CAMO

Cümə sözü ilə qohumluğu ehtimal olunur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

CAMIŞQIRAN
CAN
OBASTAN VİKİ
Camo Cəbrayılbəyli
Cəmo bəy Adil bəy oğlu Cəbrayılbəyli (29 yanvar 1887, Şamaxı – 30 iyul 1965, Bakı) — pedaqoq, ictimai xadim. == Həyatı == Cəmo bəy Adil bəy oğlu Cəbrayılbəyli 1887-ci ildə Şamaxı şəhərində anadan olmuşdu. Atasını erkən itirmişdi. Mir Cəfər Seyidzadənin mənəvi yardımı ilə 1896-cı ildən 1901-ci ilədək Şamaxı şəhər məktəbində oxumuşdu. O, 1908-ci ildə imtahan verib məktəb müəllimi adını almışdı. 1919-cu ilə kimi Şamaxıda müəllim işləmişdi. 1920-ci ildə Bakıda Köhnə Marinskaya qız gimnaziyasının binasında ilk darülmüəllimat — qızlar üçün seminariya yaradılmışdır. Onun müdiri Azərbaycan xalqının fədakar qızlarından Mədinə Qiyasbəyli idi. 1926-cı ildə Maarif Komissarlığının sərəncamı ilə hər iki seminariya birləşdirilərək Bakı Müttəhid (birləşmiş) Pedaqoji Texnikum kimi fəaliyyət göstərməyə başlamış və tezliklə respublikanın tədris ocaqları arasında özünəməxsus yer tutmuşdur. Birləşmiş məktəbin direktoru Pənah Qasımov, tədris işləri üzrə direktor müavini Cəmo Cəbrayılbəyli idi.
Camo bəy Hacınski
Camo bəy Hacınski (tam adı: Camo bəy Süleyman bəy oğlu Hacınski; d. 14 iyun 1888, Quba – ö. 1942, Sibir, Vyatka) — Azərbaycan Xalq Cümhuriyyətinın 4-cü və 5-ci hökumət kabinetlərində poçt və teleqraf naziri, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, ictimai-siyasi və dövlət xadimi, teatr tənqidçisi və sənətşünas. Bəzi mənbələrdə Azərbaycan himninin sözlərinin müəllifi kimi göstərilir. == Həyatı == Camo bəy Süleyman bəy oğlu Hacınski 1888-ci ilin iyunun 14-ü Qubada doğulmuşdur. O, ictimai-siyasi xadim Mehdi bəy Hacınskinin kiçik qardaşıdır. Gənc yaşlarında Bakıya köçən Camo bəy burada gimnaziya təhsili almışdı. Gimnaziyanı bitirib 1907-ci ildə Bakıda rus dilində nəşr olunan "Kaspi" qəzetində müxbir kimi fəaliyyətə başlamışdı və bu qəzetlə əməkdaşlığını 1915-ci ilədək davam etdirmişdi. 1914-cü ildə Peterburq Universitetinin Hüquq fakültəsini bitirən Camo bəy Hacınski sonralar İqtisadçı ixtisasına da yiyələnmişdi. == Fəaliyyəti == Camo bəy 1915-ci ilin dekabrından 1917-ci ilin aprelinədək Batum vilayətində Dənizkənarı rayonda Birinci dünya müharibəsində zərərçəkənlərə yardım göstərmək məqsədilə yaradılmış Müsəlman Qaçqın Komitəsinin müvəkkili vəzifəsində çalışmışdı.

Digər lüğətlərdə

гуля́ние ей-е́й запои́ть озониза́ция переда́риваться пехоти́нец увя́дший чи́стилка эгоисти́чность иронизи́ровать офшо́р пода́рочек поколо́ть простра́нный раннефеода́льный Царевококшайск Aragon bambino cesure envirology humbling ion engine sound detector закруглять захохотать