TAX

(Qax, Şamaxı)
1. üzərinə ot yığıb sürümək üçün istifadə edilən ağac budağı (Qax)
2. kəsilmiş və qol-budağı budanmış kiçik ağac (Şamaxı). – Çiynimdə meşədən bir uzun tax gətdim
TAĞRIL
TAXDA
OBASTAN VİKİ
"Taxta ayaq" əməliyyatı
"Taxta ayaq" əməliyyatı 1985-ci ilin sentyabrında 3 İsrail vətəndaşının Kiprdə öldürülməsi İsrail hökumətini bu işə görə məsuliyyəti öz üzərinə götürən Fələstin Azadlıq Təşkilatının (FAT) Tunisdəki mənzil-qərargahına hücum etməyə vadar etmişdi. Əməliyyat "Taxta ayaq" adı altında 1 oktyabr 1985-ci ildə həyata keçirilmişdi. 8 ədəd F-15, 8 ədəd F-16 markalı qırıcı-bombardmançı təyyarələrin hücumu ilə müşayiət olunan əməliyyat zamanı FAT-ın Tunis qərargahı dağıdılmış, 60-a yaxın üzvü həlak olmuşdu. Tunis rəhbərliyi ölənlər arasında dinc əhalinin olduğunu bildirdikdən sonra, sadiq müttəfiqi ABŞ da daxil olmaqla, dünya ictimaiyyəti İsraili bu işə görə sərt tənqid etmişdi. BMT isə zərərə görə Tunisə ödəniləcək reparasiya məsələsi qaldırdı. FAT buna "Akille Laura" gəmisini ələ keçirib, bir neçə nəfəri öldürməklə cavab vermişdi.
Acacia taxifolia
Acacia oxycedrus (lat. Acacia oxycedrus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Avstraliya üçün endemik növdür. == Sinonimləri == Acacia oxycedura DC. [Spelling variant] Acacia taxifolia Lodd. Hecatandra oxycedrus (DC.) Raf.
Armud taxtabitisi
Armud taxtabitisi (lat. Stephanitis pyri F. ) - Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ. == Biologiyası == Bədəninin forması yastı olub, qanadları yarımşəffaf haldadır və tutqun rəngli seyrək damar şəbəkəsi ilə örtülmüşdür. Üst qnadları və ayaqları açıqsarı rəngdədir. Cücünün qabaq döş hissəsində yastı çıxıntılar vardır. Bədəninin uzunluğu 2,5-3 mm-dir. Bu növ yetkin formada tökülmüş yarpaqların altında, ağac qabığında əmələ gələn yarıqlarda, bitki tör-töküntüləri arasında və s. bu kimi yerlərdə qışlayır. Erkən yazda taxtabitilərdə qışlama yerlərindən çıxdıqdan sonra cütləşmə prosesi gedir və mayalanmış dişilər ağacların çiçəklədiyi dövürdə yumurta qoymağa başlayır. Yumurtalar uzunsov və qara rəngli olur.
Aşağı Taxt-i Rəvan (Çaldıran)
Aşağı Taxt-i Rəvan (fars. تختروان سفلي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 70 nəfər yaşayır (14 ailə).
Aşağı Taxt (Çaroymaq)
Aşağı Taxt (fars. شورقشلاق‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 87 nəfər yaşayır (15 ailə).
Badam taxtabitisi
Badam taxtabitisi (lat. Apodiphus amygdali Germ. ) - Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ. == Biologiyası == Bədəninin rəngi qırmızımtıl olub, üzəri qara, batıq nöqtələrlə doludur. Başı düzbucaqlı şəkildə olub, qabağa çıxmışdır. Skul lövhələri qabağa çıxıb, dilçəyi onlardan onlardan qısa və aşağı basıq şəkildədir. Ona görə qabaqdan başın qurtaracağı üçbucaq şəklində görünür. Gözləri iri olub, başın qurtaracağında yerləşmişdir. Qalxancığı üçbucaq şəklindədir. Taxtabitilər içərisində bədəncə iri növlərdən biridir.
Damalı taxta
Damalı taxta — dama oynamaq üçün nəzərdə tutulmuş damalı taxta. Əksər hallarda tünd və açıq rəngli, adətən yaşıl və sarı (rəsmi turnirlər), qara və qırmızı (istehlakçı reklamları) və ya qara və ağ (çap qrafikləri) rəngli 64 kvadratdan (8×8) ibarətdir. 8x8 damalı taxta başqa oyunlarda, o cümlədən şahmatda istifadə olunur, buna görə də şahmat taxtası kimi də tanınır.
Disksürən taxçası
Disksürən taxçası (en. Drive bay), (ru.отсек дисковода) – kompüterin korpusunda disksürəni yerləşdirmək üçün paralelepiped şəkilli içiboş oyuq. Disksürən taxçasında, adətən, metaldan hazırlanmış yan divarlar olur ki, onların da üzərində disksürəni bərkitmək üçün deşiklər olur. Konstruksiyadan asılı olaraq üst və alt divarlar olmaya da bilər. Disksürən taxçalarının heç də hamısı görünən yerdə olmur: sərt disklər üçün taxçalar çox zaman korpusun dərinliyində quraşdırılır ki, istifadəçinin sərt disklə fiziki kontakt ehtimalı olmasın. Disksürən taxtçalarının çoxusu, xüsusən əyilgən disklərin, strimmerlərin və CD-ROM disklərinin taxçaları korpusun qabaq panelində yerləşdirilir ki, istifadəçi onlarla rahat işləyə bilsin. Əgər taxtçada disksürən quraşdırılıbsa, istifadəçi yalnız onun qabaq tərəfini görürür, bütün qalan hissələr isə kompüterin korpusunda gizlənir. Taxtçada disksürən yoxdursa, kosmetik, eləcə də korpusun içərisinə yad obyektlərin düşməsinin qarşısını almaq məqsədilə bir çox istehsalçılar taxçanın gözünü (ağzını) plastik və ya metal qapaqla örtürlər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Dəyişən cərəyan üçün taxıc yuvaları
Taxıc yuvası — taxıcla birlikdə elektrik naqilləri arasında birləşmə yaratmaq üçün istifadə edilir. Tixac yuvası ya divarda suvağın üst hissəsində,ya da divara batırılmış şəkildə tətbiq olunur. Bəzi hallarda o səyyar birləşmədə əlaqələndrici rolunu oynayır. Məsələn masalarda, uzadıcı məqsədi ilə naqillərin birləşdirilməsində. Gücləndirilmiş taxıc yuvaları da mövcuddur. Belə yuvalar güclü maşınların elektrik şəbəkəsi ilə birləşdirilməsi üçün tətbiq edilir. Gücləndirilmiş taxıclar həm bir fazalı, həm də üç fazalı şəbəkələri birləşdirmək üçün müxtəlif səviyyəli qoruyucu mexanzimlə təchiz olunurlar. Bir çox gücləndirilmiş taxıc yuvaları 220/380 V gərginliyində işləyə bilir. Onlarda kontakt üçün sərt zolaqlardan istifadə edilir. Keramikadan hazırlanmış taxıc yuvaları plastmasa nisbətən daha etibarlıdır, çünki onlar yanmırlar.
II Təhmasibin Səfəvi taxtına geri gətirilməsi
II Təhmasibin Səfəvi taxtına geri gətirilməsi — bu hadisə 1729-cu ildə II Təhmasibin sərkərdəsi Nadir xanla əfqan Əşrəf Xotəki arasında baş vermiş bir sıra döyüşün nəticəsində mümkün olmuşdur. II Təhmasibin nominal olaraq taxtda oturmasına baxmayaraq, faktiki hakimiyyət Nadir xanın əlində cəmləşmişdi. Əfqanlar isə Səfəvi imperiyasının ərazilərinin böyük bir hissəsindən əbədi olaraq qovuldular və bir müddət sonra Nadir yürüş edərək onları yenidən tabe etdi. == İsfahanın işğalı və Təhmasibin şah olması == 1722-ci ildə Səfəvi imperiyası dərin böhran içində idi. Ölkənin iqtisadi sisteminin çökməsi ilə paraleldə, imperiyanın hər bir tərəfini üsyanlar bürümüşdü. Həm də bundan istifadə edən əfqanlar, ilk öncə Əfqanıstandakı Səfəvi hakimiyyətini ləğv edib, imperiyanın mərkəzi bölgələrinə doğru yürüşə başladılar. 1722-ci ilin martında paytaxt İsfahan mühasirəyə alındı. İsfahana doğru əfqan irəliləməsinin qarşısını almaq üçün Gülnabad adlanan yerdə iki tərəfin ordusu qarşı-qarşıya gəldi. Səfəvi ordusu sağ cinah, sol cinah və mərkəz olaraq üç hissəyə ayrılmışdı. Cinahlarda sayları 30 min olan süvarilər toplanmışdı.
Integrated Taxonomic Information System
== Həmçinin bax ==
Kələm taxtabitisi
Kələm taxtabitisi (lat. Eurydema ventralis) — Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar dəstəsinin Qalxancıqlar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Qara rəngli, beli və qanadları qırmızı naxışlı böcəklərdir. Yetkin fərdin ön kürəciyi qırmızı rəngdə olmaqla, üzərində 6 qara ləkə vardır. Qalxancıq və qanadüstlüyündə zolaq, qara və qırmızı rəngdə naxışlar vardır. Qarıncıq üst tərəfdən qırmızıdır. Uzunluğu 8–10 mm-dir. Yumurtası silindrvari, çəlləkşəkillidir. Yanlarında yumru ləkələr vardır. Böyüklüyü 1 mm-dir.
Mərmər taxtabiti
Mərmər taxtabiti — (lat. Halyomorpha halys Stal.) Yarımsərtqanadlılar dəstəsinin (Hemiptera) bağacıq-taxtabitilər (Pentatomidae) fəsiləsinə aiddir. İngilis dilli ədəbiyyatda "brown marmorated stink bug" adlandırılır. Qəhvəyi mərmər iyili zərərverici orijinal rənginə görə belə adlandırılıb. == Morfoloji xüsusiyyətləri == Mərmər taxtabitinin bədəni armudşəkillidir, azca yastılaşmışdır, bədən uzunluğu 12–17 mm-dir. Həşəratın rəngi qəhvəyidir, baş və döş hissədə qeyri-adi naxışlar vizual görünüşdə mərməri xatırladır. Bədənin alt hissəsi ağ, yaxud açıq qəhvəyi rəngdədir, bəzən boz və ya qara nöqtəlidir. Bığcıqlarının son iki buğumunda ağ zolaqlar vardır. Ətrafları qəhvəyi olub ağ zolaqlıdır. == Bioekoloji xüsusiyyətləri == Aprel ayından başlayaraq həşəratlar qışladıqları yerlərdən çıxırlar və 1-2 həftə ərzində qidalanmaq üçün sahib bitkilərini axtarırlar.
Polşa Krallığı Taxt-tacı
Polşa Krallığı Taxt-tacı (pol. Korona Królestwa Polskiego, lat. Corona Regni Poloniae) — Polşanın ümumi adı; 1386-1569 illərində və sonra müstəqil ölkənin rəsmi adı. Reç Pospolitanın bir hissəsi (1569−1791 (1795)).
Qalisiya taxıl anbarı
Qalisiya taxıl anbarı (qalis. Hórreo galego) — İspaniyanın Qalisiya bölgəsində qarğıdalı və digər dənli bitkiləri öyütməzdən qabaq saxlamaq üçün istifadə olunan anbar tipi. Anbarın uzun və dar quruluşu havanın içəridə dolaşmasını asanlaşdırır. Uzun boylu forması və tikildiyi material taxılı nəmdən qoruyur. Üzərində durduğu ayaqlar zərərvericilərin ona dırmaşmasını çətinləşdirir.XIII əsrdə X Alfonsonun əmri ilə yazılmış "Müqəddəs Məryəm mahnıları" kitabında bu tip anbarların sxemi tapılmışdır. Çörək üçün lazım olan qarğıdalı əkininin artması ilə birlikdə taxıl anbarlarının da sayı artmışdır. 1973-cü ildə İspaniya hökuməti Qalisiya və Asturiyadakı bütün istifadə olunmayan qədim Qalisiya taxıl anbarlarını qorumaq qərarını vermişdir. 1768-ci ildə Karnotada inşa edilən bütün taxıl anbarları tarixi abidə kimi qəbul olunur. Taxıl anbarları 20 metrə qədər müxtəlif boylarda ola bilir. Anbarların gövdəsi qranitdən olub, divar panelləri ya daşdan, ya da taxtadan hazırlanır.
Qanlı taxt (film, 1957)
Qarğalarla taxıl sahəsi (rəsm əsəri)
Qarğalarla taxıl sahəsi (nid. Tarwe gebied met kraaien) – Holland postimpressionist rəssam Vinsent van Qoqun məşhur və son əsərlərindən biri. Bəzi tənqidçilər tərəfindən onun ən böyük əsərlərindən biri kimi göstərilir. Tez-tez əsərin Van Qoqun son rəsm əsəri olduğu bildirilir. Amma, sənət tarixçiləri heç bir tarixi qeyd olmadığı üçün rəsm əsərinin Van Qoqun sonuncu olduğuna aid fikirlərin qeyri-müəyyən olduğunu bildiriblər.
Qarğalarla taxıl sahəsi (tablo)
Qarğalarla taxıl sahəsi (nid. Tarwe gebied met kraaien) – Holland postimpressionist rəssam Vinsent van Qoqun məşhur və son əsərlərindən biri. Bəzi tənqidçilər tərəfindən onun ən böyük əsərlərindən biri kimi göstərilir. Tez-tez əsərin Van Qoqun son rəsm əsəri olduğu bildirilir. Amma, sənət tarixçiləri heç bir tarixi qeyd olmadığı üçün rəsm əsərinin Van Qoqun sonuncu olduğuna aid fikirlərin qeyri-müəyyən olduğunu bildiriblər.
Qış sarayının Kiçik taxt zalı
Kiçik taxt zalı (rus. Малый тронный зал) - Sankt-Peterburqdakı Qış sarayında həm də "Pyotr zalı" kimi tanınan, Çar I Nikolayın sifarişi ilə memar Oqüst Monferranın layihəsi əsasında 1833-cü ildə I Pyotrun xatirəsinə inşa edilmiş zal. 1837-ci ildə baş vermiş və sarayın böyük bir hissəsini məhv etmiş yanğından sonra zal, memar Vasili Stasov tərəfindən tamamilə bərpa edilmişdir. == Tarixi == Rusiya imperiyası dövründə Milad bayramı zamanı bu zalda Çarın xüsusi qəbulu keçirilər və diplomatlar Çarı şəxsən təbrik edərdilər. Birinci dünya müharibəsi zamanı isə zal sarayda yaradılmış hospitalın baş həkiminin şəxsi qəbul otağı kimi istifadə olunmuşdur. Bu gün Ermitaj muzeyinin tərkibinə daxil olan zalın orijinal quruluşu saxlanmışdır. == Memarlıq xüsusiyyətləri == Ümumilikdə zal inkişaf etmiş barokko stilində dizayn edilib, dizaynda mərkəz rolunu apsida içərisində yerləşdirilmiş taxt tutur ki, bu taxtın da arxasında iki korinf sütunu arasında italyan rəssamı Yakopo Amiqo tərəfindən çəkilmiş "I Pyotr və Minerva" əsəri yerləşdirilib. Zalın divarları dado nissədən yuxarı al məxməri rənglə boyanıb və gümüşü iki başlı qartallarla bəzədilib. Tavan isə çatmatağlarla həll edilib. Zaldakı lunetlər içərisində Pietro Skotti (1768-1837) və Barnaba Mediçi tərəfindən çəkilmiş, Poltava döyüşü və Lesnaya döyüşünü təsvir edən iki rəsm əsəri yerləşdirilmişdir.
Salix taxifolia
Salix taxifolia (lat. Salix taxifolia) — söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
Taxtakörpü SES
Taxtakörpü SES (tam adı: Taxtakörpü Su Elektrik Stansiyası) — Samurçay, Taxtakörpü su anbarı üzəində su elektrik stansiyası olub, Şabran şəhərinin yaxınlığında yerləşir. Taxtakörpü SES-də ümumi gücü 25 meqavat olan üç hidroaqreqat quraşdırılmışdır. Stansiya sərfiyyata nəzarət hovuzuna malikdir. Buraya su xüsusi ötürücü vasitəsilə verilir. Hovuzdakı dörd qapıdan üçü elektrik enerjisinin alınması məqsədilə suyun turbinlərə verilməsinə xidmət edir. Həmin hovuzdan dəryaçaya sutullayıcı inşa edilmişdir. Taxtakörpü-Ceyranbatan kanalında gələcəkdə təmir aparılmasına ehtiyac olarsa və ya digər zəruri hallar yaranarsa, hovuzdakı normadan artıq su sutullayıcı vasitəsilə dəryaçaya yönəldiləcəkdir. Su elektrik stansiyası və açıq paylayıcı qurğuda əsasən Almaniya, Çexiya və digər xarici ölkələrdən gətirilən avadanlıq quraşdırılmışdır. Tikinti-quraşdırma işlərini əsasən yerli mütəxəssislər yerinə yetirmişlər. Bu prosesin reallaşmasına Almaniya, Çexiya və Türkiyədən dəvət olunan mütəxəssis və quraşdırıcılar da cəlb edilmişlər.
Taxtakörpü qəsəbəsi
Taxta Körpü qəsəbəsi və ya Laçın obaları — Ağcabədi rayonunda əsasən Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbə. == Tarixi == Bura 1990-cı illərə qədər Laçınlıların qışlaq ərazisi olmuşdur. 18 may 1992-ci ildə Laçın rayonu erməni silahlıları tərəfindən işğal edildikdən sonra rayon əhalisi əsasən burada məskunlaşmışdır. Ərazi Laçın Qaçqınlarının Taxta Körpü Düşərgəsi kimi də tanınır. Laçın Rayon İcra hakimiyyəti də bu qəsəbədə yerləşir. == Mədəniyyət == Taxtakörpü qəsəbəsində 2 hektarlıq sahədə Heydər Əliyev parkı salınmışdır. == Sosial infrastruktur == Qəsəbədə Təcili tibbi yardım məntəqəsi, Laçın Petrol yanacaqdoldurma məntəqəsi, Kapitalbankın şöbəsi fəaliyyət göstərir.
Taxtakörpü su anbarı
Taxtakörpü su anbarı — Samur-Abşeron suvarma sisteminə aid su anbarı. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində Azərbaycan Respublikasının Şabran rayonu ərazisində inşa edilmişdir. == Tarixi == İnşasına 2007-ci ildə başlanmışdır. "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sifarişçisi olduğu həmin layihəni "Azərkörpü" – indi Avropa-Asiya İnşaat Korporasiyası "Evrascon" Açıq Səhmdar Cəmiyyəti adlanan iqtisadi qurumun rəhbərlik etdiyi konsorsium həyata keçirmişdir. Taxtakörpü su anbarına suyun verilməsinə başlanması münasibətilə rəsmi mərasim 2013-cü il iyulun 19-da keçirilmişdir. Samurçaydan götürülən su öz axarı ilə Vəlvələçay-Taxtakörpü kanalı ilə Taxtakörpü su anbarına ötürülür. === Açılış mərasimi === Açılış mərasimi 28 sentyabr 2013-cü ildə keçirilmişdir. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmişlər. == Texniki göstəriciləri == Taxtakörpü su anbarının sahəsi 8,71 kvadratkilometrdir. Bu qurğunun ümumi su tutumu isə 270 milyon kubmetrdir.
Taxtakörpü çayı
Taxtakörpüçay — Zəngəzurda, indiki Ermənistanda çay. Qərbi Azərbaycanın Zəngəzur mahalının Sisian rayonundakı Ərəfsə kəndində Gəvik dağının ətəklərində formalaşıb, kəndin aralıq hissəsində Xırdaçay və Salvartıçay ilə, aşağı məhəllənin orta hissəsində isə Dəliçayla birləşərək, aşağı axarlarında Bazarçay, Bərgüşad və Arazla qovuşaraq, son hesabda Xəzər dənizinə tökülür. Taxtakörpü çayı Salvartıçay və Xırdaçaydan fərqli olaraq, suvarma vasitəsi kimi kəndin təsərrüfat həyatında o qədər də mühüm rol oynamırdı. Qədim İpək yolunun bir qolu da Naxçıvandan Culfaya, oradan həmin rayonun Ərəfsə kəndinə, Gəviyi aşdıqdan sonra isə Sisian mahalındakı Ərəfsə kəndi vasitəsilə Qarakilsəyə, oradan da Gorus və Qubadlı vasitəsilə Qarabağa, Qafan vasitəsilə də Cənubi Azərbaycana gedirdi. Qədim İpək yolunun qalıqları indi də qalmaqdadır. Müsafirlərin çaydan keçidinin asanlaşdırılması üçün meşənin orta hissəsində Taxtakörpü çayı üzərindən daşdan aşırımlı körpü salınmışdır. Həmin körpünün qalıqları günümüzədək gəlib çatmışdır. Görünür elə bu səbəbdən də çaya Taxtakörpü adı verilmişdir. Taxtakörpüçayın bir adı da Abuzər çayıdır. Çayın başlanğıc hissələrində meşə başında mədənlər vardır.
Taxtakörpüçay
Taxtakörpüçay — Zəngəzurda, indiki Ermənistanda çay. Qərbi Azərbaycanın Zəngəzur mahalının Sisian rayonundakı Ərəfsə kəndində Gəvik dağının ətəklərində formalaşıb, kəndin aralıq hissəsində Xırdaçay və Salvartıçay ilə, aşağı məhəllənin orta hissəsində isə Dəliçayla birləşərək, aşağı axarlarında Bazarçay, Bərgüşad və Arazla qovuşaraq, son hesabda Xəzər dənizinə tökülür. Taxtakörpü çayı Salvartıçay və Xırdaçaydan fərqli olaraq, suvarma vasitəsi kimi kəndin təsərrüfat həyatında o qədər də mühüm rol oynamırdı. Qədim İpək yolunun bir qolu da Naxçıvandan Culfaya, oradan həmin rayonun Ərəfsə kəndinə, Gəviyi aşdıqdan sonra isə Sisian mahalındakı Ərəfsə kəndi vasitəsilə Qarakilsəyə, oradan da Gorus və Qubadlı vasitəsilə Qarabağa, Qafan vasitəsilə də Cənubi Azərbaycana gedirdi. Qədim İpək yolunun qalıqları indi də qalmaqdadır. Müsafirlərin çaydan keçidinin asanlaşdırılması üçün meşənin orta hissəsində Taxtakörpü çayı üzərindən daşdan aşırımlı körpü salınmışdır. Həmin körpünün qalıqları günümüzədək gəlib çatmışdır. Görünür elə bu səbəbdən də çaya Taxtakörpü adı verilmişdir. Taxtakörpüçayın bir adı da Abuzər çayıdır. Çayın başlanğıc hissələrində meşə başında mədənlər vardır.

Digər lüğətlərdə

долета́ться достава́ла имиджме́йкерский ОСВ по́ртиться по́тчевание хрущо́ба атако́вываться вечерко́м вы́воротиться наизнанку компенса́ция проже́чь хи́трость чвакать areology arvo benefaction duad red-eye saw-back water-wings замазать откланяться приёмник распалить