AZMAQ

Dilimizdə “səhv etmək” mənasını verən yazmaq (azca səhv edən adam haqqında deyirlər: “qıl yazdı, yəni səhv qılın diametri qədər kiçik oldu”) feili olub. Azmaq sözü də onun ilk samitini itirmiş formasıdır. Yolunu azmaq məhz “səhv edərək başqa yolla getmək” deməkdir. Toyuq fallığını itirəndə “yazıxıb” deyirlər, yəni çaşıb, səhv edib. Kənddə pis pişiklərin gözünü bağlayıb uzaq yerə aparır və orda buraxırlar. Buna pişiyi azdırmaq deyilir. Tarixi baxımdan yazıq sözü də bununla bağlıdır, “səhv edən” deməkdir. İndi məna xeyli dəyişib, söz “fağır” anla­mında işlədilir. Ağlı azıb birləşməsində azmaq “itmək”, “yoxa çıxmaq”dır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

AZİMUT
AZMAN

Digər lüğətlərdə

аквааэро́бика армяни́н зарубе́жье обша́рпать порази́тельность присна́щиваться синусо́ида строчи́ться деспоти́чески к слову мо́лвить смерза́ть брокат condonable intelligent Karelia mothproof overvoltage self-indulgent subliterary two-field voice-off изгаживаться оппортунистический темп угомон