AĞASI

Ağa sözündən və üçüncü şəxsin mənsubiyyət şəkilçisindən düzəlib. C.Cabbarlı Sona xanıma Sonası dediyi kimi, bəzi adamlar da böyüyünə Ağası deyib. Daha inandırıcı yozum: ağa sözü İmam Əliyə işarədir (məs: Əlimərdan – “mərdlərin ağası” kimi yozulur). 

AĞARTMAQ
AĞAYAR
OBASTAN VİKİ
Ağası Məlikov
Ağası Məlikov (tam adı: Ağası Zərbəli oğlu Məlikov; 1 yanvar 1957, Siyəzən) — texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun "Kütləvi xidmət və ehtiyatların idarə edilməsi sistemlərinin modelləşdirilməsi" laboratoriyasının müdiri, Milli Aviasiya Akademiyasında “İnformasiya Texnologiyaları” kafedrasının müdiri. == Həyatı == Ağası Məlikov 1957-ci il yanvarın 1-də Siyəzən rayonunda anadan olmuşdur. Bakı Dövlət Universitetini bitirmişdir. Amerikada nəşr olunan "American Journal of Operation Research" jurnalının yarandığı gündən onun Redaksiya Heyətinin üzvüdür və bu ildən o, həmin jurnalın Baş Redaktoru seçilmişdir . == Pedaqoji fəaliyyəti == Milli Aviasiya Akademiyasında “İnformasiya Texnologiyaları” kafedrasının müdiri == Elmi fəaliyyəti == Neft məhsulları ilə təminetmə obyektlərinin texnoloji proseslərinin riyazi modelləri və onların optimallaşdırılması üsullarını yaratmışdır. İdarə olunan prioritetləri olan çoxselli kütləvi xidmət sistemlərinin optimallaşdırılması üsullarını yaratmışdır. Çoxölçülü Markov zəncirlərinin stasionar paylanmasının hesablanması üçün səmərəli təqribi üsullar yaratmışdır. Əks əlaqələri olan kütləvi xidmət sistemlərinin və ehtiyatlanma-xidmət sistemlərinin yeni modellərini təklif etmiş və onların riyazi analizi üsullarını yaratmışdır. Gələcək nəsil kommunikasiya şəbəkələrin keyfiyyət göstəricilərinin hesablanması və optimallaşdırılması üçün üsullar təklif etmişdir. Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 220 Xaricdə çıxmış elmi əsərlərin sayı: 200 Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 1 == Əsas elmi əsərlərin adları == Математические модели многопотоковых систем обслуживания.
Ağası Məmmədov
Ağası Ağagül oğlu Məmmədov (1 iyun 1980; Bakı, Azərbaycan SSR) — Azərbaycanı və Türkiyəni təmsil edən boksçu. 1997–2001-ci illərdə Türkiyə, 2002–2004-cü illərdə isə Azərbaycan yığmasının heyətində çıxış edib. Ağası Məmmədov 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarının bürünc medalına sahib olub. Ağası Məmmədov Azərbaycan idmanında xidmətlərinə görə 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilib. == Həyatı == Ağası Məmmədov 1980-ci il iyunun 1-də Bakı şəhərində anadan olub. == Karyerası == === 1997-ci il: Dünya Çempionatında debüt === Ağası Ağagüloğlu 1997-ci ildə Macarıstanın Budapeşt şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Bu turnir 17 yaşlı Ağası Ağagüloğlunun beynəlxalq səviyyədə birinci nüfuzlu turniri idi. Turnirin 1/8 final mərhələsində Ağası Ağagüloğlu Argentina nümayəndəsi Ömər Narvaez ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Ağası Ağagüloğlu rəqibinə 5:6 hesabı ilə məğlub oldu və Dünya Çempionatında mübarizəsini dayandırdı. === 1998-ci il: Avropa Çempinatında beşinci === Ağası Ağagüloğlunun növbəti turniri 1998-ci ilin 16–24 mayında Belarusda baş tutan Avropa Çempionatı oldu.
Ağası Məşədibəyov
Ağası Abutalıb oğlu Məşədibəyov (1912, Bakı – 1984) — Azərbaycan tarzəni, bəstəkarı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1963). == Həyatı == Ağası Məşədibəyov Abutalıb oğlu 1912-ci ildə anadan olub. 1935-ci ildə təhsilini müvəffəqiyyətlə bitirən Ağası Üzeyir bəyin təklifi ilə məktəbin notlu xalq çalğı alətləri orkestrinin dirijoru və xalq musiqisi şöbəsinin müdiri vəzifələrini daşımışdır.Tələbə ikən o, Radio Verilişləri Komitəsi nəzdində fəaliyyət göstərən xalq çalğı alətləri orkestrində ikinci tarçılar qrupunun konsertmeysteri kimi çalışmışdır. Həm müəllim, həm də orkestrdə konsertmeyster olan A. Məşədibəyovun musiqiçi kadrların meydana gəlməsində rolu az deyildi.Böyük Vətən müharibəsi illərində A. Məşədibəyov konsert briqadaları ilə cəbhədə tez-tez çıxış etmiş, döyüşçüləri qələbələrə ruhlandırmışdır. Müharibədən sonrakı illərdə A. Məşədibəyov Gəncə Dövlət Filarmoniyasının bədii rəhbəri, sonra Şəki Musiqili-Dram Teatrının musiqi hissə müdiri işləmişdir. Şəki teatrında çalışdığı dövrlərdə Azərbaycan bəstəkarlarının bir neçə səhnə əsərini: Z. Hacıbəyovun " Aşıq Qərib" operasını, S. Rüstəmovun "Beş manatlıq gəlin", "Durna", F. Əmirovun "Gözün aydın" musiqili komediyalarını tamaşaya hazırlamış, eyni zamanda dram tamaşalarına musiqi yazmışdır.A. Məşədibəyov 1939-cu ildə açılmış Azərbaycan Dövlət Musiqili Komediya Teatrının təşkilində bilavasitə yaxından iştirak etmiş, burada əvvəl tarzən-solist, sonra isə ikinci dirijor kimi işləmişdir. O, "Toy kimindir?" adlı musiqili komediyasını məhz bu teatr üçün yazmışdır. "Toy kimindir?" əsəri dövrünün populyar səhnə əsərlərindən idi. Görkəmli dramaturq Məhərrəm Əlizadənin librettosu əsasında yazılmış bu musiqili əsər rəngarəng obrazlar qalereyasını özündə təcəssüm etdirmişdir.A. Məşədibəyov demək olar ki, 40-cı illərin əvvəllərindən mahnı janrında müxtəlif səpgili mahnılar yazmışdır. "Azərbaycanı sevdim", "Üç gül", "Bakı", "Hardasan?", "Doymur ürək" mahnıları dinləyicilərin rəğbətini qazanmışdır.
Ağası xan
Ağası xan Xançobanlı-Sərkər (1731, Şamaxı – 1788, Bakı) — Şirvanın ilk xanı. Dövləti qardaşı Məhəmmədsəid xan ilə birlikdə idarə etmişdir. == Gəncliyi == 1731-ci ildə Şamaxıda, Allahverdi bəy Sərkər və Ümmügülsüm xanımın ikinci övladı olaraq dünyaya gəlmişdir. Abbasqulu ağa Bakıxanov Ağası xanın atasını səhvən "Əsgər bəy" yazsa da, Nailə Bayramlının fikrincə bu ad Allahverdi bəy olmalıdır. Mənbələrdə 1748-ci ildən Ağası xan və Məhəmmədsəid xan birlikdə Şirvan xanı kimi hesab olunurlar. 1761-ci ildə Ağası xan qardaşı ilə Hacı Məhəmmədəli xanı devirərək Ağsunu ondan almışdıdı. == Hakimiyyəti == Fətəli xanın Məhəmmədsəid xan və Ağası xandan 10000 rubl xərac tələb etməsi, yayılmış taun xəstəliyinə görə bu pulu yığa bilməyən xanın rədd cavabı verməsi Şirvanın Quba tərəfindən işğalı üçün şərait yaratdı. Şirvan xanlığı əvvəl xərac verməyə razı olsa da, sonra Şəki xanı Hüseyn xana arxalanan Məhəmmədsəid xərac verməkdən imtina etdi. Lakin Şəki ilə də vəziyyət pisləşməsi Qubalı Fətəli xanın Hüseyn xanın Şamaxı xanlığına qarşı birləşməsinə səbəb olur. Xanlar 1764-cü ildə bir daha xərac verəcəyinə söz versə də, yenə sözündən dönür.
Qızlar ağası
Qızlar ağası, Hərəm ağası, və ya Darüssaade ağası — Osmanlı dövlətində hərəmxanada olan ən yüksək vəzifə sahibinə verilən addır. Qızlar ağası sultan və sədrəzəmdən sonra Osmanlı dövləti sarayında 3-cü ən yüksək vəzifə. Sarayın, cinsi funksiyası yox edilmiş (xədim edilmiş) qara irqdən olan kişi qulları arasından seçilirdi. Padşahın hüzuruna lazım olduğu zaman çəkinmədən çıxa bilmə səlahiyyətinə malik idi. Qızlar ağası padşahın hüzurunda samur bir kürk geyinirdi. Sarayın təhlükəsizliyini təmin edən Odunçuların komandanlığını edərdi. Padşahla sədrəzəm arasında və padşahla Validə Sultan arasında əlaqəni təmin edərdi. Hərəmxanaya yeni qul qadınların alınması, hərəmxanadakı nikah, sünnət toyu və digər mərasimlərinin keçirilməsi həmişə Qızlar ağasının məsuliyyəti altında idi. Hərəmxanada böyük bir günah işləyən qul qadınların bir kisə içinə salınaraq Topqapı Sarayının dərhal önündə olan körfəzin sularına atılaraq boğdurulması vəzifəsini də Qızlar ağası icra edərdi. Əvvəllər Qızlar ağasının mövqeyi ağ irqdən bir qul olan Qapı ağasından daha aşağı idi.
Ağası bəy Avşarov
Ağası bəy Avşarov (25 sentyabr 1833 – ?) — tam süvari qoşunu generalı (14 fevral 1906). == Həyatı == S.Semanov "Brusilov" kitabının altmış səkkizinci səhifəsində yazır:[mənbə göstərin] "1897-ci ildə general-mayor Ağasıbəy Avşarov Peterburq Süvari Məktəbinin rəisi vəzifəsinə təyin olunur. O, Azərbaycanın kübar nəslinin nümayəndəsi idi. Azərbaycan Rusiya tərkibinə daxil olduqdan sonra onun ulu babaları bütün yerli nəcabətli kübar ailələri kimi-İslam dinini saxlamaq şərtilə rus zadəganları ilə eyni hüquqa malik idilər. Azərbaycanlıların əksəriyyəti orduda, xüsusilə də suvari alaylarında şərəflə qulluq edirdiləp General Avşarov geniş ürəyə malik, hərbi işi yaxşı bilən bir sərkərdə idi. Amma onda asiyalılara məxsus hiyləgərlik və bir az da tənbəllik vardı. 1902-ci il fevralın general-mayor Ağası bəy Avşarovu Peterburq Süvari. Məktəbinin rəisi vəzifəsindən azad edib Baş Qərargahda süvari ordusunun Baş müfəttişi təyin etdilər." == Mənbə == Şəmistan Nəzirli, Azərbaycan generalları. Bakı: Gənclik, 1991, 208 səh.
Ağası kəndi (Xoy)
Ağası kəndi (fars. اقاسي كندئ‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənd qeydə alınsa da, yaşayış qeydə alınmamışdır.
Ağası xan Sərkər
Ağası xan Xançobanlı-Sərkər (1731, Şamaxı – 1788, Bakı) — Şirvanın ilk xanı. Dövləti qardaşı Məhəmmədsəid xan ilə birlikdə idarə etmişdir. == Gəncliyi == 1731-ci ildə Şamaxıda, Allahverdi bəy Sərkər və Ümmügülsüm xanımın ikinci övladı olaraq dünyaya gəlmişdir. Abbasqulu ağa Bakıxanov Ağası xanın atasını səhvən "Əsgər bəy" yazsa da, Nailə Bayramlının fikrincə bu ad Allahverdi bəy olmalıdır. Mənbələrdə 1748-ci ildən Ağası xan və Məhəmmədsəid xan birlikdə Şirvan xanı kimi hesab olunurlar. 1761-ci ildə Ağası xan qardaşı ilə Hacı Məhəmmədəli xanı devirərək Ağsunu ondan almışdıdı. == Hakimiyyəti == Fətəli xanın Məhəmmədsəid xan və Ağası xandan 10000 rubl xərac tələb etməsi, yayılmış taun xəstəliyinə görə bu pulu yığa bilməyən xanın rədd cavabı verməsi Şirvanın Quba tərəfindən işğalı üçün şərait yaratdı. Şirvan xanlığı əvvəl xərac verməyə razı olsa da, sonra Şəki xanı Hüseyn xana arxalanan Məhəmmədsəid xərac verməkdən imtina etdi. Lakin Şəki ilə də vəziyyət pisləşməsi Qubalı Fətəli xanın Hüseyn xanın Şamaxı xanlığına qarşı birləşməsinə səbəb olur. Xanlar 1764-cü ildə bir daha xərac verəcəyinə söz versə də, yenə sözündən dönür.
Ağası xan Xançobanlı
Ağası xan Xançobanlı-Sərkər (1731, Şamaxı – 1788, Bakı) — Şirvanın ilk xanı. Dövləti qardaşı Məhəmmədsəid xan ilə birlikdə idarə etmişdir. == Gəncliyi == 1731-ci ildə Şamaxıda, Allahverdi bəy Sərkər və Ümmügülsüm xanımın ikinci övladı olaraq dünyaya gəlmişdir. Abbasqulu ağa Bakıxanov Ağası xanın atasını səhvən "Əsgər bəy" yazsa da, Nailə Bayramlının fikrincə bu ad Allahverdi bəy olmalıdır. Mənbələrdə 1748-ci ildən Ağası xan və Məhəmmədsəid xan birlikdə Şirvan xanı kimi hesab olunurlar. 1761-ci ildə Ağası xan qardaşı ilə Hacı Məhəmmədəli xanı devirərək Ağsunu ondan almışdıdı. == Hakimiyyəti == Fətəli xanın Məhəmmədsəid xan və Ağası xandan 10000 rubl xərac tələb etməsi, yayılmış taun xəstəliyinə görə bu pulu yığa bilməyən xanın rədd cavabı verməsi Şirvanın Quba tərəfindən işğalı üçün şərait yaratdı. Şirvan xanlığı əvvəl xərac verməyə razı olsa da, sonra Şəki xanı Hüseyn xana arxalanan Məhəmmədsəid xərac verməkdən imtina etdi. Lakin Şəki ilə də vəziyyət pisləşməsi Qubalı Fətəli xanın Hüseyn xanın Şamaxı xanlığına qarşı birləşməsinə səbəb olur. Xanlar 1764-cü ildə bir daha xərac verəcəyinə söz versə də, yenə sözündən dönür.
Haci Mirzə Ağası Bayat
Hacı Mirzə Mirzə Müslüm oğlu Ağası İrəvani (28 yanvar 1783, Maku — 5 may 1848, Tehran) — 1835–1848-ci illərdə İranın baş naziri. == Həyatı == Hacı Mirzə Ağası Mirzə Müslüm oğlu Bayat 28 yanvar 1783-cü ildə Maku şəhərində Hacı Mirzə Müslüm İrəvaninin ailəsində anadan olmuşdu. Onun atası öz ailəsi ilə birlikdə İrəvandan Maku şəhərinə köçmuş, burada güzəranını əkinçilik və təsərrüfatla keçirmişdir. Hacı Mirzə Ağası ibtidai təhsilini atasından almışdı. Molla Abbas İrəvani kimi də tanınan Hacı Mirzə Ağasının təxəllüsü "Fəxri" olmuşdur. Abbas böyüyərək həddi-buluğa çatandan sonra Xoy şəhərinə getmiş və orada təhsil almağa başlamışdır. Oradan Azərbaycanın digər şəhərlərinə səfər etmişdir. Sonra Həmədana gedib, orada Axund Molla Əbdülsəməd Həmədaninin şagirdi olmuşdur. Axund Əbdülsəməd Həmədani məşhur "Bəhrül maarif" kitabının müəllifi olub, dövrünün böyük sufi şeyxlərindən sayılırdı. Abbas bir qədər sonra axundun müridlərindən olur.
Hacı Mirzə Ağası İrəvani
Hacı Mirzə Mirzə Müslüm oğlu Ağası İrəvani (28 yanvar 1783, Maku — 5 may 1848, Tehran) — 1835–1848-ci illərdə İranın baş naziri. == Həyatı == Hacı Mirzə Ağası Mirzə Müslüm oğlu Bayat 28 yanvar 1783-cü ildə Maku şəhərində Hacı Mirzə Müslüm İrəvaninin ailəsində anadan olmuşdu. Onun atası öz ailəsi ilə birlikdə İrəvandan Maku şəhərinə köçmuş, burada güzəranını əkinçilik və təsərrüfatla keçirmişdir. Hacı Mirzə Ağası ibtidai təhsilini atasından almışdı. Molla Abbas İrəvani kimi də tanınan Hacı Mirzə Ağasının təxəllüsü "Fəxri" olmuşdur. Abbas böyüyərək həddi-buluğa çatandan sonra Xoy şəhərinə getmiş və orada təhsil almağa başlamışdır. Oradan Azərbaycanın digər şəhərlərinə səfər etmişdir. Sonra Həmədana gedib, orada Axund Molla Əbdülsəməd Həmədaninin şagirdi olmuşdur. Axund Əbdülsəməd Həmədani məşhur "Bəhrül maarif" kitabının müəllifi olub, dövrünün böyük sufi şeyxlərindən sayılırdı. Abbas bir qədər sonra axundun müridlərindən olur.
Keyxosrov xan (tüfəngçi ağası)
Keyxosrov xan (vəfatı 1674) — Səfəvi hərbi komandiri və gürcü soylu qulam. Şah Süleyman Səfəvi (1666-1694) dövründə 1670-dən 1674-cü ilə qədər silahlı korpusun (tüfəngçi ağası) komandiri vəzifəsini icra etdi. Keyxosrovun anası gürcü Saakadze ailəsindən olan Bican bəy Saakadzenin qızı idi və beləliklə Bicanın oğulları Rüstəm (sepahsalar, vəfatı 1643), Əliqulu xan (vəfatı 1667) və İsa xanın (vəfatı 1654) bacısı oğlu idi. Keyxosrovun oğlu Mənuçöhr 1698-1699-cu illərdə qısa müddətə Darun bəylərbəyi olaraq xidmət etdi. == Mənbələr == Floor, Willem. Safavid Government Institutions. Costa Mesa, California: Mazda Publishers. 2001. səh. 185.
Mənsur xan (qullar ağası)
Mənsur xan və ya Qorcasbi bəy — Səfəvi hərbi komandiri, şah qulamı və gürcü Orbeliani tayfasından olan bir məmur. 1693-cü ildən bir müddət əvvəl imperiyanın şah qulam korpusunun (qullar ağası) komandiri və 1663-cü ildə Qəndəhar qubernatoru (bəylərbəyi) vəzifəsini daşımışdır. O, gürcü zadəgan Aslamazın oğlu idi və ən azı iki qardaşı, Otar (Zu əl-Fəqər) və onun kimi nüfuzlu vəzifələri tutan Vaxuşti idi. Aleksandr Orbelianiyə (1802–1869) (gürcü romantizm şairi, dramaturq, jurnalist və tarixçi, Orbeliani sülaləsinin zadəganı) görə Keyxosrov adlı daha bir qardaşı vardı. == Mənbələr == Floor, Willem. Safavid Government Institutions. Costa Mesa, California: Mazda Publishers. 2001. səh. 173.
Siyavuş bəy (qullar ağası)
Başıaçuğı nisbi (vəfatı 1650/51 və ya 1655) ilə də tanınan Siyavuş bəy — Səfəvi hərbi komandiri, rəsmisi və gürcü mənşəli qulam. Siyavuş bəy karyerasının əvvəlində bir hərbi zabit (yüzbaşı) olmaq üçün sıralar arasından yüksəldi. 1632-ci ildə Dərbəndin yeni bəylərbəyi (hakem) və Xosrov Mirzənin ardından (sonralar Kartlinin Rüstəm xanı) şah qulam korpusunun (qullar ağası) komandiri təyin edildi. Uzun müddət korpus komandiri olaraq qaldı. 1645-1649-cu illərdə Kuhgiluyə bəylərbəyi vəzifəsini icra etdi. 1645-ci ildə yenidən təyin olunmuş baş vəzir Xəlifə sultan əl-Hüseyni İsfahanın böyük erməni icmasına qarşı sərt qanunlar tələb etdikdə sonuncu xristian olan Siyavuş bəyə müraciət etdi. O dövrdəki hazırkı şah II Abbas (1642-1666) kimi Siyavuş bəy də içki hərisi idi. Siyavuş bəy nisbi "Baş-Açuk" dan, Gürcüstanın qərbindəki İmereti krallığının fars dilində söyləndiyi yerdən götürülmüşdür. == Mənbələr == Fleischer, C. ALLĀHVERDĪ KHAN (2) // Encyclopaedia Iranica, Vol. I, Fasc.
Aydın Ağasıyev
Aydın Ağasıyev (tam adı: Aydın Ənvər oğlu Ağasıyev; 16 dekabr 1949, Bakı, Azərbaycan SSR – 19 aprel 2011, Bakı, Azərbaycan) — Azərbaycan bəstəkarı, Azərbaycan SSRİ Bəstəkarlar İttiffaqının üzvü, müəllim, Azərbaycan Televiziyasının professional səs rejissoru. == Həyatı == Aydın Ağasıyev 1949-cu il dekabrın 16-da İçərişəhərdə ziyalı ailəsində anadan olmuşdur. İlk musiqi təhsilini 6 saylı musiqi məktəbinin violonçel şöbəsində almış, daha sonra təhsilini Asəf Zeynallı adına musiqi texnikumunda davam etdirmişdir. Dahi bəstəkar Üzeyir Hacıbəyovun tələbəsi, opera solisti Olqa Nikolskayadan dərs almışdır. Milli Konservatoriyanın bəstəkarlıq şöbəsini bitirmiş, Xəyyam Mirzəzadənin tələbəsi olmuşdur. Aydın Ağasıyev 1973-cü ildə Sankt-Peterburqda keçmiş SSRİ bəstəkarlarının yaradıcılıq görüşündə birinci yerə layiq görülmüşdür. 1979-cu ildə Naxçıvan Dövlət Dram Teatrında mahnı və rəqs ansamblının bədii rəhbəri və musiqi texnikumunda musiqi nəzəriyyəsi kafedrasının şöbə müdiri və direktor müavini vəzifəsində çalışmışdır. Uzun müddət dövlət televiziyasında ali dərəcəli səs rejissoru işləmişdir. Gözəl mahnıların, simfonik əsərlərin, tamaşa və film musiqilərinin müəllifidir. Azərbaycan SSRİ Bəstəkarlar İttifaqının üzvü olmuşdur.
Ağahüseyn Ağasıyev
Ağahüseyn Ağasıyev (azərb. Ağahüseyn Mirzəhadı oğlu Ağasıyev‎) — Kapitan. == Haqqında == Ağahüseyn Ağasıyev İçəri şəhərdə tacir ailəsində anadan olmuşdur. 1919-cu ildə "Hərbiyyə məktəbi"ni bitirən ilk məzunlardan biri idi. 1920-ci ilin əvvəllərində Milli ordunun "Yardım alayı"nda rota komandiri olmuşdur. 1921-ci il avqustun dördündə Nəriman Nərimanovun təşəbbüsü ilə iyirmi səkkiz nəfərdən ibarət Türkiyəyə gedəcək Azərbaycanın səlahiyyətli nümayəndəliyi təşkil olunur. Onların arasındakı altı nəfər hərbiçidən biri də Ağahüseyn Ağasiyevdi. Diplomatik nümayəndəliyin başçısı İbrahim Əbilov təyin olunmuşdu. Kapitan Ağasiyev əvvəlcə Ankarada səfirliyin hərbi attaşesinin əməkdaşı, sonra isə səfir İbrahim Əbilovun müavini kimi məsul vəzifələrdə çalışmışdır. Qazi Mustafa Kamal Atatürklə görüşmüşdür.
Ağasıbəyli
Aşağı Ağasıbəyli — Azərbaycanın Samux rayonunda kənd. Yuxarı Ağasıbəyli — Azərbaycanın Samux rayonunda kənd.
Ağasıbəyli (Vedibasar)
Ağasıbəyli – Vedibasar mahalında kənd adı. == Toponimik izah == Ağasıbəyli İrəvan xanlığının Vedibasar mahalında kənd adı. Yerli tələffüz forması Aqaslı. 1828-1832-ci illərdə azərbaycanlı əhalisi qovulduqdan sonra kənd dağılmışdır. 1926-cı ildən sonra kənddə yezidi kürdlər və ermənilər məskunlaşmışdır. XX əsrin 40-cı illərində kənd ləğv edilmişdir. Ağasıbəyli kəndin əsasını qoymuş nəsilin adıdır. == Həmçinin bax == Vedibasar mahalı Qərbi Azərbaycan == Ədəbiyyat == Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan, Bakı, 1992. Qızılbaşlar tarixi, Bakı, 1995.
Aşağı Ağasıbəyli
Aşağı Ağasıbəyli — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Samux rayonunun Aşağı Ağasıbəyli kəndi Əhmədbəyli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Yuxarı Ağasıbəyli kəndi mərkəz olmaqla Yuxarı Ağasıbəyli kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yuxarı Ağasıbəyli oykoniminin qarşılığıdır. Ağasıbəyli XIX əsrin ortalarında maldar elatlardan birinin adını əks etdirir. == Coğrafiyası və iqlimi == Kənd düzənlikdə yerləşir. == Əhalisi == Əhalisinin sayı 460 nəfərdir.
Elşən Ağasıyev
Elşən Ağabala oğlu Ağasıyev (22 sentyabr 1999; Xaçmaz, Azərbaycan — 18 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elşən Ağasiyev 1999-cu il sentyabrın 22-də Xaçmaz rayonunda anadan olub. 2006-cı ildə Xaçmaz rayon B.Rəsulov adına tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2016-cı ildə həmin məktəbin məzunu olub. Subay idi. Elşən həmçinin, məktəb illərindən sərbəst güləşlə də məşğul olurdu. Elşən Ağasıyevin atası 1992-ci il birinci Qarabağ döyüşlərində dörd il könüllü döyüşmüşdür. == Hərbi xidməti == Elşən Ağasıyev 2020-ci il may ayının 25-də Xaçmaz RHK-dan həqiqi hərbi xidmətə yollanır . Azərbaycan Ordusunun əsgəri olan Elşən Ağasıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Talış və Madagizin azad edilməsində savaşıb. Elşən Ağasıyev Talış və Suqovuşan uğrunda döyüşlərin iştirakçısı olub.
Firudin Ağasıoğlu
Firudin Ağası oğlu Cəlilov (6 may 1947, Vedi rayonu) — türkoloq, filologiya elmləri doktoru, professor; Azərbaycan Respublikası Baş nazirinin müavini (1992); Azərbaycan Respublikasının Xalq təhsili naziri (1992–1993); Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili naziri (1993) == Həyatı == 6 may 1947-ci ildə Vedibasarda doğulan F. A. Cəlilov orta məktəbi Bakıda (1966) bitirib, BDU-nun filologiya fakültəsinə daxil olmuş, 1972–1994-cü illərdə həmin fakültənin Azərbaycan dilçiliyi kafedrasında laborant, müəllim, dosent və professor vəzifələrində işləmişdir. O, pedaqoji fəaliyətlə yanaşı elmi araşdırmalarla da məşğul olmuş, mürəkkəb cümlə sintaksisindən namizədlik (1978) və dilçilik elminin ən çətin və mürəkkəb sahəsi sayılan morfonologiya mövzusunda doktorluq (1989) dissertasiyası müdafiə etmişdir. Onun türk dillərinin morfonologiyasına aid yazdığı monoqrafiya (1988) Türkologiyada hələ də ilk örnək sayılır və Azərbaycan və Türkiyə universitetlərində dərs vəsaiti kimi istifadə olunur. Bu kitab 2021-də təkrar Ankarada yayınlanmışdır. F. Cəlilov türk dilləri ilə yanaşı, türk xalqlarının tarixi, mifologiyası və etnoqrafiyası haqqında 300-dən artıq elmi məqalə və 20 kitab yazmış, əsərlərinin bir hissəsi xarici ölkələrdə çap olunmuşdur. Onun "Azərbaycan dilinin morfonologiyası"(1988) kitabına bu sahədə təkcə Azərbaycan dilçiliyində deyil, türkologiyada ilk fundamental tədqiqat işi kimi Beynəlxalq Türkoloji qurultay (1996) adından ödül verilmişdir. Elmi-populyar məqalələrini çox vaxt Ağasıoğlu imzası ilə yazan F. Cəlilovun "Azərbaycan türklərinin islamaqədərki tarixi" mövzusundakı silsilə məqalələri elmi dairələr və ictimaiyət tərəfindən yüksək qiymətləndirilmişdir. F. Cəlilov türkologiya sahəsindəki xidmətlərinə görə Atatürkün qurduğu Türk Dil Kurumunun müxbir üzvü (1996), sonra fəxri üzvü (2000) seçilmişdir. "Türk Ocağı" ona bilgə sanı vermişdir. O, təhsil sahəsində apardığı islahatlara görə akad.
Kirill Ağasıyev
Ağasıyev Kirill Yaşar oğlu (ukr. Агасиєв Кирило Яшар огли) — Ukrayna Silahlı Qüvvələrinin Azərbaycan əsilli baş leytenantı. 92-ci əlahiddə mexanikləşdirilmiş briqadanın taqım komandiri. Rusiya-Ukrayna müharibəsinin iştirakçısı. "Ukrayna Qəhrəmanı".
Qazıməmməd Ağasıyev
Ağasıyev Qazıməmməd Ağası oğlu (1882, Axtı – 19 sentyabr 1918, Qasımkənd, Dağıstan vilayəti) — fəhlə hərəkatı iştirakçısı. Azərbaycanda və Dağıstanda sovet hakimiyyətinin qurulması uğrunda mübarizə aparmışdır. == Həyatı == Qazıməmməd Ağasıyev 1896-cı ildə Bakıya gəlmiş, Balaxanı, Bibiheybət neft mədənlərində işləmişdir. 1904-cü ildə RSDFP-yə daxil olmuşdur. 1905 ildə Bakı Fəhlə Deputatları Sovetinin üzvü seçilmişdir. Dağıstandan olan ləzgi fəhlə və kəndlilər arasında inqilabi iş aparan ―Faruq‖("Ədalət carçısı") sosial-demokrat qrupunun yaradıcılarından idi. 1908 ildə Neft Sənayesi Fəhlələri İttifaqının Bibiheybət şöbəsinin idarə heyətinə seçilmişdi. Həmin il Bakıdan sürgün edilmiş, Gəncədə inqilabi iş aparmış, həbs olunmuşdur. Həbsdən sonra Dağıstanda inqilabi işi davam etdirmişdi. 1910 ildə yenidən Bakıya qayıtmışdı.
Ramil Ağasıyev
Ramil Rauf oğlu Ağasıyev (16 aprel 1988, Bakı) — Azərbaycan kinorejissoru. == Həyatı və karyerası == Ramil Ağasıyev 1988-ci il aprelin 16-da Bakıda anadan olub. Atası xalq teatrında rejissor vəzifəsində, anası isə mətbəədə çalışıb. Birinci sinifə 212 nömrəli məktəbdə başlayıb. 5 il burada təhsil alan Ramil Ağasıyev davamsiyyətsizliyinə görə məktəbdən ayrılıb. Təhsilini 193 nömrəli, daha sonra 39 nömrəli məktəbdə başa vurub. Məktəb illərində rəqslə məşğul olub. "Spider" şou-baletində rəqs edib. 3 il böyük səhnədə, layihələrdə rəqs poqramları ilə çıxışlar edib. 2007–2011-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissorluq ixtisasında təhsil alıb.
Yuxarı Ağasıbəyli
Yuxarı Ağasıbəyli — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Samux rayonunun Yuxarı Ağasıbəyli kəndi Əhmədbəyli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yuxarı Ağasıbəyli kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == XIX əsrdə Gəncə qəzasında maldarlıqla məşğul olmuş ağası-bəyli adlı icmanın məskunlaşması nəticə­sində yaranmış məntəqələrdəndir. Yuxarı komponenti kəndin coğrafi mövqeyini gös­tərməklə yanaşı onu eyniadlı digər yaşayış məntəqəsindən fərqləndirməyə xidmət edir. == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == Əhalisinin sayı 1141 nəfərdir. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini maldarlıq və əkinçilik təşkil edir. == Təhsil == Kənddə orta məktəb fəaliyyət gösdərir.

Digər lüğətlərdə

зама́лчиваться о́бщее сату́рнии скорогово́ркой страннова́тый задуши́ть заткнуть го́рло му́зыка не та толсто́вщина ху́дшее coadjutor conflation crum earthwards furnishment inflame nestful psalteria Rio de Janeiro spectrology witch-finder занижать надуться опока шелководство