarına gəlirlər. Bu ideya çərçivəsində ölkə rəhbərliyi məşhur biznesmen və sahibkarları məsləhətçi qismində dəvət edirdi və onlar da öz növbəsində səfərbər olmalı, ölkə iqtisadiyyatını idarə etməli idilər. Dəvət edilmiş sahibkarlar müxtəlif vəzifələri tutur, məsləhətçi qismində fəaliyyətə başlayaraq nazir olaraq bitirirdilər. Onları birləşdirən ümumi cəhət isə 1 dollarlıq əməkhaqqı idi. Belə düşünülürdü ki, hər bir sahibkar artıq sərvətə sahibdir və buna görə də göstərdikləri xidmət qarşılığında əmək haqqı almağa ehtiyacları yoxdur. Dövlət onların hər birinə eyni – 1 dollar əməkhaqqı təyin etmişdi və bununla da əlaqədar olaraq "Dollar-a-year men" ifadəsi yaranmışdır.
Adi doqquzdon
Adi doqquzdon (lat. Lonicera xylosteum) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Avropanın Şimali, Mərkəzi və Şərq vilayətlərində, Şimali Amerikada, Uralda və Qərbi Sibirdə rast gəlinir. == Botaniki xarakteristikası == Hündürlüyü 2,5 m-dək, yarpağıtökülən koldur. Oduncağı yaşılımtıl-ağdır. Cavan zoğları yaşıl və ya qırmızımtıl rəngli, qoca zoğlarının qabığı boz və qonur-bozdur. Tumurcuqları konusvarı, xırda, 1–2 mm-dir. Yarpaqların uzunluğu 3-7 sm, eni 2-5 sm, qarşı-qarşıya düzülmüş ellipsvarı formalı, qısa, ucu biz, kənarları bütövdür. Yarpaq ayasının yuxarı tərəfi tünd-yaşıl, tutqun, alt tərəfi bozumtul, yumşaq sıx tükcüklərlə örtülüdür. Çiçəkləri yarpaqların qoltuğunda cüt yerləşir.
Adi dəniz donuzu
Adi dəniz donuzu (lat. Phocoena phocoena) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin dəniz donuzları fəsiləsinin dəniz donuzu cinsinə aid heyvan növü. Orta uzunluğu dişilərdə 160 sm, erkəklərdə 145 sm, çəkiləri isə 50–60 kq arasında dəyişir. Bədəninin üst hissəsi tünd-boz, yan nahiyələri parlaq, qarın nahiyəsi isə parlaq boz və ya ağ rəngdə olur. Alt çənədə 16–30, yuxarı hissədə isə 17–25 diş olur. Növ üç yarımnövə bölünür: Phocoena phocoena phocoena — Atlantik okeanın şimalında Baltik dənizi, Ağ dəniz və Barens dənizi sulayında yaşayır. Phocoena phocoena relicta — Qara dəniz, Azov dənizi, Mərmərə dənizi və Egey dənizinin şimal sularında yayılmışlar. Phocoena phocoena vomerina — Sakit okeanın şimal sahilləri boyunca.Dəniz donuzları elədə böyük olmayaq qruplar halında yaşayırlar. Bəzən isə qrupların sayı minə çatır. Əsasən balıqlarla qidalanırlar.
Ageratina dolichobasis
Ageratina dolichobasis (lat. Ageratina dolichobasis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Ageratina dombeyana
Ageratina dombeyana (lat. Ageratina dombeyana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Ageratina dorrii
Ageratina dorrii (lat. Ageratina dorrii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Aleksandr Dovjenko
Aleksandr Petroviç Dovjenko (ukr. Олександр Петрович Довженко; 29 avqust (11 sentyabr) 1894, Vyunişe xutoru, Sosnitsa kəndinin yaxınlığı, Sosnitsa qəzası, Çerniqov quberniyası — 25 noyabr 1956, Moskva) —Sovet rejissoru, Ukrayna yazıçısı, kinodramaturqu, RSFSR Xalq artisti (1950), SSRİ Dövlət mükafatı laureatı (1941, 1949), Lenin mükafatı laureatı (1959, ölümündən sonra). == Həyatı == Ukrayna sovet kinorejissoru, yazıçı və kinodramaturq, RSFSR Xalq artisti (1950), SSRİ Dövlət mükafatı laureatı (1941, 1949), Lenin mükafatı laureatıdır (1959, ölümündən sonra). Dovjenko Aleksandr Petroviç 11 sentyabr 1894-cu ildə, indiki Çerniqov vilayətinin Sosnitsı kəndində anadan olmuşdur. 1912-ci ildə Qluxov Müəllimlər İnstitutunu bitirmşdir. 1926-cı ildə öz ssenarisi əsasında "İslahatçı Vasya" adlı ilk filmini (birgə iş) çəkmişdir. 1927-ci ildə lentə aldığı "Diplomatik kuryerin çantası" macəra filmində sovet diplomatlarının qəhrəmanlığı təsvir olunmuşdur. Vətəndaş müharibəsindən, Ukrayna xalqının tarixi keçmişi, inqilabi yolundan, Ukrayna kəndlilərinin kollektivləşmə uğrunda mübarizəsindən bəhs edən "Zveniqora" (1928), "Arsenal" (1929), "Torpaq" (1930) filmləri sovet kino sənətinin inkişafında mühüm mərhələ təşkil edir. Kinematoqrafiya tarixi bürosunun tənqidçiləri arasında keçirilən beynəlxalq sorğuda (1958, Brussel) "Torpaq" filmi bütün dövrlərin və xalqların 12 ən yaxşı filmindən biri hesab olunmuşdur. Dovjenko 1932-ci ildə ilk səsli sovet kino əsərlərindən olan "İvan", 1935-ci ildə isə "Aeroqrad" filmini çəkmişdir.
Aleksandr Dovqan
Aleksandr Dovqan (9 fevral 1988) — Hücumçu kimi çıxış edən Qazaxıstanlı kişi futzalçıdır. Qazaxıstan milli futzal komandasının bir üzvüdür. O, UEFA Futzal Avro 2016-da iştirak etmişdir. 2016-cı ildən Qazaxıstanın Astana-Tulpar MFK futzal klubunda çıxış edir.
Aleksandr Puşkinin heykəli (Rostov-na-Donu)
Aleksandr Serqeyviç Puşkin abidəsi — bürüncdən ibarət olan abidə yazıçı Aleksandr Sergeyeviç Puşkinin şərəfinə ucaldılmışdır. Abidə Rostov-na-Donu şəhərində Voroşilkin prospekti ilə Puşkinskaya küçələrinin kəsişdiyi ərazidə ucaldılmışdır. Abidənin heykəltaraşı Qavriil Aleksandroviç Şults olmuşdur. Abidə 1959-cu ildə ucaldılmışdır. Sonradan abidənin qoyulduğu ərazi abadlaşdırılmış və fanarlar quraşdırılmışdır. Aleksandr Sergeyeviç Puşkinin şərəfinə ucaldılmış abidı Rusiya Federasiyasını regional əhəmiyyətli mədəni irsi siyahısına daxil edilmişdur. Bu Rostovda ədəbi mövzuya aid ilk abidədir. Şairin abidəsi bürüncdən hazırlanmışdır. Onun yerləşdiyi altlıq isə mərmərdəndir. 1992-ci ildə abidə dövlət qorunması siyahısına daxil edilmişdir.
Aleksandr Xanjonkovun abidəsi (Rostov-na-Donu)
Aleksandr Xanjonkovun abidəsi — Rostov-na-Donu şəhərində yerləşən monumental abidələrdən biri. Abidə rus kinomatoqrafı Aleksandr Alekseyeviç Xanjonkovun şərəfinə ucaldılmışdır. Abidə 24 avqust 2016-cı ildə quraşdırılmışdır. Abidə Rostov-na-Donu şəhərinin Budyonnovski prospektində yerləşir. Sergey Oleşnya isə heykəlin müəllifidir. Bu abidənin açılışında məşhur rus sktyorlar və teleaparıcılar iştirak etmişdir. == Tarixi == Aleksandr Alekseyeviç Xanjonkovun şərəfinə abidənin ucaldılması ideası jurnalist Lyubov Surkova məxsusdur. O, bu idea ilə şəhər rəhbərliyinə müraciət etmişdir. Bu müraciət müsbət qarşılanmışdır. Bundan sonra eskizlər üzərində işlər aparılmışdır.
Allahverdi Dolxanov
Allahverdi Dolxanov — Qarabağ üzrə seçki komisiyasının sədri, Kənd təsərrüfatı elmləri namizədi, BDU-nun Coğrafi ekologiya kafedrasının dosenti. == Həyatı == 1950-ci il dekabrın 25-də Ağdam rayonunun Novruzlu kəndində Repressiya ailəsində anadan olub. 1957-1967-ci illərdə Novruzlu kənd orta məktəbini bitirib. 1975-1981-ci illərdə Rostov vilayəti Novoçerkassk şəhərində Mühəndis Melioratorlar İnstitutu Meşə təsərrüfatı fakültəsində təhsil alıb. 2002-ci ildən BDU-da Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə kafedrasında müəllim, dosent vəzifəsində çalışır. Ailəlidir, 4 övladı var. == Təhsili və elmi adları == 1981-ci illərdə Rostov vilayəti Novoçerkassk şəhərində Mühəndis Melioratorlarİnstitutu Meşə təsərrüfatı fakültəsində təhsil alıb 1991, Moskva şəhəri Ümumittifaq Meşə mexanizasiya və Meşə təsərrüfatı inistitutunda , Azərbaycanın suvarılan şəraitində tez böyüyən texniki əhəmiyyətə malik söyüd növlərindən ibarət plantasiyaların salınması aqrotexnikasının öyrənilməsi (genetika və seleksi və şəhərlərin yaşıllaşdırılması) indeksində müdafiə edib alimlik dərəcəsi almışdır. == Əmək fəaliyyəti == 1970-1977, Xankəndi şəhərində Suvarma Sistemləri İdarəsində mühəndis, Şuşa şəhərində müəllim,1977-1992, Bərdə şəhərində Azərbaycan Elmi-Tədqiqat Meşə Təsərrüfatı və Aqro Meşə Meliorasiya İnstitutunda baş elmi işçi, şöbə müdiri, Azərbaycan Elmi-Tədqiqat Meşə Təcrübə Stansiyasının direktoru, Dövlət Təbiəti Mühafizə Komitəsinin meşələrin mühafizəsi və qorunması üzrə böyük mühəndis, rəis əvəzi. 2005, Xankəndi seçki dairəsi dairə seçki kolmissiyasının sədri, 1993, BDU-da Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə kafedrasında çalışır. Aqroekologiya, Regionların tarazlı inkişafı, Ekologiyanın qlobal problemləri, Qoruq və yasaqlıqlar, Meşə ekosistemlərinin bərpası metodları, Təbiətdən istifadənin hüquqi əsasları 81 elmi əsər 1984 ildə Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin Mərkəzi Şurasının qərarı ilə ətraf mühitin mühafizəsində fəallığına görə medalla təltif edilmişdir 1990, öüzünümüdafiə batalyonunun yaradılmasında Ağdərə və Ağdam istiqamətlərində döyüşlərdə iştirak etmişdir 1993-cü ildən Yeni Azərbaycan Partiyasının yaradıcılarından biridir.
Alovlan, doğma məşəlim (film, 2015)
Alovlan, doğma məşəlim qısametrajlı sənədli televiziya filmi rejissor Nəsimi Əliyev tərəfindən 2015-ci ildə çəkilmişdir. İctimai televiziyada istehsal edilmişdir. Film 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları idman yarışından bəhs edir. == Məzmun == Film tarixdə ilk dəfə 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları idman yarışından bəhs edir.
Aloysia dodsoniorum
Aloysia dodsoniorum (lat. Aloysia dodsoniorum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinin aloysia cinsinə aid bitki növü.
Alp doqquzdonu
Alp doqquzdonu (lat. Lonicera alpigena) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.
Amberyo-an-Domb
Amberyö-an-Domb (fr. Ambérieux-en-Dombes) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Sen-Trivye-syur-Myanyan kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01005. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1616 nəfər təşkil edirdi. == İdarəetmə == == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 1080 nəfərdən (15-64 yaş) 842 nəfəri iqtisadi cəhətdən fəal, 238 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 78.0%, 1999-cu ildə 73.0%). Fəaliyyət göstərən 842 sakindən 791 nəfər (432 kişi və 359 qadın), 51 nəfəri işsizdir (18 kişi və 33 qadın). 238 hərəkətsiz 83 nəfər arasında şagird və ya tələbə, 99 nəfər təqaüdçü, 56 digər səbəblərə görə hərəkətsizdir.
Amblyseiulella domatorum
Amblyseiulella domatorum (lat. Amblyseiulella domatorum) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin amblyseiulella cinsinə aid heyvan növü.

Digər lüğətlərdə

алюми́нщик безапелляцио́нность погла́дывать помя́ть расхля́бать своево́льствовать сильви́н ста́рческий аранжи́ровать выжима́ние жи́то лизать жо́пу назализа́ция ниге́лла поплы́ть проду́бливать ули́ка California poppy manifesto oblate взволнованный заискивание конкретно предназначить упырь