U-BOMB

U-bomb

n hərb. uran bombası

U
UBIQUITIOUS
OBASTAN VİKİ
Giant Bomb
"Giant Bomb" — ABŞ videooyun veb saytı. Saytda videooyunlar, sənaye xəbərləri haqqında resenziya və rəylər dərc edilir. Həmçinin, saytın tərkibində videooyun mövzularının verilənlər bazası var. "Giant Bomb" keçmiş "GameSpot" redaktorları Ceff Cerstmann və Rayan Devis tərəfindən "Whiskey Media" ilə əməkdaşlıq çərçivəsində təsis edilmişdir. == Tarixi == 28 noyabr 2007-ci ildə Ceff Cerstmann "GameSpot"da redaksiya direktoru vəzifəsindən azad edilmişdir. İşdən çıxarıldıqdan sonra Ceff yeni veb-sayt yaratmaq üçün bir qrup veb-dizaynerlə əməkdaşlıq etməyə başlamışdır. İşdən çıxarıldıqdan dərhal sonra internetdə bunun səbəbinin "Kane & Lynch: Dead Men" videooyununun istehsalçısı "Eidos Interactive"in təzyiqi olması ilə bağlı şayiələr yayılmağa başlamışdır. Odur ki, Ceff oyunu "GameSpot"a yerləşdirdikdən sonra ona mənfi rəy vermişdi, lakin saytın redaktorları və ana şirkət "CNET Networks" bunun onun işdən azad edilməsi ilə əlaqəsi yoxdur. Bu hadisədən sonra bir sıra işçilər şirkəti tərk etmişdir. Rayan Devis 2008-ci ilin fevralında təqaüdə çıxdığını açıqlamışdır.
U
U — Latın qrafikalı Azərbaycan əlifbasında 28-ci hərf, 9 saitdən biri. U qalın, dodaqlanan və qapalı saitdir. Uran elementi böyük u (U) hərfi ilə işarə olunur.
Ba U
Ba U (birm. ဘဦး 26 may 1887 – 9 noyabr 1963, Yanqon) — Birma siyasətçisi və hüquqşünası idi. O, 1948-1952-ci illərdə Birmanın Ali Məhkəməsinin sədri və 16 mart 1952-ci ildən 13 mart 1957-ci ilə qədər Birmanın ikinci prezidenti vəzifələrində çalışmışdır.
Toçka-U
Toçka – taktiki raket kompleksi olub, yaxın məsafələrdə düşmənə zərbə vurmaq üçün tətbiq olunan yer-yer tipli raket növünə aiddir (NATO kod adı:SS-21 Scarab). Kolomna "Maşınqayırma konstruktor bürosu"nda istehsal edilən bu sistem Toçka-U (9К79–1) adını almışdır. Sistemin yüklənməsi və hazır vəziyyətə gətirilməsi üçün 16 dəqiqə vaxt lazım olur. Kompleksə daxildir: 9М79 (Toçka-U üçün — 9M79M) müxtəlif tipli mərmi başlıqlı raketlər; Atıçı qurğu 9P129 (9PП129М-1); Nəqledici-yükləyici maşın 9Т218; Nəqledici maşın 9Т238; Avtomatlaşdırılmış nəzarət-sınaq maşını 9V819–1; Texniki xidmət maşını 9V844; Arsenal qurğusu komlekti 9F370–1.Kolomna KBM-də dörd növ raket hazırlanmışdır: Birinci versiya uçuş məsafəsi 70 km. olan 9M79 Sonakı təkmilləşdirilmiş versiyası 9M79M 120 km uçuş məsafəsinə malikdir. 9M79MKU versiyası tank əleyhinə özü hədəfi axtaran sistemlə təchiz olunmuşdur. Uçuş məsafəsi 120–185 km-dir. 9M79MP versiyası radar qurğuları əleyhinə mübarizə aparmaq üçün passiv radar idarəetmə sistemi ilə təchiz olunmuşdur. Uçuş məsafəsi 120 km-dir.Sovet istehsalı yer-yer tipli operativ–taktiki raket kompleksi "Toçka-U". "Toçka –U" operativ–taktiki raket kompleksi olub, yaxın məsafələrdə düşmənə zərbə vurmaq üçün tətbiq olunan yer-yer tipli raket növünə aiddir.
U (dəqiqləşdirmə)
U — Latın qrafikalı Azərbaycan əlifbasında 28-ci hərf. U — Uranium elementi. U (albom) — musiqi albomu. U (çarlıq) — Üç çarlıq dövründə mövcud olmuş dövlət.
U (çarlıq)
U ya Şərqi U (çin. ənən. 東吳, sadə. 东吴, pinyin: Dōng Wú, hərfi mənası: "Dun U") — Üç çarlıq dövründə 222–280-ci illərdə mövcud olmuş dövlət . U çarlığı II əsrdə Han sülaləsinə qarşı qalxmış ümumi üsyanların gedişində Yantszı çayının aşağı hissəsini — Çzyandun ərazilərini işğal etmiş Sun Çe (孫策) tərəfindən qurulmuşdur. 200-cü ildə varis Sun Çyuan qonşu əyalətləri get-gedə ələ keçirərək çarlığı genişləndirir. 208-ci ildə, Sun Çyuan Lyu Bey ordusu ilə birlikdə Çibi döyüşündə Vey çarı Çao Çao üzərində qələbə çaldıqdan sonra, 219-cu ildə Vey çarlığının Çzinçjou əyalətini ələ keçirir. 229-cu ildə özünü imperator elan edir. Sun Çzuan özünə Da-di taxt-tac ölkəsinə isə U adını verir. Müasir Nankin, tarixi Çzyankan 建業 şəhərini ölkənin paytaxtına çevirir.
U Tsetyan
U Tsetyan, digər adı: U Xoy (çin. 武則天; 17 fevral 624 – 16 dekabr 705, Loyan[d][…]) - Tan sülaləsinin imperatriçası. == İlk illəri == 13 yaşında olarkən U Xoy Çinin ilk Tanq imperatoru Tay Çzuna azyaşlı kəniz kimi xidmət edib. 649-cu ildə Tay Çzun ölən zaman U Xoy özünün də meyli olduğu Tay Çzunun varisi Kao Çzuna xidmət etməyə başlamış və onun sevimli arvadı olmuşdu. O, Kao Çzunun digər arvadları – gələcək imperatriçə də daxil olmaqla – və kənizlərini öldürdü və 655-ci ildə özünü imperatriçə elan etdi. == Hakimiyyət illəri == U Xoy onun imperatorla olan əlaqələrinin yaxın qohumlar arasındakı cinsi əlaqə olduğunu dilə gətirən adamları aradan götürərək, dövlət içində öz təsir gücünü artırdı. İmperatorun əmisi də daxil olmaqla, çoxsaylı yaşlı dövlət adamlarını ya edam etdirdi, ya da imperiya sərhədlərindən qovdu. 660-cı ildə imperatorun xəstələnməsi ilə o, tam ağalığa başladı. 660 və 668-ci ildə Koreya ərazisini işğal edən dövlət qulluqçularını və xüsusi seçilmiş hərbi komandirləri azad etdi və işlə təmin etdi. Kao Çzun ölən zaman hakimiyyətə U Xoyun oğlu Çunq Çzun gəldi.
U sülaləsi
U ya Şərqi U (çin. ənən. 東吳, sadə. 东吴, pinyin: Dōng Wú, hərfi mənası: "Dun U") — Üç çarlıq dövründə 222–280-ci illərdə mövcud olmuş dövlət . U çarlığı II əsrdə Han sülaləsinə qarşı qalxmış ümumi üsyanların gedişində Yantszı çayının aşağı hissəsini — Çzyandun ərazilərini işğal etmiş Sun Çe (孫策) tərəfindən qurulmuşdur. 200-cü ildə varis Sun Çyuan qonşu əyalətləri get-gedə ələ keçirərək çarlığı genişləndirir. 208-ci ildə, Sun Çyuan Lyu Bey ordusu ilə birlikdə Çibi döyüşündə Vey çarı Çao Çao üzərində qələbə çaldıqdan sonra, 219-cu ildə Vey çarlığının Çzinçjou əyalətini ələ keçirir. 229-cu ildə özünü imperator elan edir. Sun Çzuan özünə Da-di taxt-tac ölkəsinə isə U adını verir. Müasir Nankin, tarixi Çzyankan 建業 şəhərini ölkənin paytaxtına çevirir.
U Çenen
Vu Çenq'en (çin. 吳承恩, təx 1500–1582 və ya 1505–1580 ), nəzakət adı Rujonq (汝忠), təxəllüsü "Zahid Şeyanq" — Çinin Minq sülaləsi dövrünün romançı və şairi,və ümumiyyətlə Çin ədəbiyyatının Dörd Böyük Klassik Romanlarının biri olan Qərbə səfərin müəllifi kimi qəbul edilir. == İstinadlar == == Mənbə == Jou, Xianşen, "Vu Çenq'en" Arxivləşdirilib 2007-09-29 at the Wayback Machine. Çin Ensiklopediyası, 1-ci nəşr.
Corc U. Buş
Corc Volker Buş (ing. George Walker Bush; 6 iyul 1946[…], Nyu-Heyven[d]) — Amerika Birləşmiş Ştatlarının 43-cü prezidenti (20 yanvar 2001–20 yanvar 2009). Respublikaçılar partiyasının nümayəndəsidir. 1824-cü il prezident seçkilərində Con Kuinsi Adams qalib gəldi. O, ABŞ-nin ikinci prezidenti Con Adamsın oğlu idi. Bu təcrübə birdə yalnız 176 il sonra 2000-ci il prezident seçkilərində təkrarlanıb. Belə ki, bu seçkilərdə qalib gələn Corc Buş (oğul) ABŞ-nin 41-ci prezidenti Corc Buşun oğludur. Onun hakimiyyət dövrü 11 sentyabr hadisələri və bundan sonra başlayan terrorla mübarizə fəaliyyətləri, Əfqanıstan və İraq müharibələri ilə xarakterizə olunur. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına 86-cı şəxs olaraq daxil edilib. == Həyatı == Corc Buş (oğul) 1946-cı il iyulun 6-da anadan olub.
Kim U Cin
Kim U Cin (d. 20 iyun 1992) — Cənubi Koreyalı oxatan. Kim Voo-Jin dörd dəfə Dünya Çempionatında, iki dəfə isə Asiya Oyunlarında qızıl medal qazanıb. Kim Voo-Jin həmçinin 2016-cı ildə Braziliyada XXXI Yay Olimpiya Oyunlarında həm qızıl medal qazandı, həm də Dünya və Olimpiya rekordunu yenilədi. == Karyerası == Kim Voo-Jin karyerasında birinci ciddi uğurunu 2010-cu ildə qazandı. O, Çin Xalq Respublikasında baş tutan Asiya Oyunlarında fərdi və komanda yarışlarında qızıl medal qazandı. Kim Voo-Jin növbəti uğurunu bir il sonra, 2011-ci ildə qazandı. O, İtaliyanın Turin şəhərində Dünya Çempionatının qızıl medallarını qazandı (fərdi və komanda hesabında). Həmin medaldan sonea Kim Voo-Jin növbəti ciddi uğurunu dörd il gözləməli oldu. O, 2015-ci ildə Danimarkanın paytaxtı Kopenhagen şəhərində yenə fərdi və komanda hesabında Dünya çempionu oldu.
Lockheed U-2
== Ümumi == Lockheed U-2 ABŞ Hərbi Hava Qüvvələri və keçmişdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən istifadə olunan ultra yüksək hündürlükdə uça bilən kəşfiyyat təyyarəsidir. İstənilən hava şəraitində, gecə-gündüz 21.000 metr hündürlükdən kəşfiyyat məlumatları götürə bilir. U-2 həmçinin elektronik sensor axtarışı, peyklərin kalibrlənməsi və kommunikasiya məqsədilə də istifadə olunur. U-2-nin ilkin versiyaları soyuq müharibə dövründə bir neçə dəfə SSRİ, Çin, Vyetnam və Kubanın üzərində kəşfiyyat apardıqlarına görə kəskin qlobal insidentlərə səbəb olmuşdurlar. 1960-cı ildə MKİ-ə aid olan bir U-2 SSRİ ərazisində olarkən S-75 Dvina ZRK-sı vasitəsilə vurulmuşdur. Pilot Qeri Powers (Gary Powers) sağ yerə ensə də kəşfiyyat ittihamları ilə SSRİ Ali Sovetinin Məhkəməsi qarşısına çıxarılmışdır. Daha bir U-2 isə 1962-ci ildə Kuba Raket Krizisi ərzində Kuba üzərində kəşfiyyat apararkən SSRİ-nin silahları ilə Kuba ərazisindən vuruldu. Pilot Rudolf Anderson həlak oldu. Həmin pilot üçüncü dünya müharibəsini başlada biləcək Kuba raket krizisində yeganə itki kimi tarixə düşdü U-2 çox azsaylı təyyarələrdəndir ki 50 ildən artıq orduda xidmət edirlər. 1980-ci illərdə təkmilləşdirilmiş versiyaları - TR-1, U-2R, U-2S orduya qəbul edildi.
R U Mine?
R U Mine? – ingilis indi-rok qrupu Arctic Monkeys tərəfindən sinql kimi çıxarılan və sonradan AM albomuna əlavə olunan mahnı. Mahnının sözləri Aleks Törner tərəfindən yazılmış, musiqisi isə qrup tərəfindən bəstələnmişdir. Mahnı 27 fevral 2012-ci ildə Birləşmiş Krallıqda rəqəmsal endirmə olaraq buraxıldı, fiziki olaraq isə 21 aprel 2012-ci ildə Record Store Day üçün məhdud sayda ikiqat A tərəfi bənövşəyi 7" vinil və yeni "Electricity" mahnısı ilə buraxıldı. Vinil yalnız 1750 nüsxə ilə məhdudlaşdı. "R U Mine?" UK Singles Chart-da iyirmi üç nömrədə debüt etdi; 2009- ilin iyul ayında siyahında on ikinci olan "Crying Lightning" mahnısından sonra qrupun ən yüksək siyahıda olan sinqlı oldu. Əvvəlcə müstəqil sinql kimi buraxılmasına baxmayaraq, mahnı daha sonra onların beşinci studiya albomu olan AM-a bir qədər fərqli versiyası olaraq baş sinqlı kimi daxil edildi. Daha sonra İngiltərədə platin sertifikatı aldı və onu Arctic Monkeys-in ən çox satılan mahnılarından birinə çevirdi. Mahnı həmçinin Forza Horizon və Rocksmith 2014 video oyunlarında səslənmişdir. Həmçinin Guitar Hero Live video oyununda nümayiş etdirildi.
The U-Krew
The U-Krew - 1984-1990-cı illərdə mövcud olan ABŞ-nin hip-hop janrında ifa edən musiqi qrupudur. Tam adı "The Untouchable Krew" kimi səslənən əsası 1984-cü ilin oktyabr tarixində qoyulmuşdur. Qrupun "Ugly" mahnısı Qaranlıq mələyi filmində səslənilmişdi.
U Ko Ni
Ko Ni (birm. ကိုနီ, tələffüzü [kò nì]; U Ko Ni kimi də tanınır; 11 fevral 1953 – 29 yanvar 2017) — Myanma dövlət xadimi və Dəfnə Hüquq Firmasının təsisçisi və hüquqşunası. Ni həmçinin Müstəqil Hüquqşünaslar Assosiasiyası, Beynəlxalq Vəkillər Kollegiyasının, Myanma Yazıçılar birliyinin üzvü olmuşdur. Hökumət üzərində konstitusiya hüququ almadan Aunq Su Kyinin de-fakto rəhbərliyi altında Milli Demokratiya Liqasına (NLD) müşavir təyin olunmuşdir. U Ko Ni insan hüquqlarının qorunması və demokratik seçkilərdən bəhs edən altı kitabın müəllifidir. Ko Ni həmçinin dinlərarası hərəkatlarda da fəallığı ilə yadda qalmışdır. O, Myanmada konstitusiyaya dəyişikliklərin təbliğində fəal iştirak etmişdir.U Ko Ni 29 yanvar 2017-ci ildə İnformasiya Nazirliyi İttifaqının və Pe Myintin rəhbərlik etdiyi qrupla birlikdə sinor lider gəmi proqramını ziyarət etdikdən sonra İndoneziyaya yollanarkən Yanqon Hava Limanında odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilmişdir.
Çon İl U
Çon İl U (9 sentyabr 1987, Seul) — Cənubi Koreya aktyorudur. Onun ən məșhur rolu Unstoppable High Kick komediyasi, The Return of Ilmae, 49 gün, Flower boy ramyun shop və The Night Watcman's journal televiziya dramalarinda oynadiği rollardir.
İspaniya U-19
İspaniya U-19 — İspaniyannın 19 yaşlıaradək komandasıdır . Bu komanda 1909-cu ildə yaranıb . İlk rəsmi oyunu İsveçrə U-19 millisi ilə oyun olub . Bu oyun İspaniyanın qələbəsi ilə qurtarıb .
İspaniya U-21
İspaniya U-21 İspaniyalıların 21 yaşdan aşağı oyunçularının iştirak etdiyi komanda . Bu komanda hal-hazırda dünyada U-21 milliləri arasında ən yaxşılardandır . Komanda ilk matçını Yuqaslaviya U-21 millisinə qarşı keçirib . Matç 9 dekabr Yuqaslaviyanın Zaqreb şəhərində keçrilib . Bu oyunda 4–1 hesabı ilə uduzub . Ən böyük qələbəsi isə 8 fevral 2005-ci ildə San-Marino ilə matçda 14–0 hesablı qələbəsi olub . Ən böyük hesablı məğlubiyyəti isə 1983-cü ildə 16 fevral Hollandiya ilə matçda olub . Bu matçda Hollandiya 5–0 hesabı ilə qələbə qazanıb.
U Bein körpüsü
U Bein Körpüsü — Myanmada Amarapura yaxınlığında Taungthaman gölünü əhatə edən keçiddir. 1,2 kilometr(0,75 mil) uzunluğunda olan körpü 1850-ci ildə tikilib və dünyanın ən qədim və ən uzun tik ağacından tikilmiş körpü olduğuna inanılır.Tikinti Ava Krallığının paytaxtı Amarapuraya köçəndə başladı. Körpü onu inşa etdirən Maung Beinin adını daşıyır.Yerli insanlar üçün əhəmiyyətli bir keçid kimi istifadə olunur və eyni zamanda turistik bir cazibəyə sahibdir. Buna görə də suvenir satıcıları üçün əhəmiyyətli bir gəlir mənbəyinə çevrilmişdir.Gölün ən yüksək həddə olduğu iyul və avqust aylarında körpü daha da maraq cəlb edir. Körpü İnvadakı keçmiş kral sarayından alınan ağacdan tikilib. O, suyun içindən uzanan 1086 sütuna malikdir, bəziləri betonla əvəz edilmişdir. Körpünün böyük ölçüdə toxunulmaz qalmasına baxmayaraq, sütunların sayının getdikcə təhlükəli şəkildə çürüməsi ilə bağlı qorxular var. Bəziləri əsaslarından tamamilə ayrılıb və yalnız onları bir yerdə tutan yan barmaqlıqlar səbəbindən yerində qalıblar. Bu dayaqların zədələnməsinə və suyun durğunlaşmasına daşqın, eləcə də göldə tətbiq edilən balıq yetişdirmə proqramı səbəb olmuşdur. Mədəniyyət Nazirliyinin Arxeologiya, Milli Muzey və Kitabxana Departamenti təmir işlərini planları yekunlaşdıqdan sonra həyata keçirməyi planlaşdırır.
Botanik-sistematiklərin siyahısı/U
U.Hamann([1]) — Ulrich Hamann, 1931— Ucria([2]) — Bernardino da Ukriya (it. Bernardino da Ucria, 1739—1796) Udachin([3]) — R.A. Udachin, fl. 1972 Uechtr.([4]) — wikispecies:Maximilian Friedrich Sigismund von Uechtritz, 1785—1851 Uglitzk.([5]) — wikispecies:Alexander N. Uglitzkich, 1876— Ulbr.([6]) — Oskar Eberhard Ulbriç (alm. Oskar Eberhard Ulbrich‎, 1879—1952) Underw.([7]) — Lüsen Markus Andervud (ing. Lucien Marcus Underwood, 1853—1907) Ung.-Sternb.([8]) — fr. Franz Ungern-Sternberg, 1808—1885 Upson([9]) — T.M. Upson, fl. 1996 Urb.([10]) — İqnaz Urban (alm.
Corc H.U. Buş
Corc Herbert Volker Buş (ing. George Herbert Walker Bush; 12 iyun 1924[…], Milton[d], Massaçusets – 30 noyabr 2018[…], Hyuston) — Amerika Birləşmiş Ştatlarının 41-ci prezidenti (1989–1993) və 43-cü vitse-prezidenti (1981–1989). Respublikaçılar partiyasının nümayəndəsidir. ABŞ-nin 43-cü prezidenti Corc Volker Buşun atasıdır. == Həyatı == 1924 ilində Milton, Massaçusetsdə dünyaya gəldi. Konnektikut əyaləti senatorlarından bankir Preskot Şeldon Buş (1895–1972) ilə Doroti(uoker) Buş (1901–1992) cütlüyünün oğludur. Doğumundan qısa müddət sonra Buş ailəsi Qrinviç, Konnektikuta köçdü. Buş Qrinviçdə böyüdü; orada ve Andover'də (Massaçusets) özəl məktəblərində oxudu. Andover'dəki Filips Akademiyasını bitirdikdən sonra Dəniz Qüvvələri Ehtiyat Birlikləri'nde ehtiyat zabit oldu. II. Dünya müharibəsi ərzində (1942–44) Sakit okeandakı təyyarə gəmilərində bombardman pilotu oldu.
Corc H. U. Buş
Corc Herbert Volker Buş (ing. George Herbert Walker Bush; 12 iyun 1924[…], Milton[d], Massaçusets – 30 noyabr 2018[…], Hyuston) — Amerika Birləşmiş Ştatlarının 41-ci prezidenti (1989–1993) və 43-cü vitse-prezidenti (1981–1989). Respublikaçılar partiyasının nümayəndəsidir. ABŞ-nin 43-cü prezidenti Corc Volker Buşun atasıdır. == Həyatı == 1924 ilində Milton, Massaçusetsdə dünyaya gəldi. Konnektikut əyaləti senatorlarından bankir Preskot Şeldon Buş (1895–1972) ilə Doroti(uoker) Buş (1901–1992) cütlüyünün oğludur. Doğumundan qısa müddət sonra Buş ailəsi Qrinviç, Konnektikuta köçdü. Buş Qrinviçdə böyüdü; orada ve Andover'də (Massaçusets) özəl məktəblərində oxudu. Andover'dəki Filips Akademiyasını bitirdikdən sonra Dəniz Qüvvələri Ehtiyat Birlikləri'nde ehtiyat zabit oldu. II. Dünya müharibəsi ərzində (1942–44) Sakit okeandakı təyyarə gəmilərində bombardman pilotu oldu.
Misir heroqlifləri (U qrupu)
U qrupu 41 heroqlifdən ibarət olub, bura təsərrüfatla, əkinçiliklə və sənətkarlıqla bağlı təsvirlər daxildir.
S.U.S. (mahnı)
S.U.S. — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnı 27 avqust 2017-ci ildə "Aygun Music" etiketiylə satışa çıxarılmışdır. Mahnının sözləri meyxanaçı Vüqar Əbdülova, musiqisi gürcüstanlı bəstəkar Stefan Mgebrişviliyə aiddir. Mahnının musiqi prodüserli Stefan Mgebrişvili, baş prodüseri isə ifaçının özüdür. Musiqi tənqidçiləri mahnıya müsbət reaksiya verərək, mahnını Aygün Kazımovanın Baku Crystal Hall konsert zalında verəcəyi "Aygün Kazımova - 30 il" adlı solo konserti üçün əla piar olduğunu və cəlbediciliyini tərifləmişlər. "S.U.S." üçün çəkilən musiqi videosu, Bakı şəhərində gürcüstanlı rejissor Nestan Sincikaşvili tərəfindən çəkilmiş və 27 avqust 2017-ci il tarixində YouTubeda premyerası edilmişdir. Aygün Kazımovanın yüngül əxlaqlı həyat tərzi keçirən bir qadının həyatını canlandırması çox sayda müxtəlif rəylər almışdır. == Fon və yazılma == Aygün Kazımova 2004-2011-ci illərdə meyxanaçı-müğənni Namiq Qaraçuxurlu ilə 10-dan çox duet ifa etmiş və ikili şəxsi həyatı ilə gündəmdə olmuşdur. Aygün Kazımovanın öz caz, pop rock, soul və R&B tərzindən uzaqlaşması və daha çox Namiq Qaraçuxurlu ilə pop folk tərzində ifa etməsi, onun dinləyiciləri arasında narazılıqla qarşılanmışdır. Sənətə gəldiyi ilk illərdə Eldar Mansurov, Vaqif Gərayzadə və Cavanşir Quliyevin əsərlərini ifa edən pop-diva artıq yeni bəstəkarlarla çalışmaya başlamış və türk aranjimanı ilə mahnılarını təqdim etmişdir.
T.A.T.u.
t.A.T.u. (rus. Тату) — "Tatu" beynəlxalq səviyyədə tanınmış ən uğurlu rus pop qrupudur. Onların sinqlları həm ingilis, həm də rus dillərində Rusiyanın, Böyük Britaniyanın, ABŞ-nin və digər ölkələrin hit paradlarında yer alıb. Onların debütu, 2002-ci ildə ingilis dilində yazılmış, "All the Things She Said" bütün dünyada ilin ən uğurlu sinqlarından biri seçilmişdir. "Tatu" ilk və yeganə rus "IFPI" mükafatı qazanan qrup sayılır. == Qrupun yaradılması == "Tatu" dueti üçün bəstəkar Aleksandr Voitinski və 1999-cu ildə ssenarist Ivan Shapovalov tərəfindən reklam yaradılmışdır. Shapovalov və Voitinski tərəfindən Lena Katina qrupun solist rolu üçün seçilir. Sonra Ivan Shapovalov duet yaratmaq qərarına gəlir və Lena Katina qrupa daha bir qız dəvət edir. O, Yuliya Volkovanı dəvət edir, onun namizədliyi isə Shapovalov tərəfindən təsdiq edilir.
класси́чность лабазник перещёлкивание подпля́сывание провинти́ться прочёсыватель шли́ца шнуро́вка захорохо́риться лима́н сочи́ться трепани́ровать хала́тность хло́пковый щора antidisestablishmentarian candescent gynaecologist importee olefine omnipresence resolution дисквалификация приедаться хромировать