QAHİR

Ərəbcədir, “qüvvətli” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

QAĞAYI
QAHMAR
OBASTAN VİKİ
Qahir
Qahir (899, Bağdad – 18 oktyabr 950 və ya 951, Bağdad) - Abbasi xəlifəsi == Həyatı == Əbu Mənsur Məhəmməd əl-Qahir Billah ibn Əhməd əl-Mutəzid ibn Təlhə əl-Müvəffəqin anası Fitnə bərbər tayfasından olan cariyə idi. 929-cu ildə qardaşı Muktədir Billah hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra o, xəlifə təyin edilmişdir. Lakin saray əyanlarının narazılığı, eləcə də üsyançıların yeni xəlifədən bəxşiş və bir illik maaşlarının ödənməsi tələbi vəziyyəti ağırlaşdırmışdır. Nəticədə cəmi iki gün hakimiyyətdə qalan Qahir Billah, Əbul Heyca Abdullah ibn Hamdanın sayəsində üsyançıların əlindən qaçaraq sarayı tərk etmişdi. Yenidən hakimiyyətə gətirilən Muktədir Billah və böyük nüfuz sahibi vəzir Munis əl-Müzəffər arasında tezliklə yaranan münaqişə çox keçmədən müharibəyə çevrilmişdi. Munis 932-ci ildə xəlifə sarayını ələ keçirmiş, Muktədir öldürülmüşdü. Vəzir, Muktədirin oğlu Əbul Abbası yeni xəlifə təyin etmək istəyirdi. Çünki o, uşaqlıqdan Munisin nəzarəti altında böyümüşdü, ağıllı və savadlı idi. Lakin Munisin müttəfiqi Əbu Yaqub İshaq ibn İsmail Növbəxti onu bu fikrindən daşındırmışdı. Muktədirin hakimiyyəti zamanı onun ailəsi xilafətdaxili siyasətə müdaxilə etdiyindən, tez-tez üsyanlar baş verirdi.
Qahir Hüseynov
Qahir Hüseynov (tam adı: Hüseynov Qahir Qüdrət oğlu; 7 iyul 1968, Sarov, Qasım İsmayılov rayonu – 18 iyun 1992) — "Azərbaycan Bayrağı" ordeni kavaleri Qarabağ müharibəsinin iştirakçısı. == Həyatı == Hüseynov Qahir Qüdrət oğlu 7 iyul 1968-ci ildə Goranboy rayonunun Sarov kəndində anadan olub. 1975-ci ildə Sarov kənd 8 illik məktəbin 1-ci sinifinə gedib və 1983-cü ildə 8 illik məktəbini, 1985-ci ildə Dəlimmmədli orta məktəbini bitirib və həmin ildə Rusiyanın Ulyanovsk şəhərində Ali hərbi tank məktəbinə qəbul olunub. 1989-cu ildə ali məktəbi bitirib və təyinatla Rusiyanin Zabaykal hərbi dairəsində Ulan Ude şəhərində hərbi hissədə 198-ci motoatıcı diviziyasında tank alayının hərbi tank tağımının komandiri vəzifəsində leytenant rütbəsində hərbi qulluğa başlayıb. == Hərbi xidməti == === Birinci Qarabağ müharibəsində iştirakı === 1992-ci ildə 2 zabit dostu ilə vətənə köməyə gəliblər. Azərbaycan Müdafiə Nazirliyinə müraciət edib. N saylı alayda tank komandiri təyin olunub. 1992-ci ilin mart ayında Ağdam rayonunda yerləşən N sayli hərbi hissənin tank taborunun komandiri vəzifəsinə təyin olunan baş leytenant Qahir Hüseynov dərhal əməliyyat və döyüş şəraiti ilə yaxından tanış olub. Xidmətinin ilk günlərindən qorxmazlığı və igidliyi ilə fərqlənən Qahir qısa bir zamanda komandanlığın və döyüşçülərin rəğbətini qazanır. Ağdam və Tərtər uğrunda gedən döyüşlərdə iştirak edib.
Qahir Rəsulzadə
Qahir Rəsulzadə (Rəsulzodə, tac. Қоҳир Расулзода, 2007-ci il may ayına qədər — Əbdülqahir Əbdürəsul oğlu Nəzirov, tac. Абдуқоҳир Абдурасулович Назиров; 8 mart 1961) — Tacikistanlı siyasətçi, Tacikistanın 8-ci Baş Naziri, 23 noyabr 2013 tarixində təyin edildi. == Bioqrafiyası == Əbdülqahir Nəzirov 8 mart 1961-ci ildə Tacikistanın Suğd vilayətinin Qafurov rayonunun Kistakuz kəndində (indiki Histevarz icması) anadan olub. 1982-ci ildə Tacikistan Kənd Təsərrüfatı İnstitutunu (indiki Tacikistan Aqrar Universiteti) hidravlik mühəndisliyi ixtisası üzrə bitirib, bundan sonra öz işinə Kuder şəhərində, Tacikirsovxozstroy dərnəyinin inşaat laboratoriyasının texniki-nəzarətçisi kimi başlamışdır. Qafurov rayonu. Sonra Nəzirov istehsalat şöbəsinin mühəndisi, baş mühəndisi, PMK-4 rəisi, Tacirsovxozstroy müəssisəsinin rəisi vəzifələrində çalışdı. Əbdülqahir Nəzirov 2000-ci ilin yanvarından 2006-cı ilin dekabrı ayına qədər Tacikistan Respublikasının meliorasiya və su təsərrüfatı naziri vəzifəsində çalışıb. 2008-ci ildə Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Texniki elmlər namizədi elmi dərəcəsinə malikdir.
Böyük Qahirə
Böyük Qahirə (arb: القاهرة الكبرى rom: əl-Qahirə əl-Kübra) - Misirin paytaxtı Qahirə şəhəri və ətrafını əhatə edən aqlomerasiya regionudur. Sahəsi 1,709 km² olan regionun əhalisi 2012-ci ilə görə 20 901 000 nəfərdir. Afrika, Orta Şərq və Ərəb dünyasının ən böyük aqlomerasiya regionu sayılır.
OSS 117: Qahirə – casus yuvası (film, 2006)
OSS 117: Qahirə – casus yuvası filmi rejissor Mişel Hazanaviçus tərəfindən 2006-cı ildə ekranlaşdırılmışdır. Əsas rolları Jan DüjardenBerenis BejoOr Atika ifa edirlər. == Məzmun == Hadisələr 1955-ci ildə Misirdə cərəyan edir. Burada taxtdan düşmüş Faruk yenidən taxt-tacı ələ keçirmək istəyir, dini sekta olan "Xeopsun qartalları" da hakimiyyətə can atır. Fransız hökuməti Qahirədə qayda-qanun yaratmaq üçün ən yaxşı casusunu-Agent 117-ni oraya göndərir. Yuber (Agent 117) zarafatı və əyləncəni sevir. Burada bir neçə şəxslə tanışlıqdan sonra vəziyyəti öyrənir. Onun köməkçiləri misirli casus qadın Larmina və ingilis casusu "inkoqnito"dur. Beləliklə, Yuberi bir çox macəralar gözləyir.
Qahirə
Qahirə (ərəb. القاهره‎) — Misir Ərəb Respublikasının paytaxtı. Afrikada ən böyük şəhərlərdən biri. Zəngin memarlıq, mədəniyyət nümunələri və təbiət mənzərələrinə malikdir. Əhalisi təxminən 7 milyon nəfərdir (2006). == Haqqında == Qahirə şəhəri Misirin iqtisadi, siyasi, inzibati mərkəzidir. Şimali Afrikanın və ümumilikdə Ərəb dünyasının ən böyük şəhəridir. == Yerləşdiyi ərazi == Afrika qitəsinin şimal-şərqində, Nil çayının sahilində yerləşir. == İstinadlar == == Xarici keçidlər == Cairo Arxivləşdirilib 2007-02-21 at the Wayback Machine.
Qahirə beynəlxalq kitab yarmarkası
Qahirə beynəlxalq kitab yarmarkası (ərəb. معرض القاهرة الدولي للكتاب‎‎‎) — hər il Misirin paytaxtı Qahirə şəhərində, Əl-Əzhər Universitetinin yaxınlığında keçirilən böyük beynəlxalq kitab yarmarkası. Misir baş kitab təşkilatı tərəfindən keçirilir. İlk dəfə 1969-cu ildə keçirilmiş və tarixi Qahirə şəhərinin əsasının qoyulmasının 1000 illiyinə həsr olunmuşdur.2011-ci ilin yanvarında keçirilməli olan yarmarka Misirdəki inqilabi hadisələrə görə təxirə salınmış, növbəti il yenidən bərpa olunmuşdur. == Miqyası == Qahirə yarmarkası ərəb dünyasında ən qədim və ən böyük kitab yarmarkalarından biridir və hər il 2 milyona yaxın ziyarətçi və minlərlə kitab satıcısını cəlb edir. 3 həftə ərzində çıxışlar, mühazirələr, ictimai oxunuşlar və s. kütləvi tədbirlər keçirilir. Materiallar ərəb, ingilis və digər dillərdə təqdim olunur. Yarmarka ilk növbədə adi misirlilərə xitab edir və tədbirləri açıq havada keçirməklə yanaşı, ziyarətçiləri əyləndirmək üçün atəşfəşanlıq da təşkil edilir. 2006-cı ilə olan məlumata görə Frankfurt kitab yarmarkasından sonra ikinci ən böyük kitab yarmarkasıdır.
Qahirə konfransı
Qahirə konfransı — İkinci dünya müharibəsi dönəmində Asiyada baş verən hərbi əməliyyatlar haqqında və Yaponiyaya qarşı qərarlar qəbul etmək üçün Misirin paytaxtı Qahirə şəhərində 22-26 noyabr 1943-cü il tarixində keçirilmiş konfransdır. Görüş ABŞ prezidenti Franklin Ruzvelt, Böyük Britaniya baş naziri Vinston Çörçill və Çin Respublikasının prezidenti Çan Kayşi arasında olmuşdur. SSRİ rəhbəri İosif Stalin Yaponiya ilə gərginliyin ola biləcəyindən ehtiyatlanaraq bu konfransda iştirak etməmişdi ( 2 dövlət arasında 1941-ci ildə bağlanmış 5 illik Sovet-yapon bitərəflik paktına görə bu hadisə baş vermişdi və 1943-cü ildə SSRİ Yaponiya ilə müharibədə deyildi). Qahirə konfransı ABŞ-nin Misirdəki səfiri Aleksandr Kirkin iqamətgahında keçirilmişdi.2 gün sonra İosif Stalin Franklin Ruzvelt və Vinston Çörçill ilə Tehran konfransında görüşdü. Qahirə bəyannaməsi, 27 noyabr 1943-cü ildə imzalandı və radio ilə 1 dekabr 1943-cü ildə elan edildi, müttəfiqlərin Yaponiyanın qeyd-şərtsiz təslim olmasına qədər müharibə edəcəkləri ərz olundu. Qahirə bəyannaməsinin əsas müddəaları bu idi ki, Yaponiya təcavüzkarlığının qarşısı alınmalıdır, Mancuriya, Formosa və Peskadores daxil olmaqla, bu ərazilər Çin Respublikasına qaytarılmalı idi. Yaponiya müstəmləkəçilik etdiyi ərazilərdən məhrum edilməli, Koreya azad və müstəqil dövlət olmalı idi.
Qahirə qülləsi
Qahirə qülləsi(ərəb. برج القاهرة‎, Borg Al-Qāhira) Misirin Qahirə şəhərində yerləşən konkret qüllə. Bu qüllə Misirdə və Şimali Afrikada 50 il ən yüksək quruluş olmuşdur.
Qahirə şəhəri
Qahirə (ərəb. القاهره‎) — Misir Ərəb Respublikasının paytaxtı. Afrikada ən böyük şəhərlərdən biri. Zəngin memarlıq, mədəniyyət nümunələri və təbiət mənzərələrinə malikdir. Əhalisi təxminən 7 milyon nəfərdir (2006). == Haqqında == Qahirə şəhəri Misirin iqtisadi, siyasi, inzibati mərkəzidir. Şimali Afrikanın və ümumilikdə Ərəb dünyasının ən böyük şəhəridir. == Yerləşdiyi ərazi == Afrika qitəsinin şimal-şərqində, Nil çayının sahilində yerləşir. == İstinadlar == == Xarici keçidlər == Cairo Arxivləşdirilib 2007-02-21 at the Wayback Machine.
Qibti kafedralına terror hücumu (Qahirə, 2016)
Qibti kafedralına terror hücumu (ing. Cairo Cathedral bombing; ərəb. فجير كاتدرائية القديس مرقس القبطية‎) — Misirin paytaxtı Qahirə şəhərinin Abbasiyyə rayonu ərazisindəki Müqəddəs Mark qibti ortodoks kafedralı yaxınlığında baş vermiş terror hücumu. Hadisə nəticəsində 25 nəfər həlak olub, 50 dən çox şəxs müxtəlif dərəcəli bədən xasarətləri alıb. Terror hücumunun əsas hədəfi kimi Misirdə yaşayan xristian qibtilərin olduğu ehtimal edilir. Partlayış kilsənin adətən qadınlar ibadət edən sağ qanadında baş verdiyi təsdiqlənib. Hadisə 1968-ci ildən bəri fəaliyyət göstərən Müqəddəs Mark qibti ortodoks kafedralı qarşı törədilmiş ilk terror hücumudur. Müqəddəs Mark qibti ortodoks kafedralı Misirdə yaşayan on beş milyona yaxın qibtilərin əsas ibadət mərkəzi hesab olunur.
Yeni Qahirə
Yeni Qahirə (arb: القاهرة الجديدة rom: əl-Qahirə əl-Cədidə) - Misirin Qahirə regionunda yerləşən şəhər. Şəhər, paytaxt Qahirənin cənub-şərqində, Maadidən 25 km məsafədə yerləşir və Böyük Qahirə aqlomerasiya regionunun bir hissəsidir. Şəhərin sahəsi 500 km², əhalisi isə 298,343 nəfərdir. Yeni Qahirə, Qahirənin şəhər mərkəzində tıxacları azaltmaq üçün Qahirədə və ətrafında qurulan yeni şəhərlərdən biridir. 2000-ci ildə prezidentin 191 nömrəli sərəncamı ilə qurulmuşdur.
İkinci Qahirə konfransı
İkinci Qahirə konfransı — İkinci dünya müharibəsi dönəmində Türkiyənin müttəfiqlərə mümkün yardımı ilə əlaqədar Misirin paytaxtı Qahirə şəhərində 4-6 dekabr 1943-cü il tarixində keçirilmiş konfransdır. Görüş ABŞ prezidenti Franklin Ruzvelt, Böyük Britaniya baş naziri Vinston Çörçill və Türkiyə Respublikası prezidenti İsmət İnönü arasında keçirilmişdir.1941-ci ilə qədər Ruzvelt və Çörçill onunla razı idilər ki, Türkiyənin davam edən bitərəfliyi Berlin-Roma-Tokio oxunun Orta Şərqin strateji neft resurslarına çatmağının qarşısını kəsməyi ilə müttəfiqlərin maraqlarına xidmət edirdi. Lakin 1942-ci ilin sonuna qədər Berlin-Roma-Tokio oxunun erkən qələbələri Ruzvelt və Çörçilli Türkiyənin müttəfiqlərin tərəfində müharibədə iştirakı fikrini düşünməyə sövq etdi. Türkiyə müharibə ərzində ordunu layiqincə hazır vəziyyətə gətirmişdi və xüsusilə Çörçill türklərin Balkanlarda yeni cəbhəni açmasını istəyirdi. 1943-cü ilin 30 yanvarında Çörçill gizlincə İsmət İnönü ilə Türkiyənin Adana şəhərinin 23 km-də Yenice stansiyasında qatarda məsələni müzakirə etdi.Ruzvelt hələ də inanırdı ki, türk hücumu riskli ola bilər və nəhayət türk müvəffəqiyyətsizliyi müttəfiqlər üçün müsibətli təsirlərə yol aça bilərdi.İsmət İnönü öz ölkəsinin 1911-1922-ci illərdə, yəni 11 il ərzində fasiləsiz müharibələrə (İtaliya-Türkiyə müharibəsi, Balkan müharibələri, Birinci dünya müharibəsi və Türkiyə Qurtuluş Savaşı) uğrayaraq üzləşdiyi çətinlikləri çox yaxşı bilirdi və Türkiyəni müharibədən kənarda saxlamağı qərara aldı. İsmət İnönü həmçinin Türkiyə üçün maliyyə və hərbi yardımda əminlik, o cümlədən müharibədən sonra İosif Stalinin açıq şəkildə ərz edərək, türk dar boğazlarının sovet işğalına məruz qalacağı təqdirdə ABŞ və Böyük Britaniyanın Türkiyənin yanında olacaqlarına zəmanət istəyirdi. Sovet işğalı qorxusu və Stalinin türk dar boğazlarına nəzarət etmək arzusu Türkiyənin xarici əlaqələrdə bitərəfliyinə səbəb oldu və 1952-ci ildə NATO-ya üzv oldu. Bəlkə də, Türkiyənin müttəfiqlərin tərəfində müharibəyə qoşulmasında tərəddüdünün ən böyük səbəbi Çörçillin Adanada vəd etdiyi maliyyə və hərbi yardımın miqdarının azalması idi. Britaniyalılar Saturn yardım planının kiçildilmiş bölgüsünü təklif edirdi.Çörçill yalnız 7 ay sonra Overlord əməliyyatı ilə üzləşdi, ABŞ hökumət üzvləri bu əməliyyata alternativ olan təhdidin aradan çıxması ilə rahatlaşdı.Konfransın sonunda Türkiyənin bitərəfliyi qərara alındı. Eyni zamanda regionda müttəfiq hava əməliyyatları üçün Adana yaxınlığında İncirlik Hərbi Hava Bazasının qurulmasına qərar verildi, lakin konstruksiya işləri İkinci dünya müharibəsinin bitməsindən sonra başladı.
İslam Qahirəsi
İslam Qahirəsi (ərəb. قاهرة المعز‎,mənası: Əl-Muiz Li-Dinillah Qahirəsi), Tarixi Qahirə və ya Orta əsr Qahirəsi — Misirin paytaxtı qahirənin 19 və 20-ci əsrlərdə müasir genişlənməsindən əvvəl mövcud olan tarixi əraziləri, xüsusilə köhnə divarlı şəhərin və Qahirə qalasının ətrafındakı mərkəz hissələrinə verilən ad. "İslam" Qahirəsi adı bölgədəki müsəlmanların daha çox tanıdılmasına görə deyil, İslamın erkən dövründə qurulduğu gündən bəri şəhərin zəngin tarixinə və irsinə görə verilmişdir. Və bu ad eyni zamanda onu Qədim Misirə aid Giza və Memfis əraziləri ilə fərqləndirir. Bu bölgə İslam memarlığının İslam dünyasındakı ən böyük və ən sıx yayılmış yerlərindən biridir.:7 İslam Qahirəsi Misirdəki bütün İslam dövrünə aid yüzlərlə məscid, türbə, mədrəsə, malikanələr, karvansaralar və istehkamlarla səciyyələnir. 1979-cu ildə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) Tarixi Qahirəni " məşhur məscidləri, mədrəsələri, hamamları və fəvvarələri ilə birlikdə dünyanın ən qədim İslam şəhərlərindən biri " və "14-cü əsrdə qızıl dövrünə çatan İslam dünyasının yeni mərkəzi" olaraq Ümumdünya irsi siyahısına daxil etmişdir. == Tarix == === Fustatın və ilk İslam dövrünün əsası === Qahirə tarixi əslində, Misirin 640-cı ildə Əmr ibn Asın komandirliyi altında müsəlman ərəblər tərəfindən fəth edilməsi ilə başlayır. O dövrdə Misirin paytaxtının İsgəndəriyyə olmasına baxmayaraq (Ptolemey, Roma və Bizans dövrlərində olmuşdur), ərəb fəthçiləri Fustat adlı yeni bir şəhərin inzibati paytaxt və hərbi qarnizon mərkəzi kimi xidmət etməsi üçün qərar verdilər. Yeni şəhər Nil sahillərində (indiki Köhnə Qahirədə) Babil qalası olaraq tanınan Roma-Bizans qalasının yaxınlığında, Qahirənin sonrakı yerinin cənub-qərbində yerləşirdi. Bu məkanın seçilməsi bir neçə amillə, o cümlədən Ərəbistan və Məkkəyə bir qədər yaxın olması, İsgəndəriyyədəki güclü xristian və ellinist təsir qorxusu və İsgəndəriyyənin dəniz yolu ilə gələn Bizans əks-hücumlarına qarşı həssaslığı ilə əlaqəli ola bilər.
OSS 117: Qahirə – casus yuvası
OSS 117: Qahirə – casus yuvası filmi rejissor Mişel Hazanaviçus tərəfindən 2006-cı ildə ekranlaşdırılmışdır. Əsas rolları Jan DüjardenBerenis BejoOr Atika ifa edirlər. == Məzmun == Hadisələr 1955-ci ildə Misirdə cərəyan edir. Burada taxtdan düşmüş Faruk yenidən taxt-tacı ələ keçirmək istəyir, dini sekta olan "Xeopsun qartalları" da hakimiyyətə can atır. Fransız hökuməti Qahirədə qayda-qanun yaratmaq üçün ən yaxşı casusunu-Agent 117-ni oraya göndərir. Yuber (Agent 117) zarafatı və əyləncəni sevir. Burada bir neçə şəxslə tanışlıqdan sonra vəziyyəti öyrənir. Onun köməkçiləri misirli casus qadın Larmina və ingilis casusu "inkoqnito"dur. Beləliklə, Yuberi bir çox macəralar gözləyir.

Digər lüğətlərdə

ёра захлёбывавшийся крупноме́рный лысу́хин напёрсток ополосну́ться референту́ра сапажу́ террори́стка усласти́ть изби́тый патроне́сса пита́ться прописать и́жицу серп пляж amerciament dial saros taxology trustbuster unmodifiable гандболист облечься полярник