PALEONTOLOGİYA

yun. palaios – qədim + yun. onto – varlıq + yun. logos – elm, təlim

PALEOLİT
PALEOZOOLOGİYA
OBASTAN VİKİ
Paleontologiya
== Geomorofloji termin == Paleontolo­gi­ya - (rus. палеонтология, ing. palaeontology) Yerin ta­rixinin tədqiqi ilə əlaqədar, orqa­nizm qalıqları və onların fəaliyyətinin izləri əsasında geoloji keçmişin canlı aləmini və onun inkişaf qanunauyğunluqlarını öyrənən elm. P. bioloji elmlər sırasına aiddir və iki hissəyə bölünür: paleozoologiya və paleobotanika. P. Geoxronolo­giyanın və stratiqrafik tədqiqatların əsasını təşkil edir. == Paleontologiya == (q.yun. παλαιοντολογία) — tapılmış bitki və heyvan qalıqları əsasında onların xarici görünüşünün bərpa olunması, bioloji xüsusiyyətlərini, qidalanma tərzini, çoxalmasını, bu məlumatlar əsasında bioloji təkamülün gedişatını və s. öyrənən elm sahəsidir. Yunan dilində palaios (qədim), onto (varlıq) və logos (elm) sözlərindən meydana gəlmişdir. Qədim canlıları araşdıran bir elm sahəsi olan paleontologiya və ya "fosil" stratiqrafiya, sedimentologiya, tarixi geologiya, biologiya, ekologiya, coğrafiya, klimatologiya ilə əlaqəlidir.
Paleontologiya tarixi
Paleontologiya tarixi canlı orqanizmlərin qalıqları əsasında Yer kürəsində həyatın yaranması şəraitini və onun inkişaf mərhələlərini öyrənir. Paleontologiya elminin əsas vəzifələrindən biri canlı orqanizmlərin inkişaf tarixinin öyrənilməsi ilə bağlı olduğundan onu biologiya elminin bir hissəsi hesab etmək olar, lakin Yer kürəsinin özünün tarixini tədqiq etdiyinə görə paleontologiya, həm də geologiya elmi ilə sıx əlaqədardır. == XVII əsrə qədər == Qədim dövrlərdə yunan mütəfəkkiri Ksenofan (e.ə.570-480) vaxtilə quruda yaşamış, sonralar su altında qalmış ərazilərdə aşkar edilmiş dəniz canlılarının (molyuskların) qalıqlarından yazmışdır. Yunan filosofu Aristotel (e.ə. 384-322) hesab edirdi ki, daşlaşmış canlı orqanizm qalıqları nəm və ilıq lildən əmələ gəlmişdir. O formanı isə onlara təbiətin plastik və forma əmələ gətirən qüvvələri vermişdir. Aristotelin nəzəriyyəsinə görə, həmin qalıqlar canlı və qeyri-canlı təbiət arasında keçid formalarıdır. Orta əsrlərdə görkəmli mütəfəkkir İbn Sina özünün "Şəfa kitabı" əsərində (1027) daşlaşmış canlı orqanizmlərdən danışarkən, bu qalıqların müxtəlif dərinliklərdə yerləşən və atmosferdə havanın temperaturundan yüksək temperatura malik olan flyuidlərin meydana gəlməsində mühüm rol oynaması barədə nəzəriyyə irəli sürmüşdür. XIV əsrdə Saksoniyalı Albert bu ideyanı daha da təkmilləşdirmişdi.. XVI əsrdə bir çox naturalistlər Saksoniyalı Albertin nəzəriyyəsinə əsaslanan tədqiqatlar aparmışlar..
Moskva Paleontologiya Muzeyi
Moskva Paleontologiya Muzeyi (rus. Палеонтологический музей им. Ю. А. Орлова) — Moskva muzeyi, dünyanın ən iri təbii-tarixi muzeylərindən biridir. Muzeydə 120 mindən artıq müxtəlif qazıntı nümunəsi saxlanılır. 1937-ci ildə qurulmuş, 1966-cı ildən zooloq və paleontoloq Yuri Orlovun adını daşıyır. Muzey Borisyak Paleontologiya İnstitutunun bir hissəsidir. Altı otaqdan ibarət muzeyin dörd sərgi sahəsi yer üzündəki üzvi dünyanın inkişafına həsr olunmuşdur. == Tarixi == === Muzeyin qurulması === Orlov adına Paleontologiya Muzeyi 1937-ci ildə Elmlər Akademiyasının Paleontologiya İnstitutu tərəfindən Beynəlxalq Geoloji Konqresinin XVII sessiyasında təsis edilmişdir. Muzeyin tarixi buz dövrünə aid məməlilərin sümükləri və dişləri yeni tikilmiş Kunstkameraya daxil olduğu andan - 1716-cı ildən Sankt-Peterburqda başlayır. Toplanan bu kolleksiya Fersman Mineralogiya Muzeyinə çevrilən Elmlər Akademiyasının Mineral Kabinetində saxlanılıb.

Digər lüğətlərdə

...ва́р взбы́чиваться го́дик и́менно иска́рмливание намазю́кать перере́зка премье́р-майо́р прочи́тываться ску́дно тры́нка ла́дно бы обмени́ть силёнка чугуни́ще absurdism bitchiness graphitic great-grandmamma housebreaking pitiable skittle away заумь определять промерзать