Azərbaycan dilinin etimologiya lüğəti

  • ÇIĞIRTMA

    Xörək adıdır, bişirəndə çıxardığı səslə bağlı belə adlanıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • ÇIXDAŞ

    Çıxmaq feili ilə daş (dışarı, kənar) sözlərindən əmələ gəlib. “Kənara çıxa­rılan, atılan” mənasını əks etdirir

    Tam oxu »
  • ÇILĞIN

    Kökü indi işlənməyən çıl feilidir, (çıldır sözü də burdandır) “Ağlını itirmək” de­məkdir. Çılğın feildən düzəlmiş sifətdir

    Tam oxu »
  • ÇILTIRAQ

    Qaraqalpaq dilində “parlaq” (блеск) anlamında işlənib. (yıl, yəni od, alov sözü ilə qohumdur. Çilçıraq ilə də qohum ola bilər

    Tam oxu »
  • ÇINQIL

    Çaqıl forması da mövcuddur. Su axarkən bir-birinə, ya da iri daşlara to­xunaraq (çaxılaraq) səs salan xırda daşlara deyilir

    Tam oxu »
  • ÇIRPI

    Qırpmaq sözü “kəsmək” deməkdir. Biçindən sonra yerdə qalan hissə “qırpı” ad­lanıb. Çırpı da bununla qohum ola bilməzmi? Qırpıq (kəsik), qıt (kəsilmiş)

    Tam oxu »
  • ÇIRPIQ

    Qədim sözlərdəndir. Ev ustaları divarda, yerdə iz salmaq üçün uzun bir ipi tozlamış (təbaşir, əhəng və s

    Tam oxu »
  • ÇİBAN

    Bunun müxtəlif növləri olub: 1) qan çibanı (furunkul), 2) göz çibanı (itdirsəyi), 3) ərgənlik çibanı (üzdə sızaqlar), 4) atəş çibanı (прыщ) və s

    Tam oxu »
  • ÇİBİN

    Çi “su”, “şirə”, “şeh” demək olub, çibin şirə sözü ilə bağlıdır, “şirəyə yığılan”dır. Çügün, çigün variantları da olub

    Tam oxu »
  • ÇİÇƏK

    Bu xəstəliyin adı mənbələrdə çekek kimi verilib. Çökək sözü ilə bağlıdır, üzdə çökəklər yaradır. Bəzən düşünürlər ki, çiçək xəstəliyinə tutulanların ü

    Tam oxu »
  • ÇİÇİ

    Uşaq nitqində işlədilir, çiçək sözü ilə bağlıdır, “qəşəng” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • ÇİDAR

    Bu, fars mənşəlidir, çadır, çətir kəlmələri ilə qohumdur, çi (ça, çə) hissəsi çəhar sözünün ixtisarından əmələ gəlib, -dar(-dır, -tir) hissəsi farsca

    Tam oxu »
  • ÇİLÇIRAQ

    Farsca çehel (qırx) və çıraq kəlmələrindən törəyib. Buradakı çil (40) his­sə­si qeyri-müəyyən çoxluq bildirir (bizdəki qırxayaq kimi), konkret miqdarı

    Tam oxu »
  • ÇİLƏ

    Farscadır, çellə variantı da var. “Kiriş” (yay-oxda) deməkdir, “Koroğlu”da işlədilib. (Bəşir Əhmədov

    Tam oxu »
  • ÇİLƏKƏN

    Çi “su”dur. Çiləkən “suda zir-zibilin ilişib bir yerdə yığılması”dır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • ÇİLƏMƏK

    Su anlamı ilə bağlıdır. Çimmək, çamır, çuyuq, suyuq, çay tipli sözlərdəki çi (ça, çu, çı) hissəsi qədimdə, su mənasını əks etdirib

    Tam oxu »
  • ÇİLİNGƏR

    Çilin “dəmir” deməkdir, -gər isə “zərgər” sözündəkinin eynidir. Çilingər “əl ilə metaldan müxtəlif şeylər düzəldən usta’ya deyiblər, indi “dəmirçi” an

    Tam oxu »
  • ÇİLLƏ

    Fars sözüdür və mənası “40” deməkdir, farsca əsli “çellə”dir. Yay-oxun kirişinə deyirlər. Görünür, 40 sapdan olurmuş

    Tam oxu »
  • ÇİM

    Tamam, cılxa deməkdir, “çim sudur” deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • ÇİMDİK

    Güman ki, çim (yumru hissə) sözü ilə bağlıdır. Əsli çimlik olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • ÇİMƏRLİK

    fr. plage – dəniz sahili

    Tam oxu »
  • ÇİMİLTİ

    Təqlidi sözdür, çimildəmək feili ilə kökdaşdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • ÇİMMƏK

    Güman edirəm ki, çiçək, çən, çiskin, çimmək sözləri tarixən eyni kökə ma­lik olub, su anlamı ilə bağlıdır

    Tam oxu »
  • ÇİN1

    Orağın dişli formasıdır. Çin (Kitay) sözü ilə bağlıdır. Çini (qablar) da Çin sözü ilə bağlıdır. Bunlar (çin, çini qab) ilk dəfə Çində istehsal olunduğ

    Tam oxu »
  • ÇİNƏDAN

    Çine farsca “quş yemi” deməkdir. Dan “qab” anlamında işlədilir, hərfi məna “yem qabı”dır, quşun mədəsinə deyirlər

    Tam oxu »
  • ÇİNGİZ

    Dəniz (tengiz) kəlməsi ilə qohumdur. Güman edirəm ki, çingiz sözü dəniz sözündən qədimdir və onun çi hissəsi “su” anlamı ilə bağlıdır: çiləmə,çisək, ç

    Tam oxu »
  • ÇİNİ

    Farfor adlanan və Çində istehsal olunan qablar Rusiyaya 200 il əvvəl gətirilib. “Çinə aid olan” deməkdir

    Tam oxu »
  • ÇİRK

    Mənbələrdə rus dilindəki навоз sözünün qarşılığı kimi tiris kəlməsi verilib. Çirk sözü onun dəyişmiş formasıdır və itdirsəyi kəlməsindəki dirsək hissə

    Tam oxu »
  • ÇİRKAB

    Farsca çirk və ab sözlərindən əmələ gəlib, “çirkli su” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • ÇİSƏLƏMƏK

    Çi “su” deməkdir, çisə bununla bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • ÇİŞ

    Fars mənşəlidir, həmin dildə sidik sözünün yerinə şaş işlədilir, şaşidən məsdəri ilə qohumdur. (Bəşir Əhmədov

    Tam oxu »
  • ÇİT

    Çitəmək, çətən, çit sözləri kökdaşdır, “плетен” mənasını verir. Ситец for­ma­sın­da rus dilində də işlədilir

    Tam oxu »
  • ÇİY

    “Su” anlamı ilə bağlıdır, türkmən dilində bu söz “şeh”, “yaş” mənalarında işlədilir (çiy şeyin canında yaşlıq olur)

    Tam oxu »
  • ÇİYƏ

    Bu, çiy sözü ilə bağlıdır, bişməmiş südün üzünə deyirlər (xama da deyirlər).

    Tam oxu »
  • ÇİYƏLƏK

    Farslarda çələk kimi işlədilir. Qərb dialektlərində çiyələm forması geniş ya­yılıb. Qədimdə çilək kimi işlədilib və bir çox giləmeyvələrin adı olub: t

    Tam oxu »
  • ÇİYİD

    Mənbələrdə çiq (çiyid sözü mənbələrdə çiqid kimi yazılıb) sözü var və “yumru” mənasını verir. Bizdə 2 oxşar söz var: çiyid və çəyirdək

    Tam oxu »
  • ÇOBAN

    M.Kaşğari göstərir ki, bu sözün mənası “kənd ağsaqallının köməkçisi” de­mək olub. İndiki çoban yerinə, qoyçu (qoyun çobanı), yılxıçı (iri mala baxan ç

    Tam oxu »
  • ÇOBANSÜZGƏCİ

    (Danışıqda зверобой kimi də işlədilir) yarpaqları aşsüzən kimi, yəni deşikli olduğundan belə adlanıb

    Tam oxu »
  • ÇOCUQ

    “Donuz xırçası” (coşqa) deməkdir, indi “kiçik” anlamını verir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • ÇOLAQ

    Sözün qolak variantı da olub (qolyok, yəni “qolu yox”). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • ÇOMAQ

    “Kitabi-Dədə Qorqud”da çokan kimi işlədilib. Qədim mənası “toppuz” demək olub. Sancaq yerinə, “çomaqlı iynə” işlədiblər

    Tam oxu »
  • ÇOPUR

    Monqol mənşəlidir, əsli çoqur kimidir, ”ləkəli” deməkdir. Rus dilində чубар­ный sözü “atın ala-bula rəngi”ni əks etdirir

    Tam oxu »
  • ÇORT

    Farscadır, “mürgü” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • ÇOVAR

    Ərəbcə əsli civar kimidir, ”uzağa gedə bilməyən”, “yaxın ətraf” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • ÇÖKMƏK

    Çökək sözü ilə kökdaşdır, amma diz çökmək ifadəsindəki çökmək sözü­nün çökək, çuxur anlamları ilə heç bir əlaqəsi yoxdur

    Tam oxu »
  • ÇÖKÜR

    Ağacda, güldə olan iri tikanlara çökür deyirlər. Mənbələrdə bu söz yalnız feil kimi qeydə alınıb və “çökdürmək” anlamında açıqlanıb

    Tam oxu »
  • ÇÖMBƏLMƏK

    Mənbələrdə çöm sözü “sıxmaq”, “yığılmaq”, çömbəl isə “быть сжатым” kimi qeydə alınıb. Kəlmə dombal (bu söz “domba ol”dan əmələ gəlib) sözünün təhrifi

    Tam oxu »
  • ÇÖMÇƏ

    Çökək, çanaq sözləri ilə qohumdur. Ço “su” deməkdir, çömçə “su qabı” kimi anlaşıla bilər. Çökək suyun yığıldığı yerdir

    Tam oxu »
  • ÇÖRƏK

    Çevrə kəlməsi ilə kökdaşdır və “dəyirmi olan” deməkdir. Mənbələrdə də belə verilib: çörək – круг. (Bəşir Əhmədov

    Tam oxu »
  • ÇUBUQ

    Farscadır, əsli çubək, “kiçik ağac” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »