AZMAN

Bu söz “aşıb-daşan, normaya sığmayan” mənalarında işlədilir. Bir mənası da “yaşlı, nəhəng heyvan” deməkdir (6 yaşlı keçiyə “azman” deyirik). Sözün kökü, əslində, aşmaq məsdəri ilə bağlıdır. Aşmaq isə daş (dışarı) kəlməsinin formaca dəyişməsi zəminində yaranıb. Daş (dış) – “kənar, kənara çıxmaq, xaric” (in əksi) deməkdir. Deməli, azman (əsli: aşman, daşman, dışman) – “normadan çox kənara çıxmaq”la bağlıdır ( -man şəkilçisi həmişə çoxluq bildirir: qocaman, ataman və s.). Bir yozuma görə, azğın sözü ilə qohumdur, “aşıb-daşan” (azğın olan) anlamında işlədilib, indi məna xeyli dəyişib. Başqa bir yozum: sözün kökü as (az, ys, yz) hissəsidir, “ağıl” deməkdir. Azman- “ağıllı” kimi başa düşülə bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

AZMAQ
AZONALLIQ

Digər lüğətlərdə

дочерка́ть мозгля́вый обхвати́ть отъединённый пробеснова́ться проте́кший ре́фери слабоси́льная фотообо́и куку́шечий о ту по́ру хлю́пик Житомир камлея плотва bee cannie habit oxidizing Rhesus factor succades wasty вклейка перековать эндогамия