OĞLAN-QIZ

“Hermofrodit” deməkdir. Türkmənlərdə qıztəkə (dişi-erkək) işlədilir. Deməli, qız (dişi) və qısraq sözləri qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

OĞLAN
OĞRAŞ
OBASTAN VİKİ
"Nişanlı qız-oğlan" ziyarətgahı
"Nişanlı qız-oğlan" ziyarətgahı — Şəki rayonu ərazisində ziyarətgah. Baş Layısqı kəndi ilə Şin kəndi arasında yerləşir. == Rəvayət == Kənd ağsaqqalarının rəvayətinə görə, bir zamanlar Nişanlı qız və oğlan qoşulub qaçarkən bu ərazidə öldürülmüşlər. Ondan sonra bu ərazi ziyarətgaha çevrilmişdir.
Oğlan
Oğlan — erkək uşaq və ya yeniyetmə. == Oğlan və Kişilik == Kişilik oğlanın bir buluğ mərhələyə yetməsidir. Müxtəlif sünnət əsaslı ictimalar bu mərhələyə keçmə üçün xüsusi mərasimlər qurarlar. Modern icmalarda qanun bu mərhələni təyin edir. Bu buluğ mərhələsinə yetən oğlan bundan sonra kişi adlanır və qanun baxımından öz işlərinin məsulu və cavab vericisidir.
Qız, oğlan və şir (film, 1974)
== Məzmun == Filmdə Kinq adlı şirin insanlarla dostluğundan danışılır. Şir uşaq çarpayısında yatır, uşaqlarla birgə bir masa arxasında nahar edir, sonra onlar səyahətə çıxırlar, hətta "ov" oyununu oynayırlar. Xəstə şirə iynə vurulması filmin maraqlı epizodlarından biridir. Filmin finalında biz Kinqi rejissor Eldar Ryazanovun məşhur kinokomediyasında görürük. == Film haqqında == Filmdə Berberovlar ailəsi çəkilmişdir. Burada "İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri" kinofilmindən Kinq adlı şirlə bağlı fraqmentdən istifadə olunmuşdur.
Varlı qız, kasıb oğlan (teleserial, 2012)
Varlı qız, kasıb oğlan — türk komediya-romantik filmdir.
Qız
Qız — insanın dişi uşağı. Qızın nə zaman bir qadın olması muxtəlif ölkələrdə və toplumlarda fərqlidir. Qız yeniyetmə mərhələsindən sonra gəncliyə girəndə qadın hesab olur.
Oğlan dostu
Oğlan dostu (ing. Boyfriend) ― Platonik, romantik və ya intim baxımdan əlaqələr yaradılan kişi cinsindən olan şəxs.Bu ifadə heteroseksual olan qadının münasibətdə olduğu kişi üçün istifadə olunduğu kimi, gey cütlüklər üçün də eyni mənanı daşıyır. Sözügedən ifadənin qadınlar üçün olan formasına isə qız dostu deyilir.
Qızıl oğlan
Qızıl oğlan — idman yazarları tərəfindən Avropadakı gənc oyunçulara verilən bir mükafatdır. 2003-cü ildə italyan idman qəzeti Tuttosport tərəfindən qurulmuşdur. Mükafata namizəd olan futbolçular 21 yaşın altında və Avropada yüksək səviyyəli klublarda oynamaq məcburiyyətindədir. == Seçim == Bu mükafat 2003-cü ildən italyan idman qəzeti olan Tuttosport tərəfindən mükafatçılara verilir. Seçimlərdə səsvermə hüququna Bild (Almaniya), Blick (İsveçrə), A Bola (Portuqaliya), l'Équipe (Fransa), France Football (Fransa), Marca (İspaniya), El Mundo Deportivo (İspaniya), Ta Nea (Yunanıstan), Sport Express (Rusiya), De Telegraaf (Hollandiya), and The Times (Böyük Britaniya) qəzetləri malikdir.
Türkanalı oğlan
Türkanalı oğlan, Türkana uşağı və ya Nariokotome uşağı KNM-WT 15000 etiketli Erkən Pleystosen dövründə, təxminən 1.8 milyon il əvvəl yaşayan 11-13 yaşlarında bir uşağın fosilləridir. Skelet 1984-cü ildə Keniyanın Nariokotome şəhərindəki Turkana gölü yaxınlığında Richard Leakeyin rəhbərlik etdiyi qrupun üzvü Kamoya Kimeu tərəfindən aşkar edilmişdir. == Yeniyetməlik və yetkinlik yaşı == Turkana uşağı Homo erectus və ya Homo ergaster növlərinə aiddir. Pelvisin forması onun bir oğlan uşağı olduğunu göstərir. Antropoloqlar Tim White və Richard Leakey, mövcud dişlərin çənədəki çıxış vəziyyəti və Epifizeyin kəllə ilə birləşməməsinə əsaslanaraq uşağın təxminən 12 yaşında olduğunu söyləyirlər. == Morfologiya == Skeletin boyu təxminən 1,60 m-dir, ancaq yetkin olsaydı, 68 kq çəkidə və 1,85 m boyunda ola bilərdi. Skelet 108 sümükdən ibarətdir. Kəllə beyin tutumu təxminən 880 sm³ təşkil edir, ancaq yetkin olsaydı təxminən 910 sm³ ola bilərdi ki, bu da kəllə beyin tutumu 1350 sm³ olan müasir insanların kəllə ölçüsü aralığında olduğunu göstərir.
Şahzadə (oğlan)
Şahzadə — Şah oğlu və ya padşah ailəsindən olan şəxslərin övladlarından biri. Osmanlı imperiyasındakı şahzadə tituluna uyğundur. Prenslər əksər Avropa ölkələrində prenseslərlə ilə birlikdə taxt üçün növbəyə dururdular. Fransada vəliəhd prensi dofen adlandırırdılar. Qədim türklərdə Tigin sözü şahzadə sözünə müvafiq gəlir.
Şahzadə oğlan
Şahzadə — Şah oğlu və ya padşah ailəsindən olan şəxslərin övladlarından biri. Osmanlı imperiyasındakı şahzadə tituluna uyğundur. Prenslər əksər Avropa ölkələrində prenseslərlə ilə birlikdə taxt üçün növbəyə dururdular. Fransada vəliəhd prensi dofen adlandırırdılar. Qədim türklərdə Tigin sözü şahzadə sözünə müvafiq gəlir.
Oğlan (film, 1984)
== Məzmun == Film "Qarabağ bülbülləri" ansamblının üzvlərindən biri haqqında söhbət açır. Müəlliflər balaca oğlanın məlahətli səsi fonunda tamaşaçıları Azərbaycanın mənzərəli guşələrinə seyrə çıxarırlar.
Quzuçu Oğlan (Məlikan)
Quzuçu Oğlan (fars. قربان كندي‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 353 nəfər yaşayır (93 ailə).
Qırmızı jiletli oğlan
"Qırmızı jiletli oğlan" — Pol Sezanın 1889 və ya 1890-cı ildə yaratdığı yaradıcılığının yetkinlik dövrünə aid əsəridir. Sürixdə Emil Byurle fondunun kolleksiyasında saxlanılır. Sezann bu italyan oğlanın qırmızı jiletdə dörd fərqli portretini çəkmiş, oğlan və mühit arasındakı əlaqələri araşdırmışdır. Portretlərin ən məşhuru, masa arxasında başını ovucuna söykəyərək melankolik pozada oturan uşağı təsvir edir. Emil Byurle fondunun kolleksiyası, rəsmin "diqqətlə düşünülmüş kompozisiya ilə birbaşa bədii hissiyat arasındakı mükəmməl tarazlığı" yüksək mənalılığını qeyd edir. 1895-ci ildə tənqidçi Qustav Jeffrua, əsəri köhnə ustaların ən yaxşı əsərlərinə bərabər adlandırmışdı . Rəsm zəngin, şən rənglərlə çəkilib. Kompozisiyanın üç əsas çarpazı var: oğlanın beli və başı boyu, arxasındakı tünd yaşıl pərdə boyu və sol aşağı küncdən qalxan stol və stulun xətti boyu. Bu diaqonallara kəsişən çarpazların möhkəm birləşmiş strukturunu yaradan oğlanın əl və ayaqlarının vəziyyəti qarşı qoyulub. Əsər 1895-ci ildə sənət alverçisi Ambruaz Vollar tərəfindən Sezandan alınmışdı.
Dincələn qız
Dincələn qız, (O`Merfi, Luizanın portreti) (fr. O`Merfi, Luiza) — Fransua Buşe tərəfindən 1752-cı ildə çəkilmiş 59 x 73 sm ölçülü rəsm əsəri. Portretdə XV Lüdovikin fovariti, məşuqəsi 15 yaşlı Luiza O`Merfi çılpaq yataqda uzanmış şəkildə təsvir olunmuşdur. Rəsmdə xarici aləmdən uzaq, tənha bir qız təsvir olunmuşdur. Əsərdə təsvir olunan yeganə interyer əşya sofadır. Qızın qeyr məlum baxışları, donmuş gözəl üzü əsərdə diqqəti cəlb edir. O`Merfi, Luiza irlandiyalı keçmiş əsgər Daniel O`Merfinin beş qızından biridir. Atasının vəfatından sonra qızları ilə Parisə köçərək köhnə pal-paltar satmaqla, qızları isə aktrisalıq və pozaçılıqla məşğul olurlar. 1752-ci ildə Buşenin "Dincələn qız" əsərinə poza verən O`Merfi Luiza, XV Lödovik şəkili gördükdən sonra onun fovarit məşuqəsinə çevrilir. Onların nigahdan kənar bir qızı Sen-Antuan, Aqata Luiza de dünyaya gəlir.
Lolipop Qız
Lola Del Rio — Rockstar Games tərəfindən hazırlanan Grand Theft Auto IV seriyasının reklam üzüdür. Liberty (Nyu-York) şəhərində keçən açıq dünya, aksion-macəra oyununda birçox insanın maraqla axtardığı Lolayı hələdə heç kim tapa bilməyib. Lola bir fahişədir və siz onun adını LCPD(Liberty City Police Department) bazasında görə bilərsiniz. O, ilk dəfə əxlaqsızlığa Star Junction küçəsində başlayıb daha sonra isə fərqli bölgələrdə bu işi davam etdirdiyi düşünülür. Lola demək olarki həmişə qırmızı lollipop əmzikli halda görülüb. Polis bazasında belə Lolanın haqqında çox az məlumat var. Oyundakı bəzi qəzetlər Lola Del Rionu tapan şəxsə mükafat verəcəklərini bəyan ediblər. GTA IV oyununun orijinal versiyasında Lolanı hələdə sübut etmək mümkün olmayıb. Hətta birçox form və fan səhifələrdə Lolanı axtarma təşkilatı belə qurulub. Beləliklə lolipop qız Liberty şəhərinin küçələrində hələdə kəşf edilməyi gözləyir.
Qaraca qız
Qaraca qız (hekayə) — Süleyman Sani Axundovun hekayəsi. Qaraca qız (film, 1966) — Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında ekranlaşdırılmış film. Qaraca qız (balet) — Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında ilk Azərbaycan uşaq baleti.
Qarımış qız
Qarımış qız — qadınların adətən evləndiyi yaş həddini keçsə də, ailə həyatı qurmayan qız. Bu ifadə heç vaxt evlənmə ehtimalı olmayan qızlar barəsində də istifadə edilə bilər. == Etimologiyası və tarixi == İngilis dilində "qarımış qız"ı ifadə edən "spinster" sözü hələ sənaye əsrindən xeyli əvvəlki dövrlərdə yun əyirən qız və qadınları işarə etmək üçün istifadə edilərdi. Onlayn Etimoloji Lüğətə görə, yun əyirmək fəaliyyəti ilə əksərən evlənməmiş qızlar məşğul olduğundan, XVII əsrdən başlayaraq XX əsrin əvvəllərinədək hüquqi sənədlərdə belə xanımlar spinster adlandırılırdı. 1719-cu ildən etibarən isə spinster dedikdə "hələ də ailə həyatı qurmayan və evlənmək üçün orta statistik yaş həddini keçən" qızlar başa düşülürdü. Bu ifadənin evlənməyən qızlarla bağlı hüquqi kontekstdə istifadəsi 1699-cu ilə — Anqlikan kilsəsinin nikahları qadağan etdiyi zamanlara gedib çıxır; belə ki, gəlin ola biləcək xanımlar kilsədə "prixodun spinsteri" adlandırılırdı.Oksford Amerika Lüğəti "spinster" (ərə getməmiş və evlilik yaşını keçmiş qadın deməkdir) sözünün "alçaldıcı" və "neytral mənada istifadə edilə bilməyəcək qədər öz həqiqi mənasından o dərəcə uzaqlaşıb güclü anlam qazanan sözlərə ən yaxşı nümunə" olduğunu qeyd edir.Merriam Vebster Lüğətinin 1828 və 1913-cü il nəşrləri spinsteri iki mənada oxuculara təqdim edirdi: Yun əyirən qadın. Hüquqda: Ərə getməmiş və ya subay qadın. XIX əsrdən spinster termini ilə ərə getməyi seçməyən qadınlar da əhatə olunmağa başlandı. Bu dövrdə orta sinif spinsterlər və onların evli yaşıdları sevgi və evlilik ideallarına çox ciddi yanaşırdılar və spinsterlik, həqiqətən də, onların bu ideallara sadiq qalmalarının bir nəticəsi idi. Belə qadınlar kişilər aşağı gəlirli olduğuna görə deyil, ürəkdən sevdikləri birini tapa bilmədiklərinə görə evlənmirdilər.XIX əsrdə dərc edilən Peterson's Magazine jurnalının bir sayında qadınlar, hətta heç vaxt evlənməmək bahasına belə olsa, həyat yoldaşı seçərkən seçici olmağa təşviq edilirdilər.
Qız (bürc)
Qız (lat. Virgo) — zodiakal bürc.
Qız (dəqiqləşdirmə)
Qız
Qız Qala
Qız Qala (Qoşaçay)
Qız Qalası
Qız Qalası — Bakıda yerləşən memarlıq abidəsi. Qala qədim qala divarlarının cənub-şərq hissəsində, dənizkənarı parkın (bulvar) yaxınlığında yerləşən müdafiə məqsədli tarixi abidədir. Uca qüllə şəkilli bu nadir abidənin açılmamış tarixi-memarlıq problemləri çoxdur. Hündürlüyü 28 m, diametri birinci mərtəbədə 16,5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır. Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yonma daşlarla tikilmiş, günbəz formalı tavanla örtülmüşdür. Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır.Daşdan hörülmüş bu tavanların ortasında dairəvi deşiklər vardır. Deşiklər şaquli xətt istiqamətindədir. Belə ki, VIII mərtəbənin tavanının ortasında olan dairəvi deşikdən baxdıqda birinci mərtəbənin döşəməsini görmək mümkündür.
Qız dostu
Gölfrend yaxudda qız dostu – Platonik, romantik və ya intim baxımdan əlaqələr yaradılan qadın cinsindən olan şəxsi ifadə edən termindir. Belə münasibətdə olan insanlar bir-birlərini “qiymətli” və “partnyor” kimi müəyyən edib, bir-birlərinə sevgilim, balım, əzizim kimi sözlərlə müraciət edirlər. Evli kişi ilə münasibətdə olan qadınlara “məşuqə” deyirlər. Bu terminin kişilər üçün olan formasına isə oğlan dostu deyirlər.
Qız monastırı
Qız monastırı - Şuşa şəhəri ərazisində yerləşən, XVIII-XIX əsrlərə aid tarixi monastır kompleksi. == Həmçinin bax == Yaşıl kilsə Alban Həvari kilsəsi Qazançı kilsəsi == İstinadlar == == Xarici keçidlər == "Şuşa rayonunun vandalizmə məruz qalmış abidələri". scwra.gov.az. İstifadə tarixi: 6 may 2022.
Qız piri
Qız piri — Şərur rayonunun Havuş kəndindən şimalında ziyarətgah. Pirin yaxınlığında şəlalə vardır. Pir təbii qayalıqdan axan su qaynağı və onun ətrafındakı kollardan ibarətdir. Bu ərazi yerli əhali tərəfindən müqəddəs hesab edilərək ziyarət olunur. Pirdə olan ağacların budaqlarına müxtəlif rəngli parçalar bağlanır. Belə rəvayət edilir ki, gecələr pirdə od yanarmış və o hərəkət edərmiş. Piri 5-8 əsrlərə aid etmək olar.
Qız qülləsi
Qız qülləsi (türk. Kız Külesi, ing. Maiden's Tower) — Orta əsr Bizans dövründən bəri Türkiyə, İstanbuldakı Üsküdar sahillərinin 200 m-də (220 illik) Bosfor boğazının cənub girişində yerləşən kiçik bir adada bir qüllədir. İstanbulun simvollarından biri sayılır. == Tarixi == Xırda donanma qələbəsindən sonra qədim yunanıstanlı general Alkiviad Qara dənizdən gələn gəmilər üçün Xrizopolis (indiki Üsküdar) qarşısında kiçik bir qayada xüsusi stansiya tikdirdi. 1110-cu ildə Bizans İmperatoru Aleksey Komnin daş divarla qorunan taxta qüllə inşa etdi. Qüllədən Konstantinopoldakı Manqananın dörddəbirində Avropa sahilində qurulan başqa bir qülləyə dəmir zəncir uzanırdı. Bundan sonra ada Asiya sahilinə sualtı qalıqları hələ də görünən müdafiə divarı ilə bağlandı. 1453-cü ildə Osmanlı Konstantinopolu (İstanbul) fəth edərkən qala venesiyalı Qabriel Trevisanonun əmri ilə Bizans qarnizonu tərəfindən tutuldu. Sonradan II Mehmed dövründə Osmanlı türkləri tərəfindən ora gözətçi qülləsi olaraq istifadə edildi.

Digər lüğətlərdə

второстепе́нное головёнка прокопте́лый рукомо́йник се́канс уша́нка челове́чина дестабилизи́ровать зуб на́ зуб не попадает непротивле́нка олеа́ндровый перещеголя́ть погран... скотоло́жство сортово́й утёнок что называ́ется шельмова́тый галка Bering Strait cinefluoroscopy freestyler лесопарковый сторониться улучать