JADEİT

fr. jadeite, jade – nefrit

İZZƏTULLA
JAKET
OBASTAN VİKİ
Jadeit
Jadeit – Na Al [Si2O6] — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Xassələri == Rəng – element-qatışıqlarından asılı olaraq mineral müxtəlif rəngdə olur: ağ, yaşılımtıl (Cr3+, Fe2+), göy (Fe2+, Fe3+), bozdan qarayadək (Mn2+, Fe3+), zümrüdü-yaşıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ayrılma müstəvilərində sədəfi; Şəffaflıq – qeyri -şəffafdan yarımşəffafadək; Sıxlıq – 3,2-3,5; sərtliyi – 6,5-7,5; Ayrılma – {110} prizması üzrə orta, {010} və {100} üzrə qeyri-mükəmməl; Olduqca özlüdir; Sınıqlar – qeyri-hamardan tikanlıyadək; Morfologiya – kristallar: nadir hallarda rast gəlir: prizmatik, sıx kriptokristallik kütlələr; Mineral aqreqatları: sıx, qarışıq-lifli, keçəyəoxşar. == Mənşəyi və yayılması == Tipik metamorfogen mineral olub, qələvilərlə zəngin süxurların yüksək temperatur və aşağı təzyiq şəraitində baş verən metamorfizmi prosesində əmələ gəlir. Ultraəsası süxurlarda, qlaukofan şistlərində qeyd edilir. Zərbə metamorfozmi nəticəsində plagioklazlar hesabına əmələ gəlmiş jadeit meteorit kraterlərində aşkar edilmişdir. Nadir hallarda həmçinin kontakt-metasomatik süxurlarda müşahidə edilir. Birlikdə rast gəldiyi minerallar: kvars, serpentin, lavsonit, xlorit, qranat, mika, albit, maqnetit və b. Mineralın tapıldığı yerlər: San Benito yaxınlığında (ABŞ); Tomo (Birma); Kotaki (Yaponiya); Val-di Susa (İtaliya); Ris meteoritinin krateri (Almaniya) və b. Azərbaycanda Kəlbəcər rayonunun serpentinitlərində qeyd edilir.
Jadeitit
Jadeitit - monoklinopiroksen-jade­it­dən ibarət monomineral metamorfogen (me­tasomatik) süxur Jadeitit tərkibində cüzi miqdarda albit, analsim, natrolit, pumpelliit, epidot, soizit və b. minerallar iştirak edə bilər. Jadeitit adətən qırışıqlıq zonalarda, serpentinləşmiş hiperbazit massivləri içərisində linzavari və damarabənzər cismlər şəklində yatır. Dekorativ xüsusiyyətinə görə bəzək məmulatları hazırlamaq üçün istifadə edilir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
кунстка́мера матери́нски пропыли́ться свёрстывание своенаро́дный сосва́таться тщеду́шный уго́дник фе́рмочка волшебство́ диате́зник интуитиви́ст любоде́йничать пристраща́ть топинамбур эпилепсия araphorostic Cam Ranh castle-town Jo lysogenic бобриковый опутывать повскакать противовес