AKKUMULYASİYA

lat. accumulatio – toplanma

AKKLİMATİZASİYA
AKROBAT
OBASTAN VİKİ
Akkumulyasiya
Akkumulyasiya (lat. Accumulatio — yığılma, toplanma.) — axar suların, küləyin və s. özləri ilə apardıqları süxur hissəciklərin çökməsi prosesi. Yer kürəsindəki bir çox iri düzənliklər bu proses nəticəsində əmələ gəlmişdir (Kür-Araz, Mesopotamiya, Hind-Qanq və s.). == Haqqında == Akkumulyasiya quruda və ya dəniz, hövzə, çay dibində mineral maddələrin və orqanizm qalıqlarının toplanması. Akkumulyasiya denudasion prosesin əksi olmaqla, ondan asılıdır. Akkumulyasiya sahələri daha çox tektonik (çökəklik, sinekliz, sinklinallar və b.) və həm də denudasion (dərə və çuxurlar) mənşəli alçaq ərazilərdən ibarətdir. Akkumulyasiya nəticəsində toplanmış qatların qalınlığı denudasiyanın intensivliyindən, daşınma və çökəlmənin balansından asılıdır. Akkumulyasiya intensivliyi və çökmələrin tərkibi dəyişkən olub relyef əmələgəlmənin endogen və ekzogen prosesləri və çöküntütoplanmanın ritmik dəyişkənliyi ilə əlaqədardır. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti.
Akkumulyasiya (geologiya)

Akkumulyasiya üzrə bioindikasiya
Bioindikasiya — biotanın bu və ya digər yaşayanlarının təbii proseslərə aktiv surətdə (eksperimental) təsir etməyərək onlara müşahidə edilməklə mühitin vəziyyətinin keyfiyyətinin qiymətləndirilməsindən ibarətdir. Buraya bioindikatorlar kimi müxtəlif səviyyədə təşkil olunmuş biosistemləri misal göstərmək olar. Mühitin keyfiyyətinin qiymətləndirilməsi bioindikator əlamətlərinə görə yerinə yetirilir. Bu müşahidə edilən biosistemlərin elə xarakteristikaları üzrə aparılır ki, onlar daha tam və dəqiq surətdə onların salamatlığını əks etdirsin. Monitorinq tədqiqatlarının əsasını eksperiment deyil, müşahidə təşkil etdiyindən, bioloji monitorinqin əsas metodologiyasını bioindikasiya təşkil edir. Buna baxmayaraq, həmçinin çöl və laboratoriya şəraitində biotestdən keçirilmənin bəzi metodlarından da, mühitin keyfiyyətinin qiymətləndirilməsi və onun antropogen dəyişikliklərin aşkar edilməsindən ötrü istifadə edilir. == Bioindikator nümunələri == Effektiv toplayıcı bioindikator nümunələri kimi su xərçəngəbənzər xitin zirehləri və həşaratların sürfələri, molyusklar və onların çanaqları (sonuncular uzun müddət qala bilirlər və molyuskların məhvindən sonra belə indikasiya kimi istifadə edilə bilər), mamır, bəzi quş və məməli heyvanların orqanlarını (beyin, böyrəklər, dalaq, qara ciyər və s.) göstərmək olar. == Akkumilyasiya indikasiyası haqqında ümumi məlumat == Belə ki, qeydedici və toplanan və ya akkumulyasiya bioindikatorları fərqləndirilir. Yuxarıda nəzərdən keçirilən qeydedici bioindikasiya göstəriciləri biotaya mühit amillərinin ümumi təsir səviyyəsi barəsində mühakimə yürütməyə imkan verir. Akkumulyasiya üzrə bioindikasiya amillərin (kimyəvi) özlərini keyfiyyətcə qiymətləndirməyə imkan verir, bunun üçün orqanizmlərin toxumlarında, müəyyən orqanlarda və bədənin hissələrində çirkləndirici maddələrin toplanması xüsusiyyətindən istifadə edilir.
Sahil akkumulyasiyası
Sahil akkumul­yasiyası – (rus. аккумуляция берего­вая, ing. coastal accumulation) dalğaların və onları müşayiət edən axınların fəaliyyəti zamanı dalğa sahəsində çökün­tülərin toplanması. Çöküntülərin sahilboyu hərəkəti və ya sualtı ya­macın yuyulma materiallarının dib­dən gətirilməsi və akkumulyasiyası nəticəsində baş verir. Suüstü və sualtı /dib/ Ssahil akkumulyasiyası ayrılır.

Digər lüğətlərdə

вито́й кра́ткость металло́граф модерни́стка прика́зчицкая разжа́лованный ро́вно чересполо́сно галопи́рующий поэта́пный привя́зываться равноси́льность филогене́з хараки́ри позитивный угорь хер heathenry macroengineering Nova Scotia twenty-firster вкрадчивость моделировать повестка светляк