Azərbaycan dilinin etimologiya lüğəti

  • VLADLEN

    Vlad-i-len kimi də işlədilir. Leninin adı və familiyası ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • VODEVİL

    İnsanlar keflərini kökəldib şənlənmək üçün kifayət qədər şərab içdikdən sonra çox vaxt müğənnilik istedadları baş qaldırır və mahnı oxumaq istəyirlər

    Tam oxu »
  • VOKS-POP

    lat. vox – səs + lat. populi – xalq

    Tam oxu »
  • VULKAN

    lat. Vulcanus – qədim romalılarda od və dəmirçilik tanrısı

    Tam oxu »
  • VULKANOLOGİYA

    lat. Vulcanus – qədim romalılarda od və dəmirçilik tanrısı + yun. logos – elm, təlim

    Tam oxu »
  • VURNUXMAQ

    Sözün əsli vur-un-ux-maq kimi olub, dur-ux-maq, sol-ux-maq qəlibi üzrə əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • VÜCUD

    Ərəbcədir, bizdə onun yerinə çəlim işlədilib (indi də işlədilir), mövcud sözü ilə qohumdur. (Bəşir Əhmədov

    Tam oxu »
  • VÜSƏT

    Ərəbcə “meydan (genişlik)” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • YA

    Bölüşdürmə bildirənlər (ya sən, ya mən) fars mənşəlidir, müraciət bildirənlər (ya Əli...) ərəb mənşəlidir

    Tam oxu »
  • YABA

    Qədimdə ağacın kiçik budaqlarına (dingələrə), iki dişi olan haça şeylərin hamısınayaba deyiblər. Oxun ucluğu haça olanda ona da yaba adı verilib

    Tam oxu »
  • YAD

    Yad adam birləşməsində öz sözümüzdür, yaddaş sözündəki isə fars mənşəlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • YADICA

    Nəvədən sonra nəticə gəlir, üçüncü uşaq kötücə, dördüncü nəbibə, beşinci nədidə, altıncı yadıca, yeddinci isə tullantı adlanır

    Tam oxu »
  • YADIXMAQ

    Yadırğamaq sözü ilə eyni mənaya malikdir. “Otuxmaq”, “qanıxmaq” sözlərinin qəlibi üzrə əmələ gəlib. (Bəşir Əhmədov

    Tam oxu »
  • YADIRĞAMAQ

    Dilimizdə omonim olan iki yad sözü var: “память” və “чужой”. Birinci söz (yaddaş) fars mənşəlidir, ikinci öz sözümüzdür və yadırğamaq kəlməsi onda düz

    Tam oxu »
  • YADİGAR

    Fars mənşəlidir, yadqar kimi işlədilir. Yad (hafizə) sözündən əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • YAĞ

    Yanmaq, yaxmaq (“yandım-yaxıldım” deyirik) sözü ilə bağlıdır. Yanacaq (yana bilən) anlamında işlədilib

    Tam oxu »
  • YAĞIR

    Heyvanın belinə yağır deyiblər. Sonra beldə yəhərin sürtüb açdığı yara da yağır adlanıb. Güman ki, yağır və sağrı sözləri tarixi baxımdan eyni söz olu

    Tam oxu »
  • YAĞIŞ

    Qaraqalpaq dilində cağış sözü “дождъ” kimi başa düşülür. Deməli, su (yu­xa­rıdan gələn su) anlamı ilə bağlıdır

    Tam oxu »
  • YAĞIŞLIQ

    “Plaş” deməkdir, yağış sözündən əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • YAĞMAQ

    Qar, dolu və s. yağır, güllə də yağır... Yağmaq “yuxarıdan aşağı enmək” deməkdir. Söz ağmaq feili ilə bağlı əmələ gəlib, “yuxarıdan enmək” deməkdir

    Tam oxu »
  • YAXALA1

    Əsli yayxala kimi olub. Yaq (yax) kəlməsi tərəf anlamını əks etdirib. Yaxala (yayxala) sözü ovlaxa qəlibi üzrə əmələ gəlib, mənası “suyu zərbə ilə yan

    Tam oxu »
  • YAXIN

    Mənbələrdə “приближаться” mənasını əks etdirən yaq feili var. Yaxın sözü isə “близкий” kimi açıqlanıb

    Tam oxu »
  • YAXŞI

    Qədim kökü yaq  feilidir, mənbələrdə “подходить” mənasında açıqlanıb. Yaxşı “подходящий” demək olub və feildən düzəlmiş sifətdir

    Tam oxu »
  • YAQUB

    Yəhudi dilində “izlə gedən” (izləyən) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • YAQUT

    Qiymətli daşlardan birinin adıdır, ərəbcədən alınma sözdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • YAL

    Atın yalı (yalmanı) ifadəsini işlədirik. Burada yal “tük”, “qıl” mənasında işlədilib. Mənbələrdə rusca “седой” mənasını verən ağyal sözü var

    Tam oxu »
  • YALAQ

    Yal it yemidir, it üçün yem qabına isə yalaq deyilir. Bu, əvvəllər ağacdan hazırlanmırdı, yaylaqda sadəcə olaraq yerdə çökəklik düzəldir və yemi orada

    Tam oxu »
  • YALAN

    1. Bu söz al (hiylə) kəlməsi ilə qohumdur, mənbələrdə alğan şəklində də ya­zı­lıb. Aldadılmaq sözünün sinonimi alduz kəlməsi olub

    Tam oxu »
  • YALAN-PALAN

    Sinonimlər birləşməsidir, yalan türk, palan (aldatmaq deməkdir) isə fars mənşəlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • YALAVAC

    “Ac-yalavac” deyirik. Yalavac sözü yalın, yalan (olmamaq) sözləri ilə qohumdur, “lüt” (paltarın olmaması) deməkdir

    Tam oxu »
  • YALÇIN

    1. Yalçın qayalar deyirik. Sözün kökü yal (lüt, çılpaq, olmayan) kəlməsidir, belə qayalar çılpaq və sıldırımlı olur

    Tam oxu »
  • YALXI

    “Əkiz” sözünün antonimidir, “tək” deməkdir, yalquzaq tipli sözlərlə eyni kökə malikdir. (Bəşir Əhmədov

    Tam oxu »
  • YALIN

    1. Yalım forması da olub. “Отвесной”, “крутой” mənasını əks etdirib. Yal bu­rada “lüt” (sürüşkən, şumal, hamar) deməkdir

    Tam oxu »
  • YALINQAT

    Astarı (altlığı) olmayan, təkqat deməkdir. Yalın sözü tək, lüt mənasında çox işlədilib və işlədilir. Görünür, yalnız, yalqız, yalquzaq sözləri ilə yal

    Tam oxu »
  • YALINTAQ

    Söz el arasında həm də yalınçaq, yalınsaq kimi işlədilir. Doğru variantı “yal-ın-sa-q” dır, yalınlığa meyil etməyi bildirir

    Tam oxu »
  • YALQIZ

    Yalnız sözü ilə kökdaşdır. Hər ikisi “tək” mənasını əks etdirir. Sözün kökü (yal) “lüt”, “olmayan”, “az”, “tənha” mənalarında işlədilib (yalan kəlməsi

    Tam oxu »
  • YALQUZAQ

    Bioloq-alim Q.Mustafayev yazır: Kürək zamanı erkək canavarlar (eləcə də dəvələr, turlar...) arasında döyüş başlayır (nər döyüşü də buradandır)

    Tam oxu »
  • YALLI

    Bu rəqs növü əl-ələ sözü ilə bağlıdır. Yallı oynayanlar əl-ələ tutur və birlikdə, sədaqət nümayiş etdirirlər

    Tam oxu »
  • YALMAN

    Mənbələrdə qıl sözünün sinonimi kimi yal kəlməsi verilib: -man çoxluq bildirilir, yalman – atın və s

    Tam oxu »
  • YALNIZ

    Kök yal hissəsidir, yalın sözü ilə qohumdur, “tək” anlamını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • YALTAQ

    Əsli yal –sa –q kimi olub, “yala meyil etmək” “yal (yem) istəmək” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • YALVARMAQ

    Bu sözünsinonimi ləlimək kəlməsidir. Yalvar-yaxar kəlməsi də si­no­nimlər birləşməsidir. Yaxar - “yanmaq” sözü ilə bağlıdır (yandım- yıxıldım deyirik)

    Tam oxu »
  • YAMAC

    Əsli mənbələrdə yandağ kimi göstərilib, dağın yan tərəfi (döşü) deməkdir. Təhrif nəticəsində yanmac, sonra isə yamac şəklinə düşüb

    Tam oxu »
  • YAMAN

    Heyvanda yaman xəstəliyi olur. Bu sözün mənası mənbələrdə dərinin iltihabı (воспаление кожи) kimi açıqlanıb

    Tam oxu »
  • YAMSILAMAQ

    Əsli yan-sı-la kimi olub, “bənzəmək” mənasını əks etdirib. Yanza­maq, yanlıq (bənzərlik) kəlmələri ilə qohumdur

    Tam oxu »
  • YAN-YÖRƏ

    Yörə sözünün “ətraf” (окружность) mənası mənbələrdə öz əksini tapıb. “Ətraf” ərəbcədir, bizdə yörə işlədilib

    Tam oxu »
  • YANACAQ

    Qaqauzlarda bu söz yakacaq kimi işədilir. Yak sözü ruscaya “жечь” kimi tərcümə olnub. Bizdə yandırıb-yaxmaq sözü var, sinonimlər birləşməsidir: yaxmaq

    Tam oxu »
  • YANAŞMAQ

    Əsli yanlaşmaq olub, “yan almaq, yanı ilə getmək” deməkdir. Təhrif nə­ticəsində söz yanaş formasına düşüb

    Tam oxu »
  • YANBUZ

    Yan və bud kəlmələrindən əmələ gəlib: yanbud kimi olub, sonra son samit dəyişib. Yanbuz “budun yan tərəfi” deməkdir

    Tam oxu »
  • YANCAQ

    Yançıq, yanlıq kimi də işlədilir, “сумка”, “yan tərəfdə olan” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »