Azərbaycan dilinin etimologiya lüğəti

  • ŞİBLYAK

    serb-xorvat. sibljak – kolluq

    Tam oxu »
  • ŞİFAHİ

    Ərəbcə şəfe “dodaq” deməkdir, şifahi (şəfəvi) “dodağa aid olan” anlamını əks etdirir. (Bəşir Əhmədov

    Tam oxu »
  • ŞİKƏST

    Farsca şekəstən (sındırmaq) məsdərindən əmələ gəlib. İşgəncə (əsli: şe­kənçe) sözü də buradandır. (Bəşir Əhmədov

    Tam oxu »
  • ŞİL

    Fars mənşəlidir, “şikəst” deməkdir. Şil-küt kimi daha çox işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • ŞİL-KÜT

    Farscadır, şil “şikəst” deməkdir, sinonimlər birləşməsidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • ŞİNİMƏK (ŞİNƏMƏK)

    Dialektlərin çoxunda (Tovuz, Kəlbəcər, Qəbələ, Şirvan...) “qulaq vermək”, “dirənib durmaq”, “mənasızlıq” anlamlarını əks etdirir

    Tam oxu »
  • ŞİRDAN

    Fars sözüdür, hərfi mənası “süd qabı” deməkdir. Dəyirman daşının bo­ğa­zına silindrə oxşar bir şey qoyurlar

    Tam oxu »
  • ŞİRƏLİ

    “Şir kimi qoçaq Əli” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • ŞİRİN

    Farscadır, şirni sözü ilə qohumdur. Bizdə onun yerinə dadıq (dadlı) və sücik (həm şərab demək olub, həm də şirin mənasında işlədilib) sözlərindən isti

    Tam oxu »
  • ŞİRMAYI

    Güman olunur ki, “morj” anlamında işlədilən şirmahi” (“şir balığı” və ya “şir kimi olan balıq”) sözünün əsasında əmələ gəlib, farscadır

    Tam oxu »
  • ŞİRMƏMMƏD

    “Məhəmmədin aslanı” (şiri) deməkdir. “Qoçaq” anlamını da əks et­dirir. Fars (şir) və ərəb (Məhəmməd) mənşəlidir

    Tam oxu »
  • ŞİRNİKMƏK

    Bir qədim deyim var: “əvvəl şirnini verib şirnikdirir, sonra zəhər verib öl­dürür”. Bəli, şirnikmək sözü məhz şirni kəlməsindən əmələ gəlib: bir və bi

    Tam oxu »
  • ŞİRVANMAQ

    “Quyruq bulamaq”, “yaltaqlanmaq” deməkdir. Mənşəyi qaranlıqdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • ŞİRZAD

    Farsca “şir övladı” (yəni “qoçaq”) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • ŞİST

    yun. skhistos – bölünən

    Tam oxu »
  • ŞİŞ

    Вертел mənasında işlədilən bu söz mənbələrdə ç (çiş) və t (tiş) hərfləri ilə yazılıb. Məncə, şiş kəlməsi diş sözü ilə bağlıdır və hər ikisi deşmək fei

    Tam oxu »
  • ŞİŞMAN

    Ataman, Arzuman, orman, azman, qocaman, dəyirman, dərman, xırman kəlmələrinin hamısında -man şəkilçisi çoxluq anlamı bildirən sözlər düzəldir

    Tam oxu »
  • ŞİTAB

    Farsca şetaftən (tələsmək) feili ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • ŞİTƏNMƏK

    Şit “duzsuz” deməkdir, şitənmək (söz şit-ə-mək formasında feil olub, -n şəkilçisi qayıdış növü bildirir) isə şitlik etmək (“duzsuz” hərəkət), dadı qaç

    Tam oxu »
  • ŞLAK

    alm. schlacke – zərbə

    Tam oxu »
  • ŞLEYF

    alm. schleife – sürünən ətək

    Tam oxu »
  • ŞLİR

    alm. schlier – palçıq, mergel

    Tam oxu »
  • ŞLÜZ

    holl. sluis – kənarlaşdırıram

    Tam oxu »
  • ŞOFİQ

    Ərəbcə “kədərə şərik çıxan” deməkdir (şəfqət sözü ilə qohumdur). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • ŞOX

    Çoğlan (блестеть), çoğluğ (блестящий), çoğsuz (işıqsız) sözləri mövcud olub. Şox onların dəyişmiş formasıdır

    Tam oxu »
  • ŞOXM

    Fars mənşəlidir, “şumlama”, “əkmə” deməkdir. Bizdə “hücum” mənasını da qazanıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • ŞONQAR

    Şunqar kimi də işlədilir. “Altay bayqusu” (şahini) (müq. et: “Bayqunun məskənin sar aldı getdi...”) deməkdir

    Tam oxu »
  • ŞOR

    Farscadır, duzlu deməkdir. Rus dilindəki сыр (соленый deməkdir) sözü də bu­radandır və Litva dilində də işlədilir

    Tam oxu »
  • ŞORABA

    Farscadır: şor “duzlu”, ab isə “su” deməkdir. Şoraba duzlu suya qoyulmuş şeylərə deyirlər. (Bəşir Əhmədov

    Tam oxu »
  • ŞORBA

    Çorba kimi də işlədilib. Ço “su” deməkdir, “sulu xörək” mənasını verir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • ŞOVİNİZM1

    Fransada Şoven adlı şəxsin adı ilə bağlı yaranıb (öz xalqını əla hesab edir, başqalarına isə yuxarıdan aşağı baxırmış)

    Tam oxu »
  • ŞÖHRƏTPƏRƏST

    Şöhrət ərəbcədir, pərəst farsca pərstidən (sevmək) məsdəri ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • ŞPİGEL

    alm. spiegel <  lat. speculum – ayna, güzgü

    Tam oxu »
  • ŞPİNEL

    alm. spinell

    Tam oxu »
  • ŞUARA

    Qərb dialektlərində suyun əkin sahəsindən çıxıb ətrafı yumasına şuara deyirlər. Farslarda şostən (yumaq) məsdərinin əsası şu (şuy, şur) sözüdür və şua

    Tam oxu »
  • ŞUX

    Fars mənşəlidir, “şad”, “şən”, “toxunulmamış” və s. mənalarda işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • ŞULAN

    Kişi adlarından biridir, şülən kəlməsinin fonetik variantıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • ŞULKA

    Rusca сушилка sözünün bizim dialektlərdə təhrifindən ibarətdir. Pambığı qurutmaq üçün olan binadır. (Bəşir Əhmədov

    Tam oxu »
  • ŞULUQ

    Şıltaq (və ya şərəşur) kəlməsi ilə qohumdur. “Səs-küy salan” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • ŞUM

    Farscadır, “əkilmiş yer” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • ŞUMAL

    Mənbələrdə şımar kəlməsi var, feildir, “hamar olmaq” kimi açıqlanıb. Şım sözü var və “hamar” kimi izah olunub

    Tam oxu »
  • ŞÜA

    Ərəb mənşəlidir, bizdə onun yerinə tel və köz işlədilib. Mənbələrdə “gün közü” birləşməsi “günəş şüası” kimi şərh olunub

    Tam oxu »
  • ŞÜKUFƏ

    Farscadır, “çiçək” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • ŞÜLƏN

    Bu söz “Dədə Qorqud”da, Aşıq Ələsgərdə və s. mənbələrdə işlədilib. İndiki dillə desək, “banket”, “ziyafət” deməkdir

    Tam oxu »
  • ŞÜMŞAD

    Farscadır, ağac (palma ağacı) adıdır. Bizdə şəmşad (“boylu-buxunlu” deməkdir) şəklində oğlan adı kimi işlədilir

    Tam oxu »
  • ŞÜRU ETMƏK

    Farsca şoru kərdən (başlamaq) sözünün kalkasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • ŞÜYÜD

    Farscadır (əsli: şevid ), türk aləmində “duraqotu” kimi işlədilib. (“Zapor” mə­na­sı “duruq” sözü ilə əks etdirilib)

    Tam oxu »
  • TAB

    Farsca taftən (isinmək) məsdəri ilə bağlıdır. Tabistan – “yay” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • TABAKA

    Ərəb mənşəli olan tənbəki sözü ilə qohumdur (tənbəki yarpağına oxşayır). Tütün isə türk mənşəlidir, tüstü ilə qohumdur

    Tam oxu »
  • TABAQ

    Buna təknə də deyirlər. Tabaq ərəb sözüdür, təbəqə sözü ilə qohumdur, “qab” deməkdir. Mənbələrin verdiyi məlumata görə, boşqab yerinə də tabaq (təbəqe

    Tam oxu »