CAB

cab1

n 1. arabaçı, faytonçu, sürücü; 2. taksi; to take a ~ taksi tutmaq; 2. idarəetmə kabinəsi; maşinistin budkası; 3. kuzov, gövdə (avtomobildə və s.)

cab2

adj taksi; a ~ driver / man taksi sürücüsü; ~ fare taksidə gediş haqqı; ~ stop taksi dayanacağı

C
CAB-STAND
OBASTAN VİKİ
Akif Cabbarov
Akif Elxan oğlu Cabbarov (24 oktyabr 1997, Gədəbəy rayonu – 25 oktyabr 2020, Alxanlı, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Akif Elxan oğlu Cabbarov 1997-ci il sentyabrın 20-də Gədəbəy rayonunda dünyaya göz açıb. Orta məktəbi Şəmkir rayonu Könüllü kəndində bitirən Akif anası ilə birgə 2014–cü ildə Sumqayıt şəhərinə köçür. Dayısı Möhübbət kişinin və onu anası kimi sevən Nigar xanımın evinə pənah gətirib.Akif uşaq vaxtından zəhmətə qatılıb, Sumqayıtda da fəhləlik edərək anasına yardımçı olub. 2016-cı ildə əsgərliyə çağırılıb və elə həmin il anası Ayşanı itirib.General Polad Həşimovun ölümü onu çox sarsıdır. Avqust ayında Qarabağ yürüşünə çıxan Akif könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yazılır və doğum gününü qeyd edib, sentyabrın 21-də Daşkəsəndə təlimlərə cəlb olunur. Sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayır. Akifdə Vətən borcunu ödəmək üçün döyüşə qatılır. Akif Cabbarov Suqovuşan, Füzuli uğrunda döyüşlərdə iştirak edib. Akif oktyabrın 25-də Füzulinin Alıxanlı kəndində həlak olub və Sumqayıtdakı Şəhidlər xiyabanında dəfn olunub.
Aksu-Cabaqlı qoruğu
Aksu-Cabaqlı qoruğu (qaz. Ақсу-Жабағылы қорығы; rus. Aксу-Жабаглинский заповедник) ― Mərkəzi Asiyanın ən qədim qoruğu. Qoruq Qazaxıstan Respublikasının cənub vilayətində yerləşir və Tyan-Şanın şimal-qərb dağ silsilələrini əhatə edir. Adı bölgədəki ən böyük çay olan Aksudan və ərazinin şimal hissəsində yerləşən Cabaqlı dağ silsiləsindən götürülmüşdür. == Coğrafiya == Aksu-Cabaqlı təbiət qoruğu qərbi Tyan-Şan dağlarında yerləşir. Ərazinin şərq sərhədini Qırğızıstan Respublikası, cənub sərhədini isə Maydantal çayının vadisi və Özbəkistan təşkil edir. Bölgə qərbdən Qızılqum, şimaldan isə Karatau dağları ilə əhatə olunmuşdur. Ərazi Cənubi Qazaxıstan vilayətindəki Tyul'kubaskiy və Lengerskiy rayonlarının inzibati bölgüsü daxilində yerləşir. Qoruq 131 934 hektar ərazini əhatə edir.
Anthurium cabuyalense
Anthurium cabuyalense (lat. Anthurium cabuyalense) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin aroidkimilər fəsiləsinin anturium cinsinə aid bitki növü.
Ataa Caber
Ataa Caber (3 oktyabr 1994) – Azərbaycan Premyer Liqasında çıxış edən Neftçinin yarımmüdafiəçisi. == Karyerası == === Makkabi Hayfa === Makkabi Hayfada ilk matçına 2 aprel 2012-ci ildə keçirilən Makkabi Hayfa-Aşdod matçında çıxıb. Matça start heyətdə başlayan Ataa Caber 46-cı dəqiqədə əvəzlənib. Matç Makkabi Hayfanın 3-0 hesablı qələbəsi ilə başa çatıb.Makkabi Hayfada ilk qolunu 11 avqust 2015-ci ildə keçirilən Makkabi Hayfa-Hapoel Akko matçında vurub. Matça 53-cü dəqiqədə daxil olan Ataa Caber 90+3-cü dəqiqədə fərqlənməyi bacarıb. Matç Makkabi Hayfanın 3-0 hesablı qələbəsi ilə başa çatıb.2 fevral 2017-ci ildə Makkabi Hayfadan ayrıldı. === Bney Saxnin === 2 fevral 2017-ci ildə Bney Saxnin klubuna transfer olundu. 31 avqust 2021-ci ildə Bney Saxnin klubundan ayrıldı. === Aşdod === 31 avqust 2021-ci ildə Aşdod klubuna transfer olundu. Aşdodda ilk matçına 12 sentyabr 2021-ci ildə keçirilən Aşdod-Hapoel Hayfa matçının 59-cu dəqiqəsində çıxıb.Həmçinin o matçın 88-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanıb.
Aydın Cabbarlı
Aydın Cəfər oğlu Cabbarlı — tibb elmləri namizədi. Cəfər Cabbarlının oğlu. == Həyatı == 1924-cü ildə doğulmuşdur. Atası Cəfər Cabbarlı ona bir pyesinin adı olan Aydın adını vermişdir. 1 yaşında Bismillah bədii filmində çəkilmişdir. 10 yaşında atası Cəfər Cabbarlını itirmişdir. 1960-cı ildə Azərnəşrdə Sirab suyu və onun müalicə əhəmiyyəti adlı kitabı çap edilmişdir. Cəfər Cabbarlının “Ey dan ulduzu” kitabını tərtib etmişdir. 1999-cu ildə atasının 100 illiyində vəfat etmişdir. == Ailəsi == Qafar Cabbarlının nəvəsidir.
Azad Cabbarov
Cabbarov Azad Vaqif oğlu (14 aprel 1981, Şovu, Lənkəran rayonu) — Naxçıvan Muxtar Respublikasının sabiq gənclər və idman naziri, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sabiq sədri == Həyatı və təhsili == Cabbarov Azad Vaqif oğlu 14 aprel 1981-ci ildə Lənkəran rayonunun Şovu kəndində anadan olmuşdur. 1998–2002-ci illərdə "Naxçıvan" Universitetinin hüquq fakültəsinin hüquqşünaslıq ixtisasını bitirmişdir. 2002-ci ildə N saylı hərbi hissədə hərbi xidmətdə olmuşdur. 2006–2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə təhsil almışdır. 2010–2013-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisasını bitirmişdir. 2008-ci il oktyabrın 6-dan 11-dək Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası "Azərbaycan Respublikasında gənclər siyasəti" proqramı üzrə qısamüddətli ixtisasartırma kursunda iştirak etmişdir. == Fəaliyyəti == 2004–2007-ci illərdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi təyinatlı əməliyyat taqımında polis vəzifəsində çalışmışdır. 2007–2008-ci ildə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Əməliyyat şöbəsində inspektor-əməliyyat müvəkkili və şöbə rəisi vəzifəsində işləmişdir. 2008–2009-cu ilərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Dövlət quruculuğu, ərazi idarəetmə orqanları, deputatlarla və daimi komissiyalarla iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışmışdır. 2009–2011-ci il tarixinədək Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir müavini vəzifəsində çalışmışdır.
Aşıq Cabbar
Aşıq Cabbar (20 avqust 1950, Ağbulaq, Laçın rayonu) — aşıq, Laçın rayonunun "İşıqlı" aşıqlar ansamblının bədii rəhbəri, 1977-ci ildə Tacikistanda keçirilmiş zəhmətkeşlərin I Ümumittifaq yaradıcılıq festivalının laureatı. == Həyatı == Aşıq Cabbar 20 avqust 1950-ci ildə Laçın rayonun Ağbulaq kəndində anadan olub. 1969-1974-cü illərdə Nəsirəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya fakültəsində təhsil alıb.
Baccharis cabrerae
Baccharis cabrerae (lat. Baccharis cabrerae) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Bağır Cabbarzadə
Bağır Məmmədrza oğlu Cabbarzadə (1894, Bakı – 1951, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti; == Həyatı == Bağır Cabbarzadə 1894-cü ildə anadan olmuşdur. Səhnəyə ilk dəfə 1910-cu ildə çıxıb. "Nicat", "Səfa" cəmiyyətləri teatr truppalarının, "Müdiriyyət" dəstəsinin tamaşalarında oynayıb. 1919–1950-ci illərdə Akademik Milli Dram Teatrının truppasında çalışıb. 21 iyul 1949-cu ildə AZərbaycan Respublikasının Əməkdar artisti fəxri adı ilə təltif olunub. == Əsas rolları == Qədim (Cəfər Cabbarlı, "Yaşar"), Əbdül (Cəfər Cabbarlı, "Dönüş"), Aftil (Cəfər Cabbarlı, "Almaz"), Sönməz (Cəfər Cabbarlı, "Od gəlini"), Qurban (Cəfər Cabbarlı, "Aydın"), Hacı Zaman (Cəfər Cabbarlı, "Oqtay Eloğlu"), Məhəmməd Əmin (Cəfər Cabbarlı, "Ədirnə Fəthi"), Osman Midhət (İsa bəy Aşurbəyov, "Azərbay və Can"), Qulam (Abdulla Şaiq, "Bir saatlıq xəlifə"), Əmir Axşid (Namiq Kamal, "Qara bəla"), Allahqulu (Əbdürrəhim bəy Haqverdiyev, "Köhnə dudman"), İblis (Əbdürrəhim bəy Haqverdiyev, "Pəri cadu") Aslan bəy (Əbdürrəhim bəy Haqverdiyev, "Dağılan tifaq"), Rüstəm bəy (Nəcəf bəy Vəzirov, "Müsibəti- Fəxrəddin"), Zubad (Hüseyn Bədrəddin, "Əmir Əbül Üla"), Mirbağır ağa (Cəlil Məmmədquluzadə, "Ölülər"), İxtiyar (Hüseyn Cavid, "İblis"), Papas (Hüseyn Cavid, "Şeyx Sənan"), Tatar Həsən (Maksim Qorki, "Yurdsuz İnsanlar"), Qusman (Jan Batist Molyer, "Don Juan"), Kölgə (Uilyam Şekspir, "Hamlet"), Lyapkin-Tyapkin (Nikolay Qoqol, "Müfəttiş").
C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı
Gəncə Dövlət Dram Teatrı — 1921-ci ildə noyabr ayının 13-də Bakıda yaradılmış teatr. Gəncə Dövlət Dram Teatrı 1925-ci ilə kimi "Tənqid-təbliğ" teatrı adı ilə 1925-ci ildən isə "Bakı-işçi-kəndli" teatrına çevrilmişdir. 1932-ci ilin dekabr ayında teatr bütün heyəti ilə birlikdə Gəncəyə köçürülmüş və fəaliyyətini burada davam etdirmişdir. == Tarixi == Gəncə şəhərində XIX əsrdə həvəskar teatr truppaları fəaliyyət göstərməyə başlayırlar. 1899-cu ildə burada "Teatr" adlanan bina həvəskar aktyorların ixtiyarına verilib. 1906-cı ildə isə həvəskarlardan ibarət "Gəncə müsəlman dram məclisi" teatr truppası yaradılıb. Sonradan 1915-ci ildə ilk dəfə olaraq Gəncədə "Qız məktəb"-i tələbələrinin ilk dram truppası da yaradılır. Bu truppada gələcəkdə teatr tarixində vacib rol oynayacaq Adil İsgəndərov, Barat Şəkinskaya, Mir İbrahim Həmzəyev və digərləri fəaliyyət göstəriblər.Gəncə Dövlət Dram Teatrı 1921-ci ildə noyabr ayının 13-də aktyor Hacıağa Abbasovun təşəbbüsü və rəhbərliyi Bakıda yaranmışdır. 1921-ci ildən 1925-ci ilə qədər "Tənqid-təbliğ" teatrı adı ilə, 1925-ci ildən 1932-ci ilə qədər isə "Bakı-işçi-kəndli" teatrı adı ilə fəaliyyət göstərmişdir. 1932-ci ilin dekabr ayında teatr bütün heyəti ilə birlikdə Gəncəyə köçürülmüş və Qırmızı bayraqlı Türk işçi Teatrı adı ilə fəaliyyətini davam etdirmişdir.
C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası — 1928-ci ildən Bakıda fəaliyyət göstərən kitabxana, 1937-ci ildən Cəfər Cabbarlının adını daşıyır. Kitabxana 9 şöbədən ibarətdir. Kitabxananın fondu klassik və müasir Azərbaycan, dünya ədəbiyyatı, lüğət və ensiklopediyalarla, dərsliklərlə, elmi-populyar və məlumat ədəbiyyatları ilə daim zənginləşdirilir. Kitabxananın fondu ümumilikdə 132 min 399 nüsxə ədəbiyyat təşkil edir. Gənclər kitabxanası statusunu daşıyan kitabxananın oxucu kontingentini əsasən 13-21 yaş həddində gənclər təşkil etməklə yanaşı, çoxsaylı istifadəçilərin arasında müəllimlər, tərbiyəçilər, müxtəlif sənət, peşə adamları, qulluqçular, təqaüdçülər də vardır. 2014-cü ildə kitabxana 13 min 503 nəfər oxucuya xidmət göstərmişdir. 2015-ci il 01 yanvar tarixinə olan məlumata görə kitabxananın fondunda 132 min 399 nüsxə kitab, 2 min 382 CD və DVD vardır. Kitabxnanın Elektron kataloquna 11 min 900 kitab, 186 CD və DVD daxil edilmişdir. Elektron kitabxanada olan kitabların sayı 200 yaxındır. == Tarixi == Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 1928-ci ildə yaradılıb.
Caba Moseşvili
Caba Moseşvili (1 yanvar 1994) — Gürcüstanlı oxatan. Caba Moseşvili Gürcüstanı 2015-ci ildə XXXXVIII Dünya Oxatma Çempionatında təmsil etdi. == Karyerası == Caba Moseşvili birinci dəfə Dünya çempionatına 2015-ci ildə qatıldı. O, Kopenhagendə baş tutan XXXXVIII Dünya Oxatma Çempionatında fərdi yarışlarda, təsnifat mərhələsində 112-ci yeri tutdu və 1/64 finala vəsiqə qazana bilmədi.
Caba İoseliani
Caba İoseliani (10 iyul 1926, Xaşuri – 4 mart 2003, Tbilisi) — XX əsrin Gürcü siyasətçisi, qanuni oğru və Gürcüstan hərbi şurasının keçmiş üzvü. == Həyatı == Caba İoseliani Gürcüstanın Xaşuri şəhərində anadan olmuşdur. Təhsilinə Leninqrad universitetinin şərqşünaslıq fakültəsində dəvam etdirdi, ancaq bitirmədi. 1948-ci ildə Leninqrad bank soyğunçuluğunda iştirak etdiyinə görə 17 il həbs cəzası aldı. Nəhayət, Gürcüstana qayıtdı və teatr-incəsənət universitetinə daxil oldu. Universiteti bitirdikdən sonra həmin universitetin kafedrasında işə başlamışdır. O, teatr tamaşaları üçün ssenarilər yazmışdır. 1989-cu ildə İoseliani qeyri-rəsmi silahlı qrup qurmuşdur. "Mxedrioni" adlanan qrupun əsas məqsədi Abxaziya və Samaçablo regionlarında seperatçı əməllərin qarşısının alınması idi. 1991-ci ildə Mxedrioni Zviad Qamsaxurdiya tərəfindən qeyri qanuni elan edildi.
Cabal ad Dukhan
Cabal ad Dukhan (ərəb. جبل الدخان‎) — Bəhreyn dövtəlinin ən hündür zirvəsi. Zirvənin hündürlüyü 134 metrdir. Zivə ölkənin ən iri adası olan Bəhreyn adasında yerləşir. Ərəb dilindən tərcümədə "Tüstülənən dağ" mənasını verir. İsti günlərdə dağda duman əmələ gəlir. Görünür dağın adı buradan götürülmüşdür. Burada daş dövrünə aid çaxmaq daşından hazırlanmış silahlar aşkar edilmişdir.
Caban (Diklə dehistanı)
Caban (fars. جابان‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Caban (Düdəngə dehistanı)
Caban (fars. جابان‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 71 nəfər yaşayır (14 ailə).
Caban əl-Kurdi
Caban əl-Kurdi (ərəb. جابان الکوردي‎) — Məhəmməd peyğəmbər zamanında Müsəlman olan kürd səhabə.
Cabanı
Cabanı — Azərbaycanın Şamaxı rayonunda kənd. == Tarixi == Cabanı Şamaxı rayonunda kənd. Dağətəyi ərazidədir. Oykonim oğuz tayfalarından birinin adını əks etdirir. Etnotoponimdir. Çəpni, Çəbni, Cabani variantlarında Azərbaycan ərazisində geniş arealda yayılmışdır. Şərqi Avropa düzənliyində də rast gəlinir. == Əhalisi == Kənd əhalisi 472 nəfərdir ki, onunda 190 nəfəri kişi, 282 nəfəri isə qadınlar təşkil edir.
Cabanı (dəqiqləşdirmə)
Cabanı — Azərbaycanın Şamaxı rayonunda kənd. İkinci Cabanı — Azərbaycanın Şamaxı rayonunda kənd.
Cabanı döyüşü
Cabanı döyüşü — 15-ci əsrin sonlarında Azərbaycanda Ağqoyunlu hakimiyyəti zəifləmiş və ölkə 2 yerə bölünmüşdü. Ağqoyunlu hakimiyyətinin zəifləməsi ilə təqiblərə məruz qalan qızılbaşlar öz hakimiyyətlərini qurmaq üçün hərəkətə keçmişdilər. 1499-cu ildə Şeyx İsmayıl Lahicandan Ərdəbilə, oradan isə Ərzincana doğru hərəkətə başladı. Ərzincanda toplanan qızılbaşların qurultayında qərara alındı ki, ilk zərbə qızılbaşların "düşməni" I Fərrux Yasara vurulsun. == Tarixi == === Döyüş qabağı vəziyyət === Şah İsmayılın əmri ilə Bayram bəy Qaramanlı zülqədərlərdən ibarət qüvvə ilə "Qoyun-ölümü" keçidi vasitəsilə Kürü keçməli və Şirvana daxil olmalı idi. Bayram bəy həmin keçidi münasib saymadığı üçün qoşunun çayı keçməsinə icazə vermədi . Lakin I Şah İsmayılın Kür sahilinə çatdıqdan sonra şəxsən at üzərində çayı keçməsi əsgərlərdə ruh yüksəkliyi yaratdı və ardınca qoşun da çayı keçməyə müvəffəq oldu. Qızılbaşların əldə etdiyi məlumatlara görə Şirvanşah qızılbaşların yaxınlaşdığını eşidib və döyüşə hazırlaşmaq üçün Şamaxıdan çıxaraq yaxşı möhkəmləndirilmiş Qəbələ qalasına getmişdir. Bu xəbəri aldıqdan sonra İsmayıl Şamaxıya doğru hərəkət etmək qərarına gəldi. Lakin İsmayıl şəhərə daxil olsa da, şəhər boş idi.
Cabanı döyüşü (1500)
Cabanı döyüşü — 15-ci əsrin sonlarında Azərbaycanda Ağqoyunlu hakimiyyəti zəifləmiş və ölkə 2 yerə bölünmüşdü. Ağqoyunlu hakimiyyətinin zəifləməsi ilə təqiblərə məruz qalan qızılbaşlar öz hakimiyyətlərini qurmaq üçün hərəkətə keçmişdilər. 1499-cu ildə Şeyx İsmayıl Lahicandan Ərdəbilə, oradan isə Ərzincana doğru hərəkətə başladı. Ərzincanda toplanan qızılbaşların qurultayında qərara alındı ki, ilk zərbə qızılbaşların "düşməni" I Fərrux Yasara vurulsun. == Tarixi == === Döyüş qabağı vəziyyət === Şah İsmayılın əmri ilə Bayram bəy Qaramanlı zülqədərlərdən ibarət qüvvə ilə "Qoyun-ölümü" keçidi vasitəsilə Kürü keçməli və Şirvana daxil olmalı idi. Bayram bəy həmin keçidi münasib saymadığı üçün qoşunun çayı keçməsinə icazə vermədi . Lakin I Şah İsmayılın Kür sahilinə çatdıqdan sonra şəxsən at üzərində çayı keçməsi əsgərlərdə ruh yüksəkliyi yaratdı və ardınca qoşun da çayı keçməyə müvəffəq oldu. Qızılbaşların əldə etdiyi məlumatlara görə Şirvanşah qızılbaşların yaxınlaşdığını eşidib və döyüşə hazırlaşmaq üçün Şamaxıdan çıxaraq yaxşı möhkəmləndirilmiş Qəbələ qalasına getmişdir. Bu xəbəri aldıqdan sonra İsmayıl Şamaxıya doğru hərəkət etmək qərarına gəldi. Lakin İsmayıl şəhərə daxil olsa da, şəhər boş idi.
Cabar Əkpərov
Cabar Əşrəf oğlu Əkpərov (17 iyul 2002, Müşfiq, Xaçmaz rayonu – 1 oktyabr 2020, Ağdərə, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cabar Əkpərov 2002-ci il iyulun 17-də Xaçmaz rayonunun Müşviq kəndində anadan olub. 2007–2018-ci illərdə T. Bayramov adına Müşviq kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Cabar Əkpərov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Cabar Əkpərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Cabar Əkpərov oktyabrın 7-dəAğdərə istiqamətində şəhid olub. Xaçmaz rayonunun Müşviq kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cabar Əkpərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Cabarzadə Cavid
Cavid Qorxmaz oğlu Cabarzadə (10 avqust 1997, Bülbülə – 24 oktyabr 2020, Xocavənd) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin şəhidi. == Həyatı == Cavid Cabarzadə 1997-ci il avqustun 10-da Bakı şəhərinin Bülbülə qəsəbəsində anadan olub. == Hərbi xidməti == Cavid Cabarzadə 2016-cı ilin 2 – 5 aprelində baş verən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Cavid Cabarzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavənd rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Cavid Cabarzadə oktyabr 24 — də Hadrutun azad edilməsi zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Cabarzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Cabarzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Cabassous
Çılpaqquyruq zirehlilər (lat. Cabassous) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan cins. Cənubi və Mərkəzi Amerikada yayılmış zirehli cinsi. Latın adı Karib dənizi sözünün latınlaşmış formasıdır.
Cabbar
Cabbar — Azərbaycanlı kişi adı.

Digər lüğətlərdə

гран-па́ дефе́кт змееви́дно невозврати́мость оловя́нный солони́нный чесуча́ жлобьё за так звезда́ камво́льщик наму́слить оккупа́нт пачу́левый трусы́ anaglyphoscope dough-head frost go-as-you-please grounding North Minch po'boy rif self-pity клин