Bir neçə mülahizə söyləmək olar:
1. Uşağın çıxardığı səslə (cığıllamaq, cağıldamaq) bağlıdır.
2. Tuva dilində çağa sözünün mənası “təzə” kimi açıqlanıb. Yeni il ifadəsinə onlar “çağa il” deyirlər. Deməli, çağa “təzə doğulmuş” deməkdir. Dilimizdə “kefin çağdır” cümləsi var. Görünür, buradakı çağ kəlməsi tuva dilindəki təzə sözünün mənası ilə bağlıdır. Deməli, 2-ci mülahizə daha inandırıcıdır. Türkməncə ayı balası yerinə “ayı çağası” deyirlər. Uşağın səsi ilə (cığıltı) bağlı yaranmış sözdür, “təzə, körpə” və s. anlamlarda işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Farsca cəhar (dörd) və tar (sap) kəlmələrindən əmələ gəlib. Çadır dörd sapdan (üçü pambıq, biri ipə
Qədim dövrlərdə çoğı sözü olub və “səs” mənasında işlədilib. Çağlamaq (su səsi), çağırmaq, çığırma