ABORİGEN

Latın sözüdür, “qədimdən sakin olan” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)  

ABLYASİYA
ABRAZİYA
OBASTAN VİKİ
Aborigen
Aborigenlər — hər hansı bir ölkənin ərazisində yaşamış ilk insanları bildirir. Məsələn; Avstraliya aborigenləri Avstraliyaya təqribən 40 000 il əvvəl Cənub-Şərqi Asiyadan gəliblər. Onlar daimi yaşayış məskənlərinə sahib deyildilər. Materik boyu dolaşaraq ovçuluq və yığıcılıq vasitəsilə qida əldə edirdilər. Onların əsas silahı bumeranq və metal nizə idi. Təqribən 200 il əvvəl Avstraliyada məskunlaşmış avropalılar ilk vaxtlar aborigenlərlə çox pis rəftar edirdilər. Amma indi aborigenlər Avstraliyanın tamhüquqlu vətandaşlarıdır. Avstraliya hökuməti tarixən aborigenlərə məxsus olmuş bəzi əraziləri onlara verib.
Avstraliya aborigen dilləri
Avstraliya aborigen dilləri — Avstraliyanın aborigen əhalisinin dilləri. Avstraliyanın Avropa dövlətləri tərəfindən müstəmləkəçiliyinə qədər 300 minlik Avstraliya əhalisi 260 dildə danışırdı. Hal-hazırda bu dillərdən 200-ə qədəri məhv olmaq üzrədir. Avstraliya dilləri 12 ayrı-ayrı dilləri özündə cəmləşdirir: andillyauqva, varrai, hunavidi, kakadü, hunkarakan, manharay, minkin, nahara, nqevin, nunqqubuy, tivi, yanyula. Avstraliya dillərinin hamısı aqqlütinativ dillərdir.
Aborigenlər
Aborigenlər — hər hansı bir ölkənin ərazisində yaşamış ilk insanları bildirir. Məsələn; Avstraliya aborigenləri Avstraliyaya təqribən 40 000 il əvvəl Cənub-Şərqi Asiyadan gəliblər. Onlar daimi yaşayış məskənlərinə sahib deyildilər. Materik boyu dolaşaraq ovçuluq və yığıcılıq vasitəsilə qida əldə edirdilər. Onların əsas silahı bumeranq və metal nizə idi. Təqribən 200 il əvvəl Avstraliyada məskunlaşmış avropalılar ilk vaxtlar aborigenlərlə çox pis rəftar edirdilər. Amma indi aborigenlər Avstraliyanın tamhüquqlu vətandaşlarıdır. Avstraliya hökuməti tarixən aborigenlərə məxsus olmuş bəzi əraziləri onlara verib.
Avstraliya aborigeni
Avstraliya aborigeni (yerli avstraliyalar) — Avstraliyanın yerli əhalisi, dil və irq cəhətcə dünyanın başqa xalqlarından fərqlənir. Avstraliya dillərində, bir çoxu isə ancaq ingilis dilində və ya picinin müxtəlif variantlarında danışır. Əsasən Şimali, Şimal-Qərbi, Şimal-Şərqi və Mərkəzi Avstraliyada , bir hissəsi isə şəhərlərdə yaşayır. Avstraliyada yerli xalqlara aid edilən 400 etnik qrup var. == Ədəbiyyat == Артёмова О. Ю. Личность и социальные нормы в раннепервобытной общине по австралийским этнографическим данным. М., 1987 Артёмова О. Ю. Прошлое и настоящее коренных астралийцев // Расы и народы, вып. 10. М., 1980 Берндт Р. М., Берндт К. Х. Мир первых австралийцев, пер. с англ. М., 1981 Кабо В. Р. Происхождение и ранняя история Австралии.
Avstraliya aborigenlərinin astronomiyası
Avstraliya aborigenlərinin astronomiyası – Avstraliyanın yerli xalqlarında formalaşmış astronomik və kosmoqonik təsəvvürlərin birləşməsidir. == Yuxular zamanı == Avstraliya aborigenləri düşünürdülər ki, bizim reallıqdan başqa, əcdadların ruhlarının məskunlaşdığı, digər reallıq “Yuxular zamanı” mövcuddur. Bu iki reallıq kəsişir və qarşılıqlı olaraq bir-birinə təsir edir. Həqiqi aləmlə “yuxu” aləminin kəsişdiyi yerlərdən biri səmadır: əcdadların hərəkətləri Günəşin, Ayın, planetlərin, ulduzların hərəkətində əks olunur, lakin insanların da hərəkətləri göydə baş verən hadisələrə təsir edə bilər. == Aborigenlərin mifologiyasında ulduz səması == Aborigenlərin mifologiyasında ulduz səmasının obyektlərinə: Cənub Xaça, Pleyadlara, Magellan buludlarına və s. geniş yer ayrılır. Hansısa səma obyekti və ya hadisə isə bağlı olan bir sıra mifoloji süjet var. Misal kimi, Orion ülkəri ilə bağlı olan Yolnqu xalqının mifoloji süjetini gətirmək olar: ülkər, qardaşların birinin tabunu pozduğu üçün Günəş tərəfindən göyə qaldırılan 3 qardaşın kanoesi kimi alqılanır. Həmin xalqın inancına görə Venera (Zöhrə) – yaradıcı ruh Barnumbirdir; dan söküləndə qalxan bu ruh, arxasınca işıqdan olan ip çəkir. İp isə ölmüş insanların ruhlarının yaşadığı Baralku adasına bağlıdır; müvafiq ayinləri yerinə yetirərək insanlar bu ip vasitəsi ilə əcdadları ilə təmasa girə bilərlər.

Digər lüğətlərdə

балкани́ст Дионис домрабо́тница зверу́шечий маги́стерствовать неотде́ланный пейза́н преломля́ться раухтопа́з эмансипациони́ст акцептова́ться грима́сничать склоня́емый черепу́шка архимандрит кино horn blower unmown unplumbed Virunga Mountains князь подавать съезжать хлыст эфиопский