TU:A

(Borçalı, Hamamlı, Qazax, Tovuz)
kiçik qazan. – Tuyyu ojağa as (Hamamlı); – Bizim ikijə tu:amız var (Tovuz)
TÖZƏRƏX’LƏNMƏX’
TUBULQU
OBASTAN VİKİ
Aksel Tuanzebe
Aksel Tuanzebe (ing. Axel Tuanzebe; 14 noyabr 1997) — Premyer Liqanın Mançester Yunayted klubunda müdafiəçi mövqeyində çıxış edən İngiltərə futbolçusu. İngiltərə milli komandasının 19 və 20 yaşlılardan ibarət heyətlərində çıxış etmişdir. == Klub karyerası == === Mançester Yunayted === ===== İlk illəri ===== Tuanzebe səkkiz yaşında Mançester Yunayted futbol akademiyasına daxil olmuşdur. O, burada 2013 və 2014-cü illərdə "Milk Cup" mükafatını qazanan heyətin üzvü olmuşdur. 2015-ci ilin mayında Mançester Yunayted klubunda "Cimmi Mörfi" adına İlin gənc futbolçusu mükafatına layiq görülmüşdür.31 oktyabr 2015-ci ildə Premyer Liqada Kristal Palas klubuna qarşı baş tutan qarşılaşma zamanı Mançester Yunaytedin 18 nəfərdən ibarət heyətinə seçilmişdir. ===== 2016-17 mövsümü ===== 29 yanvar 2017-ci ildə FA Kuboku çərçivəsində Uiqan Atletik klubuna qarşı oyunun 68-ci dəqiqəsində Timoti Fosu-Mensahın əvəzinə meydana daxil olaraq klubun heyətində debüt oyununa çıxmışdır. Bundan dörd gün sonra o, Mançester Yunaytedlə olan müqaviləsinin müddətini 2020-ci ilə qədər uzatmışdır. 7 may 2017-ci ildə Premyer Liqada Arsenala qarşı matçda ilk dəfə oyuna əsas heyətdə başlamışdır. 2017-ci ilin mayında "Denzil Harun" adına olan mükafata layiq görülmüşdür.
Aşağı Tualı (Xudafərin)
Aşağı Tualı (fars. طوعلي سفلي‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 354 nəfər yaşayır (76 ailə).
David Tuayev
David Tuayev (15 (28) oktyabr 1902, Alagir rayonu – 3 avqust 1964, Orconikidze) — Osetiyalı dramaturq və yazıçı. Osetiya səhnəsinin qurucusu. == Bioqrafiyası == Kasıb bir ailədə anadan olur. Atasını erkən vaxtı itirir. Bir tacir dükanında çatdırıcı işləyir. İbtidai məktəbi bitirdikdən sonra, 1923-cü ildə bitirdiyi Vladiqafqaz fəhlə məktəbinə daxil olur. Elə həmin il Novoçerkassk Politexnik İnstitutunun (indiki Cənubi Rusiya Dövlət Politexnik Universiteti) elektromexanika fakültəsinə daxil olur. 1929-1934-cü illərdə Rostov-na-Donuda elektrik mühəndisi, 1934-cü ildən isə baş mexanik, 1937-ci ildən Sadonsk polimetall filiz mədənlərinin baş energetiki olaraq fəaliyyət göstərir. 1937 -ci ildə Orjonikidzeyə köçür, burada "Selxozelektro" müəssəsində baş mühəndis, sonra bir şəhər elektrik stansiyasında baş mühəndis işləyir. Tuayev elektrik mühəndisliyi sahəsində bir neçə ixtiranın müəllifidir.
Fosten-Arkanj Tuadera
Fosten-Arkanj Tuadera (fr. Faustin-Archange Touadéra; sanqo Faustin-Archange Touadéra; 21 aprel 1957, Bangi, Ubangi-Şari[d]) — Mərkəzi Afrika Respublikası siyasətçisi və akademik, 2016-cı ilin martından etibarən Mərkəzi Afrika Respublikasının Prezidenti. == Həyatı == Tuadera Bangidə anadan olub, atası sürücü, anarı isə əkinçi işləyirdi, ailə kökü Banginin şimalında yaşayan Damaradan gəlir. Orta təhsilini Bangidə Bartelemi Boqanda Kollecində alıb, 1976-cı ildə Bangi Universitetində Feliksa-Ufue-Buni Universitetinə getmədən öncə bakalavr dərəcəsi almışdır. 1986-cı ildə Fransada Lill Elm və Texnologiya Universitetində riyaziyyat üzrə doktorluq dərəcəsini aldı, 2004-cü ildə Kamerunda I Yaunde Universitetindən də riyaziyyat üzrə doktorluq dərəcəsi almağı bacardı.Tuadera eyni zamanda Brijit Tuadera və Marqarita "Tina" Tuadera ilə evlidir. Hər iki xanımın Mərkəzi Afrika Respublikasının Birinci xanımı titulu uğrunda mübarizə apardığı bildirilir. Fosten-Arkanj Tuaderanın üç övladı var. == Elmi fəaliyyəti == 1987-ci ildə Bangi Universitetində riyaziyyat müəlliminin köməkçisi oldu və 1989–1992-ci illərdə universitetin Elm Fakültəsinin dekan müavini oldu. 1992-ci ildə müəllim hazırlığı kollecinin direktoru təyin edildi. 1999-cu ildə Fransız Dilli Ölkələrdə və Hind Okeanında Dövlətlərarası Riyaziyyat Proqramlarının Standartlaşdırılması Komitəsinə qoşuldu, 2001–2003-cü illərdə komitənin prezidenti vəzifəsində çalışıb.
Kazbek Tuayev
Tuayev Kazbek Əlirza oğlu (13 noyabr 1940, Ələt) — sovet futbolçusu, sağ cinah hücumçusu, Azərbaycan futbol mütəxəssisi, SSRİ idman ustası (1963). Kazbek Əlirza oğlu Tuayev Ələt qəsəbəsində anadan olmuşdur. Xalq Təsərrüfatı və Bədən Tərbiyəsi institularını bitirmişdir. "Neftçi" komandasının heyətində SSRİ çempionatının bürünc medalını qazanmış, adı 3 dəfə SSRİ-nin ən güclü 33 futbolçusunun siyahısına düşmüş, SSRİ milli komandasında çıxış etmiş, məşqçi karyerası ərzində klublarda və Azərbaycan milli komandasında müxtəlif uğurlu nəticələr qazanmış, "Şöhrət" ordeni ilə təltif olunmuşdur. 4 dəfə dünyanın ən böyük ölkəsinin formasını geyinib. 1964-cü ildə İspaniyada keçirilən Avropa çempionatına da yollanıb. Ancaq zədə ucbatından meydana çıxa bilməyib. Tuayev həm futbolçu, həm də məşqçi karyerasını demək olar ki, Azərbaycan futboluna həsr edib. Onun rəhbərliyi altında neçə-neçə oyunçu futbolun sirlərini öyrənib. Müstəqillik dövründə UEFA kubokunda Azərbaycanı ilk dəfə təmsil edən "Turan"ın baş məqşçisi Tuayev olub (1994-cü il).
Rafflesia tuan-mudae
Rafflesia tuan-mudae (lat. Rafflesia tuan-mudae) — rafflesiyakimilər fəsiləsinin rafflesiya cinsinə aid bitki növü.
Sulab Beynəlxalq Tualet Muzeyi
Sulab Beynəlxalq Tualet Muzeyi (ing. Sulabh International Museum of Toilets) — Hindistanın Yeni Dehli şəhərində muzey. == Tarixi == Muzeyin təməli 1992-ci ildə hind sosioloqu Bindeşvar Pathakın təşəbbüsü ilə qoyulmuşdur. == Eksponatları == Muzey Almaniya, Çin, Fransa, Belçika və Yunanıstandan gətirilən nümunələr əsasında təşkil olunmuşdur. == Uğurları == Muzey dünya ölkələri tərəfindən xüsusi mükafatlara layiq görülüb.
Tuado
Tuado — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 457 nəfərdir. == Toponimiyası == Oykonim talış dilindəki tıı (tut) və do (ağac) sözlərindən ibarət olub (-a mənsub, bildirir), “tut ağacı” mənasındadır. Görünür, kəndin salındığı ərazidə və ya yaxınlığında çoxlu tut ağacı olduğu üçün belə adlanmışdır. == Tarixi == 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Tuado və Köhnə Gəgir kəndləri Gəgiran kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Tuado kəndi olmaqla Tuado kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Tuado bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Tualemi qraflığı (Kaliforniya)
Tualemi — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 53,079 nəfər olmuşdur. Mərkəzi Sonora şəhəridir.
Tualet
Tualet və ya Ayaqyolu — İlk tualetin nə vaxt yarandığı bilinmir. Oturacaqlı tualetin eradan 2600 il əvvəl Şumer çariçasına aid olduğu iddia edilir. Şotlandiya ərazisindən isə 5000 il yaşı olan stulabənzər tualetin qalıqları tapılmışdır. E.ə. 2100-cü ilə aid tualetə Misirdə, daha sonralar isə Parisdə və Hindistan yarımadasında da rast gəlinmişdir.Romada ilk ictimai tualet təkcə ehtiyacları ödəmək üçün deyil, həm də fəlsəfi söhbətlər aparmaq üçün əlverişli yer olmuşdur. Daş stullar formasında olan tualetlərdə ilk olaraq nökərlər oturub daşı isidir, sonra isə varlı romalılar öz təbii ehtiyaclarını burada ödəyirdi. Bu tualetlərin xüsusi kanallara çıxışı var idi ki, onları da su yuyub aparırdı. Roma tualetlərindən ancaq imkanlı romalılar istifadə edirdi. Yerdə qalan əhali isə tualet ehtiyaclarını küçədə ödəyirdilər. Tualeti əvəz edən Roma küçələrini təmizləmək üçün xüsusi pullu xidmətçilər var idi.
Tualet Tarixi Muzeyi
Tualet Tarixi Muzeyi (ukr. Музей історії туалету) – Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən muzey. Muzey tualet mədəniyyətinin tarixinə həsr olunub. 5 sentyabr 2007-ci ildə açılıb. Muzeydə 5000 il əvvələ aid olan tualet nümunələri, Leonardo da Vinçi tərəfindən ixtira olunmuş tualet, 580 digər eksponatı görmək mümkündür. Kolleksiyaya şüşə, taxta, plastik, metal, badam xəmirindən hazırlanmış suvenirlər daxildir. Muzey dünyada ən böyük tualet suvenirləri kolleksiyasına malik olduğuna görə Ginnesin Rekordlar Kitabına düşüb.
Tualetdə ölən şəxslərin siyahısı
Tarixdə bir çox şəxs defekasiya və sidik ifrazı prosesi zamanı tualetdə ölmüşdür. Tualetdə ölən şəxslərin siyahısına Dəmirböyürlü Edmund kimi tarixi şəxslər, eləcə də, Cudi Qarlend və Elvis Presli kimi tanınmış simalar daxildir. == XX əsrdən əvvəl == == XX əsr == == XXI əsr == == Uydurmada ölümlər == 1993-cü il istehsalı "Yura dövrünün parkı" filmində Donald Gennaro personajı tualetdə əyləşərkən tirannozavr tərəfindən yeyilir. Corc Martin tərəfindən 2000-ci ildə yazılmış "Qılınclar fırtınası" kitabında Tivin Lannister personajı tualetdə ikən öldürülür. "Sopranolar" serialında Toni Sopranonun kapolarından biri olan Cici Çestone liderlik rolunun gətirdiyi stresdən tualetdə ölür. Stiven Kinqin eyniadlı romanı əsasında çəkilən "Yuxu tələsi" (2003) filmində Rik Makkarti yadplanetli ilə mübarizə aparkən tualetdə ölür. "Cənubi Park" animasiya serialının "Tərs kovgörl" adlı seriyasında (2012) Klayd Donovanın anası tualetin içinə düşərək ölür. 2020-ci il istesahlı "Xilasetmə" filmində əsas personajlardan biri olan Amir Asif tualetə daxil olduqdan sonra vurulur.
Tuamotu
Tuamotu arxipelaqı və ya Tuamotu adaları (fr. Îles Tuamotu, rəsmi olaraq Archipel des Tuamotu) — Sakit okeanın cənubundakı 80-dən az ada və atoldan ibarət Fransız Polineziya silsiləsi. Onlar (şimal-qərbdən cənub-şərqə) təxminən Qərbi Avropanın ölçüsünə bərabər olan bir ərazidə uzanan dünyanın ən böyük atoll silsiləsini təşkil edirlər. Onların ümumi ərazisi 850 kv. metkilor (328 kv. mil) . Bu arxipelaqın əsas adaları Anaa, Fakarava, Hao və Makemodur. Tuamotunun təxminən 16.000 əhalisi var. Adalar əvvəlcə polineziyalılar tərəfindən məskunlaşdırılıb və müasir Tuamotualılar onlardan ortaq mədəniyyəti və Tuamotu dilini miras alıblar. Tuamotu adaları Fransanın dənizaşırı kollektivliyidir.
Tuanake
Tuanake (fr. Tuanake) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Makemo atollundan 20 km cənub-qərbdə, Tepotodan isə 20 km şimalda yerləşir. == Coğrafiya == Atoll dairəvi formaya malikdir. Diametri 7 km-dir. Daxilində bir bir laqun vardır. Laqun okean suları ilə kiçik keçidlə birləşir. == İnzibati bölgüsü == İnzibati baxımından Makemo kommunasına daxildir. == Tarixi == Atoll 1820-ci ildə Faddey Bellinshauzenin ekspedisiyası zamanı kəşf edilir. == Əhali == 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Tuapse
Tuapse — Rusiya Federasiyasında yerləşən şəhər Krasnodar diyarına daxildir. == Tarixi == == Coğrafiyası və iqlimi == Qara dənizin şərq sahilindədir. Qafqaz Dağları ətəklərində Pauk Çayı ilə Tuapse çayı nın arasındadır. Böyük dəniz limanıdır. Şimali Qafqaz Dəmir Yolları nın mərkəzidir Tuapse subtropik iqlim ə malikdir. Şəhərdə qışda bəzən sərt soyuqlar yaşanmaqdadır. Məsələn 6 yanvar 2006 cı ildə gecə hava -16,8 °C-yə düşmüş , sabahsı isə -9 °C dən yuxarı çıxmamışdır == Əhalisi == Şəhər əhalisinin cədvəli Əhalinin əksəriyyəti ruslar dan ( 76,7 % ) ibarətdir. Ermənilər ( 8,3 %) , ukraynalılar , şapsığlar və digər xalqlar da var. == İqtisadiyyatı == Şəhərin ən əhəmiyyətli iqtisadi sektorları bunlardır: Neft sektotu Nəqliyyat Qida sektoru .Şəhərdə aşağıdakı sahələrdə çalışan şirkətlər vardır: " Transneft " şirkətinin " Zareçye " neft yük tankı . Tuapse neft rafinerisi " Rosneft " şirkətinin neft yük tankı Şimali Qafqaz Dəmir Yolları stansiyası Gəmi təmiri limanı Mühərrik fabriki (Artıq yox , yerinə kimya müəssisəsi inşa edilir.
Tuapsinski rayonu
Tuapsinski rayonu (rus. Туапсинский район) — Rusiya Federasiyası, Krasnodar vilayətinin tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Tuapse şəhəridir. == Coğrafiyası == Tuapsinski rayonu Krasnodar diyarının cənubunda yerləşir. Rusiyanın Qafqaz bölgəsinin Qara dəniz sahillərinin mərkəzi hissəsində, bir kurort bölgəsidir. Relyef təpəli və dağlıqdır, dağlar Qara dənizin sahil xətti boyunca uzanır. Aşağıdakı inzibati vahidlərlə sərhədi vardır:şimal-qərbdə Qelencik kurort şəhəri, Severski rayonu və şimalda Qoryaçı Klyuç kurort şəhəri, şərqdə Abşeronski rayonu və cənubda Soçi kurort şəhəri. Qərbdə rayonun sərhədləri Qara dəniz ilə hüdudlanır. Qara dəniz sahili boyunca şimaldan cənuba 95 km, qərbdən şərqə qədər 45 km məsafədə uzanır. Rayon ərazisinin sahəsi 2366 km²-dir.
Tuapxat silsiləsi
Tuapxat (adıq Туапхат — ikili silsilə) — Böyük Qafqazın şimal-qərb hissəsində, Baş Qafqaz silsiləsinin cənub-şərqində Qara dəniz sahilinə paralel uzanan alçaq dağ silsiləsi (massiv). Bu silsiləs sahilə paralel olan az-çox saxlanılan silsilələrdən biridir. Abrau yarımadasında onun davamı Navagir silsiləsidir. Gelenjik körfəzinin cənubunda silsilənin davamını İdokopas burnunda (Praskoveevka kəndi) görmək olar. == Coğrafiyası == Təxminən 30 km² ərazini əhatə edir. Qara dənizin Tsemesskaya və Gelenjik körfəzləri arasında yerləşir. Doob yarımadasının sahilləri boyunca, özündən daha uzun və daha yüksək olan Markotx silsiləsi ilə paralel olaraq 13 km uzanır. İki silsilənin arasındakı çökəklikdə Kabardinka-Gelenjik marşrutu çəkilib. Krasnodar diyarının Gelenjhik şəhərinə tabe olan ərazilərdə yerləşir. Maksimum hündürlük — 458,3 m (adı yoxdur).
Tuareq dili
Tuareq dili — Malidə Tuareq qəbiləsinin danışdığı dil. == Mənbə == Hamlet Qocayev, “Afrikada gördüklərim”, Bakı, “Azərnəşr”, 1986, səh. 4.
Tuareq qəbiləsi
Tuareq qəbiləsi — Malidə qəbilə. Malidə böyük qəbilələrdən biri olan Tuareq qəbiləsinin öz dili var. Onlar Tuareq dilində danışırlar. Tuareq qəbiləsinin nümayəndələri öz musiqiləri və rəqsləri ilə şərq xalqlarını xatırladırlar. XIX əsrin ikinci yarısında fransız işğalçılarının Qərbi Afrikaya yürüşü zamanı bu qəbilənin nümayəndələri işğalçılara qarşı şücaətlə müqavimət göstərmişlər. == Mənbə == Hamlet Qocayev, “Afrikada gördüklərim”, Bakı, “Azərnəşr”, 1986, səh. 4.
Tuareq üsyanı (2012)
Tuareq üsyanı (ing. Tuareg rebellion, fr. Rébellion touarègue) — Malinin şimal ərazisində, Saxara səhrasında yerləşən Azavad bölgəsində yaşayan tuareqlər və bölgənin digər yerli xalqları tərəfindən başladılmış üsyan hərəkatı.
Tuareqlər
Tuareqlər — Böyük Səhranın yerli əhalisi. == Yayılması == Tuareqlər Timbuktu şəhərində yaşayırlar. Timbuktu şəhərindəki Beynəlxlaq hava limanından çıxdıqdan sonra gözə ilk olaraq sarımtıllıq dəyir. Hər yer və hər şey sarıdır. Bu darıxdırıcı rəngin təsirini neytrallaşdıran isə insanların rəngarəng paltarıdır. Sakinlər sanki bu monotonluğu öz əlvan geyimləri ilə darmadağın edirlər. Ən çox gözə çarpan rəng isə göydür. Açıq göy rəngli əbaları burada yalnız tuareqlər geyinirlər. Elə şəhərin yaranması da bu qəbilənin adı ilə bağlıdır. Yarıməfsanəvi məlumatlara görə, şəhərin əsasını XI əsrdə tuareq qəbiləsindən olan Buktu adlı bir qadın qoyub.
Tuari (En)
Tuari (fr. Thoiry) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Ferne-Volter kantonuna daxildir. Kommunanın dairəsi — Jeks. INSEE kodu — 01419. == Coğrafiyası == Kommuna Paris şəhərinin 400 km cənub-şərqində, Lion şəhərindən 105 km şimal-şərqdə və Burk-an-Bres şəhərindən 60 km şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 5205 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 3,510 nəfər (15-64 yaş) arasında 2.702 nəfər iqtisadi cəhətdən fəal, 808 nəfər hərəkətsiz (fəaliyyət göstərici 77.0%, 1999-cu ildə bu göstərici 72.1%) idi. Fəaliyyət göstərən 2702 nəfərdən 2546 nəfəri (1442 kişi və 1104 qadın), 156 nəfəri işsizdir (59 kişi və 97 qadın).
Tuasse
Tuasse (fr. Thoissey) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Tuasse kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01420. == Coğrafiyası == Kommuna Paris şəhərinin 350 km cənub-şərqində, Lion şəhərindən 50 km şimal-şərqdə və Burk-an-Bres şəhərindən 34 km qərbdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1540 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 872 nəfər (15-64 yaş arasında) 688 nəfər iqtisadi cəhətdən, 184 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78.9%, 1999-cu ildə 74.7%). Fəaliyyət göstərən 688 sakindən 603 nəfər (315 kişi və 288 qadın), 85 nəfər işsiz (32 kişi və 53 qadın) idi.
Tuat
Tuat (Touat) — Əlcəzairin cənubunda, Böyük Səhrada vahə qrupu. Saur vadisini suvarır. 120 minə yaxın insan yaşayır. Xurma, tütün, pambıq, arpa və buğda əkilir. Tuat mühüm kommersiya və strateji mövqeyə malikdir. Mərakeş və Əlcəzairdən Timbuktuya gedən marşrutların üzərində yerləşdiyinə görə əhəmiyyət kəsb edir. Tuat vahələri Tabezruft yolunun şimal ucunda yerləşdiklərinə görə transsəhra ticarətdə mühüm rol oynayırdılar. Regionda demək olar ki, yağıntı yoxdur, kənd təsərrüfatı qrunt sularından asılıdır. Tuat kontinental interkalyarın cənub-qərb kənarında yerləşir, burada sulu təbəqə səthdən cəmi 2–6 m aşağıda yerləşir.
приспосо́бленность Промете́й симбио́з вскли́кнуть вульгариза́тор моде́рный неотчётливость пересказа́ть стартова́ть теле... тя́нущий урман clearcole goodhumouredly Ifni interwreathe Longford Mahratti miasmata one-armed bandit skepticism stressor swatch ананас флегматик