FARİZ

Fərz edən deməkdir. Qadın adı kimi Farizə işlənir. Ərəbcə fərz, fərziyyə sözləri ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

FARİSEY
FARMAŞ
OBASTAN VİKİ
Fariz
Fariz — ad. Fariz Əhmədov (rejissor) — Azərbaycan rejissoru, "Azərbaycanfilm" kinostudiyasının direktoru (2020-ci ildən). Fariz İbrahimov — Ukrayna Silahlı Qüvvələrinin baş əsgəri Fariz Nəcəfov — Azərbaycanı təmsil edən karateçi Fariz Cəbrayılov — Qarabağ müharibəsi iştirakçısı, şəhid. Fariz Yusifov — Azərbaycanlı futbol hakimi.
Fariz Abdullayev
Fariz Abdullayev — Beynəlxalq Real Aykido Federasiyasının vitse-prezidenti, Qafqaz Real Aykido Federasiyası və Azərbaycan Real Aykido İdman Klubunun prezidenti, baş məşqçi. 4 qat Beynəlxalq Seminar təmsilçisi, 2 qat Beynəlxalq Döyüş Növləri Festivalı iştirakçısı, Real Aykido üzrə 5-ci Dan qara kəmər, Krav Maga üzrə 4-cü Dan qara kəmər, Budo üzrə 2-ci Dan qara kəmər ustası. == Həyatı == Fariz Abdullayev Elsevər oğlu 1989-cu il aprel ayının 10-da Bakı şəhərində anadan olmuşdur. 2005-ci ildə 244 saylı orta məktəbi bitirmişdir. 2010-cu ildə isə Milli Aviasiya Akademiyasının İqtisadiyyat və Hüquq fakultəsini fərqlənmə ilə bitirərək tam ali təhsilə yiyələnir. Həmçinin 2016-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişdir. 2010-2011-ci illərdə hərbi xidmətini başa vurub. Evlidir, bir övladı var. Həvəskar olaraq musiqi fəaliyyəti ilə də məşğuldur. == Karyerası == Uşaqlıqdan idmana olan yüksək həvəsi onu 2001-ci ildə Real Aykido idman növünə gətirir.
Fariz Babayev
Fariz Babayev (nefroloq)
Fariz Bədəlov
Fariz Bədəlovun və Aygün Şahmalıyevanın ölümü — 2011-ci ildə dörd ay ərzində Ermənistan silahlı qüvvələri tərəfindən öldürülən azərbaycanlı uşaqlar. Əvvəl martın 8-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərində yerləşən bölmələrindən açılan snayper atəşi nəticəsində 8 yaşlı Fariz Bədəlov Ağdam rayonunun Orta Qərvənd qəsəbəsində yaşadığı evin həyətində öldürülmüşdür. Dörd ay sonra, iyulun 14-də isə Ermənistan silahlı qüvvələrinin Əlibəyli yaşayış məntəqəsinə daxil olan Tovuz çayına içində partlayıcı qurğu olan oyuncağı buraxması nəticəsində həmin oyuncağı tataparaq evinə aparan və onunla oynayan zaman baş verən partlayış nəticəsində 12 yaşlı Aygün Şahmalıyeva həyatını itirmişdir. == Zəmin == 1980-ci illərin sonlarında başlamış Azərbaycan–Ermənistan Dağlıq Qarabağ münaqişəsi 1990-cı illərin əvvəllərindən 1994-cü ilin mayına qədər davam edən Birinci Qarabağ müharibəsinə səbəb olmuşdur. Müharibə zamanı Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında olan yeddi rayon Ermənistan silahlı qüvvələri və erməni hərbi dəstələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın düşmüşdür, münaribə zamanı isə həm Azərbaycan, həm də Ermənistan tərəfində ümumi olaraq 16–18 min insan öldürülmüşdür, mindən çox insan itgin düşmüşdür.1994-cü ildən aparılan sülh danışıqları nəticə verməmiş, 1994–2011-ci illərdə ara-sıra Dağlıq Qarabağ təmas xəttində və Azərbaycan–Ermənistan sərhədində silahlı toqquşmalar baş vermişdir.Bu müddət ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşıda hücumlar olsa da, uşaqlar arasında ölüm halları baş verməmişdir. 2011-ci ilin martında 8 yaşlı Fariz Bədəlovun ölümü birinci belə hal idi. Növbəti dövrlərdə — 2011-ci ilin iyulunda 13 yaşlı Aygün Şahmalıyeva qarşı tərəfin çaya buraxdığı oyuncağın partlaması nəticəsində, 2017-ci ilin iyulunda isə 2 yaşlı Zəhra Quliyeva Alxanlı hücumu nəticəsində öldürülmüşdür. == Fariz Bədəlovun ölümü == 2011-ci il martın 8-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərində yerləşən bölmələrindən açılan atəş nəticəsində 2003-cü il təvəllüdlü Fariz Bədəlov Ağdam rayonunun Orta Qərvənd qəsəbəsində yaşadığı evin həyətində öldürülmüşdür. == Aygün Şahmalıyevanın ölümü == 2011-ci il iyulun 14-də Tovuz rayonunun Ermənistanla həmsərhəd Əlibəyli yaşayış məntəqəsində evdə partlayış halı baş vermişdir.
Fariz Camalov
Fariz Camalov (azərb. Camalov Fariz Hidayət oğlu;‎) — Azərbaycan Tibb Universitetinin kafedra müdiri, professor, birinci Qarabağ müharibəsinin veteranı == Həyatı == 1963-cü ildə Şərur rayonunda anadan olub. 1982-1988-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. == Təltif və fəxri adları == Azərbaycan Tibb Universitetinin 90 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
Fariz Cəbrayılov
Fariz Cəbrayılov - Qarabağ müharibəsi iştirakçısı, şəhid. Fariz Cəbrayılov 1973-cü ildə Qazıməmməd şəhərində anadan olub.2 saylı orta məktəbi bitirib.1992-ci ildə könüllü olaraq ordu sıralarına gedib.O, Baş Güneytəpə, Manikli, Drambon, Canyataq, Sırxavənd kəndləri və Caldıran yüksəkliyi uğrunda gedən qanlı döyüşlərdə iştirak edib.1992-ci il avqustun 13-də batalyonun 16 nəfər döyüşçüsü Ağdərənin 7 kəndini düşməndən azad etdilər. Səkkizinci kəndi azad etmək üçün irəli can atan Farizgilin BTP-i və başqa bir BTP minaya düşdü.Fariz alışıb yanan BTP-dən örtüyü qaldırıb çıxarkən düşmən gülləsi düz onun sinəsindən dəydi.
Fariz Hüseynli
Fariz Dadaş oğlu Hüseynli (d. 10 noyabr 1994; Əsgərabad, Biləsuvar rayonu — ö. 3 oktyabr 2020 Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fariz Hüseynli 10 noyabr 1994-cü ildə Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olmuşdur. Əsgərabad kənd tam orta məktəbində orta təhsilini almışdır. Ailəli idi, 2 övladı var. == Hərbi xidməti == Fariz Hüseynli Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, Tərtər rayonu Talış kəndi, Laçın və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş, 3 oktyabr 2020-ci il tarixində düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Fariz Hüseynli 4 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonu Əsgərabad kənd məzarıstanlığında dəfn olunmuşdur. == Təltifləri == (2020) — "Vətən uğrunda" medalı — Azərbaycan Respublikasının Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Fariz Dadaş oğlu Hüseynli "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur. (2020) — "Laçının azad olunmasına görə" medalı — Azərbaycan Respublikasının Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Fariz Dadaş oğlu Hüseynli "Laçının azad olunmasına görə" medalı ilə təltif olunmuşdur.
Fariz Həsənov
Fariz Şahin oğlu Həsənov (12 fevral 1987; Ağstafa rayonu, Azərbaycan SSR — 13 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fariz Həsənov 1987-ci il fevralın 12-də Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub. Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı. == Hərbi xidməti == Fariz Həsənov 2005-2006-cı illərdə Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) Milli Qvardiyasının sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2008-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun çavuşu olan Fariz Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fariz Həsənov oktyabrın 13-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Həsənov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Həsənov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Fariz Mədətov
Fariz Əlövsət oğlu Mədətov (18 aprel 1972, Varvara, Yevlax rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == 18 aprel 1972-ci il Yevlax rayonunun Varvara kəndində anadan olmuşdur. 1979–1989-cu illərdə burada təhsil almışdır. 1990–1992-ci illərdə hərbi xidmətdə olmuşdur. O, xidmətini başa vurub qayıtdığı zaman Qarabağ müharibəsi artıq başlamışdı. == Döyüşlərdə iştirakı == Milli Ordu sıralarında döyüşlərə girir. İlk döyüşü Qubadlı rayonunun Başarat kəndində olur. Sonra onu Füzuli rayonuna göndərirlər. Yağlıvənd, Tuğ, Horadiz kəndlərində qaynar döyüşlərə atılır. Fariz bu döyüşlərdə əsl qəhrəmanlıq səhifələri yazdı.
Fariz Nəcəfov
Fariz Abdulla oğlu Nəcəfov (1 iyun 1978, Kəngərli, Ağdam rayonu) — Azərbaycanı təmsil edən karateçi, "Qəbələ" İdman Klubunun prezidenti (2019-ci ildən) və keçmiş vitze-prezidenti (2008–2019), Azərbaycan Silahlı Qüvvələrinin zabiti, İkinci Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == Fariz Abdulla oğlu Nəcəfov 1 iyun 1978-ci il tarixində SSRİ respublikalarından olan Azərbaycan SSR-in Ağdam rayonuna ərazisində yerləşən Kəngərli kəndində anadan olmuşdur. O, Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti Füzuli Musayevin tələbəsi olmuş, karate üzrə dəfələrlə dünya və Avropa çempionu olmuşdur.Fariz Nəcəfov 2008-ci ildə "Qəbələ" İdman Klubunun vitze-prezidenti postuna təyin olunmuşdur. "Qəbələ" İK Nəcəfovun vitze-prezidentliyi dövründə müxtəlif uğurlara imza atmışdır. "Qəbələ" FK onun vitze-prezidentliyi dövründə, 2015–2016 UEFA Avropa Liqası mövsümündə "Neftçi" PFK və "Qarabağ" FK-dan sonra UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparmağa vəsiqə qazanan üçüncü Azərbaycan futbol klubu olmuşdur. Həmçinin, Azərbaycandaxili turnirlərdə, 2013–2014, 2014–2015, 2015–2016-cı illər mövsümlərində çempionatın bürünc mükafatını əldə edən "Qəbələ", 2016–2017 və 2017–2018-ci illər mövsümlərində gümüş medal qazanmışdır. Nəcəfov 18 aprel 2019-cu il tarixində Kəmaləddin Heydərovun oğlu Tale Heydərovu əvəz edərək "Qəbələ" İK-nun prezidenti postuna təyin olunmuşdur. O, 11 iyul 2019-cu il tarixində "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilmişdir.Fariz Nəcəfov 27 sentyabr 2020-ci il tarixində başlayan İkinci Qarabağ müharibəsi zamanı ehtiyatda olan zabit kimi könüllü olaraq ordu sıralarına qoşulmuş, müharibə zamanı cəbhə bölgəsində hərbi xidmətini davam etdirmişdir.
Fariz Qurbanov
Fariz Məhəmməd oğlu Qurbanov (28 iyun 1998; Qızılhacılı, Goranboy, Azərbaycan — 27 sentyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fariz Qurbanov 28 iyun 1998 -ci ildə Goranboy rayonu Qızılhacılı qəsəbəsində anadan olub. Fariz orta məktəbi qurtardıqdan sonra, 2016-2018-ci illərdə hərbi xidmətdə olub. 2020-ci ildə müddətdən artıq həqiqi hərbi xidmətə başlamışdır. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Fariz Qurbanov Ağdərə Suqovuşan döyüslərində savaşıb. Müharibə zamanı kəşfiyyatçı istehkamçı kimi hərbi xidmətini yerinə yetirib. 28 sentyabr 2020-ci ildə Talış Suqovuşan istiqamətindəki döyüşlər nəticəsində şəhid olub. Goranboyda dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Qurbanov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fariz Qurbanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Fariz Qəhrəmanov
Fariz Qəhrəmanov — Azərbaycanın Milli Qəhrəmanı. Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı. == Həyatı == 29 mart 1974-cü il Bərdə rayonunun Xəsili kəndində anadan olmuşdur. 1991-ci ildə burada məktəbi bitirmişdir. 1992-ci il iyun ayında hərbi xidmətə çağırılır. == Döyüşlərdə iştirakı == "N" saylı hərbi hissənin tərkibində Ağdam, Ağdərə, Füzuli, Kəlbəcər, Tərtər rayonunda gedən döyüşlərdə iştitrak edir. Bu batalyon onlarla erməni yaraqlısını məhv etmişdi. 1994-cü il Ağdərə rayonunda gedən döyüşlərdə yaralanır. Müalicə olunan kimi yenidən cəbhəyə dönür. 1995-ci il 13–17 mart hadisələri zamanı silahlı dəstənin zərərsizləşdirilməsində də iştirak etmişdir.
Fariz Rüstəmov
Fariz Rüstəmov — əməkdar jurnalist, "Qızıl qələm" və Həsənbəy Zərdabi mükafatları laureatı. == Həyatı == 1973-cü ildə Bakı Dövlət Universitetini bitirdikdən sonra "Ağdaş" qəzetində işə dəvət edilib. Onun bu mətbu nəşrdə, eləcə də digər kütləvi informasiya vasitələrindəki yazılarında kənd həyatının real mənzərələri, uğurları, kəm-kəsirləri sənətkarlıqla, obyektiv surətdə əksini tapıb. Ədəbi işçi, məsul katib, rayon icra hakimiyyətində etimad göstərilən vəzifələr, nəhayət 2003-cü ildən ömrünün sonuna kimi yerli qəzetin redaktoru - onun əmək bioqrafiyası bu ardıcıllıqla davam edib. 2005-ci ildə əməkdar jurnalist adına layiq görülən Fariz Rüstəmovun yaradıcılığı Həsən bəy Zərdabi və "Qızıl qələm" və digər mükafatlarla qiymətləndirilib. 26 yanvar 2010-cu ildə 60 yaşında vəfat etmişdir. == Yaradıcılığı == Farizin ilk məqaləsi 14 yaşında "Azərbaycan pioneri" qəzetində işıq üzü görüb. Sonra bu sıraya "Kommunist" (indiki "Xalq qəzeti"), "Sovet kəndi", "Azərbaycan müəllimi", "Ədəbiyyat və incəsənət", "İnşaatçı" qəzetləri, "Kənd həyatı", "Müxbir", "Azərbaycan qadını" jurnalları və digər mətbu orqanlar əlavə olunub. Silsilə yazıları respublika radiosunun "Gənclik" və "Günün səsi" proqramlarında səslənib. == Mənbə == Xalq qəzeti, 2009.
Fariz Rəhimov
Fariz Rəhimov (tam adı: Fariz Zahir oğlu Rəhimov; 20 sentyabr 2001; Qəbələ, Azərbaycan — noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fariz Rəhimov Zahir oğlu 2001-ci il 20 sentyabr tarixində Qəbələ rayonunun Əmirvan kəndində anadan olub. Milliyyətcə ləzgi olan Fariz Rəhimov, 2006-cı ildə Əmirvan kənd orta məktəbində orta təhsilə başlamış və 9-cu sinfi bitirdikdən sonra, 2016-cı ildə Bakı şəhər 12 saylı Bakı Peşə Liseyinə qəbul olub və 2017-ci ildə həmin təhsil müəssisəsindən Geniş Profilli Dəzgahçı dərəcəsi ilə məzun olub. 2021 ci ildə Fariz Rəhimovun təhsil aldığı 12 saylı Bakı Peşə liseyinin (indiki Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Mərkəzinin) kitabxanaçisi AYB nin üzvü Xanım Mehdixanlının həmin peşənin 9 şəhid məzunu haqqında yazdığı "Unutmaq olarmı sizi şəhidlər" kitabında Fariz Rəhimova həsr edilmiş "Şuşa Fatehi" adlı məqalə yer alıb == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Fariz Rəhimov 2019-cu ilin payız çağırışında hərbi xidmətə çağrılıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Füzuli,Cəbrayıl,Xocavənd, Laçın, Şuşa istiqamətində gedən döyüşlərdə savaşıb. Fariz Rəhimov Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Əmirvan kəndində yerləşən Şəhidlər xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Rəhimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Fariz Səfərov
Səfərov Fariz Məcid oğlu (20 iyun 1920, Nehrəxəlil, Ərəş qəzası – 27 avqust 1964, Bakı) — Sovet İttifaqı Qəhrəmanı (19 mart 1944). == Həyatı == Fariz Səfərov 1920-ci il iyunun ayının 20-də Ağdaş rayonunun Ləki qəsəbəsində anadan olmuşdur. Qəsəbədəki 6 nömrəli orta məktəbin 7-ci sinfini bitirdikdən sonra Bakı şəhəri Biləcəri qəsəbəsindəki 5 nömrəli rus dilli məktəbin hazırlıq kursunu bitirmişdir. Az bir müddət Kürdəmir rayonunda rus dili müəllimi işləmişdir. 1939-cu ildə Bakı ŞHK-dan hərbi xidmətə çağrılmış, Litvada, daha sonra Minsk şəhərində Hərbi Hava Qüvvələri hissəsində xidmət etmişdir. On günlük məzuniyyətə gedən baş serjant Fariz Səfərov müharibə başladığından Minskdəki hərbi hissəyə geri dönməli olur, yolda olduğu qatarı alman təyyarələri bombalayır, çox sayda insan ölsə də Səfərov Fariz sağ qalır və 416-cı Taqanroq diviziyasının hissələrindən birinə qoşulur. 1943-cü ildə Zaporojye ətrafında Qızıl Ordu birləşmələri qanlı döyüşlərlə düşməni sıxışdıraraq Dneprə sahillərinə yaxınlaşdığı bir vaxt baş serjant Səfərov gecənin qaranlığında bir qrup döyüşçü ilə birlikdə qayıqlara düşmən sahilə yön alır. Düşmən sahilə yaxınlaşmağa 10-15 metr qalmış qayıqlarını görsə də sahilə çıxa bilirlər. Ağır döyüşlərə baxmayaraq düşmən sahil zolağını yenidən ələ keçirə bilmir. Fariz Səfərovun rəhbərliyi altında əməliyyat müvəffəqiyyətlə tamamlanır.
Fariz Yusifov
Fariz Yusifov — Azərbaycanlı futbol hakimi. == Fəaliyyəti == Futbol üzrə Azərbaycan çempionatının yüksək liqa qarşılaşmalarında 269 dəfə baş hakim olmuşdur.
Fariz Zülfüqarzadə
Fariz Fərhad oğlu Zülfüqarzadə (20 noyabr 1992, Lənkəran rayonu – 19 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fariz Zülfüqarzadə 20 noyabr 1992-ci il Lənkəran şəhərində anadan olub. 1997-ci ildə ailəsi ilə birlikdə Rusiyaya köçüb və 2007-ci ildə Azərbaycana, Lənkəran şəhərinə qayıdıb. Təhsilini Lənkəran şəhər 4 saylı orta məktəbdə(rus bölməsində) davam etdirib. Orta təhsilli olub. Ailəli idi. 2 övladı var. == Hərbi xidməti == 2012-2013-cü illərdə hərbi xidmətdə olan Fariz Zülfüqarzadə 2015-ci il mart ayından müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən orduya qayıdaraq tankçı kimi hərbi xidmətini davam etdirib. Aprel döyüşlərində Lələtəpə uğrunda mübarizədə fəal iştirak edib. === İkinci Qarabağ müharibəsində iştirakı === 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Qubadlının və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Fariz İbrahimov
Fariz Rasim oğlu İbrahimov (11 sentyabr 1989; Kiyev, Ukrayna — 21 iyul 2014; Nelipivka, Donetsk, Ukrayna) — Ukrayna Silahlı Qüvvələrinin baş əsgəri, Donbass müharibəsi şəhidi. == Həyatı == Fariz İbrahimov 11 sentyabr 1989-cu ildə Ukraynanın Kiyev şəhərində anadan olmuşdur. Atası Fariz İbrahimov azərbaycanlı, anası Larisa Petrovna ukraynalıdır. Ailəsi və dostları, xüsusilə də, ulu babası onu Fedor olaraq çağırırdı. Boks üzrə Kiyev çempionu, Dinamo Kiyev FK azarkeşlərinin hərəkatının təşkilatçılarındandır. 2013-2014-cü illərdə Avromeydan hərəkatında iştirak etmişdir. Müharibənin başlaması ilə əlaqədar əvvəlcə, hərbçilərə kömək məqsədilə "Ürəkdən ürəyə" xeyriyyə fondunu qurdu, sonra isə könüllü olaraq Ukrayna Silahlı Qüvvələrinə yazıldı. === Hərbi xidməti və ölümü === Fariz İbrahimov 2014-cü ilin aprelindən başlayan Donbass müharibəsində "baş əsgər" rütbəsində, qumbaraatan və köməkçi atıcı vəzifəsində iştirak etmişdir. Mexanikləşdirilmiş Qoşunların Kropivnitski şəhərində yerləşən 34-cü Motoatıcı Batalyonunun tərkibində bir çox hərbi əməliyyatlarda fərqlənmişdir. Fariz İbrahimov 21 iyul 2014-cü ildə Dzerjinsk şəhəri yaxınlığında terrorçuların kəşfiyyat məntəqəsinə hücum edən dəstənin tərkibində döyüşə davam etmişdir.
Fariz Şıxaliyev
Fariz Şahverdi oğlu Şıxaliyev (10 dekabr 1987; Xabarovsk, Sovet Sosialist Respublikaları İttifaqı — 27 oktyabr 2020; Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fariz Şıxaliyev 1987-ci il dekabrın 10-da Sovet Sosialist Respublikaları İttifaqının Xabarovsk vilayətində anadan olub. 1994-2004-cü illərdə A.A.Rəcəbov adına Qaravəlli kənd tam orta məktəbində, 2006-2011-ci illərdə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsində “feldşer” ixtisası üzrə təhsil alıb. Ailəli idi. Bir oğul övladı yadigar qaldı. == Hərbi xidməti == Fariz Şıxaliyev 2011-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində “gizir” hərbi rütbəsi altında xidmətə başlayıb. 2014-cü ildən Xüsusi Təyinatlı Qüvvələrin sıralarında xidmətini davam etdirirdi. Fariz Şıxaliyev 2016-cı ilin 2-5 aprelində baş tutan döyüşlər zamanı Talış yüksəkliyi istiqamətində savaşıb. Azərbaycan Ordusunun giziri olan Fariz Şıxaliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Fariz Şıxaliyev oktyabrın 27-də Xocavənd istiqamətində gedən döyüşlər zamanı şəhid olub.
Fariz Şıxəliyev
Fariz Şahverdi oğlu Şıxaliyev (10 dekabr 1987; Xabarovsk, Sovet Sosialist Respublikaları İttifaqı — 27 oktyabr 2020; Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fariz Şıxaliyev 1987-ci il dekabrın 10-da Sovet Sosialist Respublikaları İttifaqının Xabarovsk vilayətində anadan olub. 1994-2004-cü illərdə A.A.Rəcəbov adına Qaravəlli kənd tam orta məktəbində, 2006-2011-ci illərdə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsində “feldşer” ixtisası üzrə təhsil alıb. Ailəli idi. Bir oğul övladı yadigar qaldı. == Hərbi xidməti == Fariz Şıxaliyev 2011-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində “gizir” hərbi rütbəsi altında xidmətə başlayıb. 2014-cü ildən Xüsusi Təyinatlı Qüvvələrin sıralarında xidmətini davam etdirirdi. Fariz Şıxaliyev 2016-cı ilin 2-5 aprelində baş tutan döyüşlər zamanı Talış yüksəkliyi istiqamətində savaşıb. Azərbaycan Ordusunun giziri olan Fariz Şıxaliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Fariz Şıxaliyev oktyabrın 27-də Xocavənd istiqamətində gedən döyüşlər zamanı şəhid olub.
Fariz Əhmədov
Fariz Əhmədov (rejissor) — Azərbaycan rejissoru. Fariz Əhmədov (iqtisadçı) — Azərbaycan iqtisadçısı.
Fariz Babayev (nefroloq)
Fariz Hənifə oğlu Babayev — Azerbaycan Nefroloqlar Cemiyyetinin sedri, Tibb elməri namizədi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş Nefroloqu, "Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası" publik hüquqi şəxsin direktoru. Avropa Nefroloqlar və Dializ Assosiasiyasının (ERA – EDTA), MDB Nefroloqlar və Türk Dünyası Transplantoloqlar Dərnəyinin (TDTD) rəyasət heyətinin üzvü və Azərbaycan üzrə səlahiyyətli nümayəndəsi, Dünya Transplantoloqlar Cəmiyyətinin (TTS), Azərbaycan Nefroloji Yardım İctimai Birliyinin idarə heyətinin, Səhiyyə Nazirliyinin hemodializ üzrə komissiyasının üzvüdür. 23 iyun 2018-ci ildə "Tərəqqi Medalı" ilə təltif edilmişdir. == Həyatı == Babayev Fariz Hənifə oğlu 1963-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1980-cı ildə orta məktəbi "Qızıl medal" ilə bitirmişdir. == Təhsili == 1980–1986-cı illərdə Azərbaycan Tibb Universitetinin müalicə pofikaktika fakültəsində təhsil almışdır. Fariz babayev 1986-cı ildə Azərbaycan Tibb Universitetini "Fərqlənmə diplomu" ilə bitirmişdir. 1989–1991-ci illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda klinik ordinatura keçmişdir. == Əmək fəaliyyəti == 1989–1991-ci illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda klinik ordinatura keçmişdir. 1991-ci ildə M.Topçubaşov adına Elmi-Tədqiqat Klinik və Eksperimental Cərrahiyyə İnstitunun hemodializ laboratoriyasında kiçik elmi işçi,1994-cu ildən böyük elmi işçi kimi çalışmışdır.
Fariz Babayev (çavuş)
Fariz Zakir oğlu Babayev (15 fevral 1984; Füzuli rayonu, Azərbaycan SSR — 3 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fariz Babayev 1984-cü il fevralın 15-də Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Fariz Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Hadrut qəsəbəsinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fariz Babayev noyabrın 3-də Şuşanın azad edilməsi zamanı Daşaltı istiqamətində şəhid olub. Füzuli rayonunun Bala Bəhmənli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Babayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Babayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fariz Babayev ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Fariz Məmmədov (boksçu)
Fariz Məmmədov (15 aprel 1980, Ağdam, Azərbaycan SSR) — peşəkar azərbaycanlı boksçu. Həmçinin Dünya və Avropa çempionu. == Həyatı == Fariz 15 aprel 1980-ci ildə Ağdam şəhərində anadan olub. 12 yaşı olanda Qarabağ müharibəsində iştrak edib. O, Milli Qəhrəman Allahverdi Bağırov adına 745 nömrəli batalyona qoşulmuşdu. İdmandan başqa müxtəlif hücum ittihamları ilə 7 il həbs edilib. 2016-cı ildə idman karyerasını sonlandırıb.
Fariz Əmirov
Əmirov Fariz Əli oğlu (d. 6 yanvar 1971, Biləv, Ordubad rayonu, Azərbaycan SSR) — Azərbaycan alimi, texnika elmləri doktoru, professor, əməkdar müəllim. == Həyatı == Fariz Əli oğlu Əmirov 6 yanvar 1971-ci ildə Naxçıvan MR, Ordubad rayonunun Biləv kəndində anadan olmuşdur. 1978-1988-ci illərdə Ordubad rayonu, Biləv kənd orta məktəbini fərqlənmə ilə bitirmiş və həmin ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdur. 1994-cü ildə ADNA-nı (Azərbaycan Dövlət Neft Akademiyası) bitirmişdir. 1994–1999-cu illər arası müxtəlif sahələrdə çalışmış və ölkəmizin inşaat sektorunda fəaliyyət göstərən bir neçə inşaat şirkətlərinin yaranması və uğurlu fəaliyyət göstərməsində öz köməyini əsirgəməmişdir. 1999-cu ildə ADNA-nın aspiranturasına qəbul olmuş, 2007-ci ildə texnika elmləri namizədi alimlik dərəcəsi adını almışdır. 2014-cü ildə doktorluq dissertasiyasını müdafiə edərək, texnika üzrə elmlər doktoru elmi dərəcəsi adı almışdır. Bu illər ərzində o, Moskva, Sankt-Peterburq, Kazan, Ankara, İstanbul, Alma-Ata, Riqa və Ərzurum universitetlərində elmi konfranslarda iştirak və çıxış etmişdir. Bir neçə qrant və elmi layihələrin qalibi olmuşdur.
Fariz Hənifə oğlu Babayev
Fariz Babayev (nefroloq)

Digər lüğətlərdə

ба́тиковый выдвиже́ние высокотала́нтливо дельтообра́зный отли́пнуть пивова́рка снегота́ялка в тре́тьи руки жердя́й незна́ние отбро́сный пятиле́тний руслово́й созида́ться assigned counsel bloodstained committeeship compartment coursing griffin life-interest plasmogamy throw in вздуваться размыть