YAKUT

Yakut

n 1. yakut (xalq); 2. Yakut dili

YAK
YALE
OBASTAN VİKİ
Yakut Vikipediyası
Yakutca Vikipediya — Vikipediyanın yakut dilində olan bölməsidir.
Yakut dili
Saxa (Yakut) dili — saxaların xalq dili. Rusiya Federasiyasının Saxa Respublikasının rəsmi dövlət dilidir. Türk dillərinə daxildir.
Yakut inəyi
Yakut inəyi (saxa ынах) — Saxa Respublikası ərazisində yayılmış mal-qara cinsidir. Alçaq böyü və az çəkisi ilə fərqlənir. İbtidai öküzdən törəyən Monqol mal-qara qrupundan çıxmışdır. == Təsviri == Cins Uzaq Şimalın sərt şəraitində ətlik və südlük istiqamətli maldarlığın Yakut mədəniyyətinin əsasını təşkil etmişdir. 1929-cu ildə məhsuldarlığı artırmaq üçün, gətirilən xolmoqorsk və simmental cinsləri tərəfindən cinsin kütləvi assimilyasiyasına başlanıldı. Hal-hazırda, mal-qara sürüləri yalnız Even-Bıtantay uluslarında, fərdi kəndli, kolxoz təsərrüfatlarında və Novosibirsk Elmi Tədqiqat Kənd Təsərrüfatı İnstitutununda qorunub saxlanılmışdır. Şimal-şərqi Asiyanın Yakut kolonizasiyasının 6-7 əsrləri ərzində Mərkəzi Yakutiyadan gələn cins heyvandarlıq sahəsi şimal və şimal-şərq istiqamətlərində geniş yayılaraq Yana, İndigirka və Kolıma çaylarının aşağı hövzələrinə çatır. Hal-hazırda inkişaf etmiş heyvandarlıq mərkəzləri zəngin yay otlaqları ilə məşhur olan Mərkəzi Saxa ovalığıdır. Yakut inəkləri son dərəcə yüksək dözümlülük xüsusiyyətləri ilə xarakterizə olunur. Xüsusilə qışın -40 °C temperaturda sağ qalması nümunələrinə rast gəlinir.
Yakut üsyanları
Yakut üsyanları - 1921-1928-ci illərdə Yakutiyada baş vermiş üsyanlar silsiləsi. Üsyanlara Yakutiyanın müxtəlif bölgələrində 1921-1923-cü illərdə bolşeviklər və Ağ ordu arasında, 1924-1925-ci illərdə Yakutiya MSSR-nin səlahiyyətliləri və Tunqus üsyançıları adlanan birliklər, 1927-1928-ci illərdə BDSİ (Birləşdirilmiş Dövlət Siyasi İdarəsi) və konfederalistlər olaraq adlandırılan (həmçinin ksenofoblar kimi də bilinən) qrup arasında baş tutan silahlı toqquşmalar daxildir.. == Üsyanların səbəbləri == 1921-1923-cü illərdə baş tutan Yakut üsyanı Rusiya vətəndaş müharibəsi ərzində aparılan döyüş əməliyyatlarından biri idi.Tunquska antibolşevik üsyanı Tunqus xalqının müstəqilliyini hədəfləmişdi.Konfederalist hərəkat Yakutiyanın RSFSR-nin tərkibindən ayrılaraq, daha sonra qurulacaq SSRİ-yə suveren bir respublika kimi daxil olmağı tələb edirdi. Onlar öz qanunlarını və məhkəmələrini, Yakut təbii sərvətlərinin SSRİ tərəfindən istismarının dayandırılmasını və SSRİ-dən müstəqil bir hökumətin qurulmasını tələb etdilər. == Üsyanların gedişatı == === 1921-1923 === Üsyan 1921-ci ildə Ayano-Mayski rayonunda başlayıb. Üsyana yakut G.V. Efimov rəhbərlik edirdi, kornet Mixail Korobeynikovun rəhbərliyində olan Ağ Qvardiya da ona qoşulmuşdu. Qiyamları Yakut Vilayət İdarəetməsi təşkil edirdi, Yakut üsyan ordusu da yaradılmışdı. İdarəetmə 1922-ci ildə Vladivostoku idarə edən Merkulov qardaşlardan kömək istəsələr də, buna nail ola bilmədilər.Daha sonra Merkulovlar Mixail Diterixskə əvəzlənildi. Onunla birlikdə general leytinant Anatoli Pepelyaev və general mayor E.K. Vişnevski 1922-ci ilin yayına qədər birliklər formalaşdırdılar. Bu birliklər eyni ilin payızında Ayan limanındakı "Müdafiəçi" və "Batareya" gəmilərinə gəlib çıxdılar.Pepelyaevin bölüyü quruya çatdıqdan sonra Yakutska getdi.
Yakut üsyanı
Yakut üsyanı — Rusiya Vətəndaş müharibəsinin son epizodu sayılır. Hərbi əməliyyatlar 1921-ci ilin sentyabr ayından 1923-cü ilin iyun ayına qədər davam edib və hadisələr Uzaq Şərq vilayətinin Ayano-Mayski rayonunda baş verib. == Tarixi == Üsyanın başladığı ərazilər o dövrdə Yakutiyanın ərazisi olsa da hazırda Xabarovsk vilayətinin şimalını əhatə edib. 1922-ci ilin mart ayında üsyançılar Çurapçedə müvəqqəti yakut xalr idarəetməsi təsis etdilər. 23 mart tarixində Yaxut Xalq Ordusu Korobeynikovun rəhbərliyi ilə böyük şəhər olan Yakutsku ələ keçirdilər. Qırmız ordu qarnizonunun əsgərlərinin yarısını öldürüb yarısını isə əsir götürməklə yanaşı 6 pulemyotu da ələ keçirdilər. Aprel ayında üsyançılar Vladivostokda yerləşən Müvəqqəti Priamur hökumətindən (Sovet tarixşünaslığında "Qara bufer" adını alıb) kömək istəmək üçün əlaqə qurdular. 27 aprel tarixində Sovet İttifaqı Yakut MSSR yaradıldığını elan edib, üsyanın yatırılması üçün ekspedisiya göndərdidi. 1922-ci ilin yayında ağlar Yakutskdan çıxarıldılar və Oxotsk, Ayan kimi liman şəhərlərini ələ keçirərək Sakit okean sahilinə çəkilib, yenidən Vladivostokdan kömək istədilər. 30 avqustda "Sibir könüllü dəstəsi"nin 750 könüllüsünü döyüş üçün təchiz olunaraq general Anatoli Pepelyaevin rəhbərliyi ilə Vladivostokdan Sakit okean donanması ilə üsyançıların köməyinə gəldi.
Mirnı (Yakutiya)
Mirnı (rus. Мирный, saxa Мииринэй) — Rusiya şəhəri, Saxa Respublikası (Yakutiya) Mirnı ulusunun inzibati mərkəzi. Rusiyanın almaz paytaxtı sayılır. == Etimologiya == Mir almaz yatağının ətrafında qəsəbə kimi yaranmışdır və yatağın şərəfinə Mirnı adlandırılmışdır; 1959-cu ildə qəsəbəyə şəhər statusu verildi. == Coğrafiyası == Şəhər Yakutiyanın qərbində yerləşir, burada İrelyax çayı (Vilyoy hövzəsi) axır. Respublikanın paytaxtı Yakutsk şəhərindən Vilyui şossesi boyunca məsafə 1072 km, hava ilə 820 km təşkil edir.
Sinniqes-Arı (Yakutiya)
Sinniqes-Arı — Anabar çayınin yatağında yerləşən elədə böyük olmayan ada. İnzibati cəhətdən Yakutiya ərazisində yerləşir. Ada çayın aşağı axarında yerləşir. Uzunsov formaya malik olan ada, şimaldan cənubə doğru uzanır. Səthi hamardır. Mərkəzi bataqlıqlaşmışdır. Yaxınlığında Istakan-Arıta adası yerləşir.
Yakutca Vikipediya
Yakutca Vikipediya — Vikipediyanın yakut dilində olan bölməsidir.
Yakutiya
Saxa Respublikası (Yakutiya) (rus. Респу́блика Саха́ (Яку́тия), saxa Саха Өрөспүүбүлүкэтэ) – Rusiya Federasiyası subyektlərindən biri. Rusiya Federasiyası Konstitutsiyası və Saxa Respublikası Konstitutsiyasına görə konstitutsiya-müqavilə prinsiplərinə əsasən, Rusiya Federasiyasının tərkibinə daxildir. Uzaq Şərq Federal Dairəsinə aiddir. 1922-ci il aprelin 27-si RSFSR-in tərkibində Yakutiya MSSR şəklində yaradılmışdır. 1990-cı ildə Yakutiyanın dövlət suverenitetinə dair akt qəbul edilmişdir. 1991-ci ildə hazırkı adını (Saxa Respublikası) almışdır. Saxa Rusiya Federasiyasının ən böyük regionu, habelə dünyanın ən böyük inzibati vahididir. Əgər Saxa müstəqil dövlət olsa idi, dünyada ərazisinə görə yeddinci dövlət olardı. (3103.2 min km²), lakin əhali sıxlığına görə Rusiyada ən son yerlərdən birini tutur.
Yakutiya Aviaşirkəti
"Yakutiya Avia Şirkəti" — rus aviaşirkəti, əsasən "Yakutsk" Beynəlxalq Hava Limanında mərkəzləşmiş şirkət olaraq Yakutiyanın bütün hava limanları və Rusiya Federasiyasının Beynəlxalq Hava Limanlarına uçuşlar həyata keçirir. Aviaşirkət hətta beynəlxalq retsləri belə mövcuddur. İrkutsk və Yakutskdan Çin ilə Cənubi Koreyaya uçuşlar həyata keçirilir. Avropaya Moskvadan çarter uçuşları təşkil olunur. == Tarixi == Saxa inzibati-ərazi baxımından ən iri bölgələrindən biridir. Mülki aviasiya muxtariyyətin mədəni və iqtisadi baxımından inkişafına böyük təsir. 2002-ci ildə Saxa Respublikasının göstərişi ilə "SaxaAvia" və "Yakutiya hava xətti" aviaşirkətinin bazasında "Yakutiya" Avia Şirkəti qurulur. Günümüzdə isə aviaşirkət Yakutiyanın bütün hava limanlarına, MDB və Cənub-Şərqi Asiya ölkələrinə reyslər təşkil edir. Şirkətin mərkəzi ofisi Yakutskda yerləşir. Üstəlik Moskva və Krasnodarda bazaları vardır.
Yakutiya Muxtar Sovet Sosialist Respublikası
Yakutiya Muxtar Sovet Sosialist Respublikası (Yakutiya MSSR, YMSSR, saxa Саха автономнай сэбиэскэй социалистическэй республиката, saxa Саха АССР) — RSFSR tərkibində muxtar respublika. 1922-ci il aprelin 27-də təşkil olunmuşdur. 1922–1992-ci illərdə mövcud olmuşdur. Sahəsi 3103,2 min km², əhalisi 842 min nəfər olmuşdur (1978). 32 rayon, 10 şəhəri, 59 şəhərtipli qəsəbəsi olan Muxtar Respublikanın paytaxtı Yakutsk şəhəri olmuşdur. Lena, Anabar, Olenok, Yana, İndigirka çaylarının hövzəsində, şimalda Laptevlər və Şərqi Sibir dənizi, Yeni Sibir adalarının sahillərində yerləşirdi. Muxtar respublikanın ərazisinin 40% -dən çoxu Şimal Qütb dairəsi daxilində yerləşirdi. == Tarixi == Yakutiya Muxtar Sovet Sosialist Respublikası 27 aprel 1922-ci ildə Yakutsk vilayətinə daxil olan Aşağı Tunquska istisna olmaqla (İrkutsk vilayətinin Kirenski qəzasının tərkibinə daxil olmuşdur) bütün vilayət ərazisini, Yenisey vilayətinin Xatanqq-Anabar rayponu, İrkutsk vilayətinin Kirenski rayonunun Olenok-Suntarski volostu və 84 ° ilə 140½ ° şərq uzunluğu meridianları arasında yerləşən Şimal Buzlu okeanının bütün adaları daxil idi. Respublika RSFSR-in bir hissəsi olaraq meydana gəlmişdi. Yakutiya Muxtar Respublikasının yaranmasında əsas rolu Maksim Ammosov, Plato Oyunski və İsid Baraxov mühüm oynadılar.
Yakutiyada faydalı qazıntılar
Yakutiyada faydalı qazıntılar — Yakutiya Respublikası (Saxa) faydalı qazıntıların çeşidi, miqdarı və keyfiyyəti baxımından bənzərsiz bir ərazidir. Burada 58 növ faydalı qazıntıların 1823 yatağı rəsmi qeydiyyata alınmışdır. Bunları ən əsası almaz (Rusiyanın ehtiyatlarının 82% -i), stibium (82%), uran (% 61) yataqlarıdır. Həmçinin Rusiyanın Şərqi Sibir və Uzaq Şərqdə tədqiq edilmiş kömür ehtiyatlarının 47%-i, təbii qaz və neftin 35%-i Yakutiyanın payına düşür. Bununla belə 16 mindən çox potensial faydalı qazıntı yatağı zəif tədqiq edilmiş olaraq qalır. == Stibium == Yakutiya stibiumunun əsas ehtiyatları Adıyça-Tarın filiz zonasında cəmlənmişdir. Rəsmi olaraq respublikada 7 stibium yatağı qeydiyyata alınmışdır və stibium da bəzi qızıl yataqlarının əlaqəli bir hissəsidir. Sarılax və Sentaçan yataqları filizin həcmi və konsentrasiyası baxımından unikaldır. Yakutiya bu elementin Rusiyada istehsalının 100% -ni təmin edir. == Almaz == Saxa almaz ehtiyatları Yakut almaz vilayətində cəmlənmişdir.
Yakutlar
Saxalar (saxa сахалар) və ya Yakutlar — türk xalqı, Rusiya Federasiyasının subyekti olan Saxa Respublikasının yerli əhalisi. Saxaların dindarlarının bir qismi xristian-provoslav olsa da əsasən ənənəvi şamanizmə etiqad edirlər. Özlərini Saxa adlandıran Yakutlar Rusiya Federasiyasında muxtar quruma malikdirlər. Sahəsi 3103200 km², əhalisi 949280 nəfər(2002-ci il siyahıya almasına əsasən) olan Saxa Respublikasında türk xalqlarının toplam sayı 456564 nəfər və ya 48,1%-dir (2002-ci il siyahıya almasına əsasən) və onların da 432290 nəfəri və ya Saxa Respublikasının əhalisinin 45,54%-i saxalardır (2002-ci il siyahıya almasına əsasən).
Yakutsk
Yakutsk (rusca Яку́тск; saxa Дьокуускай/Cokuuskay)- Rusiyanın Saxa Respublikasının paytaxtı ən böyük şəhəri. Şimal qütb dairəsinin 450 km cənubundadır. Lena çayı üzərində ana limandır. Zəngin mədənlərə sahib olan Yakutsk 1632-ci ildə salınmışdır. Şəhərin iqlimi çox soyuqdur. Orta temperatur -40 °C-dir. Şəhərin ətrafında Oymyakonda -71,2 °C qeydə alınmış və bura şimal yarımkürəsinin ən soyuq yeri olduğu müəyyən olmuşdur. == Qardaş şəhərlər == Çanqvon. Fairbanks.
Yakutsk teleqülləsi
Yakutsk teleqülləsi - Yakutskda 1982 - ci ildə inşa edilmiş, hündürlüyü 241,71 metr olan teləqüllə. 225,86 metr hündürlükdə onun son platforması yerləşir. Tikinti zamanı permafrostun ən yüksək quruluşu idi. Televiziya qülləsi MI-10K-da Nikolay Nikolayeviç Babintsevin rəhbərlik etdiyi Tümen helikopterinin köməyi ilə hazırlanmışdır. Qüllə strukturunun seqmentləri hipodromda yığılmışdır. Bu iş 5 gün davam etmişdir.

Digər lüğətlərdə

воронкообра́зно вса́дники добря́к набра́сывание небережли́вость непромока́емый уть штрафова́ть клеветни́ца мча́ться наукоподо́бный сча́ливание От(т)оманская coaler convective discontinuously first speed free-soil Hecate packet replacement sym- torpedo station глаз опекунша погода