YAP

yap1

n 1. hürmə, vengildəmə; to give a ~ vəngildəmək, hürmək; 2. d.d. çərənləmə, boşboğazlıq etmə

yap2

v 1. bərkdən hürmək / vəngildəmək; 2. d.d. çərənləmək, boşboğazlıq etmək; Stop yapping! Çərənləməyi kəs / kəsin

YANKEE
YAPP
OBASTAN VİKİ
YAP
Yeni Azərbaycan Partiyası və ya qısaca YAP — "91-lər"in müraciəti əsasında 1992-ci il noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransı ilə yaradılan, 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınan siyasi partiya. YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır.Müxalifət partiyası kimi yaranan YAP 1993-cü ildə partiyanın sədri Heydər Əliyevin prezident seçilməsi, 1995-ci ildə keçirilən parlament seçkilərində qalib gəlməklə Azərbaycanda iqtidar partiyasına çevrildi. Yeni Azərbaycan Partiyasının sədri 1992–2003-cü illərdə Heydər Əliyev olub. 2005-ci ildən isə YAP-ın sədri İlham Əliyevdir. Yeni Azərbaycan Partiyasının namizədləri 1993, 1998, 2003, 2008, 2013 və 2018-ci illərdə baş tutan Prezident seçkilərində qalib gəlib. 1993 və 1998-ci illərdə Heydər Əliyev, 2003, 2008, 2013 və 2018-ci illərdə isə İlham Əliyev Azərbaycan Prezidenti seçilib. 1995, 2000, 2005, 2010, 2015 və 2020-ci illərdə keçirilən Parlament seçkilərində də Yeni Azərbaycan Partiyası qalib gəlib. 125 üzvdən ibarət olan Milli Məclisdə YAP 1995-ci ildə 53 nəfərlə, 2000-ci ildə 77 nəfərlə, 2005-ci ildə 63 nəfərlə, 2010-cu ildə 71 nəfərlə, 2015-ci ildə 74 nəfərlə, 2020-ci ildə isə 70 nəfərlə təmsil olunub. 2020-ci ilin mart ayına olan məlumatlara əsasən Yeni Azərbaycan Partiyasının 760 min nəfərdən çox üzvü var. == Tarixi == === Yaradılması === 16 oktyabr 1992-ci ildə 91 nəfərdən ibarət qrup Heydər Əliyevə müraciət edərək onu siyasi mübarizədə lider olaraq gördüklərini və onun ətrafında birləşdiklərini elan etmişdir.
Yap (xalq)
Yap (özünüadlandırma) və ya yaplı — Yap adasının yerli xalqı, mikroneziyalılar. Ümumi sayı— 500, bəzi mənbələrdə isə — 5 min göstərilir. Etnik baxımdan belaulara daha yaxındılar. Yerli dil — Yap dilidır. İngilis dili daha geniş yayılmışdır. Əsas din - xristianlıqdır. Ancaq yerli inanclarda üstünlük təşkil edir. == Mənşəyi == Formalaşmasını avstroneziya xalqları ilə bağlasalarda, yayılma mexanizmi tam öyrənilməyib. Aid olduğu yap dili mikroneziya dilləri daxilində ərimiş. Antropoloji və linqvistik baxımdan yaplar daha çox melaneziya ilə bağlıdır.
YAP Gənclər Birliyi
Yeni Azərbaycan Partiyası Gənclər Birliyi — Yeni Azərbaycan Partiyasının strukturuna daxil olan məşvərətçi kollegial qurumdur. == Tarix == Yeni Azərbaycan Partiyasının gənclik qolu olan "Yeni Azərbaycan Partiyası Gənclər Birliyi" 1995-ci il 26 iyun tarixində yaradılmışdır. İlk sədri Siyavuş Novruzov olmuşdur. Daha sonra sədr Ramil Həsənov, ardınca isə Seymur Orucov olmuşdur. 11 mart 2021-ci ildə Yeni Azərbaycan Partiyasının sədri Prezident İlham Əliyevin təqdimatı əsasında Yeni Azərbaycan Partiyasının İdarə Heyəti tərəfindən Bəxtiyar İslamov Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri təyin olunmuşdur. == Fəaliyyəti == Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edən qurumdur. Yeni Azərbaycan Partiyası Gənclər Birliyi mütəmadi olaraq sosial və ictimai bir çox layihələr həyata keçirir. Yeni Azərbaycan Partiyası Gənclər Birliyi mütəmadi olaraq xeyriyəçiliklə məşğul olur: kimsəsiz uşaqlar evlərini və qocalar evlərini və aztəminatlı ailələri, müxtəlif dərəcəli əlilləri, Birinci və İkinci Qarabağ Müharibəsi qazilərini, şəhid ailələrini ziyarət edərək maddi və mənəvi dəstək verir. == Struktur == Yeni Azərbaycan Partiyası Gənclər Birliyinə "sədr" rəhbərlik edir. Sədrin 2 müavini olur.
Yeni Azərbaycan Partiyası (YAP)
Yeni Azərbaycan Partiyası və ya qısaca YAP — "91-lər"in müraciəti əsasında 1992-ci il noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransı ilə yaradılan, 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınan siyasi partiya. YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır.Müxalifət partiyası kimi yaranan YAP 1993-cü ildə partiyanın sədri Heydər Əliyevin prezident seçilməsi, 1995-ci ildə keçirilən parlament seçkilərində qalib gəlməklə Azərbaycanda iqtidar partiyasına çevrildi. Yeni Azərbaycan Partiyasının sədri 1992–2003-cü illərdə Heydər Əliyev olub. 2005-ci ildən isə YAP-ın sədri İlham Əliyevdir. Yeni Azərbaycan Partiyasının namizədləri 1993, 1998, 2003, 2008, 2013 və 2018-ci illərdə baş tutan Prezident seçkilərində qalib gəlib. 1993 və 1998-ci illərdə Heydər Əliyev, 2003, 2008, 2013 və 2018-ci illərdə isə İlham Əliyev Azərbaycan Prezidenti seçilib. 1995, 2000, 2005, 2010, 2015 və 2020-ci illərdə keçirilən Parlament seçkilərində də Yeni Azərbaycan Partiyası qalib gəlib. 125 üzvdən ibarət olan Milli Məclisdə YAP 1995-ci ildə 53 nəfərlə, 2000-ci ildə 77 nəfərlə, 2005-ci ildə 63 nəfərlə, 2010-cu ildə 71 nəfərlə, 2015-ci ildə 74 nəfərlə, 2020-ci ildə isə 70 nəfərlə təmsil olunub. 2020-ci ilin mart ayına olan məlumatlara əsasən Yeni Azərbaycan Partiyasının 760 min nəfərdən çox üzvü var. == Tarixi == === Yaradılması === 16 oktyabr 1992-ci ildə 91 nəfərdən ibarət qrup Heydər Əliyevə müraciət edərək onu siyasi mübarizədə lider olaraq gördüklərini və onun ətrafında birləşdiklərini elan etmişdir.
"Yapon" və yaponiyalı (film, 1990)
"Yapon" və yaponiyalı (kir. "Јапон" вә јапонијалы) – 1990-cı ildə Sergey Ratnikovun rejissorluğu ilə çəkilmiş Azərbaycan filmi. Ratnikovun rejissor kimi debüt filmidir. Film 1944-cü ildə Nardarana düşmüş yaponiyalı əsgər və "yapon" ləqəbli yerli sakindən bəhs edir. == Məzmun == Hadisələr 1944-cü ildə baş verir. Okinavada bir kamikaze dəstəsi döyüşə çıxır. Onlara ölmək əmri verilsə də, kamikazelərdən biri (Eduard Pak) tapşırığı yerinə yetirə bilmir və istiqamətini itirib Nardaran qəsəbəsinə düşür. Bu zaman dənizdə balıq tutan Gülbala (Davud Davudov) ilə rastlaşır. Qəsəbədə qıyıq gözlərinə görə "yapon" adlandırılan Gülbala onu xilas edərək evə gətirir. Yaponiyalı Gülbala və onun kor anası (Lətifə Əliyeva) ilə birlikdə yaşamağa başlayır.
"Yaponiya üzərində qələbəyə görə" medalı
"Yaponiya üzərində qələbəyə görə — SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 30 sentyabr 1945-ci il tarixli Fərmanı ilə təsis edilmişdir. Medal layihəsinin müəllifi rəssam Lukina M.L.-dir. == Təltif olunanlar == 1,8 milyon müharibə iştirakçısı bu medalla təltif edilmişdir.
ABŞ–Yaponiya münasibətləri
ABŞ–Yaponiya — ABŞ ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. Yaponiyanın ən böyük strateji müttəfiqi Amerika Birləşmiş Ştatlarıdır. Yarım əsrdən çoxdur ki, yapon hökumətinin hər bir başçısı belə bir formulanı daim təsdiq edir: “ABŞ ilə münasibətlər yapon xarici siyasətinin təməl daşıdır”. Birləşmiş Ştatlar XX əsrin ikinci yarısından etibarən “Gündoğan ölkənin” əsas müttəfiqi rolunda çıxış edir. Yaponiyanı bu ölkə ilə bağlayan, hər şeydən əvvəl, iki ölkənin qarşılıqlı iqtisadiyyatını yaradan, son dərəcə sıx, çoxtərəfli, genişmiqyaslı iqtisadi və ticarət münasibətləridir. ABŞ və Yaponiyanın qarşılıqlı ticarət əlaqələri həcminə görə dünyada ABŞ-Kanada “cütlüyü”ndən sonra ən iri, mühüm bir “cütlüyü” təmsil edir. Hələ keçən əsrin əllinci illərinin əvvəllərində qanuniləşdirilmiş hərbi-siyasi ittifaq Yaponiyanın milli təhlükəsizliyini təmin edərək, bu ölkəni Asiya-Sakit okean regionunda ABŞ-nin hərbi-siyasi iştirakının əsasında özünün vacib, qlobal müttəfiqinə çevirmişdir. Nyu-Yorkdakı Binqamton Universitetinin tədqiqatçısı Covani Erikin fikrincə, Yaponiyanın güclü sənaye və maliyyə ölkəsinə çevrilməsi ölkənin ABŞ ilə əvvəlki siyasi və iqtisadi münasibətlərindəki vassal münasibətlərini aradan qaldırmışdır. == Soyuq Müharibədən sonra münasibətlər == SSRİ-nin dağılması və “soyuq müharibə”nin sona çatması Yaponiyanın və Yapon-Amerika əməkdaşlığının gələcək taleyi haqqında sual doğururdu. ABŞ-dən fərqli olaraq Yaponiya bu tarixi hadisəyə əhəmiyyətli dərəcədə təmkinlə yanaşdı.
ASEAN–Yaponiya əlaqələri
ASEAN–Yaponiya əlaqələri — Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası ilə Yaponiya arasındakı mövcud olan ikitərəfli əlaqələr. == Tarixi == ASEAN–Yaponiya əlaqələri 1972-ci ildə yaradılmışdır. Münasibətlərinin qurulmasında və inkişafında hər iki tərəfin maraqları vardır. Həmin vaxtlarda Yaponiyanın hökumət nümayəndələri bəyan etmişdilər ki, "Yaponiya əsas diqqəti ASEAN ölkələri ilə sosial-iqtisadi və siyasi sabitliyi qorumağa yönəldəcəkdir." 1976-cı ildə isə Assossiasiya üzvləri Yaponiya ilə münasibətləri daha geniş səviyyədə qurmaq qərarına gəldilər. 1976-cı ilin sonlarında ASEAN-ın Baş katibi Tokiyoya səfər etdi. Bu səfər zamanı gələcəkdə ASEAN–Yaponiya forumunun keçirilməsi qərara alındı. 1977-ci ilin martında Cakartada ilk ASEAN–Yaponiya forumu keçirildi. Nəticədə, XX əsrin 70-ci illərindən başlayaraq Yaponiya ABŞ-dən sonra ASEAN-la iqtisadi əlaqələri olan ikinci dövlətə çevrildi. 1997-ci ildən başlayaraq hər il yapon liderlərinin iştirakı ilə ASEAN+1 (Yaponiya) sammiti keçirilir. Yaponiyanın ASEAN-la daimi əlaqələri hər il keçirilən ASEAN–Yaponiya forumu vasitəsilə də həyata keçirilir.
Adam Laksmanın Yaponiya səyahəti
Rusiyanın Yaponiyaya ilk ekspedisiyası — 1792-1793-cü illərdə leytenant Adam Laksmanın başçılıq etdiyi heyət tərəfindən həyata keçirilmiş ekspedisiya. Təbiətşünas Erik Laksman tərəfindən təşkil olunan və İmperatriça II Yekaterina tərəfindən göndərilən Yaponiya ekspedisiyasının məqsədi qəzaya uğramış yapon dənizçiləri Yaponiyaya qaytarmaq kimi göstərilmişdi. Lakin əsl məqsəd Yaponiya haqqında informasiya toplamaq və ticarət əlaqələri qurmağın mümkünlüyünü yoxlamaq idi. "Ekaterina" gəmisinin heyətindən ibarət olan ekspedisiya səyahət boyunca Nemuro, Hakodate və Matsumae şəhərlərində olmuşdur. Ekspedisiyada Laksmanla yanaşı, naviqator Vasili Lovtsov, Oxot komendantının oğlu Vasili Kox, tərçüməçi Yeqor Tuqolukov, serjant İvan Trapeznikov, tacirlər Vlas Babikov və İvan Polnomoşnyi kimi şəxslər iştirak etmişdir. Yaponiya hökuməti ruslara qarşı qonaqpərvərliklə davransa da, diplomatik əlaqələr qurmaqdan və ticarət etməkdən imtina etmişdirlər. Laksman Naqasaki limanına daxil olmaq üçün icazə sənədi alsa da, bu sənəddən istifadə etmədən Yaponiyaya qayıtmış və ekspedisiya öz məqsədinə çatmamışdır. Nikolay Rezanovun Naqasaki limanına daxil olmaq üçün cəhd göstərdiyi 1804-cü ilə qədər başqa bir rus ekspedisiyası baş tutmamışdır. == Marşrutu == === Nemuro === Həmin dövrdə Yaponiyanın izolyasiya şəraitində olmasına baxmayaraq, Adam Laksman və başçılıq etdiyi "Ekaterina" gəmisinin heyəti 9 oktyabr 1792-ci ildə Hokkaydonun Nemuro limanında qonaqpərvərliklə qarşılanmış, qışı burada keçirmişdirlər. Rusların gəlişi Nemuro, Matsumae və Edodakı rəsmilər arasında qızğın müzakirələrə səbəb olsa da, onları təəccübləndirməmişdi.
Adi yapalaq
Adi yapalaq (lat. Bubo bubo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaq cinsinə aid heyvan növü.
Adi yapalaqca
Adi yapalaqca (lat. Strix aluco) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaqca cinsinə aid heyvan növü.
Almaniya–Yaponiya münasibətləri
Almaniya–Yaponiya münasibətləri (alm. Deutsch-japanische Beziehungen‎; yap. 日独関係) — Almaniya Federativ Respublikası ilə Yaponiya İmperiyası arasındakı mövcud ikitərəfli əlaqələr. İki ölkə arasında əlaqələr rəsmi olaraq 1861-ci ildə Prussiyadan Yaponiyaya ilk səfirin səfər etməsi ilə qurulmuşdur (1866–1870-ci illərdə Almaniya imperiyasının yaranmasından əvvəl). Yaponiya 1867-ci il Meyci islahatından sonra intensiv elmi-mədəni mübadilə vasitəsilə alman modelini tətbiq edərək sürətlə müasirləşmişdir. 1900-cü ildə Yaponiya İngiltərə ilə müttəfiqlik əlaqələri yaratdıqdan sonra Almaniya və Yaponiya Birinci Dünya müharibəsində düşmən oldular. Yaponiya 1914-cü ildə Almaniya imperiyasına müharibə elan etmiş və Çin və Sakit okeandakı mühüm alman mövqelərini ələ keçirmişdi. 1930-cu illərdə hər iki ölkə öz bölgələrinə qarşı təcavüzkar hərbi yanaşma ortaya qoydular. Bu da onların yaxınlaşmasına və nəticə olaraq İtaliyanın da daxil olduğu Məhvər dövlətləri adlı yeni hərbi-siyasi ittifaqın qurulmasına səbəb oldu. Lakin İkinci Dünya müharibəsi zamanı Məhvər dövlətləri arasındakı məsafələrin böyük olması səbəbindən ittifaq məhdudlaşdı; belə ki, Yaponiya və Almaniya əsas etibarilə ayrı-ayrı cəbhələrdə mübarizə aparırdılar və ən sonda ayrı-ayrı təslim oldular.
Andorra–Yaponiya münasibətləri
Andorra–Yaponiya münasibətləri (kat. Relació entre el Japó i Andorra; yap. 日本とアンドラの関係) — Andorra ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == Andorra ilə Yaponiya arasında diplomatik əlaqələr 1995-ci ilin oktyabrında qurulmuşdur. Andorra baş naziri Mark Forne Molne 2005-ci ildə Yaponiyaya səfər etmişdir. Yaponiya siyasətçisi Kentaro Sonoura 2015-ci ildə Andorranı ziyarət etmişdir. == Əhali == 2021-ci ilin oktyabrına olan məlumata əsasən Andorrada 16 Yaponiya vətəndaşı yaşayır.
Azərbaycan-Yaponiya futbol matçlarının siyahısı
== Kişilər ==
Azərbaycan–Yaponiya münasibətləri
Azərbaycan–Yaponiya münasibətləri — Azərbaycan Respublikası ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == Yaponiya Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabrında tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci ilin sentyabr ayının 7-də qurulmuşdur.1998-ci ilin fevralında Azərbaycan prezidenti Heydər Əliyev ilk dəfə Yaponiyaya səfər etmiş və Yaponiyada təhsil alan azərbaycanlı gənclərlə söhbət etmişdir. 31 avqust 2004-cü ildə İlham Əliyev Yaponiya-Azərbaycan parlamentlərarası dostluq liqasının sədri Akira Amarinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Yaponiya-Azərbaycan parlamentlərarası dostluq liqasının formalaşmasının əsası 1998-ci ildə qoyulmuşdur. Dostluq və mədəni əməkdaşlıq əlaqələrinin inkişafında xidmətlərinə görə İlham Əliyev 5 oktyabr 2004-cü ildə Yaponiya səfiri Toşiyuki Fucivaranı Azərbaycanın ən yüksək mükafatı olan "Şöhrət" ordeni ilə təltif etmişdir. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Zakir Zeynalov olmuşdur. 4 mart 2016-cı il tarixindən Muxtar Babayev işçi qrupunun rəhbəridir. == İqtisadiyyat == 22 mart 2004-cü ildə Azərbaycan prezidenti İlham Əliyevin Yaponiyanın İnpex şirkətinin prezidenti Kuniho Matsuonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Ağ gün (Yaponiya)
Ağ gün (yap. ホワイトデー, ing. White day) — Hər il mart ayının 14-də Yaponiya ilə yanaşı Cənubi Koreya, Vyetnam, Tayvan və Çində də qeyd edilən qeyri-dövlət bayramı. == Tarixi == “Ağ gün”ün başlanğıcını reklam şirkətlərinin məhsullarını satmaq üçün həyata keçirdikləri satış kompaniyası qoyub. 1965-ci ildə “Marshmallow” şirniyyat şirkəti ağ zefiri satmaq üçün xüsusi kompaniyaya başlayır. Reklam kompaniyası kişiləri zərif cinsin nümayəndələrinin düz bir ay öncə “Sevgililər günün`də onlara aldıqları hədiyyəyə görə xanımlara təşəkkür etməyə çağırır. Qadınlar tərəfindən də rəğbətlə qarşılandığı üçün beləcə, “Marshmallow Day” yarandı. Daha sonra Ağ gün kimi adlanmağa başlamışdır. Hədiyyələr siyahısı genişlənərək şokolad və digər şirniyyatları ehtiva etməyə başladı və ənənəvi hal alaraq bayram kimi 14 marta təsadüf etdi. Bu tarix 14 fevral - Valentin günündən düz bir ay sonra idi.
Ağ yapıncı (roman)
Ağ yapıncı — Mahmud İsmayılovun 1979-cu ildə nəşr olunmuş ilk romanı. == Məzmun == Ağ yapıncı romanı tarixi hadisələrə əsaslanır. Romanda XVIII əsrin 30-40-cı illərində Şəki əyalətində İran əsarətinə qarşı xalq-azadlıq hərəkatından bəhs edir. Əsərdə Azərbaycan xalqının istiqlaliyyət uğrunda mübarizəsi, sadə adamlardan, o cümlədən dəmirçi oğlu Poladın sərkərdəlik istedadı, onun Münəvvərə məhəbbəti, dövrün tarixi hadisələri, xalqın məişəti və s. özünün bədii ifadəsini tapmışdır.
Bibliyanın yapon dilinə tərcüməsi
Bibliyanın yapon dilinə tərcüməsi Frensis Xavierin Yaponiyaya gəlişindən bir il öncə — 1548-ci ildə başlamışdır. 1613-cü ildə Əhdi-Cədidin yapon dilinə tərcümə edilməsindən sonra qapalı ölkə siyasətinə görə 2 əsrdən çox müddətdə Bibliyanın yapon dilinə tərcümə işində irəliləyiş olmamışdır. Karl Gützlaff 1837-ci ildə İohann İncilini tərcümə edərək nəşr etdirmişdir. Bundan sonra XIX əsrdə Yaponiyada bir çox nəşrçi Bibliya kitablarının və hissələrinin yapon dilinə tərcüməsi ilə məşğul olmuş və komitələr yaratmışdırlar. Samuel Vilyams, Bernard Jan Bettelheym, Conatan Qobl, Ceyms Hepbörn, Samuel Braun, Natan Braun, Devid Tompson, Quido Verbek, Filip Fayson bu cür tərcüməçilərdən olmuşdurlar. Bibliyanı tərcümə etməyə başlayan ilk yapon isə 1873-cü ildə Naqata Hosey olmuşdur. == İlk dövrlər == Bibliyanın yapon dilinə tərcüməsi ilə bağlı işlər ilk dəfə 1548-ci ildə başlamışdır. Tərcümənin nüsxəsi müasir dövrə kimi gəlib çatmasa da, Kaqoşimadan olan qaçqın samuray Yaciro (və ya Anciro) Qoada Matfeya İncilini yapon dilinə "tərcümə etmişdir". Frensis Xavier Yaciro və iki yoldaşı ilə 1547-ci ildə Malay yarımadasında tanış olmuş və onları Qoadakı bir kollecə gətirmişdir. Yaciro öz doğma ölkəsi haqqında danışandan sonra Xavier həmin İncili yapon xalqına çatdırmaq istəmişdir.
Boz yapalaq
Boz yapalaq (lat. Bubo cinerascens) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaq cinsinə aid heyvan növü. Boyu 37–39 sm, qanadlarının uzunluğu 94–104 sm-dir. Yaşayış məskəni meşələr, böyük parklardır. Gecələri hərəkətlidir, gündüzləri ağaclarda istirahət edərək keçirir. Səsi çox nəzərəçarpandır.
Boz yapalaqca
Braziliya yaponları
Braziliya yaponları (yap. 日系ブラジル人, nipo-brasileiro; port. nipo-brasileiro) — Cənubi Amerika qitəsində yerləşən Braziliyada məskunlaşmış yapon əsilli əhali. Braziliyada 2,000,000 nəfərə yaxın yapon əsilli vətəndaşın yaşadığı təxmin edilir. Bu rəqəm ölkə əhalisinin 1 % təşkil edir. İlk yapon icması 1908-ci ildə Braziliyaya gəlib. Bu gün Yaponiyadan sonra ən çox yaponların yaşadığı ikinci ölkə Braziliyadır. == Tarixi == === Arxa plan === XIX əsrin sonları XX əsrin əvvəllərində qəhvə Braziliyanın əsas ixrac məhsulu hesab olunurdu. XIX əsrdə fermerlər öz plantasiyalarında əsasən Afrikadan olan qara dərililərin əməyindən istifadə edirdilər. 1850-ci ildə ölkədə qul əməyindən istifadənin qadağan edilməsindən sonra bu üsul aradan qalxdı.
Butan–Yaponiya münasibətləri
Butan–Yaponiya münasibətləri — Yaponiya və Butan arasındakı ikitərəfli münasibətlər. İki ölkə arasında diplomatik münasibətlər 28 mart 1986-cı ildə qurulmuşdur. == Diplomatik nümayəndəliklər == Yaponiya Butandakı maraqlarını Hindistanın Yeni Dehlidəki bir səfirliyi vasitəsi ilə təmsil edir. 2014-cü ilin aprelinə qədər Yaponiya Thimphuda səfirlik açmağı planlaşdırdı. Butanda Yaponiya səfirliyinin açılmasının mümkün səbəblərindən biri Çinin bölgədəki təsirini önləmək məqsədi güdürü. Lakin maliyyə çatışmazlığı bu planların həyata keçirilməsinə mane ola bilər. 2017-ci ildə olan məlumata görə Yaponiya hələ Hindistandakı səfiri vasitəsi ilə Butandakı maraqlarını qoruyur. == Qarşılıqlı səfərlər == 15-20 noyabr 2011-ci il tarixlərində Butan Kralı Ciqme Kxesar Namqyal Vangçuk və kraliça Cesun Pema Vanqçuk Yaponiyada dövlət səfərində olmuşdular. Bu zaman kral ailəsi ilə imperator ailəsi arasında görüşlər təşkil olunmuşdur. 1987-ci ilin mart ayında Yapon imperator ailəsinin Butana ilk ziyarəti gerçəkləşir.
Buynuzlu yapalaqca
Buynuzlu yapalaqca (lat. Lophostrix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi.
CAR yaponları
CAR yaponları (yap. 在南アフリカ日本人) - Cənubi Afrika Respublikasıda yaşayan yapon icmasına verilən ümumi ad. Əsasən Yohannesburq və digər əsas şəhərlərdə yaşayırlar. == Tarixi == Yaponların CAR-a miqrasiyası CAR aparteid rejimində olarkən ən Yaponiyanın onun ən böyük ticarət partnerinə çevrildiyi vaxt başlamışdır. CAR ilə Yaponiya arasındakı ticarət paktına əsasən 1960-cı illərdə CAR-da yaşayan yaponlara fəxri ağ statusu verilmişdir.Yaponlara bu cür statusun verilməsini baş nazir Hendrik Fervrud müəyyənləşdirmişdir, çünki bu paktdan sonra yaponların biznes dalınca ölkəni daha çox ziyarət edəcəklərindən yaponlara da digər etnik qruplar kimi davranılmasını lazımsız hesab etmişdir. Aparteidlə olan ziddiyyətə görə rejimə qarşı olan partiya və siyasətçilər yaponlara niyə bu cür statusun verildiyini sorğulamışdırlar. Qanun bütün yaponlara digər ağların malik olduğu bütün hüquqları (səsvermə və əsgərlikdən yayınma istisna olmaqla) vermişdir. Aparteid başa çatandan sonra yaponların CAR-a miqrasiyasında azalma müşahidə olunmuşdur. == Təhsil == CAR-da bir yapon beynəlxalq məktəbi – Yohannesburq Yapon Məktəbi yerləşir.
CAR–Yaponiya münasibətləri
CAR–Yaponiya münasibətləri — Cənubi Afrika Respublikası ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarix == Yaponiya ilə Cənubi Afrika arasında ticarət əlaqələrinin tarixi Yan van Ribekin Naqasaki limanında yerləşən Decimaya çatdığı 1643-cü ildən başlayır. O, Yaponiyada Holland Ost-İnd Şirkətinin (HOİŞ) təmsilçisi olan Yan van Elseraqı müşayiət etmişdir. 7 il sonra 1950-ci ildə Ribek Cənubi Afrikadakı vəhşi heyvanları Yaponiyaya satmağı təklif etmişdir.1898-ci ildə Furuya Komahey Cənubi Afrikada mağaza açmış ilk yapon biznesmen olmuşdur. Keyptaunda yerləşən bu mağaza Mikado Şoten (İmperator mağazası) adlanırdı. 1942-ci ilə qədər açıq qalsa da, həmin il hökumət tərəfindən bağlanılmış və malları müsadirə olunmuşdur.1904-cü ildə Yaponiya Kənd Təsərrüfatı və Ticarət Nazirliyinin dəstəyi ilə İvazaki Kanzo Durbanda kiçik biznes qurmuşdur.Yaponiya 1918-ci ildə Keyptaunda konsulluq açmışdır.Cənubi Afrikada mövcud olan aparteid rejiminə görə tətbiq olunan sanksiyalara baxmayaraq Yaponiya 1960-cı illərdə Cənubi Afrika ilə təbii resursları üçün ticarət əlaqələri başlatmışdır. Buna görə də Cənubi Afrikada yaşayan yaponlara fəxri ağ statusu verilmişdir. Bu isə Cənubi Afrikada aparteid rejiminə qarşı olan siyasətçilərin narazılığına səbəb olmuşdur. Bundan əlavə, Yaponiyanın ağ azlığın qurduğu hakimiyyətə dəstək verməsi Qara Afrika ölkələrinin tənqidinə səbəb olmuşdur. 1983-cü ildə Tanzaniyanın Yaponiyadakı səfiri Əhməd Hassan Diria yapon turistlərinin Cənubi Afrikanı ziyarət etməsindən əldə olunan gəlirin aparteidi gücləndirdiyini bildirmişdir.1994-cü ildən Yaponiya ilə CAR arasındakı güclü ticarət əlaqələri yerli bürokratik münaqişələrə görə məhdudlanmışdır.
Cartoon Network (Yaponiya)
Cartoon Network (Yaponca: カ ー ト ゥ ー ネ ッ ト ワ ー ク, Hepburn: Kātūn Nettowāku) - Turner Japan tərəfindən idarə olunan yapon kabel və peyk televiziya kanalıdır. Kanal uşaqları hədəf alır və əsasən cizgi serial və filmlər yayımlayır. ABŞ-dakı eyniadlı televiziya kanalının bir Yapon versiyası olaraq, Cartoon Network, ABŞ-dakı həmkarından orijinal serialları, eyni zamanda bir neçə Yapon cizgi serialları və filmlərini, o cümlədən digər Yapon istehsalı olmayan proqramları yayımlayır. 1 oktyabr 2011-ci ildə Yaponiyada Cartoon Network, Turner Broadcasting System Asia Pacific tərəfindən idarə olunan Cartoon Network-un digər versiyaları ilə birlikdə mövcud markasını qəbul etdi. 1 aprel 2017-ci ildə kanal Cartoon Networkun Dimensional marka paketindəki qrafiklərdən istifadə etməyə başladı.
Daxili Yapon dənizi
Daxili Yapon dənizi yap. 瀬戸内海 — Sakit okeanın yarımqapalı dəniz olaraq şimal və qərbdə Honsyu adasının qərb sahillərini yuyur, cənub-qərbdə Kyusyu, cənubda Sikoku adası arasında yerləşir. Qərbdə Kamnon boğazı ilə Yapon dənizi, cənub-qərbdə Xayasui və Bungo, şərqdə Kii və Naruto boğazları ilə Sakit okeanı çıxış əldə edir. Dəniz boğazları ilə bir necə dəniz (Harim dənizi, Bingo, Xuiti le, Suo) və körfəzləri özündə birləşdirir. Dənizin sahəsi 18,000 km², şərqdən-qərbə 445 km, eni 15–55 km təşkil edir. Dayaz dənizdir. Orta dərinliyi 30–60 m, ən dərin yeri isə 241 m təşkil edir. Avqustda 27 S, fevralda 16 S olur. Sahilləri kəskin parçalanmışdır. Dəniz daxilində ən iri ada Avadzidir.
Ermənistan–Yaponiya münasibətləri
Ermənistan—Yaponiya münasibətləri — Ermənistan və Yaponiya arasında iki tərəfli diplomatik münasibətlər. Ermənistan və Yaponiya arasında ikitərəfli münasibətlər rəsmi olaraq 7 sentyabr 1992-ci ildə qurulmuşdur. Ermənistan Prezidenti Robert Köçəryan 2001-ci ilin dekabrında Yaponiyaya rəsmi səfər etmiş, burada Yaponiyanın imperatoru və baş naziri ilə görüşmüşdür. Ölkənin ən qısa zamanda Tokioda səfirlik açmağı planlaşdırdığını bildirmişdir. Yaponiyada təxminən 20 ilə 100 arasında erməni əsilli insanın yaşadığı deyilir. == Tarix == 1918-ci ildə Ermənistan müstəqil bir dövlət olaraq qurulur və 1920-ci ilə qədər mövcud olur. Yeni dövləti tanıyan ölkələr arasında Yaponiyada olur. Diana Abqar Ermənistanın Yaponiyadakı ilk səfiri olur. Çağdaş Ermənistan və Yaponiya arasında münasibətlər rəsmi olaraq 7 sentyabr 1992-ci ildə quruldu. Bundan əvvəl münasibətlər Sovet İttifaqı vasitəsilə həyata keçirilirdi.
Estoniya–Yaponiya münasibətləri
Estoniya–Yaponiya münasibətləri (est. Eesti-Jaapani suhted; yap. 日本とエストニアの関係) — Estoniya ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. Ölkələr arasında əlaqələr Yaponiya-Baltik Əməkdaşlıq Dialoqu vasitəsilə inkişaf edir. == Tarixi == Yaponiya 6 mart 1919-cu ildə Estoniyanın müstəqilliyini de fakto tanımışdır. Yaponiyanın da daxil olduğu Antanta Ali Şurası 26 yanvar 1921-ci ildə Estoniyanın müstəqilliyini de yure tanıdığını açıqlamışdır. Yaponiya tərəfindən 1921-ci ildə Riqaya göndərilmiş müvəqqəti işlər vəkili Estoniya üçün də nəzərdə tutulmuşdu.1935-ci ildə Voldemar Puhk Yaponiyanın Tallin şəhərindəki ilk fəxri konsulu təyin edilmişdir. 1939-cu ildə Yaponiya hökuməti tərəfindən Tallində yaradılmış diplomatik nümayəndəlik 1940-cı ilə qədər fəaliyyət göstərmişdir. === 1991-ci ildən sonra === Estoniya ilə Yaponiya arasında diplomatik əlaqələr 10 oktyabr 1991-ci ildə bərpa edilmişdir. Yaponiyanın Tallin şəhərində səfirliyi 1993-cü ilin yanvarında, Estoniyanın Tokiodakı səfirliyi isə 1996-cı ilin sentyabrında açılmışdır.
аскари́да ка́нцлерствовать недосчи́тывать око́вка отрекомендо́вываться уско́к аллегори́чески верхово́дить зенкеро́вка мало ка́ши ел обжи́нок опыля́ть оцинко́вщик пампа́сный проколо́ть уйти на поко́й вализка девиз epitactic Graves's disease ineptitude laundry sea-card uncircumcised монарший