Azərbaycan dilinin etimologiya lüğəti

  • OX

    Əsli ağ kimi olub, “yuxarı atılan” deməkdir. Güllə (farscadır) sözünün yerinə işlə­dilib; ox uyğur dilində ok kimi işlədilir

    Tam oxu »
  • OXATAN

    Müştəri ulduzu kaman (qövs, yay) bürcündə yerləşir və formaca ox atan­lara oxşayır. Ad da buradan əmələ gəlib

    Tam oxu »
  • OXDURUQ

    Donuzluqda dəyirman oxunun altına qoyulan ağaca (indi dəmirdən istifadə olunur) oxduruq (Quba ləhcəsində: uxduraq) deyirlər, ox və durmaq sözlərindən

    Tam oxu »
  • OXLOV

    Əsli oxlayu (oxsayağı) kimi olub. Ox kəlməsi ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • OXRANMAQ

    “Səs salmaq” deməkdir. Oy “səs” mənasında Anadolu türklərində indi də işlədilir. Oxumaq (петь) sözü ilə eyni kökə malikdir

    Tam oxu »
  • OXŞAMA

    Çuvaş dilində ok (ox, oş, oğ) sözü “bənzəyən” deməkdir. “Əzizləmək” mə­nasında olan oxşamaq sözü isə “tumar” mənasını verən oğ kəlməsi ilə bağlı­dır

    Tam oxu »
  • OXUMAQ

    Qədimdə ok sözü olub və “səsləmək”, “mahnı oxumaq” anlamlarında iş­lədilib. Atın oxranması da bununla bağlıdır

    Tam oxu »
  • OKEAN

    yun. okeanos – ucsuz-bucaqsız dəniz

    Tam oxu »
  • OKEANOLOGİYA

    yun. okeanos – ucsuz-bucaqsız dəniz + yun. logos – elm, təlim

    Tam oxu »
  • OKKLÜZİYA

    lat. occlusio – qapanmaq, gizlənmək

    Tam oxu »
  • OLİQOKLAZ

    yun. oligos – az, cüzi, əhəmiyyətsiz + yun. klasis – qırma, qırılma

    Tam oxu »
  • OLİVİN

    lat. oliva – zeytun; rənglərinin oxşarlığına görə

    Tam oxu »
  • ONAXAY

    Solaxay qəlibi üzrə yaranıb, “правша” anlamında işlədilmişdir. On “sağ” de­mək olub. İndi solaxayın antonimini tapmaqda çətinlik çəkirik

    Tam oxu »
  • ONDA

    Bu əvəzlikdəki n samiti tarixi qalıqdır: əvəzlik ol, an, al və s. formalarda işlə­di­lib, sonra o şəklində sabitləşib

    Tam oxu »
  • ONİKS

    yun. onyx – dırnaq

    Tam oxu »
  • ONQON

    Tanıma əlaməti kimi şərh olunur. Özbək dilində onq sözü var və “şüur” kimi başa düşülür. Görünür, onqon da şüurlar, dərrakə ilə bağlı sözdür

    Tam oxu »
  • OOLİT

    yun. oon – yumurta + yun. lithos – daş

    Tam oxu »
  • OPAL

    sanskr. upala – qiymətli daş

    Tam oxu »
  • OPERATOR

    Latın sözüdür və “operasiya (əməliyyat) həyata keçirən” deməkdir. İndi məna bir qədər dəyişib, əsasən kino sənəti ilə bağlı işlədilir

    Tam oxu »
  • OPPONENT

    Oppozisiya sözü ilə qohumdur, latın mənşəlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • ORAKUL

    Qədim mədəniyyətlərdə hesab olunurdu ki, gələcəkdə baş verəcək hadisələr qabaqcadan müəyyən olunub və nəyin olub-olmayacağını allahlar bilir

    Tam oxu »
  • ORAQ

    “Kəsmək”, “biçmək” anlamlarını əks etdirən ormaq feilimiz olub. Daramaq sözündən daraq yarandığı kimi, eyni qəlib üzrə ormaq feilindən də oraq ismi əm

    Tam oxu »
  • ORANJİST

    Fransanın cənub-şərqində, Rona çayının sahilində Oranj şəhəri yerləşir. XVI əsrdə hollandiyalı bir zadəgan Hollandiyadakı torpaq sahələri ilə bərabər,

    Tam oxu »
  • ORANQUTANQ

    Malaysk (malay) dili ilə bağlıdır. Oran (adam), hutanq (meşə) söz­lərindən əmələ gəlib: “meşə adamı (vəhşi adam)” deməkdir

    Tam oxu »
  • ORBİT

    lat. orbita – yol

    Tam oxu »
  • ORDEN

    Alman sözüdür, qədim mənası “sink təbəqə” demək olub. İndi “fərqlənmə, təltif nişanı” mənasında işlədilir

    Tam oxu »
  • ORDU

    Türk dillərində orda sözü “xan sarayı” anlamında işlədilib. Anadolu türkləri hər­bi düşərgəyə ordu deyirlər

    Tam oxu »
  • ORFOQRAM

    Yunan mənşəlidir, termin kimi “orfoqrafiya qaydalarına uyğun yazma” deməkdir. Bu, hərf ola bilər, şəkilçi ola bilər və s

    Tam oxu »
  • ORXAN

    Ədəbiyyatda mənşəyi açıqlanıb. Or (biçmək) və xan sözlərindən əmələ gəlib, “biçən, kəsib-tökən xan” (yəni igid) deməkdir

    Tam oxu »
  • ORİJİNAL

    Latın sözüdür, “mənbə”, “mənşə” anlamlarını əks etdirir. Bizdə, bir şeyin əsli mənasında işlədilir. Antonimi surət sözüdür

    Tam oxu »
  • ORİJİNAL-MAKET

    lat. originalis – ilkin + fr. maquette, ital. maccietta – eskiz, model

    Tam oxu »
  • ORQANİZM

    lat. organismus < organizo – təşkil edirəm, qururam

    Tam oxu »
  • ORNİTOFAUNA

    yun. ornithos – quş + lat. Fauna – meşə və çəmənlər ilahı

    Tam oxu »
  • OROQRAFİYA

    yun. oros – dağ + yun. grapho – yazıram, təsvir edirəm

    Tam oxu »
  • ORTABAB

    Bab ərəbcə “tay” deməkdir. Ortabab “orta vəziyyətdə olanların yoldaşı, tayı” kimi başa düşülə bilər. (Bəşir Əhmədov

    Tam oxu »
  • ORTAQ

    Mənbələrdə otra, ortu, orta sözləri var, “середина” anlamlarında işlədilib. Ortuq, ortaq isə şərik mənasında açıqlanıb

    Tam oxu »
  • ORTİT

    yun. orthos – düz

    Tam oxu »
  • ORTOKLAZ

    yun. orthos – düz + yun. klasis – qırma, qırılma, sındırılma, parçalanma

    Tam oxu »
  • ORTOQNEYS

    yun. orthos – düz + alm. gneis – qığılcım, qığılcımlanmaq

    Tam oxu »
  • ORUC

    Həm Orucluq bayramı ilə bağlıdır, həm də şəxs adı kimi işlədilir. Fars dilində orucluğa ruza (mənası “воздержание” deməkdir) deyirlər

    Tam oxu »
  • ORUNQALA

    Sinonimlər birləşməsidir, or elə “qala, divar” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • OST

    alm. est – şərq

    Tam oxu »
  • OSTAN

    fars. – vilayət, əyalət

    Tam oxu »
  • OSTRAKİZM

    E.ə. 510-cu ildə afinalılar Hippi adlı tirandan qurtulduqdan sonra yeni bir tiraniyanın yarana bilməsinin qarşısını almaq üçün bir sıra tədbirlər görm

    Tam oxu »
  • OTAQ

    Mənbələrdə od kəlməsindən törəmiş od-a (yandır) feili var. Onun üzərinə -q şəkilçisi artırmaqla odaq (otaq) kəlməsi əmələ gəlib, “od yandıran yer” mən

    Tam oxu »
  • OTLU

    Mənbələr göstərir ki, -lı4 şəkilçisi –lıq4 şəkilçisindən əmələ gəlib, otlu yer əvəzinə otluğ yer deyiblər

    Tam oxu »
  • OTUXMAQ

    Dilimizdə -ıx4 şəkilçisi həm də adlardan feil düzəldir: otux, qanıx və s. Otuxmaq “heyvanın süddən ayrılaraq ot yeməyə başlaması”dır

    Tam oxu »
  • OTURMAQ

    Əsli olturmaq kimi olub. Oldur, otur, olğur (oturt), olduruğ (oturacaq) söz­ləri kökdaşdır, etimon ol feilidir

    Tam oxu »
  • OTUZ

    İki yozumu var: 1. Üç əvəzinə uz (uc) sözü işlədilib; on yerinə ot kəlməsindən də istifadə olunub. M

    Tam oxu »
  • OV

    Aul sözü ilə kökdaşdır. Qabaqlar heyvanı dairəyə alıb (aul formasında) ovla­yıblar. Qədim mənası “qomarma” deməkdir

    Tam oxu »