AXE

axe1

n 1. balta; 2. boynunu vurma; He died by the axe Onun boynunu vurdular;

◊ to lay the ~ to the root of smth., to set the ~ to smth. bir şeyi yerli-köklü məhv etmək; to hang up one’s ~ işdən əl götürmək / çəkmək, işi dayandırmaq

axe2

v baltalamaq, balta ilə işləmək / kəsmək

AWRY
AXE-MAN
OBASTAN VİKİ
30 St Mary Axe
Gherkin — Londonun memarlıq rəmzinə çevrilən və britaniyalıların "Gherkin" adlandırdıqları 40 mərtəbəli "St.Mary Axe" binası. 2014-cü ilin yay aylarında satışa çıxarılan bu binanı braziliyalı investor Joseph Safra Londonun mərkəzində yerləşən Gherkin binası üçün 726 milyon funt sterlinq (1.1 milyard dollar) təklif edib. == Tarixi == Göydələn 2001-2004-cü illərdə məşhur britaniyalı arxitektor Norman Fosterin layihəsilə tikilib.Tikintisi 400 milyon dollara başa gələn və 180 metr hündürlüyündə olan bina elə layihələşdirilib ki, bu tipli digər binalarla müqayisədə 2 dəfə az elektrik enerjisi sərf edir.Bu səbəbdən "Gherkin" binasını çoxları "ekoloji göydələn" adı ilə də çağırırlar. Gherkin həm də turşuya qoyulmaq üçün yararlı olan kiçik xiyar növlərinin adıdır."Gherkin" Londonun əsas rəmzlərindən birinə çevrilərək müasir memarlıq sənətininin ən məşhur nümunələrindən sayılır."Evans Randall" şirkətilə şərikli əsasda binanın sahibi olan Almaniyanın "IVG Immobilien" şirkəti 2013-cü ildə müflis oluğunu elan etmişdi.Hesablamalara görə, Londonun müasir mənzərəsini yaradan 10 ən məşhur binasının ümumi dəyəri 11 milyard dollar təşkil edir.
Golden Axe (video oyun)
Golden Axe - "Sega" oyun şirkəti tərəfindən 1989-cu ildə yaradılan, döyüş oyunudur. Videooyun "Beat 'em up" (ing. Hamıdan döy) janrındadır. == Hekayə == Oyun "Death Adder" (azərb. Ölüm gürzəsi‎) adlı zalım diktatordan intiqam almağa and içən 3 döyüşçü personajından biri seçilərək oynanılır. "Death Adder" sülh ölkəsi Yuriya ölkəsini (uydurulmuş Konan personajının yaşadığı orta əsrlər ölkəsi) işğal etmişdir. Həmçinin, Yuriya ölkəsinin kralı və kralın qızı əsir götürülərək, qəsrdə saxlanılır. "Death Adder" Yuriya ölkəsinin rəmzi sayılan "Qızıl balta" simvolunu (ing. Golden Axe) götürərək, kralı simvolu məhv etmək ilə hədələyir. Əgər insanlar ölkədə onun hakimiyyətini tanısalar, onda simvol məhv olmayacaqdır.
Axel Springer SE
Axel Springer-Verlag — Almaniya, Fransa, İspaniya, Rusiya, İsveçrə, Macarıstan, Polşa, Çexiya və s. də daxil olmaqla 32-dən çox ölkədə 150-dən çox qəzet və jurnal nəşr edən Avropanın ən böyük nəşriyyat və media konsernilərindən biri. Şirkətdə işçilərin ümumi sayı 10,000 nəfərdən, illik gəliri isə 2 milyard avrodan çoxdur. Almaniyada ən məşhur nəşrləri "Welt", "Bild, "Auto Bild", "Computer Bild", "Maxim", "YAM" və bir çox başqaları aiddir. == Tarix == "Axel Springer-Verlag" 1946-cı ildə Almaniyanın Hamburq şəhərində naşir Henrix Şpringer və onun oğlu, jurnalist Aksel Şpringer tərəfindən təsis edilmişdir. 1960–1970-ci illərdə konsern bir çox solçu və tələbə qruplarının hədəfi idi. Xüsusilə yazıçı Reynhard Lettau onu Berlin Azad Universitetinə qarşı qızışdırıcı çıxışlarda ittiham etmişdir. 1968-ci ildə şirkətin Berlindəki baş ofisi konsernin müsadirə edilməsini tələb edən tələbələr tərəfindən mühasirəyə alınmışdı. 1972-ci ildə Qırmızı Ordu Fraksiyası Hamburq ofisinə yerləşdirilmiş altı bombaya görə məsuliyyəti öz üzərinə götürmüşdür. Bombalardan yalnız üçü partlasa da, 17 nəfər yaralanmışdır.
Axelouzavr
Axelouzavr (lat. Achelousaurus — "Axeloya kərtənkələsi") — Seratopsov qrupuna daxil olan və Təbaşir dövründə yaşamış dinozavr cinsi. Onların yaşları 70–75 milyon il olduğu bildirilir. Onların qalıqları ABŞın Montana ştatı ərazisində aşkarlanmışdır. == Görünüşü == Dördayaqlı dinozavr olaraq ot yeyən canlı olmuşdur. Üstəlik iki buynuza malik imiş. Axelouzavr 6 metr uzunluğa, 3,5 metr hündürlüyə və 2,5 ton çəkiyə malik olmuşdur. Axelouzavr kəlləsi 1,6 metr uzunluğa malik olurmuş. == Açılışı == 1995-ci ildə Skott Sempson bu cinsə daxil olan A. horneri növü tətqiq etmiş və ətraflı məlumat vermişdir. Növ epiteti Cek Hornerin şərəfinə adlandırılmışdır.
Axen
Aaxen (alm. Aachen‎) — Almaniyanın qərbində Şimali Reyn-Vestfaliya vilayətində, Hollandiya və Belçika ilə sərhəd bölgədə yerləşən bir şəhərdir. Əhalisi 258.380 min (2009) nəfərdir. Şəhərdə əsas texiniki universitetlərdən biri olan "Rheinisch-Westfälische Technische Hochschule" yerləşir. == Tarixi == Axen eramızın 1-ci əsrinə aid Qədim Roma yaşayış məskəni Akve Qranninin yerində salınmışdır. 8-ci əsrin sonunda Frank imperiyasının paytaxtı, orta əsrlərdə isə mədəni və siyasi mərkəzi olmuşdur. Axen 1170-ci ildə birinci, 1330-cu ildə isə ikinci qala divarları (dövrümüzədək 4 bürc və 2 darvaza qalmışdır) ilə möhkəmləndirilmişdir. 1562-ci ildə kralların tacqoyma mərasimi Frankfurt-Mayn şəhərinə köçürüldükdən sonra tənəzzülə uğramışdır. 1794-cü ildə fransızlar tərəfindən işğal olunan Axen Vyana konqresinin qərarı ilə Prussiyanın ərazisinə qatılmışdır (1815). 1871-ci ildən Almaniyanın tərkibindədir.
Axet
Axet — Qədim Misir təqvimində bir mövsüm, sel vaxtı və ya daşqınlar mövsümü anlamını verir. Yuxarı Misir üçün bu müddət iyun ayının əvvəllərinə, Nilin mənsəbində isə ortalarına dəlalət edir. Axet mövsümünə Vepet-renpet (iyunun əvvəli -iyul əvvəli), Texi (iyul əvvəli — avqustun əvvəli), Menxet (avqustun əvvəli — sentyabrın əvvəli) və Hut-heru (sentyabrın əvvəli — oktyabrın əvvəli) ayları daxildir. Dövr Yeni padşahlıq dövründən başlayaraq avqustun 31-dən dekabrın 28-nə qədər sürürdü.
Axey
Axeylər, axaylar — Peloponnes yarmadasının (Yunanıstan) Axayya vilayətində yaşamış qədim yunan tayfası Bizim e.ə. VIII əsrdə Cənubi İtaliyanın bir sıra böyük şəhərlərində (Sibaris, Kroton və s.) məskunlaşmışdılar. Bizim e.ə. 280-cı ildə təşkil etdikləri Axeylər ittifaqı Makedoniya və Romanın təcavüzkar siyasətinə qarşı mübarizədə böyük rol oynamışdır.
Axeya (Roma əyaləti)
Axeya, adını müasir Mora yarımadasındakı antik şəhərdən alan Roma imperiyasının bir əyaləti. Ətrafı Makedoniya və Efir şəhərləri ilə çevrili olub eradan əvvəl 146-cı ildə Roma imperiyasının sərhədlərinə qatılmış və eradan əvvəl 27-ci ildə bir əyalət halına gətirilmişdir.
Axeya knyazlığı
Axeya knyazlığı (yun. Πριγκιπάτον Αχαϊας) və ya Moreya knyazlığı, həmçinin Moreya prinsipatı — 1205–1432-ci illərdə müasir Yunanıstan ərazisində mövcud olmuş səlibçi dövləti. Dördüncü Səlib yürüşü sona çatdıqdan il sonra yaranan dövlət Fessaloniki krallığının bir vassalı olmuş, lakin 1224-cü ildə krallığımın süquta uğramasından sonra Axeya knyazları Latın imperiyasının ağalığını qəbul etmişdir. 1261-ci ildə Mixail VIII Paleoloqun qoşunları Konstantinopolu ələ keçirmişdir, nəticədə Axeya keçmiş Bizans ərazisindəki yeganə güclü səlibçi dövlət olmuşdur. Knyazlıq daha sonra Neapol krallığının vassalı olmuşdur. Daxili çaxnaşmalar səbəbindən tədricən zəifləyən knyazlıq 1432-ci ildə Moreya despotluğu tərəfindən fəth edilmişdir. == İstinadlar == == Ədəbiyyat == Skazin, Sergey. 18-ci fasil – Qərbi Avropada kilsə və onun təşgili. Xalq təriqətçilik hərəkatları // Mahmudov, Yaqub (redaktor). Orta əsrlər tarixi (az.).
Axeylər
Axeylər, axaylar — Peloponnes yarmadasının (Yunanıstan) Axayya vilayətində yaşamış qədim yunan tayfası Bizim e.ə. VIII əsrdə Cənubi İtaliyanın bir sıra böyük şəhərlərində (Sibaris, Kroton və s.) məskunlaşmışdılar. Bizim e.ə. 280-cı ildə təşkil etdikləri Axeylər ittifaqı Makedoniya və Romanın təcavüzkar siyasətinə qarşı mübarizədə böyük rol oynamışdır.
Carl Axel Magnus Lindman
Karl Aksel Maqnus Lindman (isv. Carl Axel Magnus Lindman; 6 aprel 1856, Halmstad[d] – 21 iyun 1928, Adolf-Fredrik[d], Stokholm leni[d]) — İsveç botaniki və rəssamı.
Cheirodon axelrodi
Paracheirodon axelrodi (lat. Paracheirodon axelrodi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xarasikimilər dəstəsinin xarasilər fəsiləsinin paraxeyrodon cinsinə aid heyvan növü. Qırmızı neon və ya kardinal tetra ( lat.Paracheirodon axelrodi ) — xarasinkimilər fəsiləsinin tropik şirin suda yaşayan şüalı balıq növüdür. Ən məşhur və gözəl akvarium balıqlarından biridir. Adını amerikalı ixtioloq Herbert R. Axelrodun şərəfinə almışdır. == Təsviri == Dişilər erkəklərə nisbətən daha iri olub uzunluğu 5 sm-ə, erkəklərin uzunluğu isə 2,5-3,0 sm-ə qədərdir. Belləri zeytuni-bej rəngdədir. Gözlərindən yağ üzgəcinə qədər neon kimi parıldayan parlaq mavi zolaq var, bu zolağın altında isə enli qırmızı zolaq yerləşir. Qarınları ağımtıldır. Dişilər erkəklərdən daha dolğundur və anal üzgəclərinin kənarı daha qabarıqdır.
Liya Axecakova
Liya Axecakova (9 iyul 1938, Dnepr) — Aktrisa == Həyatı == Liya Məcidovna Axedjakova 9 iyul 1938-ci ildə Dnepropetrovsk şəhərində (Ukrayna) anadan olub. Atalığı Məcid Salehoviç Ahedjcakov (1914–2012) baş rejissor, anası Yuliya Aleksandrova Adıgey Dram Teatrının aktrisası olub. "Köhnə nağıllar" filmində Liya atalığı ilə birlikdə rol alıb. Anası uzun illər vərəm xəstəliyindən əziyyət çəkib. 10 yaşında olanda anası və xalası bu xəstəlikdən vəfat edib. Liya Stalina məktub yazaraq yardım istəyib, onun ailəsinə həmin vaxtlar üçün nadir olan yeni dərman preparatı göndərilib. 1956-cı ildə Moskva Əlvan Metal və Qızıl İnstitutuna daxil olub, orada il yarım təhsil alıb. 1962-ci ildə A. V. Lunaçarski adına Teatr İncəsənət İnstituna daxil olub, 1961-ci ildə məzun olub. İlk addımlarını teatr səhnəsində atıb. Ən əlamətdar teatr rollarından biri Roman Viktyukun qoyduğu "Kolombinanın mənzili" tamaşasında oynadığı rollardır.
Axeya
Axeya və ya Axayya (yun. Αχαΐα, [axaˈi.a]; q.yun. Ἀχαΐα, Axaiya; lat. Achaea) — Balkan yarımadasının cənub hissəsində, Yunanıstanda tarixi-coğrafi ərazi, həmçinin Qərbi Yunanıstan periferiyasında, Peloponnesin şimal-qərbində yerləşən nom. Axeya adını e.ə. XII əsrdə Mikena şəhərlərinin son fəthləri zamanı dorilər tərəfindən Arqolidadakı torpaqlarından qovulduqdan sonra burada məskunlaşan axeylərin şərəfinə almışdır. Axeyanın inzibati mərkəzi Patrasdır, adını axeylərin lideri Patreyadan almışdır. 2011-ci il siyahıyaalınmasına görə 309,694 nəfər yaşayır. == İstinadlar == == Əlavə ədəbiyyat == Bunson, Matthew. Encyclopedia of the Roman Empire.
вска́пывать замеща́емость пента́метр перебо́р притопта́ться славянофи́льствование фанерова́ться черпа́льная затя́нуто интервьюи́роваться посту́пок признава́ться Росси́я рыболове́цкий сно́сность сти́хнуть ти́гель шубе́йка чар securely spirit gum understate отдых отросток присяжный