LANDŞAFT

alm. landschaft – ölkə, mahal

LAMPROFİR
LAPİLLA
OBASTAN VİKİ
Landşaft
Landşaft (alm. Landschaft‎) – bütün əsas komponentləri (litosferin üst horizontları, relyef, iqlim, sular, torpaq, biota) mürəkkəb qarşılıqlı əlaqədə olan və inkişaf səviyyəsinə görə eynicinsli vahid sistem təşkil edən təbii coğrafi kompleks. == Lantşaftın növləri == Ekologiyada landşaft təbiətdən səmərəli istifadə məqsədini əhatə edir. Landşaftlar mənşəyinə görə iki əsas tipə ayrılır – təbii və antropogen. == Təbii landşaftlar == Təbii landşaft yalnız təbii faktorların təsiri altında formalaşır. Aşağıdakılar təbii landşafta aid edilir: Geokimyəvi landşaft (Polınov, 1956) – kimyəvi elementlərin və birləşmələrin eyni tərkib və miqdara malik olan yer sahəsidir. Hər geokimyəvi landşafta müəyyən tip elementlərin və birləşmələrin miqrasiyası xasdır. Elementar landşaft (Polınov, 1915) – eyni cinsli süxurda, eyni relyef elementində yerləşərək bir bitki assosiasiyası və bir torpaq tipi ilə səciyyələnir. Elementar landşaft ellüvial, subakval və superakval adlı üç tipə ayrılır. Ellüvial landşaft – relyefin təpəlik (yüksəklik) elementlərində formalaşır.
Antropogen landşaft
Antropogen landşaft — insanın təsərrüfat fəaliyyəti nəticəsində dəyişdirilmiş təbii landşafta, həmçinin insanın yaratdığı təbii- istehsal komplekslərinə, şəhər, qəsəbə, texnogen, kənd təsərrüfatı landşaftlarına deyilir. Antropogen landşaftlar hal-hazırda Yerin quru sahəsinin təxminən 50 %-ni əhatə edir. Antropogen landşaftlar özünü tənzimləyən təbii landşaftdan fərqli olaraq, insanın nəzarəti altında olub, idarə olunur. == Antropogen landşaftların tarixi və genetik xüsusiyyətləri == Müasir dövrdə elm və texnikanın, məhsuldar qüvvələrin sürətli inkişafı yerin landşaft sferasının təbiətində əsaslı şəkildə ciddi struktur dəyişmələri yaratmışdır. XX əsrin 60-70-ci illərindən başlayaraq antropogen landşaftların öyrənilməsinə maraq xeyli artmışdır. XIX əsrin ortalarından başlayaraq tədricən maşınlı sənayenın yaranması ilə dünyada və Azərbaycanda təbii ehtiyatların mənimsənilməsinin yeni, daha dağıdıcı və təbii landşaftlara qarşı amansız müdaxilə mərhələsi başlayır. Bu dövr XX əsrin ortalarına kimi davam edir. Quba, Qusar, Gədəbəy, Daşkəsən, Masallı, Lənkəran və s. inzibati ərazilərdəki dağ meşələri antropogen təsirlərlədən əsaslı şəkildə ziyan görür. Hazırda bu ərazilərdəki meşələrin əsas hissəsi təkrar törəmə meşələrdir.
Coğrafi landşaft
Coğrafi landşaft- fiziki-coğrafi bölgünün (rayonlaşmanın) əsas vahidi. Yerin coğrafi təbəqəsinin inkişafında təbii sürətdə əmələ gələn və öz coğrafi quruluşuna görə digər sahələrdən fərqlənən nisbətən yekrəng sahə-ərazidir. Coğrafi landşaft dedikdə təbii-coğrafi kompleks, daha doğrusu fiziki-coğrafi rayon nəzərdə tutulur. Mənşəyinə görə vahid ərazi olub,eyni tip relyefi, geoloji quruluşu, iqlimi, yeraltı və səth sularının, torpağın qanunauyğun birliyi, bitki və heyvanat aləminin eyniliyi ilə səciyyələnir. Hər bir C.1.onun daxilində qarşılıqlı əlaqəli birlik yaradan sadə fiziki-coğrafi vahidlərdən /fasiya, təbii mərz, məhəll/təşkil olunur. Digər tərəfdən mürəkkəb strukturuna görə oxşar C.1.
Karst landşaft
Karst landşaft (rus. карстовый ландшафт, ing. karst landscape)karstın inkişaf etdiyi sahələrin landşaftı. Mülayim enliklərdə qapalı dərinlik və çökəkliklərin olması səthi axınların az olması, qrunt sularının dərində yatması, yeraltı boşluqların olması, mağaralar, itən çaylar, gur bulaqlar və b. əlamətlərlə fərqlənir. Subtropik və tropik qurşaqlarda qüllə, konus, günbəz, çılpaq daşlı sahələr, çökəklik karstı və b. formada qalıq relyef formalarının olması ilə səciyyələnir.
Landşaft rejimi
Landşaft rejimi (en. landscape mode) – kağız vərəqinin elə yönümüdür ki, mətn və ya görüntü vərəqin uzun tərəfi boyunca çap olunur, yəni görüntünün və ya səhifənin eni hündürlükdən çox olur. Landşaft monitor (en. landscape monitor) – eni hündürlüyündən böyük olan monitor. Landşaft monitorların eni, televiziya ekranında olduğu kimi, hüdürlüyündən təxminən 33% böyük olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Landşaft sferası
Landşaft sfe­rası (rus. ландшафтная сфера; ing. landscape sphere) coğrafi təbəqənin sino­nimi; coğrafi örtüyün bir his­səsi — litosfer, atmosfer və hidrosferin qarşılıqlı təsir zonası; cəmiy­yət də daxil olmaqla təbii və antropogen landşaft.
Landşaft təbəqəsi
== Landşaft təbəqəsi == Landşaft təbəqəsi (alm.landschaft-ölkə, məhəl və ya holl. landschap-ərazinin görünüşü)-bax.coğrafi təbəqə.
Mədəni landşaft
Mədəni landşaft- insan fəaliyyəti sayəsində müəyyən bir ehtiyacı ödəmək üçün yaradılmış landşaft. == Mədəni landşaft == İnsanın təsərrüfat fəaliyyətinin təsirini görməmiş təbii landşaftdan fərqli olaraq Mədəni landşaft daima insanın təsiri və nəzarəti altında olur. Səhra içərisində vahə, çöl zonasında zəmi, bağ, üzümlük, tropik meşələr arasında çay kolu, banan plantasiyaları, qırılmış meşə yerində örüş və tarla, quraqlıq yerdə süni salınmış meşə və s. mədəni landşafta aiddir. == Landşaft planlaşdırılması == Landşaft planlaşdırması adətən digər planlaşdırma vasitələrindən əvvəl və yaxud onlarla kompleks istifadə olunur və aşağıdakı şəkildə təbii ehtiyatların mühafizəsi və onlardan davamlı istifadəyə kömək edir: -Müxtəlif məqsədlər üçün torpaqdan istifadənin daha effektiv olmasına və bu sahədə məlumatlandırmaya təminat verir, məsələn, tikililər, yerquruluşu, meşə massivləri və biomüxtəliflik üçün; -Torpaqdan istifadədə müxtəlif təşkilat və siyasətçilərin müxtəlif səviyyələrdə qərarlarını birləşdirir; -Əhali ilə aktiv münasibət yaratmaqla məlumat sisteməlşdirilir və interaktiv (əhalinin iştirakı) plan üçün sənədlər hazırlanır; -Təbii resurs və komplekləslərin istifadəsində konkurent varintlar olduqda, xüsusən bazar iqtisadiyyəti şəraitində, optimal qərarın tapilmasına xidmət edir; -İnvestorlara layihələrə qoyulan tələbləri nəzərə almağa və onların reallaşdırılmasının məqsədəuyğunluğu haqqında vaxtında və doğru qərar qəbul etməyə imkan verir; -Planlaşdırmaya bütün marağı olan tərəfləri, o cümlədən yerli əhalini, cəlb edən komunikativ prosesdir və cəmiiyətin demokratlaşmasına, onun sosial-iqtisadi stabilliyinə və davamlı inkişafına yardımçı olur.
Landşaft komplekslərinin ekoloji qiymətləndirilməsi
== Landşaft komplekslərinin ekoloji qiymətləndirilməsi == Ekoloji vəziyyəti saxlamaq, sabitləşdirmək üçün landşaft komplekslərinin qiymətləndirilməsi vacib məsələ sayılır. Azərbaycanın landşaft komplekslərini qiymətləndirmək ilkin material kimi torpaq xəritələrindən, torpaq-eroziya və torpaqların mühafizəsi xəritələrindən, landşaft kompleksi xəritəsindən, torpaqların bonitet şkalası v ə bonitet kartoqramlarından istifadə edilmişdir. Nəticədə tədqiqat obyektlərindəki landşaft komplekslərinin sayı, onların sahəsi, landşaftın orta ölçülmüş balı və –müqayisəli dəyərlilik əmsalı müəyyən olmuşdur. Azərbaycanın landşaftının orta ölçülmüş bonitet balını (41) vahid qəbul edərək (K-1.00) ona münasibətdə landşaft tiplərinin dəyərlilik əmsalı müəyyən olunmuşdur. == Landşaftın çirklənməsi == Bu termin bir neçə mənada işlənir: 1) bu və ya digər maddənin və ya enerjinin təbii haldan yüksək olması; bu, həm də təbii faktorlar (vulka) fəaliyyəti, torpaq hissəciklərinin və ya duzların gətirilməsi), həm də antropogen faktorların təsiri nəticəsində baş verə bilər; 2) landşafta təbii proseslərin gedişi nəticəsində formalaşmayan yad maddələrin verilməsi. Landşaftın çirklənməsinin əsas mənbəyi texnogen təzyiq sayılır. Çirklənmə landşaftın xarakterinin və onun komponentlərinin xassələrinin dəyişməsinə səbəb olur, bu isə geomorfoloji (to)un, qumun və s.-nin toplanması) və termik anomaliyanın formalaşması ilə nəticələnir. Landşaftın komponentlərinin qarşılıqlı təsiri onlardan birinin çirklənməsi (məs. havanın), digər komponentlərin (bitki örtüyü, torpaq və s.) çirklənməsinə səbəb olaraq bütün landşaftı əhatə edir. Bu zaman orqanizmlər, torpaq və su hövzələrindəki lil çox vaxt çirkləndirici maddələr toplayır.
Quru-çöl landşaft kompleksi
Quru-çöl landşaft kompleksi - Yarımsəhra landşaftları ilə tipik çöllər arasında keçid təşkil edən bu landşaft tipi Abşeron yarımadasında kiçik sahələrlə parçalanmış areallarla yayılmışdır. Ərazinin relyefi platoşəkilli yüksəkliklər və təpəli-tirəli düzənliklərlə təmsil olunur. Süxurlar məhsuldar qatın Abşeron gilləri, əhəngdaşları və qum-gillərdən ibarətdir. Hündürlük 50-145 m arasında dəyişir. Qabarıq və bəzi hissələrdə pilləvari quruluşa malik Güzdək platosunun hündürlüyü 160-200 m-ə çatır. == İqlimi == Burada il ərzində günəşli saatların miqdarı 2200-2400 saata qədərdir. Yanvarın orta temperaturu 2,5-3,00C, iyulun orta temperaturu 24-250C arasında dəyişir. Mütləq maksimum temperatur 40-410C, mütləq minimal temperatur isə -14-150C - dir. Ərazidə şimal və cənub küləkləri üstünlük təşkil edir. Ən sürətli küləklər (orta sürət 6-8 m/san) şimal və şimal-qərb istiqamətlərindən əsir.
Balakən-Katex ekogeokimyəvi landşaft rayonu
Balakən Katex ekogeokimyəvi landşaft rayonu - Bu ərazidə Böyük Qafqazın cənub yamacı ərazisi üçün səciyyəvi olan bütün duzlaşma tiplərinə,tipomorf makroionlara görə ayrılmış bütün geokimyəvi landşaft siniflərinə təsadüf edilir. == Ekoloji şəraiti == Rayon ərazisinin şimal hissəsində əsasən sulfatli maqneziumlu natriumlu,cənubunda isə sulfatlı natriumlu kalsiumlu və sulfatlı kalsiumlu natriumlu duzlar üstünlük təşkil edir.Ərazinin təbii sularının tərkibi Zaqatala,Qax və Qəbələ bölgələrinin təbii sularının ion tərkibi bir-birinə müəyyən qədər yaxındır.Balakən və Oğuzun təbii suları sulfatlı-natriumlu və kalsiumlu,Zaqatala Qax və Qəbələnin təbii suları kalsiumlu-hidrokarbonatlı və sulfatlıdır. == Ekoloji şəraitin ətraf mühitə təsiri == Ərazidə yayılmış geokimyəvi cəhətdən zəngin süxurların litoloji tərkibinin müxtəlifliyi geokimyəvi şəraitin rəngarəngliyinə səbəb olur.Lakin Katsdağ ,Kasmalo,Filizçay,Katex və s. sahələrdə faydalı qazıntı yataqlarının kəşfiyyatı ilə əlaqədar olaraq bu süxurların üzərinin açılması və səthə çıxarılması ilə ekoloji şərait daha da mürəkkəbləşir.Mühitdə misin çoxluğu heyvanlarda əmələ gələn bir sıra xəstəliklərdə (qara ciyərin atrofiyası və s.) özünü göstərir.Molibden artıqlığı isə heyvanlar arasında endemik molibden toksikozuna,insanlarda isə endemik molibden toksikozuna,insanlarda isə endemik podaqra xəstəliyinə səbəb olur.
Texnogen landşaft
Texnogen landşaft - müasir güclü texnikadan istifadə etməklə strukturası və forması insanın təsərrüfat fəaliyyəti nəticəsində yaranan antropogen landşaftın müxtəlif növləridir. İnsanın təsiri birbaşa (torpağın, bitkinin, yerin üst qatının, sənaye, məişət, tikinti, neft tullantıları ilə yerin səthin tutulması, su ilə basdırılması) və dolayı yolla (suyun, torpağın, atmosferin sənaye tullantıları ilə çirklənməsi və dəyişməsi) ola bilər.
Nival subnival landşaft
Nival subnival landşaft — Bu landşaft tipi Böyük Qafqazın cənub yamacında 3200-4400 m-lik mütləq yüksəklik diapazonunda olan uca dağların suayrıcı xətti boyu dar zolaq şəklində uzanan əraziləri əhatə edir. == Ərazisi == Əsasən mütləq yüksəkliyi 3500 m-dən çox olan Bazardüzü (4466 m), Tufandağ (4106), Çorundağ (4079 m), Məlkəmud (3879 m), Quton (3608 m), Çuxadurmaz (3572 m) kimi dağ zirvələrində formalaşan bu landşaft kompleksinin ümumi sahəsi 390 kvadrat kilometr olub,Azərbaycan daxilində Böyük Qafqazın cənub yamacının 11,1%-ni təşkil edir. Relyefin böyük nisbi və mütləq yüksəkliyi və sərt iqlim şəraiti nival-subnival qurşaqdakı landşaftların formalaşması və inkişafında əsaslı rol oynayır. Fiziki aşınma, şaxta aşınması,qravitasiya, eroziya-denudasiya, soliflükasiya kimi müxtəlif proseslərin böyük potensial enerji ehtiyatları burada landşaftların daha çox dinamikliyinə şərait yaradır. == Relyefi == Bundan başqa sərt relyefə və davamiyyətli qar örtüyünə malik olan bu landşaftlar bəzi yerlərdə buzlaq sahələrinə çox yaxın olduğundan burada kimyəvi elementlərin hipergen miqrasiyasını öyrənmək hələlik mümkün deyildir. Lakin əldə etdiyimiz faktiki göstəricilər bu landşaftlarda ekoloji-geokimyəvi şəraitin ümumi cəhətləri haqqında müəyyən təsəvvürlər yaratmağa imkan verir. Yüksək dağlığın nival-subnival landşaft qurşağı Böyük Qafqazın cənub yamacı ərazisindəki dik və uçurumlu-qayalı dağ yamaclarını, düzəlmə səthlərini, aşınma prosesləri nəticəsində formalaşan ufantı konuslarını və s. bu kimi bir sıra elementar landşaftları əhatə edir. Dağ yamaclarında tez-tez ufantı konuslarına, uçqunlara, qaya çıxıntılarına təsadüf edilir.Dik və uçurumlu yüksək dağ yamaclarında yayılmış ufantı konusları, buzlaq və qar örtüyünün yaratdığı relyef formaları (karlar, sirklər, morenlər) və yarğanvari çay dərələri geniş əraziləri əhatə edir. Digər landşaftlardan (alp çəmənliyi və meşə landşaftlarından) fərqli olaraq nival-subnival landşaftlarda dağ süxurlarının maddi tərkibi və geokimyəvi xüsusiyyətləri kimyəvi elementlərin hipergen miqrasiyasına daha çox təsir göstərir.
Yarımsəhra landşaft kompleksi
Yarımsəhra landşaft kompleksi- Yarımsəhralar Abşeron yarımadasının böyük bir hissəsinin (90%) əhatə edir. Bu da iqlimin quraq olması, relyefin alçaq olması və süxurların litoloji tərkibi ilə əlaqədardır. == Relyefi == Onun arealı Xəzər dənizi ilə 500-600 m. Mütləq hündürlüklər arasındaki ərazini əhatə edir. Yarımadanın qərb və mərkəz hissələrinin relyefi sinklinal dərə və çökəkliklərlə ayrılmış qabarıq antiklinal silsilələr, tirələr və yüksəkliklərlə xarakterizə olunur. Bu ərazilərdə Neogen və Dördüncü dövrün karbonatlı – terrigen çöküntüləri yayılmışdır. Burada həm də palçıq vulkanları çox inkişaf etmişdir. Yarımadanın şərq hissəsi əsasən düzənlik olub, orta-yuxarı-Dördüncü dövr və müasir çöküntülərlə örtülmüşdür. Nisbətən hündür relyef yarımadanın şimal-qərb hissəsində rast gəlinir (Qoyundağ – 333 m, Qaraheybət – 272 m), şərqə doğru isə relyef alçalır (Məqribi R.A., 1997). Yarımsəhra iqliminin məhsulu olan şoranlıqlar və duzlu göllər (Mirzaladi, Böyük Şor, Saray, Pirşağagöl və s.) yarımadanın landşaftları üçün xarakterik olub geniş yayılmışdır.
Zilim (landşaft təbiət parkı)
Zilim landşaft təbiət parkı — yerli əhəmiyyətli qorunan təbiət abidəsi. Təbiət parkı 2005-ci ildə resursların bərpası, turizmin inkişafı və mövcud bioloji növlərin qorunması məqsədi ilə təşkil olunmuşdur. Park Başqırdıstanın xüsusən qorunan təbiət ərazisi statusuna malikdir. == Təsviri == Park ərazisində unikal təbiət kompleksi, nadir yayılmış bitki və heyvan növlərinə rast gəlmək olar. Başqırdıstan Respublikası Qafuri rayonu ərazisində, Zilim çayı hövzəsində yerləşir. Park 38,1 min ha ərazini əhatə edir. Park alçaq dağlıq əraziləri əhatə edir ki, burada da 68 mağara mövcuddur. Onlardan Oktyabrskaya və Kinderle mağaraları daha çox seçilir. == Flora == Park ərazisinin 90 % meşə ilə örtülmüşdür. Əsasən qarışıq və enliyarpaqlı meşələr üstünlük təşkil edir.
Qanıx-Əyriçay ekogeokimyəvi landşaft rayonu
Qanıx-Əyriçay ekogeokimyəvi landşaft rayonu-Baş Qafqaz silsiləsinin cənub yamacından başlanan çayların gətirmə materiallarının akkumulyasiya sahəsi kimi səciyyələnir. == Ekoloji şəraiti == Rayonun qərbində sulfatlı-maqneziumlu-natriumlu,mərkəzində sulfatlı-kalsiumlu-natriumlu,şərqində isə sulfatlı-hidrokarbonatlı-natriumlu duzlar yayılmışdır.Rayon ərazisinin Laləli,Almalı,Muğanlı kimi akkumulyasiya sahələrində sərbəst (avtonom) landşaftlardan trans-akkumulyativ və ellüvial-akkumulyativ landşaft sahələrinə daşınan bir sıra kimyəvi elementlərin burada toplanması üçün əlverişli şəraiti olduğundan həmin yerlərdə mis,sink,qurğuşun,civə,mərgümüş,molibden və s.mikroelementlərin müsbət anomaliyaları yaranmışdır.Ərazidən axan çayların təsiri ilə bu anomaliyalardakı kimyəvi elementlərin mütəmadi olaraq akval landşaftlara daşınması müşahidə edilir. == Ekoloji şəraitin ətraf mühitə təsiri == Qanıx-Əyriçay ekogeokimyəvi landşaft rayonu ərazisində formalaşan torpaqların tərkibində bir sıra mikroelementlərin,o cümlədən mis,sink,qurğuşun,vanadium,mərgümüş və nikelin miqdarı çox vaxt yol verilən konsentrasiya həddini aşıb keçir.Bu isə rayon ərazisinin ekoloji-geokimyəvi şəraitinə mənfi təsir göstərir və buradakı canlılar arasında bir sıra xəstəliklərin, o cümlədən insanlarda və heyvanlarda hemolitik sarılıq,qaraciyər zədələnməsi,sinir sistemi xəstəliklərinin,bitkilərdə isə xloroz xəstəliyinin əmələ gəlməsi təhlükəsinin yaranmasına gətirib çıxarır.Lakin,belə xəstəliklərə rayon ərazisində hələlik nadir hallarda təsadüf edildiyindən bütün bunlar Qanıx-Əyriçay ekogeokimyəvi landşaft rayonunun ekoloji cəhətdən gərginliyi nisbətən zəif olan rayon kimi səciyyələndirməyə əsas verir.
İsmayıllı-Lahıc ekogeokimyəvi landşaft rayonu
İsmayıllı Lahıc ekogeokimyəvi landşaft rayonu — kimyəvi analizlərin nəticələrinə görə bu rayonun əksər əraziləri üçün sulfatlı-natriumlu zəif minerallaşma səciyyəvidir. == Ekoloji şəraiti == Ərazinin bəzi yerlərində təsadüf edilən mis, vanadium və mərgümüş kimi mikroelementlərin klarka nisbətən azacıq üstünlüyü, nikel, barium və fosforun isə əksinə, klarka nisbətən az olmasını nəzərə almasaq İsmayıllı-Lahıc ekogeokimyəvi landşaft rayonunu ekoloji şəraiti qənaətbəxş olan region kimi səciyyələndirmək olar. Çünki göstərilən elementlərdən ekoloji şərait üçün təhlükə ehtimalı, ancaq mühitdə misin miqdarının çoxluğundan, fosforun isə az olmasındandır. == Ekoloji şəraitin canlılara təsiri == Mühitdə misin miqdarının çox olması heyvanlarda qaraciyər atrofiyası xəstəliyi törədir; bitkilərin qida mühitində fosfor çatışmadıqda bitkilərin böyüməsi zəifləyir, çiçəkləmə və yetişmə fazaları gecikir, çiçəklərin və meyvələrin sayı az olur, yarpaqlar bənövşəyi rəng alıb solğunlaşır, bitkilərdə pur-pur xəstəliyi əmələ gəlir, heyvanlarda osteoporoza adlı sümük xəstəliyi baş verir. Lakin belə hallar rayon ərazisi üçün o qədər də səciyyəvi deyildir. == Təbii suları == Hidrokimyəvi analizlərin nəticələrinə görə,rayon ərazisindəki təbii suların tərkibində hidrokarbonatlı-kalsiumlu-maqneziumlu birləşmələr üstünlük təşkil edir. Rayonun əsas çay şəbəkəsini təşkil edən Göyçay, Girdmançay və onların qolları kimyəvi elementlərlə çirklənməyib öz təbii geokimyəvi rejimlərini qoruyub saxlamışlar. == Geokimyəvi şərait == Rayonun ən iri yaşayış məntəqəsi olan İsmayıllı şəhəri ərazisindəki allüvial çəmən-meşə torpaqları, spektral analizlərin nəticələrinə görə, mis, sink, qurğuşun, bor, vanadium və mərgümüşlə zəngin olsa da burada mikroelementlərdən stronsium, nikel və sirkoniumun qıtlığı hiss edilir. Bu torpaqlarda təxminən klark səviyyəsində olan mikroelementlər molibden və kobaltdır. İsmayıllıda stronsiumun anomallıq əmsalı 1,6-ya ancaq çatır.
Şəki-Oğuz ekogeokimyəvi landşaft rayonu
Şəki Oğuz ekogeokimyəvi landşaft rayonu-Ekogeokimyəvi rayonun mərkəzi hissəsində sulfatlı-natriumli duzlar,şimal-qərb və cənub-şərq hissələrində isə,sulfatlı-natriumlu-kalsiumlu və sulfatlı-natriumlu-maqneziumlu duz birləşmələri üstünlük təşkil edir. == Ekoloji şərait == Rayonda geokimyəvi cəhətdən ekoloji gərginliyə səbəb olan əsas amillər buradakı landşaftlardan(xüsusən torpaqda və səth sularında)kobalt,ftor və yod kimi sağlam həyat üçün zəruri olan kimyəvi elementlərin çatışmaması,mərgümüş,civə,qurğuşun,molibden,bor kimi konserogen xarakterli mikroelementlərin çox olmasıdır. == Torpaqların tərkibi == Şəki sahəsindəki torpaqların tərkibində sulfatlı-natriumlu-hidrokarbonatlı,Oğuz ərazisindəki torpaqların tərkibində isə sulfatlı-natriumlu-kalsiumlu birləşmələr üstünlük təşkil edir.Humusun miqdarı Şəki ərazisindəki torpaqların tərkibində 1,38-4,76%,Oğuzdakı torpaqların tərkibində 2,59-4,76%-dir.Şəki ərazisindən götürülmüş torpaqların tərkibində civə,molibden,gümüş və sirkonium müşahidə edilməmiş,mis,sink,nikel və kobaltın təxminən ümumdünya klarkı səviyyəsində,vanadium, mərgümüş və xromun klarka nisbətən çox olduğu müəyyənləşdirilmişdir.Oğuz şəhəri sahəsində torpağın tərkibində mis,sink,qurğuşun,civə,bor,vanadium və mərgümüşün çox,stronsium,kobalt və sirkoniumun az olması nəzərə çarpır. == Suların mineral tərkibi == Haqqında danışdığımız şəhərlərdəki təbii suların da mühiti zəif qələvidir.Həm Kişçayda,həm də Türyançayda pH 7,5-lə 7,8 arasında dəyişir.Hidrokimyəvi analizlərin nəticələrinə görə Kişçayının(Şəki) suları natriumlu-hidrokarbonatlı-kalsiumlu,Türyançayın(Oğuz) suları isə sulfatlı-natriumlu-kalsiumludur.Bu çay sularının tərkibində mikroelementlərin miqdarının son dərəcə azlığı,mis,sink,qurğuşun,stronsium,molibden,vanadium,nikel,manqan,gümüş,qalay və sirkonium kimi mikroelementlərin mövcud olması aşkar edilmişdir. == Ekoloji şəraitin insanlara təsiri == Böyük Qafqazın cənub yamacındakı suların minerallaşma dərəcəsinin aşağı olduğu yerlərdə ftor çatışmazlığı da müşahidə edilir və belə ərazilərdə yayılan diş kariyesi xəstəliyi də bununla əlaqələndirilir.Şəki,Oğuz və Qəbələ bölgələrində ftor çatışmazlığı xüsusi ilə kəskin hiss olunur.Bu bölgələrdəki torpaqların tərkibində ftorun ümumi miqdarı 0,042-0,049% təşkil edir. İnsan orqanizmində diş emalının möhkəmliyi,sümüklərin,dişlərin,saçın və dırnaqların inkişafı mühitdəki ftorun miqdarından asılıdır.İnsan orqanizmi üçün çox vacib olan ftorun əsas mənbəyi bilavasitə su olub landşaftdakı su mənbələrində onun optimal miqdarı 7-10 mq/l-dir. Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, Böyük Qafqazın cənub yamacında ftorun konsentrasiyası hətta mineral sularda da 0,4-1,2 mq/l olub,Qəbələ bölgəsinin zəif minerallaşmış azotlu,qələvi Kəmərvan termal su mənbəyində Böyük Qafqaz ərazisi üçün maksimal səviyyəyə - 2,5-5,5 mq/l-ə çatır. Mühitdə bu və ya digər kimyəvi elementin ifrat artıqlığı da landşaftların ekoloji şəraitinə mənfi təsir göstərir. == Bitkilərin tərkibi == Şəki ərazisindən götürülmüş bitkilərin tərkibində xrom və vanadiumun miqdarı o qədər çox olmasa da,qurğuşun və sink bioloji udulma əmsalının yüksək olması ilə seçilir.Bitkilərin tərkibində toplanan bu mikroelementlərin insan orqanizmi üçün təhlükəli olub-olmamasını müəyyənləşdirmək üçün spektral analizlər zamanı alınan nəticələr yol verilən konsentrasiya hədləri ilə müqayisə edilmişdir.Müəyyən edilmişdir ki,bitkilərin tərkibində qurğuşun və sinkin yol verilən konsentrasiya hədləri uyğun olaraq 100 və 300 mq-dır.Ümumilikdə Şəki-Oğuz ekogeokimyəvi landşaft rayonu ərazisində ftor,yod və kobalt kimi mikroelementlərin çatışmaması,qurğuşun,molibden və vanadiumun miqdarının yol verilə bilən konsentrasiya hədlərindən çox olması burada ekoloji-geokimyəvi şəraitin yaxşılaşdırılması üçün müəyyən meliorativ tədbirlər görülməsinin zəruri olduğunu sübut edir.Çünki,landşaftda ftor çatışmazlığı diş kariyesi,yod çatış-mazlığı zob,kobalt çatışmazlığı V12 avitaminozası xəstəliklərinin əmələ gəlməsinə,mühitdə borun artıqlığı isə insanlarda,xırda buynuzlu mal-qarada və s.ev heyvanlarında endemik bor enteritinə səbəb olur..
Arktik və Antarktik landşaftın torpaqları
Arktik və Antarktik landşaftın torpaqları - Avrasiya materikində Şpitsbergen, Frans-İosif Torpağı, Yeni Torpaq, Novosibirsk adalarında, Taymır yarımadasında, Şimali Amerikada Qrenlandiyanın şimal sahillərində, Şimali Amerikanın şimal arxipelaq adalarında, Antarktida materikinin vahələrində rast gəlinən torpaq tipi . == İqlimi == İqlim şəraiti çox soyuq olub, orta illik temperatur -10°C-dən -14°C-i arasında dəyişir. Yayda orta sutkalıq temperatur +5°C-ni aşmır. Şaxtasız günlər 12-14 gündən çox davam etmir. Arktik zonanın qərb hissəsinin şərqinə nisbətən qışı yumşaqdır. Yağıntıların illik miqdarı Arktikada 130-200 mm arası dəyişir. Antraktidanın vahələrində də az yağıntı düşür. Məsələn, Benqerada ildə 62 mm qar şəklində yağıntı yayda düşür. Antraktida sahil hissələrindəki vahələrində yağıntının miqdarı 300 mm-ə qədər artır. Nisbi rütubətliyin yüksək olması xarakterikdir (90%).
Asiyanın landşaftı
Azərbaycanın landşaftları
Azərbaycan Respublikasının təbii şəraiti mürəkkəb olduğundan onun ərazisində inkişaf etmiş landşaftlar da müxtəlifliyi ilə səciyyələnir. Azərbaycan Respublikasında təbii landşaftların yüksəkliyə görə dəyişilməsində Böyük və Kiçik Qafqaz, Talış (Lənkəran), Naxçıvan MR landşaft strukturu qrupları ayrılır. Böyük və Kiçik Qafqazın landşaft strukturunda alçaq dağlıqdan yüksək dağlığa doğru yarımsəhra, dağ çölləri, dağ meşələri, dağ çəmənləri və nival landsaft qurşaqları bir-birini əvəz edir. Bunlardan fərqli olaraq Talışda landşaft inversiyası bas verir - alçaq dağlığın meşə landşaftı yüksəkliyə doğru dağ-kserofit landşaftına keçir. Düzənliklərin meşə-çəmən landşaft strukturunda iqlimin quraq keçməsi əsas rol oynayır. Naxçıvan MR-ın Arazboyu düzənliklərinin yarımsəhra və orta dağlıq hissəsində quru çöl, yüksək dağlıq hissəsində dar zonada dağ çəmənləri, ondan yüksəkdə isə nival qurşaq yerləşir. Landşaftlar dağlıq və düzənlik landşaftlarına bölünür. Bunların daxilində isə bir sıra landşaft tipləri və yarımtipləri ayrılır.
Böyük Qafqazın arid meşə-kol landşaftları
Arid meşə-kol landşaftlar - Landşaft kompleksinin əhatə etdiyi ərazidə yayı quraq keçən mülayim isti və qışı quraq keçən mülayim isti iqlim tipi hakimdir. Havanın orta illik temperaturu +6 -140, 100-dən artıq aktiv temperaturun illik cəmmi 1600-33000 təşkil edir. Orta illik atmosfer yağıntılarının miqdarı 400-600mm arasında dəyişir. Dağ meşə-kol landşaftı daxilində çay şəbəkəsi daha alçaq mütləq yüksəklikləri əhatə edən çöl və yarımsəhra landşaftlarına nisbətən yaxşı inkişaf etmişdir. Burada çay şəbəkə sıxlığı 0,4-0.6 km/km2 təşkiledir. Böyük Qafqazın cənub-şərq yamacının alçaq və orta dağlığın hamar, az meyilli relyef sahələrində meşə örtüyü qırılaraq müxtəlif aqrolandşaftlarla əvəz edilmişdir. Buna görə də Pirsaatçaydan şərqə doğru meşənin areallı məhdudlaşır. Burada yalnız Qozluçay hövzəsində çayın yuxarı axınında palıd-vələs meşələri talalar şəklində mövcuddur.
Böyük Qafqazın cənub-şərq hissəsinin dağ-meşə landşaftları
Cənub-şərq hissəsinin dağ-meşə landşaftları — Böyük Qafqazın cənub-şərq hissəsində dağ-meşə landşaft kompleksləri 600–700m və 2000–2200 m mütləq yüksəkliklər arasında olan sahələri əhatə edərək, əsasən Girdimançayla-Pirsaatçay arasındakı ərazilərdə yayılmışdır. Ərazinin Qobustan-Dübrar zonasında meşə zolağının arealının kəsilməsi iqlimin aridləşməsi, litoloji əsas və həmçinin tarixi dövr ərzində əhalinin təsərrüfat fəaliyyəti ilə əlaqədardır. Böyük Qafqazın cənub-şərq hissəsində dağ meşə kompleksləri yamac prosesləri sürüşmə, uçqun və təsərrüfat fəaliyyəti nəticəsində əhəmiyyətli dərəcədə dəyişikliyə məruz qalmışdır. Meşə qurşağında xüsusilə Girdimançay, Ağsuçay hövzələrində sürüşmə prosesləri geniş inkişaf etmişdir. == İqlimi == Dağ-meşə landşaft kompleksi soyuq rütubətli qışı, yağıntıları bərabər paylanan mülayim isti və quru soyuq qış iqlimi ilə xarakterizə olunur. İllik günəşli günlərin cəmi 1900–2200. İllik günəş radiasiyası 120–135 kkal/sm2, illik radiasiya balansı 20–45 kkal/sm2 təşkil edir. Orta yanvar temperaturu −2 −100S arasında tərəddüd edir. Orta iyul temperaturu 150−250S təşkil edir. Ərazidə orta illik temperatur yuxarıdan aşağıya doğru 6–100 arasında artır.
Böyük Qafqazın dağətəyi maili düzənlik landşaftı
Böyük Qafqazın dağətəyi maili düzənlik landşaftı — Dağətəyi maili-düzənlik landşaftlarının inkişaf etdiyi ərazi Böyük Qafqaz silsiləsinin cənub yamacı ətəklərinə paralel olaraq (Azərbaycan daxilində) Gürcüstan sərhədindən Girdimançayadək 210 m-lik məsafədə uzanan Alazan-Həftəran vadisini əhatə edir. Alazan-Həftəran vadisi dördüncüü və müasir dövrün ellüvial və prolüvial çöküntülərindən təşkil olunmuşdur. Çökəkliyin cənub qanadında relyefin mütləq yüksəkliyi 200m, şimal qanadında isə 700-800 m-dir. == İqlimi == Qışı quraq keçən mülayim isti iqlimi ilə seçilən bu ərazidə orta illik tempratur 10-140 C-dir, yağıntıların orta illik miqdarı 400-900 mm olur. Əsasən ellüvial çəmən və ellüvial çəmən-meşə torpaqlarının, kol və çəmən bitkilərinin yayıldığı vadidə dağətəyi maili-düzənliyin çəmən-meşə landşaftları inkişaf etmişdir. Meşə çox yerlərdə qırıldığından burada çəmənlik ərazicə üstünlük təşkil edir. Çəmən-meşə landşaftları başlıca olaraq yeraltı suların torpaq qatına yaxınlığı hesabına yaranmışdır. Yeraltı suların səviyyəsi aşağı düşdükdə bəzi ağac növləri quraqlığa tab gətirməyib quruyur. == Bitki örtüyü == Azərbaycanın yarımrütubətli subtropik zonasına daxil olan bu ərazilərdə tütün, dənli bitkilər, efir yağlı bitkilər (qazanlıq qızılgülü, nanə), çay və s. əkilir; meyvəçilik, baramaçılıq və heyvandarlıq inkişaf etmişdir.
Ceyrançöl alçaq dağlığın landşaftları
== Ceyrançöl alçaq dağlığın landşaftları == Ceyrançöl alçaq dağlığı Azərbaycanın intensiv kənd təsərrüfatının həm əkinçilik, həm də heyvandarlığın inkişaf etdiyi regionlardan biridir. Tədqiq olunan ərazi Azərbaycanın qış otlaqları içərisində özünün əlverişli iqlimi, zəngin bioloji məhsuldarlığı ilə fərqlənir. Ceyrançöl alçaq dağlığında landşaft tədqiqatları M. Ə. Süleymanov (1965), A. A. Mikayılov (1982) M. A. Müseyibov, M. Ə. Süleymanov (1975). M. C. İsmayılov, E. Ş. Məmmədbəyov (2015) və b. tərəfindən aparılmışdır. Bu tədqiqatlar əsasən ərazinin təbii landşaftlarının öyrənilməsinə və relyefin landşaftların formalaşmasına təsiri istiqamətində olmuşdur. Son 50–60 il ərzində Ceyrançölün təbii komplekslərindən səmərəsiz istifadə nəticəsində arid meşə və kolluqlar, tuqay meşə ekosistemləri, müxtəlifotlu quru çöllər geniş sahədə deqradasiya uğramış, səhralaşma, xətti və sahəvi eroziya güclənmiş və geosistemlərinin təbii ehtiyat potensialı kəskin şəkildə pozulmuşdur. Ərazidə kənd təsərrüfatının davamlı inkişafına nail olmaq üçün landşaft tədqiqatları əsasında kompleks ekoloji qiymətləndirilmə aparılması vacib şərtlərdən biridir. Ceyrançöl alçaq dağlığının arid landşaftlarının formalaşması, onların struktur-genetik xüsusiyyətləri və inkişaf meyllərinin müəyyən olunması, bu əsasda landşaftların antropogen təsirlər nəticəsində transformasiyası, onlardan istifadənin optimallaşdırılması, ekoloji cəhətdən davamlı geosistemlərin formalaşması yollarının müəyyən olunması tədqiqatın əsas məqsədidir. Ceyrançöl alçaq dağlığı kənd təsərrüfatında geniş istifadə olunan və ən məhsuldar yerlərdən olduğundan ərazinin təbii ehtiyat potensialının öyrənilməsi və qiymətləndirilməsi qarşıya qoyulan ən mühüm məqsədlərdən biridir.
Geokimyəvi landşaftlar
Geokimyəvi landşaftların müasir təsnifatı müxtəlif vaxt­larda bir sıra geokimyaçılar tərəfindən işlənmiş müd­dəa­lar nəzərə alınmaqla A.İ.Perelman tərəfindən yaradılmışdır. A.İ.Perelmanın geokimyəvi təsnifatında (1961, 1966) land­şaftda atomların miqra­siyası ilə əlaqədar materiyanın hərəkət formaları əsas götürülür. Bu təsnifata görə bütün geokimyəvi və elementar landşaftlar bu landşaftlarda üstünlük təşkil edən miqrasiyanın növündən asılı olaraq abiogen, biogen, tex­nogen (başqa sözlə antropogen, ya­xud mədəni) landşaftlara ayrı­lır. == Abiogen landşaft == Abiogen landşaftların əsas fərqləndirici xüsusiyyətləri bu land­şaftlarda elementlərin biogen miqrasiyasının praktiki ola­raq möv­­­cud olmamasıdır. Yüksək dağ zirvələri, suayrı­cı­ların qar və qis­mən buzlaqlarla örtülmüş hissələri belə land­şaftlara aid edilir. == Biogen landşaft == Abiogen landşaftlardan fərdi olaraq biogen landşaftlarda elementlərin bioloji dövranı prosesi fasiləsiz olaraq davam edir və burada elementlərin miqrasiyasında başlıca rol biogen miqra­siya­nın üzərinə düşür. Bu landşaftlarda mexaniki və fi­ziki miqrasiya ikinci dərəcəli əhəmiyyət kəsb edir. Biogen landşaftların bölünməsi elementlərin bioloji döv­ranın xüsusiyyətlərinə və aparıcı miqrasiya növünə əsaslanır. Bioloji küt­lənin (B) illik məhsulun miqdarına (M) olan nisbətinin dəyiş­məsindən asılı olaraq müxtəlif landşaft tipləri ayrılır. Başqa sözlə desək, landşaft tipləri məhz ümu­mi can­lı varlığın-bioloji kütlənin (B) və illik məhsulun miqdarından (M), daha doğrusu hər ikisi hektarda sentrlərlə ölçülən bu kə­miy­yətlərin nisbətindən asılı olaraq müəy­yənləşdirilir (N.İ.Bazileviç, L.E.Rodin, 1965).
Kür-Araz ovalığının landşaftları
Kür-Araz ovalığı — Azərbaycanın mərkəzi hissəsində yerləşən ovalıq. Ovalığın mərkəzi hissəsində Sabirabad şəhəri yaxınlığında Kür çayı ilə Araz qovuşur. Çaylar ovalığı Şirvan, Qarabağ, Mil, Muğan və Salyan düzlərinə ayırır. Oronim Kür və Araz çaylarının adından yaranmışdır. == Ümumi məlumat == Kür-Araz ovalığı Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağları arasındakı məkanı əhatə edir. Zaqafqaziyada ən iri dağarası çökəklik olmaqla, respublika ərazisinin mərkəzi hissəsini tutur. Ovalıq Kür və Araz çayları ilə beş düzənliyə və ya düzə ayrılır: Şirvan, Qarabağ, Mil, Muğan və Salyan düzləri. Kür–Araz ovalığına Cənubi Qafqazın Şərqində Kür və Araz çaylarının aşağı axarları arasında qalan ərazilər Böyük və Kiçik Qafqaz dağlarına qədər uzanan düzlər daxildir. Ovalıq şimalda Bozdağ, qərbdə Kiçik Qafqaz dağlarının ətəkləri, cənub-şərqdə Talış dağları və Lənkəran ovalığı, şərqdə isə Xəzər dənizi ilə əhatə olunmuşdur. Ovalığın uzunluğu qərbdən-şərqə 25 km, ən geniş yerdə 150 km-dir.
Kür-Araz ovalığının müasir landşaftları
Kür-Araz ovalığı — Azərbaycanın mərkəzi hissəsində yerləşən ovalıq. Ovalığın mərkəzi hissəsində Sabirabad şəhəri yaxınlığında Kür çayı ilə Araz qovuşur. Çaylar ovalığı Şirvan, Qarabağ, Mil, Muğan və Salyan düzlərinə ayırır. Oronim Kür və Araz çaylarının adından yaranmışdır. == Ümumi məlumat == Kür-Araz ovalığı Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağları arasındakı məkanı əhatə edir. Zaqafqaziyada ən iri dağarası çökəklik olmaqla, respublika ərazisinin mərkəzi hissəsini tutur. Ovalıq Kür və Araz çayları ilə beş düzənliyə və ya düzə ayrılır: Şirvan, Qarabağ, Mil, Muğan və Salyan düzləri. Kür–Araz ovalığına Cənubi Qafqazın Şərqində Kür və Araz çaylarının aşağı axarları arasında qalan ərazilər Böyük və Kiçik Qafqaz dağlarına qədər uzanan düzlər daxildir. Ovalıq şimalda Bozdağ, qərbdə Kiçik Qafqaz dağlarının ətəkləri, cənub-şərqdə Talış dağları və Lənkəran ovalığı, şərqdə isə Xəzər dənizi ilə əhatə olunmuşdur. Ovalığın uzunluğu qərbdən-şərqə 25 km, ən geniş yerdə 150 km-dir.
Landşaftların invesiyası
== Landşaftların invesiyası == Landşaftların invesiyası (landşaft və lat. inversio-əks paylanma, çevirmə), landşaftların şaquli zonallıq qanununa zidd olaraq, onların yüksəklik üzrə əks paylanmasına deyilir. Landşaftların invesiyası səthi kəskin parçalanmış alçaq və orta dağlıq ərazilər üçün xarakterik olub, əsasən temperaturun inversiyası nəticəsində formalaşır. Bəzi hallarda landşaftların invesiyasına səbəb atmosfer yağıntılarının yamac boyu əks paylanması (inversiyası) ola bilər. Məs: Talış dağlarında müşahidə edilən landşaftların invesiyası ilə əlaqədardır.
Landşaftşünaslıq
== Geomorfoloji termin == Landşaftşü­nas­lıq – (rus. ландшафтоведение, ing. landscape science) fiziki coğrafiyanın, bir-biri­lə qarşılıqlı əlaqədə olan təbii kom­ponentlərini, daha doğrusu təbii əra­zi kompleks­lərini öyrənən böl­məsi. Landşaftşünaslığın mövzusu, onun məqsədi coğrafi kompleksləri-onların quruluşunu, inkişafını və yerləşməsini öyrənməkdir. Başqa sözlə landşaftşünaslıq fiziki-coğrafiyanın coğrafi təbəqə daxilində baş verən ərazi diferensiasiyalarını öyrənməklə məşğul olan bölməsidir. == Landşaftşünaslıq şöbəsinin yaranması == Azərbaycanda landşaft tədqiqatları fiziki coğrafiyanın tərkibində əvvəllər də aparılsada bu sahədə sistemli elmi işlər XX əsrin altmışıncı illərində Azərbaycan EA Coğrafiya İnstitutunda (1965-ci il) B.Ə.Budaqovun rəhbərliyi ilə “landşaftşünaslıq” şöbəsi yaradıldıqdan sonra başlanmışdır. == Tədqiqatlar == İlk dəfə olaraq landşaftın formalaşmasında neotektonik hərəkətlərin və relyefin roluna dair bir sıra problem məsələlər kompleks şəkildə həll edilmişdir. Tərtib olunmuş paleolandşaft və paleocoğrafi xəritələr əsasında Cənub-Şərqi Qafqazın landşaftlarının inkişafının ümumi tendensiyası, onların struktur xüsusiyyətləri aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, konkret yüksəklik – landşaft qurşaqları daxilində landşaftların strukturları, relyefin geomorfoloji xüsusiyyətləri ilə pozulur və mürəkkəbləşir, təbii komplekslərin enlik-zonallıq paylanması, onların strukturlarının mürəkkəbləşməsi relyefin geomorfoloji xüsusiyyətlərindən və ərazinin hidroloji şəraitindən asılıdır (Budaqov, Mikayılov, 1985, Haqverdiyev, 1975). Palçıq vulkanlarının landşaftın formalaşmasında rolunu aşkar etmək və onların landşaftının morfoloji differensiasiyasını müəyyənləşdirmək məqsədilə palçıq vulkanlarının intensiv yayıldığı rayonların landşaftı öyrənilmişdir.
Mali me Qropa-Bize-Martaneş qorunan landşaftı
Mali me Qropa-Bize-Martaneş qorunan landşaftı (alb. Peizazhin e Mbrojtur Mali me Gropa-Bizë-Martanesh ) ― Albaniyanın mərkəzi hissəsində, Dayti Milli Parkı ilə sərhəddə yerləşən qorunan landşaft. Landşaft 25266,42 hektar ərazini əhatə edir. Beynəlxalq Təbiəti Qoruma Birliyi (IUCN) ərazinin V kateqoriyaya daxil etmişdir. Bölgə Plantlife tərəfindən beynəlxalq Mühüm Bitki Sahəsi (ing. Important Plant Area IPA) olaraq da tanınmışdır. == Vəhşi həyat == Landşaft flora və faunanın geniş müxtəlifliyini ehtiva edir. Sıx iynəyarpaqlı və enliyarpaqlı meşələr landşaftın ümumi sahəsinin 68%-ni təşkil edir.Landşaftın faunası 44 növ məməli, 130 növ quş, 23 növ sürünən və 12 növ amfibiyadan ibarət olmaqla 209 növlə təmsil olunur. Meşəlik ərazilərdə qəhvəyi ayı, boz qurd və vaşaq yaşayır. Landşaftda berqut, tetraçalan, ağ kərkəs, adi sar, arıyeyən, Tachymarptis melba və s.
Park landşaftı
== Park landşaftı == Park landşaftı-müxtəlif təbii zonalarda təbii və ya süni mənşəli meşəaltısız seyrək meşə landşaftına deyilir. Məsələn, tropik savannalar, meşətundra seyrək meşəliyi v s. park landşaftına aiddirlər.

Digər lüğətlərdə

бульва́р взалка́ть девя́тка октрои́роваться палиса́дник похлёбочка превре́дно шестисот... засту́пнический отрёпываться подмени́ть подстрека́ться разжиди́ться свести́сь на нет скунс apocrisiary arouse blooper great-granddaughter sarcasm unwind yippee паковать сколоть тех