GÜZGÜ
HACAT
OBASTAN VİKİ
Hab
Hab (ing. Hub — fəaliyyət mərkəzi və ya toplanma mərkəzi) — kompüterin şəbəkəyə qoşulması üçün istifadə olunur. Əsasən Token-Ring-də kompüterlər kabellərlə ortadakı mərkəzi bir qutuya qoşulurlar (fiziki ulduza). Bu qutu Hub (hab) adlanır.Hab əslində çox portlu bir repeater olduğu üçün şəbəkədəki bütün kompüterlər eyni toqquşma sahəsi (collision domain) içində olacaqlardır. Bu bütün şəbəkənin işləmə gücünün kompüter sayına bölünərək azalması deməkdir. == Ümumi məlumat == Bütün kompüterlərdən Haba ayrı-ayrı kabellər getməsi lazımdır. Hub-lar öz içlərində ethernetin çalışma məntiqini, yəni məntiqi bus quruluşunu özündə birləşdirir. Hub-ın etdiyi sadəcə, bir portundan gələn siqnalın surətlərini yaradıb, digər bütün portlara yollamaqdır. Bu yönü ilə hub üçün bir çox portu olan və hər portuna bir kompüter bağlana bilən bir repeater (təkrarlayan) deyə bilərik. Hub-lar eyni repeater kimi OSI Modelinin 1-ci layında, yəni fiziki layda çalışırlar.
A Haber
A Haber HD
Bad Habits (mahnı)
"Bad Habits" – The Last Shadow Puppets qrupunun ikinci studiya albomu Everything You've Come to Expect-in ilk sinqlı. 10 yanvar 2016-cı ildə Domino Records tərəfindən buraxılıb. == Yazılması == Stacey Andersona danışan Keyn müsahibəsində "Bad Habits" mahnısının Törnerin bas gitara çalması, və özünün bunun üzərinə oxuması ilə yarandığını bildirib. Onlar həmçinin mahnının orijinal yazısının 40 dəqiqəyə yaxın olduğunu qeyd ediblər. == Musiqi videosu == Video 10 yanvar 2016-cı ildə sinql ilə eyni gündə buraxılıb. Klipdə Törner və Keynin Kaliforniyadakı barların birində göstərdiyi performansdan görüntülər yer alıb. Musiqi videosu Ben Chappell tərəfindən çəkilib.
Badis ibn Habus
Badis ibn Habus (?-1073) — İfrikiyyədə hökm sürən Zirilər sülaləsi (Sanhacə) dövlətinin hökmdarı. == Həyatı == Atası Habbusun 1038-ci ildə ölümü üzərinə Qranada hökmdarı oldu Bərbərilərlə bəzi yəhudilər qardaşı Buluqqini taxta keçirmək istədilərsə də, ərəblərlə vəzir Samuel b. Nağrilənin də (Nağzalə) içində olduğu bir qrup yəhudi Badisi tərcih etdi. Badis taxta keçər-keçməz çevrədəki digər müluküt-təvaif ilə uğraşmaq zorunda qaldı. Məriyyə hakimi Züheyr əl-Amiri, Bunt yaxınlarında meydana gələn savaşda Badis qarşısında məğlub oldu və vəziri İbn Abbas ilə birlikdə öldürüldü (1038). Hakimiyət sahəsini genişlətmək və bütün Əndülüsə hakim olmak istəyən Badis böyük bir orduyla İşbiliyə üzərinə yürüdü. Şəhərin hakimi Qazı Əbül-Qasım İbn Abbad aparılan savaşda məğlub oldu və öldürüldü (1042). Daha sonra İshaq b. Məhəmməd əl-Birzali, Məhəmməd b. Nuh əd-Dəmməri, Abdun b.
Buharuddin Yusuf Habibi
Buharuddin Yusif Həbibi (ing. Bacharuddin Jusuf Habibie; 25 iyun 1936[…], Pare-Pare[d] – 11 sentyabr 2019[…], Mərkəzi Cakarta[d]) — İndoneziyanın vitse-prezidenti.
Bulbophyllum habbemense
Bulbophyllum habbemense (lat. Bulbophyllum habbemense) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Bulbophyllum habrotinum
Bulbophyllum habrotinum (lat. Bulbophyllum habrotinum) – səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Duxail Əl-Habaşi
Duxail Əl-Habaşi (9 sentyabr 1975) — Küveyti təmsil edən stolüstü tennisçi. == Karyerası == Duxail Əl-Habaşi Küveyti 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Edvin Habbl
Edvin Pauell Habbl (ing. Edwin Powell Hubble; 20 noyabr 1889[…], Marşfild[d], Missuri – 28 sentyabr 1953[…], San Marino[d], Kaliforniya) — amerikalı astronom. O, kainat haqqında anlayışı əsaslı şəkildə dəyişdirərək, təkcə bizim (Süd yolu) yox, digər qalaktikaların da mövcudluğunu təsdiqlədi. O, həmçinin uzaq qalaktikaların işıq spektrində müşahidə edilən Dopler effektinin (bu halda "qırmızıya sürüşmə" adlanır) miqyasının Yerdən müəyyən qalaktikaya qədər olan məsafəyə mütənasib olaraq artması fikrini də nəzərdən keçirdi. Bu mütənasib əlaqə Habbl qanunu kimi tanındı (iki il əvvəl eyni kəşfi belçikalı alim Jorj Lemetr də etmişdir). == Həyatı == Amerikan astronomu Edvin Habbl XX əsr elminin klassiklərindən sayılır. O, özündən sonra bizim üçün möhtəşəm irs qoyub gedib ki, bunu da onun adı ilə, Habbl qanunu adlandırırlar. Edvin Habbl qalaktikaların yeni təsnifatını, zaman keçdikcə onların genişləndiyini müşahidə etmişdir. Bu, böyük partlayış nəzəriyyəsinin ən böyük sübutu hesab olunur. Məşhur Habbl teleskopu alimin şərəfinə adlandırılmışdır.
Fris Haber
Fris Haber (alm. Fritz Haber‎, 9 dekabr 1868, Breslau — 29 yanvar 1934, Bazel) — yəhudi əsilli alman kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1918). Fris Haber 1911-ci ilə qədər Karl Boş ilə birlikdə işləyərək,araşdırmaları nəticəsində Haber-Bosch nəzəriyyəsini yaradıb. İnqilab sayılacaq bu kəşf sayəsində onlar birbaşa olaraq hidrogen və azotdan ammonyak sintez etməyi bacardılar. Nəticədə gübrə istehsalının təməl elementlərindən olan ammonium nitrat və potasiumu əldə etməyi həm iqtisadi cəhətdən daha effektiv etdilər, həm də əldə olunma prosesini daha asan formaya saldılar.Haber, Birinci Dünya müharibəsi,xüsusilə İkinci İpr döyüşü dövründə xlor qazı və digər zəhərli qazların ixtirası və silahlanmada istifadəsi ilə bağlı apardığı ilk illərdəki fəaliyyətinə görə "kimyəvi müharibənin atası" sayılır. == Erkən həyatı və təhsili == Fris Haber Prussiyanın Breslau (indi Polşanın Vrotslav şəhəri) şəhərində maddi imkanları yaxşı olan yəhudi ailəsində anadan olmuşdur.:38 Ailənin övladlarına verdiyi Haber adı bölgədə yayılmış ad idi,ailə məhz bu adı,Haberin Kempnodan olan yun alveri ilə məşğul ulu babası Pinkus Selinq Haberin şərəfinə övladlarına vermişdilər. 13 mart 1812-ci ildə,Pinkus Haber də daxil olmaqla yəhudilər və ailələrinə "yerli vətəndaşlar və Prussiya vətəndaşları kimi davranılmalısı" haqqında tarixi əhəmiyyətli Prussiya fərmanı verildi. Bu cür qaydalara əsasən, Haber ailəsinin üzvləri ticarət, siyasət və hüquq sahələrində hörmətli mövqelər qura bildilər.:3–5Fris Haber, ailələrinin ciddi müqavimət göstərməsinə baxmayaraq evlənən ilk əmiuşağı Ziqfrid və Paula Haberin oğlu idi. Frisin atası Ziqfrid, boya piqmentleri, boyalar və əczaçılıq sahəsində öz işini qurmuş şəhərdə tanınmış tacir idi.:6 Paula çətin hamiləlik yaşadı və Frisin doğumundan üç həftə sonra öldü,Ziqfrid məyus oldu və Frisi xalalarının himayəsinə verdi.:11 Fris təxminən altı yaşındaykən, Ziqfrid yenidən Hedviq Hamburqer ilə evləndi. Ziqfridin ikinci həyat yoldaşından Els, Helena və Frieda adlı üç qızı var idi.
Hababam Sinifi Yay Oyunları (film, 2020)
Hababam sinifi yay oyunları — 2020 Türk istehsalı güldürü filmidir. Hababam sinifinin ən son filmidir. Çəkimləri Şimali Kipr Türk Respublikasında tamamlanan və yeni tip COVID-19 xəstəliyinə görə təxirə salınan film 20 noyabr 2020-ci ildə vizyona girmişdir. Rejissorluğunu Doğa Can Anafartanın götürdüyü filmin baş rolları Altan Ərkəkli, Toyqan Avanoğlu və Yusuf Çim olub.
Hababam sinifi (film, 1974)
Hababam sinifi (türk. Hababam sınıfı) — rejissor Ərtəm Əyilməz tərəfindən 1975-ci ildə ekranlaşdırılmış film. Komediya və musiqili film janrlarında olan film "Arzufilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rollarda Kamal Sunal, Münir Özqul, Tarık Akan, Xalid Ağcatəpə, Ədilə Naşit çıxış edirlər. == Məzmun == Özəl liseyə yeni gələn müdir müavini və tarix müəllimi Mahmud bəy (Keçəl Mahmud) bir neçə il sinifdə qalan 6 A (Hababam sinifi) sinfinə nizam intizam qaydaları öyrədir. Ancaq şagirdlərin dəcəlləyinə görə çoxlu problemlər yaşanır. Bunun fonunda hadisələr maraqlı şəkildə cərəyan edir. == Film haqqında == Ərtəm Əyilməz Rüfət İlqazın 1957-ci ildə yazdığı əsəri ekranlaşdırmışdır. 1973-cu ildə film üçün aktyorlar axtarılmışdır. Filmdə Zəki Alasya və Mətin Ağpınar da rol alacaqdı.
Hababam sinifi salam (2004, film)
Hababam sinifi salam (türk. Hababam Sınıfı Merhaba) — 2003-cü il istehsalı Türkiyə komediya filmi. == Mövzusu == Hababam sinifinin məzun olmasından illər keçsədə Özəl Çamlıca Liseyində təhsil hələdə davam edir. Məktəbin əvvəlki sahibi Məhərrəm Gür vəfat etdikdən sonra, yerinə oğlu dəli Bədri (Mehmet Əli Ərbil) keçmişdir. Zəmanə Hababamçılar, əvvəlki adətlərini qoruyaraq müəllimlərinə yenə əziyyətlər verirdilər. Dəli Bədri isə onların fəsadlarını bəhanə edərək məktəbi satmaq fikrindədir. Bu vəziyyətdə məktəbin yeni direktoru Fatoş müəllimə (Hülya Koçyiğit), çarəni köhnə Hababamçıdan tapır və güdük Nəcmini (Xalid Ağcatəpə) bələdçi müəllim kimi məktəbə geri gətirir.
Hababam sinifi salam (film, 2004)
Hababam sinifi salam (türk. Hababam Sınıfı Merhaba) — 2003-cü il istehsalı Türkiyə komediya filmi. == Mövzusu == Hababam sinifinin məzun olmasından illər keçsədə Özəl Çamlıca Liseyində təhsil hələdə davam edir. Məktəbin əvvəlki sahibi Məhərrəm Gür vəfat etdikdən sonra, yerinə oğlu dəli Bədri (Mehmet Əli Ərbil) keçmişdir. Zəmanə Hababamçılar, əvvəlki adətlərini qoruyaraq müəllimlərinə yenə əziyyətlər verirdilər. Dəli Bədri isə onların fəsadlarını bəhanə edərək məktəbi satmaq fikrindədir. Bu vəziyyətdə məktəbin yeni direktoru Fatoş müəllimə (Hülya Koçyiğit), çarəni köhnə Hababamçıdan tapır və güdük Nəcmini (Xalid Ağcatəpə) bələdçi müəllim kimi məktəbə geri gətirir.
Hababam sinifi sinifdə qaldı (film, 1976)
Hababam sinifi sinifdə qaldı filmi rejissor Ərtəm Əyilməz tərəfindən 1976-ci ildə çəkilmişdir. Komediya və musiqili janrda olan bu film "Arzufilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Kamal Sunal, Münir Özqul, Şənər Şən, Xalid Ağcatəpə, Tarık Akan, Ədilə Naşit, Səmra Özdamar ifa edirlər. == Məzmun == Yalançı diplomlarla Mahmud müəllimi aldadadan Hababam sinifinə yeni bədən tərbiyəsi müəllimi Bədi Əkrəm təyin olunmuşdur. Ancaq Əkrəm sinfə çox əziyyət verər və qaçızdırar. Ədəbiyyat müəllimi Kamal müəllimin ölümündən sonra məktəbə yeni qız ədəbiyyat müəllimi Səmra müəllim təyin olunur. Mahmud müəllim sağalır, ancaq müdir müavini vəzifəsini istəmir. Ancaq məktəb müdiri israr edie və Mahmud müəllim vəzifəni üstünə götürür. Səmra müəllimə cavan olduğu üçün Mahmud müəllim sinfə xəbərdarlıq edir. Ancaq sinif müəlliməni aldadır.
Hababam sinifi əsgərdə (film, 2005)
Hababam sinifi əsgərlikdə (türk. Hababam Sınıfı Askerde) — 2004-cü il istehsalı, Türkiyə komediya filmi.
Hababam sinifi əsgərlikdə (film, 2005)
Hababam sinifi əsgərlikdə (türk. Hababam Sınıfı Askerde) — 2004-cü il istehsalı, Türkiyə komediya filmi.
Haband
Haband — Arsakda mahal adı. == Arsak-toponimi == Arsak və ya Arsax – Azərbaycan ərazisində türk tayfalarına məxsus qədim toponimdir. “Arsax” sözü qədim türk tayfası olan sakların adı ilə bağlıdır və “igid sak”, “ər sak”, “sak kişisi” mənalarını verir. E.ə. II əsrdən etibarən indiki Qarabağ ərazisi və ondan cənubda olan (Cənubi Azərbaycan) bəzi ərazilər Arsak adlanırdı. Sonradan Qarabağ toponiminin işlədilməsi Arsak sözünü sıxışdırmışdır. Lakin, hələ də Qarabağ sözü ilə paralel olaraq işlədilməkdədir. Alban dövlətinin süqutundan sonra patriarxlığın mərkəzi Arsaxa keçir. Mənbələrdə Arsax "möhkəmləndirilmiş vilayət", "möhkəm ölkə" adlanırdı. İlk orta əsrlərdə erməni tarixçilərinin əsərlərində bu söz Artsax kimi verilib.
Habbl ardıcıllığı
Xabbl ardıcıllığı — 1936-cı ildə Edvin Xabbl tərəfindən təklif olunmuş qalaktikaların təsnifatı. İndiyədək daha ətraflı təsnifatlanma variantlarının olmasına baxmayaraq, Xabbl təsnifatı hələ də aktuallığını qoruyub saxlamışdır.
Habbl qanunu
Habbl qanunu — qalaktikaların bir-birindən uzaqlaşma sürətini ifadə edir. ABŞ astronomu Edvin Habbl tərəfindən kəşf edilmiş bu qanun alimin şərəfinə adlandırılmışdır və astronomiyanın fundamental qanunlarından biridir. == Qanun == İstənilən iki qalaktikanın bir-birinə nəzərən uzaqlaşmasının nisbi sürəti, aralarındakı məsafə ilə düz mütənasibdir. υ = H ⋅ D {\displaystyle \upsilon =H\cdot D} Burada D {\displaystyle D} - qalaktikalar arasındakı məsafə, υ {\displaystyle \upsilon } - qalaktikanın birinin digərinə nəzərən hərəkət sürəti, H {\displaystyle H} - Habbl sabiti olub, sürət artmasının məsafə artmasına nisbətini ifadə edir. == İsbatı == Kainatın quruluşunu təsəvvür etmək üçün aşağıdakı müşahidə faktlarından istifadə edilmişdir: mikrodalğalı diapazonda Kainatın relikt şüalanma fonunun kəşfi; qalaktikaların bir-birinə nəzərən böyük sürətlə uzaqlaşmaları; Kainatda əsas kimyəvi elementlər olan hidrogen və helium elementlərinin nisbəti.Kainat quruluşunun müasir modelinə verilən əsas tələb ondan ibarətdir ki, həmin model bu müşahidə faktları ilə ziddiyyət təşkil etməsin. 1923-cü ildə Habbl Andromeda dumanlığının spiralşəkilli qollarında bir neçə parlaq dəyişən ulduz müəyyən etmişdir. Bu ulduzların parlaqlıq əyriləri (parlaqlığın zamandan asılılıq funksiyası) bizim Qalaktikada Sefeidlər adlanan dəyişən ulduzların parlaqlıq əyrilərinə bənzəyir. Habbl, ulduzların spektr xətlərinin spektrin qırmızı ucuna tərəf sürüşməsinə və Andromeda dumanlığındakı ən parlaq ulduzların görünən parlaqlığına əsasən, həmin qalaktikalara qədər məsafələri qiymətləndirmişdir. Nəticədə müəyyən edilmişdir ki, spektrdə xətlərin qırmızı tərəfə sürüşməsi qalaktikaya qədər olan məsafə ilə mütənasib olaraq artır. Dopler effektinə əsasən spektral xətlərin qırmızıya tərəf sürüşməsi (buna qırmızı sürüşmə deyilir), işıq mənbəyinin müşahidəçidən uzaqlaşdığını göstərir.
Habbl sabiti
Habbl sabiti - sürət artmasının məsafə artımına nisbətini ifadə edir. Onun astronomik mənası, sürət ilə məsafənin mütənasibliyinin bütün qalaktikalar üçün eyni olmasıdır. == Qiyməti == Hazırda Habbl sabiti 1 000 000 işıq ili üçün 23 k m / ( s a n ⋅ m i l y o n i . i ) {\displaystyle 23km/(san\cdot milyoni.i)} İşıq ili - işıq sürətinin bir ildə qət etdiyi yoldur: 1 i . i = 9 , 46 ⋅ 10 12 k m {\displaystyle 1i.i=9,46\cdot 10^{12}km} == İstifadə olunduğu yerlər == Habbl sabiti aşağıdakı hesablamalarda istifadə olunur. Habbl sabitinin qiyməti təqribi də olsa, Kainatın yaşını müəyyən etməyə imkan verir. Bunun üçün milyon işıq ilini Habbl sabitinə bölünməsi kifayət edir. === Habbl qanunu === Habbl qanununa əsasən iki qalaktikanın bir-birinə nəzərən uzaqlaşma sürətinin təyini üçün Habbl sabiti istifadə edilir. === Kainatın yaşının hesablanması === Habbl sabitinin qiyməti təqribi də olsa, Kainatın yaşını müəyyən etməyə imkan verir. Bunun üçün milyon işıq ilini Habbl sabitinə bölünməsi kifayət edir.
Habbl teleskopu
Habbl teleskopu — amerikan astronomu Edvin Habblın şərəfinə adlandırılmış kosmik orbital teleskop. NASA və Avropa Kosmik Agentliyinin birgə layihəsidir. Yerin orbitinə 24 aprel 1990-cı ildə "Diskaveri" şattlı ilə çıxarılmışdır. Kütləsi 11 tondur. Əsas alətləri: infraqırmızı kamera, optik kamera, optik spektrometr, ultrabənovşəyi spektroqraf, üç naviqasiya sensoru.
Habsburqlar sülaləsi
Habsburqlar sülaləsi — Avropanın ən nüfuzlu və məşhur kral ailələrindən biridir. 1438–1740 tarixlərində Müqəddəs Roma imperiyasını idarə edən bu sülalə bir neçə holland və italyan hakimlə yanaşı, Bohemiya krallığı, İngiltərə krallığı (evliliklə), Almaniya krallığı, Macarıstan krallığı, Xorvatiya krallığı, İkinci Meksika imperiyası, İrlandiya krallığı (evliliklə), Portuqaliya və İspaniya krallığına da krallar və imperatorlar yetişdirmişdir. XVI əsrdən etibarən, V Karldan sonra ailə Avstriya və İspaniya qollarına ayrılmışdır. Ayrı-ayrı bölgələrdə hakimiyyətdə olsalar da, yaxın münasibət qurdular və tez-tez baş tutan nikahlarla bu iki qol yenidən birləşdi. Ailə öz adını 1020-ci illərdə indiki şimali İsveçrədə Qraf Radbot tərəfindən inşa olunmuş Habsburq qalasından alır. Onun nəvəsi II Otto isə ilk dəfə qalanın adını "Habsburq qrafı" olaraq titul kimi özünə götürmüşdür. Habsburq ailəsi XI, XII və XIII əsrlər boyunca ailə məclisi ilə idarə olumuşdur. 1276-cı ildə Qraf Radbotun yeddinci nəsildən nəvəsi sayılan Almaniya kralı I Rudolfun 1276-cı ildə Avstriya qraflığına gəlişi ilə ailənin mərkəzi Habsburq qalasından Avstriya qraflığına yüksəldi. Kral ailələri ilə bağlanan nikahlar vasitəsilə ailə Burqundiya, İspaniya və onun müstəmləkə torpaqları, Bohemiya, Macarıstan və digər ərazilərdə haqq iddia edirdi. XVI əsrə gəldikdə isə ailə iki qola ayrılmış, bunlardan V Karlın oğlu II Flipp böyük İspaniya qolunu, qardaşı I Ferdinand isə kiçik Habsburq monarxiyası qolunu idarə etdi.
Habuşu
Habuşu (ハブ酒) – Yaponiyanın Okinava prefekturasına məxsus avamoriyə əsaslanan likör növü. İçkinin digər adları Habu sakesi və ya Okinava ilan şərabıdır. Habuşu elmi adı Trimeresurus flavoviridis olan habu ilanının şərəfinə adlandırılıb. Bu ilan zınqırovlu ilanlar yarımfəsiləsindəndir. Habu ilanları çox zəhərlidirlər, Cənub-şərqi Asiyada, Filippin, Ryukyu və Yaponiya kimi adalarda yaşayırlar. Habu ilanının sancması ürəkbulanmasına, qusmaya, təzyiqin qalxmasına və sonda ölümə səbəb olur. Habu ilanının qurbanları sağalsalar da, çox vaxt əl və ayaqlarının istifadəsində problemlər yaşamağa başlayırlar.Habuşu içkisinin əsas istehsalçılarından biri ildə 5000 habudan istifadə edir. İstehsalçılar içki üçün üyüdülmüş düyüdən və kocidən də istifadə edirlər. İçki bitkilərlə və balla qarışdırıldıqdan sonra açıq sarı rəng alır. Daha sonra ilan likörə salınır və istehlak olunana qədər içində saxlanılır.
вы́страданное не́рвно-психи́ческий отпечатле́ться проши́ться болтану́ть взду́маться виртуа́льный вла́жность насажда́ть опро́сный осуше́ние са́линговый ссы́льный изжену куратор уж acrolith anlace bicyclic bio-bubble biogeocenology raglan ticket collector альпиниада мазок