KAM

Fars dilində iki mənası var: 1) arzu 2) damaq, ağız. İkinci məna zəminində dişlə bağlı qamaş feili əmələ gəlib. Rus dilindəki оскомина sözünün də kökü həmin kam sözündən ibarətdir. Kamına çəkmək ifadəsi də etimoloji baxımdan “ağzına almaq” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

KALMANI
KAM
OBASTAN VİKİ
Kam (Xoy)
Kam (fars. كم‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 20 nəfər. yaşayır (4 ailə).
Li Hunq Kam
Li Hunq Kam - Honkonqlu veteran opera müğənnisi, aktrisası. == Həyatı == Məşhur opera müğənnisi Li Hunq Kam 13 yanvar 1932-ci ildə Tayvanda anadan olmuşdur. İlk dəfə 14 yaşında, 1946-cı ildə səhnələrə gəlmişdir və Kanton operalarının birində kiçik çıxış etmişdir. Orta məktəbi bitirdikdən sonra ali təhsil ala bilməyən Li Hunq Kam 1950-ci ildə məşhur opera müğənnisi Xiao Conqkun ilə evləndi və bu evlilikdən onun Xiao Ziyun adlı bir qızı oldu. Ancaq, evlilik 7 il davam edə bildi və 1957-ci ildə həyat yoldaşından boşanan Li qızı ilə birlikdə Kanadaya köçdü. Bundan sonra Li heç evlənmədi, daha sonra, Tan Binqven ilə dəfələrlə əməkdaşlıq etdi, bir neçə film istehsal edən şirkətlər qurmaq üçün ortaq müəssisələr qurdu. Li Hunq Kamın 1970-ci illərdə bir neçə dəfə görünən və televiziyalarda göstərilən iki qardaşı var idi, lakin, sonra Li iki qardaşı ilə əlaqəsinin tamamilə kəsildiyini etiraf etdi. Linin ilk filmi 1956-cı ildə çəkilmişdir. Sonra o, Tan Binqven ilə şərik olaraq film şirkəti təsis etdi və burada bir çox komediyalar çəkdi. 1976-cı ildə özü tək "Lee's Film Company" şirkətini qurdu və burada da bir neçə komediya filmi çəkdi.
Kam Ranh Beynəlxalq Hava Limanı
"Xocalıya ədalət" beynəlxalq kampaniyası
"Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası (ing. Justice for Khojaly) — Xocalı soyqırımı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət istiqamətlərindən biri. == Haqqında == "Xocalıya ədalət" beynəlxalq kampaniyası 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanmışdır. Kampaniya Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və digər ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədini daşıyır. Kampaniyanın fəaliyyəti həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlmişdir.Kampaniya qlobal səviyyədə fəaliyyət göstərmək və öz müraciətlərini çatdırmaq üçün müxtəlif kommunikasiya vasitələri və resurslarından, o cümlədən media, internet və canlı tədbirlərdən fəal şəkildə istifadə edir. Kampaniya çərçivəsində təşkil edilən tədbirlərdə əsas diqqət kütləvi qırğınlara, etnik təmizləmə və irqi, etnik və ya dini ayrı-seçkilik hallarına qarşı güclü müqaviməti nümayiş etdirməyə, Xocalı soyqırımı qurbanları ilə həmrəyliyi ifadə etməyə və Xocalıda azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə cəzasızlıq halları ilə mübarizəyə yönəlmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 120 mindən çox şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələr, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər oxşar tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan digər səmərəli vasitələri təşkil edir. == Kampaniyanın strateji məqsədləri == 1.Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsi; 2.Ermənistan hökuməti tərəfindən Xocalı soyqırımına görə rəsmi üzr istənilməsi, bu hadisələrin bir daha törədilməyəcəyinə təminatın verilməsi və vurulmuş ziyana (maddi və mənəvi) görə tam olaraq kompensasiyanın ödənilməsi 3.Müvafiq cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması 4.Xocalı soyqırımı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəbləri və nəticələri və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərindən tez bir zamanda və heç bir qeyd-şərt olmadan çıxarılmasının zəruriliyi barədə dünya ictimaiyyətinin məlumatlılığının artırılması; 5.Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması xüsusən də gənc nəsil tərəfindən unudulmaması.
2-Kamal məzarı
İki Kamal türbəsi və ya İki Kamal məzarı — Təbrizdə Abbasi və Beylankı küçələrində yerləşir. Abidə təsadüfən tapılıb və restavrasiya olunaraq ətrafında park salınıb. Türbədə Kamal adlı 2 şəxsiyyətin şair Kamal Xocəndi və miniatürist Kəmaləddin Behzadın yanbayan məzarı var. Məzarlar zirzəmidə yerləşir onları görmək üçün 10 pillə aşağı enmək lazımdır. Türbənin ətrafındakı parkda bu 2 şəxsiyyətin heykəlləri də qoyulub. == Şəkilləri == == Həmçinin bax == Möminə Xatun türbəsi Qırmızı Günbəz türbəsi Üç Günbəz türbəsi == İstinadlar == == Xarici keçidlər == Türbə haqqında hazırlanmış sənədli film. fars.
2016 Joan Kamper kuboku
2016 Joan Kamper kuboku — 51-ci dəfə təşkil edilən Joan Kamper kubokudur. İspaniya klubu və ev sahibi olan Barselona klubu ilə İtaliya təmsilçisi Sampdoriya klubu Barselona şəhərində yerləşən Kamp Nou stadionunda üz-üzə gəliblər. Bu oyun Sampdoriya klubunun Joan Kamper Kubokunda üçüncü iştirakı ilə əlamətdar olub. Bundan əvvəlki görüşlərdə — 1997-ci ildə penaltilərlə məğlub olmuş, 2012-ci ildə isə 1-0 hesabı ilə qalib gəlmişdir. Oyunun prinsipiallığını artıran səbəblərdən biri də Barselonanın 24 il əvvəl Sampdoriyanı 1992 Avropa Kubokunun Finalında məğlub etməsi idi. Lionel Messi 7-ci dəfə qol vurdu və 3-cü dəfə oyunun adamı seçildi. Hər iki uğur kubokun tarixində rekord hesab olunur.
7-ci kameradakı möcüzə (film, 2019)
7-ci kameradakı möcüzə (türk. 7. Koğuştaki Mucize) — Türkiyə istehsalı dram filmi. Cənubi Koreya filmi "Miracle in Cell No.7"ə əsaslanır. 2019-cu ildə Türkiyədə ən çox izlənilən film olmuşdur.
Akimine Kamicyo
Akimine Kamicyo (上条明峰, Kamijō Akimine, d. 13 sentyabr 1975, Kanaqava prefekturası) — Yaponiya manqakası. "Akimine Kamicyo" əslində onun qələm adıdır. "Coşi" (azərb. "Xanım"‎) ləqəbi ilə tanınır. İlk işini docinşi şəklində "Meyka Hataqaşira" (伯明華, Hatagashira Meika) adı ilə nəşr etdirmişdir. İki ay manqaka Rumiko Takahaşinin, daha sonra "Quojuz" manqasının müəllifi Haruko Kaşivaqinin köməkçisi olmuşdur. Əsas işləri "Samurai Deeper Kyo" və 2013-cü ildə tamamladığı "Code:Breaker" manqa seriyalardır. "Samurai Deeper Kyo" və "Code:Breaker" manqaları əsasında anime serialları çəkilmişdir.
Akop Kamari
Lüləsaz (əvvəlki adı: Akop Kamari) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Akop Kamari kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Akop Kamari kəndi Lüləsaz kəndi adlandırılmışdır.
Alber Kamyu
Alber Kamü (fr. Albert Camus; 7 noyabr 1913[…], Dreön, Fransa Əlcəzairi[d] – 4 yanvar 1960[…], Villeblevin[d], Fransa) — fransız filosof, yazıçı və jurnalist. O, 44 yaşında 1957-ci ildəki Ədəbiyyat üzrə Nobel mükafatını qazanaraq, tarixdəki ən gənc ikinci laureat olmuşdu. Onun məşhur əsərlərinə Yad, Taun, Sizif haqqında mif, Çöküş və Üsyan daxildir. Kamü Əlcəzairdə (O vaxt Fransa müstəmləkəsi idi) fransız ailəsində dünyaya gəlmişdir. O, Fransa vətəndaşı idi. Kamünün uşaqlığı kasıb bir məhəllədə keçmiş və daha sonra Əlcəzair Universitetində fəlsəfə təhsili almışdır. O, İkinci Dünya müharibəsində almanlar Fransanı işğal edəndə Parisdə idi. Kamü qaçmağa çalışsa da, sonda qeyri-qanuni fəaliyyət göstərən Kombatda baş redaktor olaraq xidmət etdiyi Fransa Müqavimət Hərəkatına qoşuldu. Müharibədən sonra o, məşhur fiqura çevrildi və çoxlu mühazirələr deməyə başladı.
Alber Kamü
Alber Kamü (fr. Albert Camus; 7 noyabr 1913[…], Dreön, Fransa Əlcəzairi[d] – 4 yanvar 1960[…], Villeblevin[d], Fransa) — fransız filosof, yazıçı və jurnalist. O, 44 yaşında 1957-ci ildəki Ədəbiyyat üzrə Nobel mükafatını qazanaraq, tarixdəki ən gənc ikinci laureat olmuşdu. Onun məşhur əsərlərinə Yad, Taun, Sizif haqqında mif, Çöküş və Üsyan daxildir. Kamü Əlcəzairdə (O vaxt Fransa müstəmləkəsi idi) fransız ailəsində dünyaya gəlmişdir. O, Fransa vətəndaşı idi. Kamünün uşaqlığı kasıb bir məhəllədə keçmiş və daha sonra Əlcəzair Universitetində fəlsəfə təhsili almışdır. O, İkinci Dünya müharibəsində almanlar Fransanı işğal edəndə Parisdə idi. Kamü qaçmağa çalışsa da, sonda qeyri-qanuni fəaliyyət göstərən Kombatda baş redaktor olaraq xidmət etdiyi Fransa Müqavimət Hərəkatına qoşuldu. Müharibədən sonra o, məşhur fiqura çevrildi və çoxlu mühazirələr deməyə başladı.
Albert Kamyu
Alber Kamü (fr. Albert Camus; 7 noyabr 1913[…], Dreön, Fransa Əlcəzairi[d] – 4 yanvar 1960[…], Villeblevin[d], Fransa) — fransız filosof, yazıçı və jurnalist. O, 44 yaşında 1957-ci ildəki Ədəbiyyat üzrə Nobel mükafatını qazanaraq, tarixdəki ən gənc ikinci laureat olmuşdu. Onun məşhur əsərlərinə Yad, Taun, Sizif haqqında mif, Çöküş və Üsyan daxildir. Kamü Əlcəzairdə (O vaxt Fransa müstəmləkəsi idi) fransız ailəsində dünyaya gəlmişdir. O, Fransa vətəndaşı idi. Kamünün uşaqlığı kasıb bir məhəllədə keçmiş və daha sonra Əlcəzair Universitetində fəlsəfə təhsili almışdır. O, İkinci Dünya müharibəsində almanlar Fransanı işğal edəndə Parisdə idi. Kamü qaçmağa çalışsa da, sonda qeyri-qanuni fəaliyyət göstərən Kombatda baş redaktor olaraq xidmət etdiyi Fransa Müqavimət Hərəkatına qoşuldu. Müharibədən sonra o, məşhur fiqura çevrildi və çoxlu mühazirələr deməyə başladı.
Alfredo Kampo
Alfredo Kampo (2 mart 1993) — Ekvadorlu peşəkar kişi BMX velosipedçisi. Alfredo Kampo Ekvadoru beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Alfredo Kampo 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.544 saniyəlik nəticəsi ilə 39-cu yeri tutdu.
Ame Antuanetta Kamus
Eme Antuanetta Kamus (fr. Aimée Antoinette Camus; 1 may 1879, Paris – 17 aprel 1965, Paris) — Fransa botaniki. == Əsərləri == == İstinadlar == == Ədəbiyyat == Première partie: Atlas de la monographie des saules de France / Deuxième partie: Principaux insectes nuisibles aux saules/ (suivi de:) Atlas A.Camus. J. Mersch, París (1904). Classification de saules d´Europe et monographie des saules de France A.Camus & E.G.Camus, París (1905). Monographie des Orchidées de l´Europe, de l´Afrique septentrionale... E.G.Camus & A.Camus & P. Bergon, París (1908). Florule de Saint-Tropez et de ses environs immédiats A.Camus. Paul Lechevalier. París.
Anna Kamenkova
Anna Semyonovna Kamenkova-Pavlova — Rusiya aktrisası. == Həyatı == Anna Semyonovna Kamenkova 27 aprel 1953-cü ildə anadan olub. İlk dəfə 5 yaşında kinoya çəkilib. M.Şepkin adına Teatr Məktəbində (1974) təhsil alıb. Rusiyanın əməkdar artistidir (1985). == Filmoqrafiya == Anın quruluşu (film, 1980) (tammetrajlı bədii film) — rol: Aliyə Öncəgörmə (film, 1993) — səsləndirmə.
Ariy Kamen
Ariy Kamen — Komandor adalarına daxil olan ada. İnzibati cəhətdən Kamçatka diyarı Aleut raroyu ərazisində yerləşir. Arxipelaqın dördüncü adasıdır. Berinq adasından 6,3 km qərbdə yerləşir. Ən hündür nöqtəsi 53 metrdir. Ada şirin sudan məhrumdur. Adadan cənubda hündürlüyü 2 m olan ensiz adacıq vardır. == Tarixi == Ada 1824 ildə О. Y. Kosebu tərəfindən Novıy adlandırılır. 3 ildən sonra adanı Litke ziyarət edir və onu Sivuçim adı verilir. 1848 ildə Ariy olaraq adlandırılır.
Arnolfo Di Kambio
Arnolfo Di Kambio (it. Arnolfo di Cambio; təq. 1240[…], Kolle di Val d'Elsa, Toskana – təq. 8 mart 1302, Florensiya) — italyan heykəltəraşı və memarı. == Həyatı == Bolonyadakı San-Domeniko kilsəsində müqəddəs Dominikin sarkofaqı və Siena baş kilsəsinin kafedrasının yaradılmasında Pizanonun köməkçisi və ehtimal ki, şagirdi olmuşdur. Antik irsə böyük marağı da Pizanodan əxz etmişdir. Romada 1277-ci ildən, 1294-cü və ya 1296-cı ildən sonra Florensiyada işləmişdir. Qədim Roma heykəltəraşlığı ənənələrini fransız qotikasının təsiri ilə birləşdirərək, özünün əzəmətli — epik obrazlarında italyan Protorenesansı plastikasının əsasını qoymuşdur. Perucadakı fəvvarə üçün fiqurlar, kardinal Qiyom de Breyin və kardinal Annibaldinin, papa VIII Bonifatsinin mərmər sərdabələri, Vatikandakı Müqəddəs Pyotr baş kilsəsindəki Müqəddəs Pyotrun tunc heykəli, Florensiya baş kilsəsinin fasadındakı fiqurlar onun ən mühüm əsərlərindəndir. Memar kimi Florensiyada işləmiş, baş kilsənin yenidən qurulmasında, Badia abbatlığı və Santa-Kroçe kilsələrinin inşasında və ehtimal ki, həmçinin Palasso Vekkyonun tikintisində də iştirak etmişdir.
Artemisia vulgaris var. kamtschatica
Adi yovşan (lat. Artemisia vulgaris) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Yarımkol bitkisi olub, birinci il vegetasiya zamanı, hündürlüyü 50-100 (120) sm, çoxsaylı oduncaqlı budaqlara malik olur. Çiçəkləmə və meyvə zamanı gövdəsi yarpaqlarla tamamilə örtülü olur. Gövdəsi 10-20 qədər sarımtıl və ya qırmızımtıl-qonur, nazik, düzqalxan və ya budaqlanan, yuxarı hissəsi daha çox budaqlı, aşağı hissəsi isə budaqlanmayan, çılpaq və hamardır. Budaqları nazik, uzun, demək olar ki, gövdəsi sıxılmışdır. Yarpaqları kiçik, küt, uzunsov-xətti (1mm) və ikiqanadlı-bölünmüş vəziyyətdədir. Gövdədə yarpaqları açıq-yaşıl, kök üstündə olanları isə sarımtıl-yaşıldır. Çiçək səbətciyi çoxsaylı, boruşəkilli, sarı, dikduran, kiçik, şarşəkilli, diametri 2,5-4mm olub, mürəkkəb süpürgəşəkillidir. Çiçəkləri ikicinsli, 3-5 səbətcikli, sarı və ya purpurşəkilli tacdan ibarətdir.
Azərbaycan Dövlət Kamera Orkestri
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri — 1964-cü ildə məşhur Azərbaycan bəstəkarları Qara Qarayevin və Fikrət Əmirovun təşəbbüsü ilə yaradılmışdır. Orkestrin baş dirijoru və bədii rəhbəri respublikanın xalq artisti, Dövlət mükafatları laureatı Nazim Rzayev olmuşdur. 1995-ci ildən – 1997-ci ilədək kollektivə Yaşar İmanov rəhbərlik etmişdir. 1998-ci ildən bu günədək orkestrə respublikanın xalq artisti Teymur Göyçayev rəhbərlik edir. Kollektiv dünyanın bir çox məşhur səhnələrində, nüfuzlu beynəlxalq festivallarda iştirak etmiş, xarici ölkələrdə Azərbaycan musiqi sənətini ləyaqətlə təmsil etmişdir. Orkestrin repertuarı Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarətdir. Orkestrin repertuarında Qərbi Avropa, Rus və Azərbaycan bəstəkarlarının 200-dən artıq əsərləri təmsil olunmuşdur. Son illərdə T.Göyçayevin təşəbbüsü və rəhbərliyi altında muğam ifaçıları ilə birgə konsert layihələri həyata keçirilir. Muğam dəstgahların xanəndə və muğam üçlüyü tərəfindən ənənəvi ifasından fərqli olaraq, rəng və təsniflər orkestrin müşayiəti ilə verilərək, maraqlı səslənmə yaradır. 2018 ildən etibarən Azərbaycan Dövlət Kamera Orkestrin bədii rəhbər və baş dirijoru Xalq Artisti Fəxrəddin Kərimovdur.
Azərbaycan Kamandan Oxatma Federasiyası
Azərbaycan Kamandan Oxatma Federasiyası – 1993-cü ildə Bakıda təsis edilmişdir. Beynəlxalq Kamandan Oxatma Federasiyaları Assosiasiyasının (FİTA) və Avropa Kamandan Oxatma Federasiyaları Assosiasiyasının (FETA) üzvüdür (1993). Azərbaycanda bu idman növü 1969–1970-ci illərdə inkişaf etməyə başlamışdır. "Məhsul", "Spartak", "Lokomotiv" və s. idman cəmiyyətlərində oxatma bölmələri açılmışdır. V. Maksimov, S. Yusifova, S. İsmayılova, N. Hüseynova, O. Saraykina, E. Hacıyev və b. SSRİ kuboku, ümumittifaq və beynəlxalq yarışların qalibi və mükafatçıları olmuşlar. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Azərbaycan antikorrupsiya kampaniyası (2011)
2011-ci il Azərbaycanda antikorrupsiya kampaniyası — Azərbaycan Respublikasında korrupsiya və rüşvətxorluğun aradan qaldırılması istiqamətində və kökünün tamamilə kəsilməsi üçün həyata keçirilmiş tədbirlərin ən mühümü. == Yaranma səbəbləri == 2011-ci ilə qədər Azərbaycanda korrupsiyaya qarşı mübarizə qanunçuluq prinsipləri əsasında həyata keçirilmişdir. Şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi korrupsiyaya qarşı mübarizənin əsas prinsipləri kimi təsbit edilmişdir. Korrupsiyaya qarşı mübarizənin vahid strategiya çərçivəsində qurulması, bu sahədə görülən tədbirlərin səmərəli davam etdirilməsi, zəruri qanunların qəbul edilməsi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, səmərəli nəzarət mexanizmlərinin yaradılması, hüquq pozuntularının aşkar edilməsi və nəticələrinin aradan qaldırılması, yerli özünüidarə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliyinin təmin edilməsi, ümumən bu sahədə ümumi dövlət siyasətinin həyata keçirilməsi məqsədilə "Korupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004–2006-cı illər)" uğurla icra olunmuşdur. Proqramın icrası dövründə əhəmiyyətli qanunlar qəbul edilmiş, korrupsiyaya qarşı mübarizə aparan ixtisaslaşmış institutlar fəaliyyətə başlamış, dövlət orqanlarında islahatlar aparılmış, vətəndaş cəmiyyətinin üzvləri ilə səmərəli əməkdaşlıq qurulmuşdur. Korrupsiyaya qarşı mübarizə ilə bağlı bütün beynəlxalq sənədlər ratifikasiya edilmişdir. Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsi, normativ-hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətində şəffaflığın artırılması, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi məqsədilə Şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı uğurla icra olunmuş və olunmaqdadır. Azərbaycanda bilavasitə korrupsiyaya qarşı mübarizə funksiyalarını daşıyan Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi yaradılmışdır. Bu qurumların əsas fəaliyyəti korrupsiya hallarına və onun inkişafına şərait yaradan amilləri aşkarlamaq, təhlil etmək və onlara qarşı ciddi tədbirlər görməkdir. Bu sahədə çoxsaylı ixtisaslaşmış qeyri-hökumət təşkilatları da fəaliyyət göstərirlər.
Azərbaycan–Kamboca münasibətləri
Azərbaycan–Kamboca münasibətləri — Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1994-cü ilin dekabr ayının 28-də qurulmuşdur. == Fərdi təşəbbüslər == 2017-ci ildə Sumqayıt sakini Qalib Namazov rəhmətə gedən atası üçün qeyri-adi ehsan verib. Belə ki, o, atası Hidayət Namazov üçün ənənəvi 40 mərasimi keçirməkdən imtina edərək, əvəzində Kambocada ata-anasının adı ilə artezian quyusu qazdırıb, quyunun üzərində tabloda valideynlərinin adlarını yazdırıb.
Azərbaycan–Kamerun münasibətləri
Azərbaycan–Kamerun münasibətləri — Azərbaycan Respublikası ilə Kamerun Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin fevral ayının 24-də qurulmuşdur.
Ağ kətanın sehri... Kamil Nəcəfzadə (film, 2014)
Ağ kətanın sehri... Kamil Nəcəfzadə qısametrajlı sənədli televiziya filmi rejissor Elvin Vəlimətov tərəfindən 2014-cü ildə çəkilmişdir. Film Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film kino rəssamı, Azərbaycanın xalq rəssamı, Dövlət Mükafatı laureatı Kamil Nəcəfzadənin 85 illik yubileyinə həsr olunur. == Məzmun == Film kino rəssamı, Azərbaycanın xalq rəssamı, Dövlət Mükafatı laureatı Kamil Nəcəfzadənin 85 illik yubileyinə həsr olunur. Kamil Nəcəfzadə 1948-ci ildə Ə. Əzimzadə adına Rəssamlıq məktəbini bitirdikdən sonra təhsilini Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda davam etdirir. 1955-ci ildən təhsilini bitirərək Bakıya qayıdır və "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayır. Kamil Nəcəfzadə kinofilmlərə verdiyi tərtibatlarla yanaşı, rəngkarlıq, qrafika və eləcə də teatr sənətində də öz sözünü demişdir.
Ağ kətanın sirri. Kamil Nəcəfzadə (film, 2014)
Aşağı Kama Milli Parkı
Aşağı Kama — Tatarıstan Respublikası ərazisində yerləşən milli park. Park 20 aprel 1991-ci ildə yaradılmışdır. == Ümumi məlumat == 1991-ci ildə yaradılmış Aşağı Kama Milli Parkında Tatarıstanın zəngin meşə örtüyü və çay subasar əraziləri qorunur. Bu ərazilərin elmi, rekreasiya, təhsil və mədəni məqsədlər üçün istfadəsi nəzərdə tutulmuşdur. Park Tatarıstanın şimal-şərqində, Şərq Ön Kama və Şərq Kama bölgələrində yerləşir. Kama çayı ilə yanaşı park ərazisindən onun qolları olan Toyma, Kriuşi, Tanayki və Şilninki çaylar axır. İnzibatı ərazi baxımdan park iki inzibati rayonun ərazisində yerləşir - Tukaev və Elabuj. Milli parkın ərazisi — 26460 hektardır. Ərazi yayı isti, qışı isə soyuq keçən mülayim-kontinental iqlimə malikdir. Qışda davamlı qar örtüyü yaranır.
Aşıq Kamandar
Aşıq Kamandar (21 oktyabr 1932, Kəpənəkçi, Marneuli rayonu – 25 oktyabr 2000, Marneuli rayonu, Kvemo-Kartli) — Çağdaş Azərbaycan aşıq sənətinin azmanı, Borçalı aşıq məktəbinin nümayəndəsi. == Həyatı == Əfəndiyev Kamandar Həmid oğlu 21 oktyabr 1932-ci ildə Gürcüstanın Borçalı mahalının Sarvan (indiki Marneuli) rayonunun Kürüstü Kəpənəkçi kəndində anadan olmuş, Kosalı natamam orta məktəbini bitirib, traktorçu köməkçisi kimi əmək fəaliyyətinə başlamışdır. Aşıqlıq sənətinə həvəsi onu tanınmış ustad aşıq Sadıq Sultanovun yanına aparmışdır.15 yaşından etibarən o, resbublikanın bütün mədəni tədbirlərində iştirak etmişdir. Çox gənc yaşlarında şöhrəti bütün türk dilli ölkələrə yayılmışdır. Aşıq kamandar öz sənəti ilə Azərbaycanda, Türkiyədə, İranda, İraqda və Orta Asiya ölkələrində bu qədim həmişəyaşar musiqimizin bütün incəliklərini bir daha tanıdıb, təsdiqləmişdir. O, 1963, 1984-cü illərdə keçirilən aşıqların III, IV qurultaylarının nümayəndəsi olmuş, əməkdar mədəniyyət işçisi (1984) adına layiq görülmüşdür. Aşıq Kamandar 1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyünün ən yaxşı iştirakçısı və mükafatçısı olmuşdur. O, 1987-ci ildə Tbilisidə keçirilən beynəlxalq Xalq yaradıcılıq festivalında ən mahir musiqiçi kimi laureat olmuşdur. Tanınmış sənətkar 72 saz havasını böyük ustalıqla ifa edirdi. Ustad aşıq bir neçə saz havasının yaradıcısıdır: "Fəxri" , "Qaragöz balam" "Doğma Gürcüstanım" və s.
Benedikt Kamberbetç
Benedikt Timoti Karlton Kamberbetç (ing. Benedict Timothy Carlton Cumberbatch; 19 iyul 1976[…]) — britaniyalı aktyor. == Karyerası == "Lourens Olivye" (2012) və "Emmi" (2014) mükafatlarının laureatı, "Qızıl Qlobus" mühafatına 2 dəfə , "Oskar" mükafatına 1 dəfə nominasiya olunub. Britaniya imperiyasının komandoru (2015). BBC-nin "Şerlok" teleserialındakı Şerlok Holms (2010–2014), "Star Trek Into Darkness" filmində Xan Nunyen Sinqh (2013), ""Beşinci hakimiyyət" bioqrafik trillerində jurnalist Culian Assanj (2013) və "İmitasiya oyunu" dramında riyaziyyatçı Alan Türinq (2014) rolları ilə dünyaya məşhurlaşıb. Aktyor daha sonra Marvel Kinematoqrafiya Kainatının "Doktor Strenc" (2016), "Tor: Raqnarök" (2017), "Qisasçılar: Sonsuzluq savaşı (2018) və "Qisasçılar: Final (2019) filmlərində Doktor Strenc personajını canlandırıb.

Digər lüğətlərdə

воспи́танный новопроизведённый нунча́к отде́лывать попривы́кнуть релакса́ция слюбе́зничать тэквонди́ст концо́вка малахо́льный на́ртенный переви́ться полукольцо́м попо́нка при́звук скита́лец предика bluffy bunker silo cesta chipbird furioso technology-intensive product tropospheric отмачивать