RAUF

Ərəbcə “əziz”, sevimli” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

RASTR
RAYİHƏ
OBASTAN VİKİ
Rauf
Rauf — kişi adı. Rauf Əliyev (futbolçu) — azərbaycanlı futbolçu Rauf Hacıyev — SSRİ xalq artisti (1978), Azərbaycan SSR xalq artisti (1960). Rauf Vəliyev — "Əməkdar mühəndis" Rauf Denktaş — Şimali Kipr Türk Respublikasının qurucusu və I prezidenti (1975–2005). Rauf Arifoğlu — Azərbaycan jurnalisti Rauf Abdullayev — dirijor, professor, Azərbaycanın xalq artisti (1982) Rauf Əhmədov — Azərbaycanlı müğənni Rauf Adıgözəlov — Azərbaycanlı skripkaçı, müğənni, professor, Əməkdar incəsənət xadimi (1991) Rauf Əliyev (siyasətçi) — Azərbaycan Milli Məclisinin III, IV və V çağırış deputatı. Rauf Əliyev (bəstəkar) — bəstəkar Rauf Məmmədov (bəstəkar) — bəstəkar. Rauf Məmmədov (rejissor) — azərbaycan rejissoru, rəssam. Rauf Məmmədov (şahmatçı) — azərbaycan şahmatçısı. Rauf Məmmədov (tarixçi) — tarixçi, alim. Rauf Məmmədov (hüquqşünas) — hüquqşünas. Rauf Talışinski — Azərbaycan jurnalisti Rauf Hüseynov (aktyor) — Azərbaycan aktyoru.
Rauf & Faik
Rauf Faik — Azərbaycan əsilli rus duet əkiz ifaçılar. == Həyatı == Əkiz olaraq dünyaya gələn Rauf və Faik Mirzəyev qardaşları 7 iyul 1999-cu ildə Rusiya Federasiyasının Udmurtiya Respublikasının İjevsk şəhərində anadan olublar. 4 yaşından musiqi öyrənməyə başlayıblar. 2018-ci ildə ikili konsert turu ilə 21 şəhəri gəziblər, 2019-cu ilin aprel ayında isə Rusiya şəhərlərində yeni tur başlayıblar. == Musiqi təsirləri və üslubu == Qardaşlar 90-cı illərin musiqisi ilə böyüyüblər: R&B, pop, soul, Brian McKnight, Michael Jackson. "Музыка первого" saytındakı profilə görə, Jahseh Dwayne Ricardo Onfroy və Maykl Cekson öz bütləri adlandırırlar. Faikin fikrincə, XXXTentacion onlar üçün çox şey deməkdir və çox ruhlandırıcıdır. "Музыка первого" kanalına görə, Rauf və Faikin səs diapazonu 4 yarım oktavadır.
Rauf Abdullayev
Rauf Canbaxış oğlu Abdullayev (29 oktyabr 1937, Bakı) — Azərbaycan dirijoru, Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru (1984–2023), professor (1982), Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan SSR Dövlət mükafatı (1988), "Qızıl çinar" beynəlxalq mükafatı laureatı (2018). == Həyatı == Rauf Abdullayev 1937-ci ildə anadan olmuşdur. Əslən Qubadlının Qarağac kəndindəndir. 1959-cu ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını və 1965-ci ildə isə Leninqrad Dövlət Konservatoriyasını dirijorluq üzrə bitirmişdir. 1965–1968-ci illərdə M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının dirijoru, 1968–1984-cü illərdə baş dirijoru, 1984–2023-cü illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, 1991–1997-ci illərdə Ankara Dövlət Opera və Balet Teatrının bədii rəhbəri və baş dirijoru, beynəlxalq əhəmiyyətli musiqi festivallarının və layihələrin iştirakçısı olmuşdur. 20 ildən artıq bir müddətdə teatrın baş dirijoru kimi 30-a yaxın opera və balet tamaşalarına (istər klassik, istərsə də müasir repertuarda) dirijorluq etmişdir. Bir çox ölkələrdə (Rusiya, Almaniya, Hollandiya, İsveçrə, fransa, Türkiyə, Misir, ABŞ, İtaliya, Dubay, və s.) məşhur kollektivlərə dirijorluq etmişdir. Repertuarına bir çox qərbi Avropa, rus və Azərbaycan bəstəkarlarının əsərləri daxildir. == Ailəsi == Dövlət xadimi Canbaxış Abdullayevin oğlu, dirijor Kamal Abdullayevin və qoboyçu Azər Abdullayevin qardaşıdır. == Təltif və mükafatları == "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1 dekabr 1982 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 21 may 1970 Azərbaycan SSR Dövlət mükafatı — 26 aprel 1988 (1985–1987-ci illərdə konsert proqramları üçün) Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1976 "İstiqlal" ordeni — 28 oktyabr 2017 "Şərəf" ordeni — 22 oktyabr 2012 "Şöhrət" ordeni — 6 dekabr 1997 "Xalqlar dostluğu" ordeni Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı — 7 iyul 1967, 24 fevral 1979 "Qızıl çinar" beynəlxalq mükafatı — 10 may 2018 I dərəcəli "Əmək" ordeni — 28 oktyabr 2022-ci il "Heydər Əliyev" mükafatı — 10 may 2023Rauf Abdullayev 1991-ci ildən 1997-ci ilədək baş dirijor kimi çalışdığı Ankara Opera və Balet Teatrında dirijorluq fəaliyyətinə görə iki dəfə Türkiyədə "İlin ən yaxşı dirijoru" adına layiq görülmüşdür.
Rauf Adıgözəlov
Rauf Adıgözəlov (tam adı: Rauf Zulfüqar oğlu Adıgözəlov; d. 22 noyabr 1940, Bakı, Azərbaycan SSR, SSRİ. – ö. 29 iyun 2002, Bakı, Azərbaycan) — Azərbaycanlı skripkaçı, müğәnni, professor, Əməkdar incəsənət xadimi (1991). Azərbaycan musiqisində misilsiz xidmətləri olan sənətkar. == Həyatı == Rauf Zülfü oğlu Adıgözəlov 1940-cı il noyabrın 22-də Bakıda anadan olmuşdur. Muğam xanəndəsi Zülfü Adıgözəlovun ailəsində dünyaya göz açan Rauf, uşaqlıqdan musiqiyə həvəs göstərmişdir. Bu həvəslə o, 1961-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil oldu. Həmin ildə gənc ifaçıların I Zaqafqaziya müsabiqəsində iştirak etdi. Təhsilini daha da mükəmməlləşdirmək üçün Rauf, Pyotr İliç Çaykovski adına Moskva Dövlət Konservatoriyasını da bitirdi. Uzun illər Azərbaycan Dövlət Simfonik Orkestrində konsertmeyster vəzifəsində, 1966-cı ildən isə Azərbaycan Dövlət Kamera Orkestrində çalışdı.Məlahətli səsə malik olan Rauf Adıgözəlov, mahnı janrının inkişafında da öz xidmətlərini əsirgəmədi.
Rauf Arifoğlu
Rauf Arifoğlu (23 iyul 1966, Yuxarı Öysüzlü, Tovuz rayonu) — Azərbaycanlı jurnalist. "Yeni Müsavat" Media Qrupunun təsisçisi və rəhbəri. == Həyatı == Rauf Arif oğlu Abbasov 23 iyul 1966-cı ildə Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub. 1983-cü ildə həmin kəndin orta məktəbini qurtarıb. 1983–1988-ci illərdə Azərbaycan Texnologiya İnstitutunu mühəndis texnoloq ixtisası üzrə, 1994–1996-cı illərdə isə Qərb Universitetinin Dünya siyasəti və iqtisadiyyatı fakültəsini, politoloq ixtisası üzrə bitirib. == İctimai-siyasi fəaliyyəti == Rauf Arifoğlu 1988-ci ildə Azərbaycan Milli Azadlıq Hərəkatına qoşulub. 1989-cu ilin sonlarında qeyri-formal olaraq "Birlik dərgisi"ni çap etdirib. 1989-cu ilin 10 noyabrında isə "Yeni Müsavat" qəzetinin əsasını qoyub. Eyni zamanda, Azərbaycan Milli Demokrat "Yeni Müsavat" Partiyasının (AMDP "Yeni Müsavat") 5 qurucusundan biri, təkilatın ideologiya məsələləri üzrə katibi olub.Partiyanın Mərkəzi və "Yeni Müsavat" qəzetinin gizli redaksiyası 1989-cu ilin dekabrından 1991-ci ilin sonlarına qədər Gəncə şəhərinə köçürülüb. Həmin vaxt Gəncə ətrafında, konkret olaraq, Xanlar rayonunun (indiki Göygöl) ərazisindəki Çaykənd kəndində erməni-rus diversantlarına qarşı xalq müqavimət dəstələri döyüşürdü.
Rauf Atakişiyev
Rauf İsrafil oğlu Atakişiyev (15 iyul 1925 – 3 fevral 1994) — müğənni, lirik tenor, pianoçu, pedaqoq. Azərbaycan SSR xalq artisti (1967). == Həyatı == Moskva Dövlət Konservatoriyasını Konstantin Nikolayeviç İqumnovun (1873-1948) sinfi üzrə bitirmiş və vokal üzrə Antonina Vasilyevna Nejdanovadan (1873-1950) dərs almışdır. Opera və Balet Teatrının solisti olmuşdur. == Yaradıcılığı == Azərbaycan Opera və Balet Teatrının səhnəsində Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasında Əsgərin partiyasını ifa etmişdir. 1965-ci ildə çəkilmiş "Arşın mal alan" filmində də Əsgərin mahnıları Atakişiyevin ifasında səslənmişdir. Lenski ("Yevgeni Onegin", P.Çaykovski), Alfred ("Traviata", C.Verdi), Almaviva ("Sevilya bərbəri", C.Rossini), Faust ("Faust", Ş.Quno), Balaş ("Sevil", F.Əmirov) partiyalarını ifa etmişdir. Lirik-dramatik tenor səsi olub və həm də pianoçudur. Teatrda Əsgər ("Arşın mal alan"), Faust ("Faust"), Qraf Almaviva ("Sevilya bərbəri", Coakkino Rossini), Knyaz Sinoda ("Demon", Anton Rubinşteyn), Hofman ("Hofmanın nağılları", Jak Offenbax), Malxaz ("Daisi", Zaxari Paliaşvili), Alfred ("Traviata", Cüzeppe Verdi), Edmond ("Kornevil zəngləri", Rober Plaket), Anatoli ("İnsanın taleyi") partiyalarını oxuyub. Rəşid Behbudovun ifasında daha çox məşhur olan "Я встретил девушку" mahnısının ilk ifaçısıdır.
Rauf Avşarov
Rauf Muxtar oğlu Avşarov (Avşar) (17 aprel 1952, Kirovabad, Gəncə vilayəti) — "Rauf Avşar" Kukla Teatrının rəhbəri, Azərbaycan Respublikasının Əməkdar Artisti (2006) == Həyatı == Rauf Avşarov 17 aprel 1952-ci ildə Gəncə şəhərində Azərbaycanın xalq artisti, teatr və kino aktyoru Muxtar Avşarovun ailəsində dünyaya gəlib. Orta təhsilini öncə Gəncə şəhərində, sonra isə Bakı şəhərində alıb. 1978-ci ildə Azərbaycan Pedaqoji İnstitunu müəllim ixtisası üzrə bitirib. Bir müddət Sumqayıt şəhərindəki orta məktəblərin birində rəsmxət müəllimi kimi fəaliyyət göstərib. 1981-ci ildə Estoniyaya köçərək orada öz müəllimlik fəaliyyətini davam etdirib. 1992-ci ildə Estoniyanın Tallinn şəhərində kukla teatrı rejissorluğu üzrə kursu bitirib. 1996-cı ildə "Rauf Avşar" Kukla Teatrını yaradıb. Teatrın repertuarında daha çox italyan, bolqar, rus və Azərbaycan xalq nağılları əsasında səhnələşdirilmiş əsərlər yer tutur. Teatr təsis olunduğu tarixdən bu günə qədər 25 əsəri səhnələşdirib. Səhnələşilən əsərlərdə daha çox Azərbaycan adət-ənənələri təbliğ edilir.
Rauf Babaxanov
Rauf Əliməmməd oğlu Babaxanov (Carçıyev) (21 dekabr 1929, Bakı – 4 may 1992, Bakı) — kimya elmləri doktoru (1966), professor (1967), Azərbaycan EA-nın müxbir üzvü (1980). == Həyatı == Rauf Babaxanov 24 dekabr 1929-cu ildə Bakı şəhərində anadan olub. Əslən Qazax rayonunun Çaylı kəndindəndir. Ali təhsilini 1953-cü ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsində alıb. == Əmək fəaliyyəti == Rauf Babaxanov Azərbaycan EA-nın Neft İnstitutunda kiçik elmi işçi (1957–1959), daha sonra böyük elmi işçi kimi fəaliyyət göstərib. O, 1959–1965-ci illərdə Neft-Kimya Prosesləri İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb. 1965–1969-cu illərdə Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri, 1969–1992-ci illərdə Azərbaycan Tibb Universitetinin Ümumi və bioüzvi kimya kafedrasının müdiri olub. 1969–1973-cü illərdə Əczaçılıq fakültəsinin dekanı vəzifəsini icra edib. == Elmi fəaliyyəti == Rauf Babaxahov 1958-ci ildə kimya üzrə fəlsəfə doktoru və 1966-cı ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsinivə 1967-ci ildə professor elmi adını alıb. 1980-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib.Professor Rauf Babaxanovun əsas elmi tədqiqatları aromatik və tsikloparafin karbohidrogenlərin və onların müxtəlif törəmələrinin turşu tipli katalizator iştirakında müxtəlif doymamış halogenidlə alkilləşmə reaksiyası, reaksiyaya təsir edən amillər və onun mexanizminin öyrənilməsinə və sintez edilmiş maddələrin çevrilmə məhsullarına həsr edilib.
Rauf Babayev
Rauf Yusuf (Yusif) oğlu Babayev (30 dekabr 1937, Gümrü – 27 mart 2020, Bakı) — Azərbaycan müğənnisi (tenor), Azərbaycan Respublikasının xalq artisti (2006). == Həyatı == Rauf Babayev 1937-ci il dekabr ayının 30-da Qərbi Azərbaycanda Leninakanda (Gümrü) anadan olmuşdur. Bakı şəhərində orta məktəbi bitirdikdən sonra o, 1953–1957-ci illərdə Asəf Zeynallı adına Musiqi Məktəbində oxumuş, 1957–1962-ci illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının zərb alətləri sinfində ali musiqi təhsili almışdır. 1957-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrında musiqiçi kimi əmək fəaliyyətinə başlayan Rauf Babayev 1960–1962-ci illərdə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrində solist-vokalçı, 1962–1964-cü illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1965-ci ildə isə Dağıstan Dövlət Filarmoniyasının solisti kimi çalışmışdır. O, 1965-ci ildən yaradıcılıq taleyini "Qaya" estrada ansamblı ilə bağlamış, 1968-ci ilədək Azərbaycan Dövlət Filarmoniyasının "Qaya" estrada ansamblının vokalçısı, 1968–1972-ci illərdə Azərbaycan Radio və Televiziya Komitəsində "Qaya" kvartetinin, 1972–1987-ci illərdə "Qaya" dövlət ansamblının, 1987–2001-ci illərdə isə Bakı Şəhər Mədəniyyət İdarəsi nəzdində "Qaya" dövlət estrada-simfonik orkestrinin solist-vokalçısı olmuş, 2001-ci ildən "Qaya" dövlət orkestrinin, 2003-cü ildən "Qaya" dövlət ansamblının "Bəri bax" vokal qrupunun direktoru və bədii rəhbəri, 2007-ci ildən isə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət "Qaya" Ansamblının bədii rəhbəri işləmişdir. Rauf Babayev ötən əsrin 60–80-ci illərində Azərbaycan estradasının ən məşhur qruplarından hesab olunan "Qaya" vokal-instrumental ansamblının yaradıcılarındandır. Sənətkar bir sıra caz festivallarında müvəffəqiyyətlə çıxış etmiş, beynəlxalq estrada və caz musiqisi müsabiqələrinin laureatı adını qazanmışdır. Respublikamızın hüdudlarından uzaqlarda çoxsaylı qastrol səfərləri zamanı böyük səhnələrdəki çıxışları ilə o, ölkəmizin müasir musiqi mədəniyyətini uğurla təmsil etmişdir. Rauf Babayev 27 mart 2020-ci ildə 82 yaşında vəfat etmişdir. İkinci fəxri xiyabanda dəfn olunmuşdur.
Rauf Bayramov
Rauf Abdulla oğlu Bayramov (31 dekabr 1941, Bakı – 9 mart 2007, Bakı) — görkəmli riyaziyyatçı-alim, azərbaycanda müasir cəbr elminin banisidir.[mənbə göstərin] == Həyatı == Azərbaycanda və ölkə hüdudlarından kənarda bir riyaziyyatçı, cəbr üzrə mütəxəssis kimi tanınmış alim Bayramov Rauf Abdulla oğlu 31 dekabr 1941-ci ildə Bakıda görkəmli ziyalı ailəsində anadan olmuşdur. Onun atası Abdulla Bayramov Səlim oğlu 50-ci illərdə Azərbaycan KPMK-nın ikinci katibi, ideoloji işlər üzrə katib, sonralar mədəniyyət naziri işləmişdir. O, olduqca saf, vətənə sədaqətli bir şəxsiyyət idi. Rauf Bayramovun anası Tahirə Tahirova Əkbər qızı - tanınmış dövlət xadimi, uzun illər xarici işlər naziri vəzifəsini daşımış, ilk azərbaycanlı qadın peşəkar diplomat olmuşdur. Valideynləri dövlət işləriylə hədsiz dərəcədə məşğul olduqlarından, Rauf Bayramovun tərbiyəsinə ana tərəfdən baba və nənəsi himayədarlıq ediblər. Baba və nənə isə, öz növbələrində hələ 20-ci illərin əvvəllərində millətin mədəni-maarif işlərində çalışan tanınmış maarifçi pedaqoqlar olublar. Rauf Bayramov Bakının 160 nömrəli məktəbində təhsil almış, bu məktəbi əla qiymətlərlə bitirərək, 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin riyaziyyat fakültəsinə daxil olmuşdur. Unversiteti bitirəndən sonra o, Novosibirsk şəhərinə getmiş və orada SSRİ Elmlər Akademiyasının Sibir Bölməsinin Riyaziyyat İnstitutunun aspiranturasına daxil olmuşdur. Bakıya qayıtdıqdan sonra Rauf Bayramov əvvəllər Kibernetika İnstitutunda işləyir, sonra isə Azərbaycan SSR Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutuna (indiki AMEA Riyaziyyat və Mexanika İnstitutuna işə keçir. Burada o, kiçik elmi işçi vəzifəsindən laboratoriya rəhbərinə kimi, daha sonra isə “Cəbr, məntiq və topologiya” şöbəsinin (indiki “Cəbr və riyazi məntiq” şöbəsi) müdiri vəzifəsinə qədər yüksəlir.
Rauf Cabbarov
Rauf Cabbarov (tam adı: Rauf Əbdülqədir oğlu Cabbarov; d. 8 iyul 1935, Bakı, Azərbaycan SSR, SSRİ — ö. 11 may, 2010, Bakı, Azərbaycan) — Azərbaycan boksçusu və boks məşqçisi. SSRİ idman ustası və Azərbaycan Respublikasının Əməkdar məşqçisi. Onun yetirmələri Rövşən Hüseynov 1993-cü ildə gənclər və böyüklər arasında Avropa çempionu, 1994-cü ildə Dünya Kubokunun qızıl mükafatçısı olmuş, Əli İsmayılov 2 dəfə Avropa və 2 dəfə dünya çempionatı və kuboku yarışlarının bürünc medalını qazanmışdır. == Həyatı == 1935-ci ilin iyulun 8-də Bakı şəhərində anadan olub. İlk olaraq Bakının Vidadi küçəsində, daha sonra Bayıl qəsəbəsinin Qurban Abbasov 34 küçəsində yaşamışdır. Boksla 10 il məşğul olmuş, respublika və ümumitiffaq miqyaslı yarışlarda qalib və mükafatçı kimi fərqlənmişdir. Əmək fəaliyyətinə 1957-ci ildə L. Şmidt adına zavodda çilingər vəzifəsində başlamışdır. 1960-cı ildən lampa zavodunda operator, 1963-cü ildə Taksi-Motor Parkında - yağlayıcı, 1969-cu ildən isə "Dinamo" idman cəmiyyətində və Bakı Uşaq-Gənclər idman məktəbində boks üzrə məşqçi-müəllim kimi fəaliyyət göstərmişdir.
Rauf Cahangirov
Rauf Xəyyam oğlu Cahangirov (24 avqust 1998; Astara, Azərbaycan — 2 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rauf Cahangirov 1998-ci il avqustun 24-də Astara rayonunun Maşxan kəndində anadan olmuşdur. 2015-ci ildə Maşxan kənd orta məktəbini bitirmiş, 2015-2019-cu illərdə Lənkəran Dövlət Universitetinin Maliyyə və kredit ixtisası üzrə bakalavr təhsili almışdır. == Hərbi xidməti == 2019-2020-ci illərdə Ağdam rayonunda N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Xidmətini başa vurduqdan üç ay sonra könüllü orduya yazılmış və 21 sentyabrdan təlimlərə qatılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Rauf Cahangirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Zəngilan və Şuşa uğrunda gedən döyüşlərdə iştirak etmiş, noyabrın 2-də Şuşa istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. 17 dekabrda Maşxan kəndinin qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Cahangirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rauf Cahangirov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Rauf Dadaşov
Rauf Məmmədağa oğlu Dadaşov (4 noyabr 1944 – 9 fevral 2020) — Azərbaycan animasiya filmləri rəssamı, rejissor, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2008). == Həyatı == Rauf Dadaşov 4 noyabr 1944-cü ildə doğulmuşdur. O, Azərbaycan Dövlət Rəssamlıq Məktəbində 4 il oxumuş, 1975-ci ildə Moskvada rəssam-miltiplikator ixtisası üzrə kursu bitirmişdir. 1970-ci ildən «Azərbaycanfilm»də, 1990-cı ildən başlayaraq, «Azanfilm» studiyasında rejissor-rəssam-animasiyaçı işləyib."Əndazədən çıxanlar" (1988) animasiya filmindəki eyni adlı novella onun quruluşçu rejissor kimi ilk işidir.9 fevral 2020-ci ildə uzun sürən xəstəlikdən vəfat etmişdir.Aktrisa Kübra Dadaşovanın qardaşıdır.
Rauf Denktaş
Rauf Denktaş (27 yanvar 1924, Pafos, Pafos rayonu[d] – 13 yanvar 2012[…], Nikosiya) — Şimali Kipr Türk Respublikasının qurucusu və 1-ci prezidenti. == Həyatı == 1.5 yaşı olarkən anasını itirib. Atası Mehmet Raif bəydir. Nənə və babası tərəfindən böyüdülərək 1930-cu ildə təhsil üçün İstanbula göndərildi. Arnavutköydə yerləşən ibtidai sinifdən orta məktəbə qədər təhsil verən Fevzi Ati internat məktəbində oxumağa başlayır. Orta məktəbi bitirdikdən sonra Kiprə geri dönərək 1941-ci ildə Lefkoşa İngilis Məktəbinən məzun oldu. Məzun olduqdan sonra Fazıl Küçüyün ''"Halkın Sesi"'' qəzetində məqalələr yazmağa başladı. Daha sonra bir müddət Mağusada tərcüməçilik, məhkəmələrdə məmurluq və ingilis məktəbində müəllimlik etdi. 1944-cü ildə Lincolns İnn-də hüquq təhsili almaq üçün Birləşmiş Krallığa getdi. 1947-ci ildə adaya geri dönüb hüquqşünaslığa başladı.
Rauf Gülməmmədov
Rauf Məmməd oğlu Gülməmmədov (2 yanvar 1944, Kirovabad – 21 iyun 1999, Bakı) — Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı (1992–1993), Azərbaycan Respublikası Baş nazirinin sabiq müavini, Bakı Şəhər İcra Hakimiyyəti başçısının sabiq birinci müavini, Azərbaycan Ali Sovetinin XII çağırış deputatı. == Həyatı == Rauf Gülməmmədov 2 yanvar 1944-cü il tarixində Gəncə şəhərində doğulmuşdur. Orta təhsilini Gəncədə 4 saylı orta məktəbdə, ali təhsilini isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda almışdır. Rauf Gülməmmədov 1960–1963-cü illərdə Bakı Avtomobil Təmiri Zavodunun əvvəl fəhləsi, sonra isə çilingəri, 1967–1971-ci illərdə Nərimanov Rayon Mənzil İstismar İdarəsinin mühəndisi, 1971–1980-ci illərdə Binəqədi Rayon Mənzil İstismar İdarəsi rəisi, 1980–1982-ci illərdə Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin İxtisaslaşdırılmış Təmir-Tikinti İdarəsinin rəisi, 1982–1984-cü illərdə Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin İxtisaslaşdırılmış Təmir-Tikinti Trestinin müdiri, 1984–1989-cu illərdə Bakı Baş Mənzil İstehsalat İdarəsinin rəisi, 1989–1991-ci illərdə Bakı Baş Tikinti İdarəsinin rəisi vəzifəsində çalışmışdır.5 iyul 1993-cü il tarixindən 1997-ci ilədək Rauf Gülməmmədov Bakı Baş Tikinti İdarəsinin rəisi vəzifəsində çalışmışdır. Rauf Gülməmmədov 21 iyun 1999-cu il tarixində Bakıda ölmüşdür. == Siyasi fəaliyyəti == Rauf Gülməmmədov 1990-cı il seçkilərində 20 saylı seçki dairəsindən XII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. O, həmçinin , Bakı Şəhər Xalq Deputatları Sovetinin də deputatı olmuşdur. Rauf Gülməmmədov 1991–1992-ci illərdə Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsini daşımışdır. Rauf Gülməmmədov 23 aprel 1992-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Yaqub Məmmədovun 695 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsinə təyin olunmuşdur. O, 18 may 1992-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərin 751 nömrəli fərmanı ilə bu vəzifəyə yenidən təyin edilmiş, təyinatı həmin gün Ali Sovet tərəfindən təsdiqlənmişdir.
Rauf Hacıyev
Rauf Soltan oğlu Hacıyev (15 may 1922, Bakı – 19 sentyabr 1995, Bakı) — Azərbaycan bəstəkarı və dövlət xadimi, Azərbaycan SSR mədəniyyət naziri (1965–1971), SSRİ xalq artisti (1978), Azərbaycan SSR xalq artisti (1964). == Həyatı == Rauf Soltan oğlu Hacıyev 1922-ci il mayın 15-də Bakı şəhərində anadan olmuşdur. Üç yaşınadək gözləri görməyib, sonradan görmə qabiliyyəti açılıb. Onu Həsən bəy Zərdabinin ailə qurmayan qızı Qəribsoltan xanım Məlikova dörd yaşından götürüb saxlayıb. == Yaradıcılığı == Raufun musiqi istedadı erkən yaşlarından özünü büruzə vermişdir. Qəribsoltan Məlikovanın himayəsi altında tərbiyə almış Raufun bəstəkarlıq sahəsində formalaşmasında Üzeyir Hacıbəyovun mühüm əhəmiyyəti var. Belə ki, Raufun fortepiano üçün pyeslərini ("Tarantella", "Dağıstan", "Ləzgihəngi") dinlədikdən sonra dahi bəstəkar onun fitri istedadını yüksək qiymətləndirmiş və il yarım onunla məşğul olandan sonra Rauf bir neçə mahnı bəstələmişdir. Onların arasında xüsusilə "Samur", "Mingəçevir", "Gənclik marşı" ona şöhrət gətirmişdir. Ilk gənclik məhsulu olan bu mahnılardan sonra mahnı janrı R. Hacıyevin yaradıcılığında aparıcı əhəmiyyət kəsb edir. Xüsusilə bəstəkarın həm ifaçılar, həm də musiqisevərlər arasında aşağıdakı mahnıları daha çox populyarlıq qazanır: "Sevgilim", "Mənim Azərbaycanım", "Lirik mahnı", "Bahar gəlir", "Sevimli şəhər", "Bakı haqqında mahnı", "Leyla", "Neft daşlarında", "Ceyran" və i.a.
Rauf Hüseynli
Rauf Hüseynli (25 yanvar 2000, Bakı) — Azərbaycan futbolçusu, Azərbaycan Premyer Liqasında çıxış edən "Qarabağ" FK-nın və 21 yaşadək Azərbaycan milli futbol komandasının müdafiəçisi. == Klub karyerası == Rauf Hüseynli 1 fevral 2020-ci ildə Azərbaycan Premyer Liqasında "Zirə"nin heyətində "Sabah" ilə oyunda debüt etmişdir.
Rauf Hüseynov
Rauf Hüseynov (aktyor) — Azərbaycan aktyoru. Rauf Hüseynov (fizik) (Rüstəm oğlu) — AMEA-nın müxbir üzvü (2014). Rauf Hüseynov (riyaziyyatçı) (Vəli oğlu) — AMEA-nın müxbir üzvü (?).
Rauf Həbibov
Rauf Həbibov (1 aprel 1965, Lənkəran) — Quba Rayon İcra Hakimiyyətinin başçısı (1 oktyabr 2007–2 mart 2012); 2012-ci ildəki Quba üsyanının əsas səbəbkarı. == Həyatı == Rauf Xeyrulla oğlu Həbibov 1 aprel 1965-ci ildə Lənkəran şəhərində anadan olub. Əmək fəaliyyətinə 1982-ci ildən Qaradağ Tikinti Materialları Kombinatında fəhləlikdən başlayıb. 1990-cı ildə İnşaat Mühəndisləri İnstitutunu bitirib. Uzun illər tikinti sahəsində çalışıb, "Günəş" kiçik müəssisəsinin direktoru, "Müstəqil Balbelan" müəssisəsinin direktor müavini vəzifələrində işləyib. 1 oktyabr 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. 2012-ci ilin fevral ayının sonlarında Rauf Həbibovun internetdə yayılan video-çıxışına etiraz olaraq mart ayının 1-də Rayon İcra Hakimiyyətinin binası qarşısında etiraz aksiyası keçirilib. Həmin videoda RİH başçısı qubalıların ünvanına bir sıra təhqirlər səsləndirib. 2 mart 2012-ci ildə Rauf Həbibov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Quba rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir.
Rauf Kazımovski
Rauf Mirmahmud oğlu Kazımovski (31 dekabr 1928 – 2 mart 1976) — Azərbaycan kinorejissoru. == Həyatı == Rauf Kazımovski 1952-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. Azərbaycanda ilk radio və televiziya rejissoru olan Rauf Kazımovski 1952-ci ildən Azərbaycan radiosunda redaktor-rejissor, 1956-cı ildən ömrünün sonunadək televiziyada quruluşçu rejissor işləmişdir. Onun һazırladığı "O olmasın, bu olsun" tamaşası radionun qızıl fonduna daxildir. Televiziya üçün 1958-ci ildə "Leyli və Məcnun" tamaşasını һazırlamışdır. R.Kazımovski Cəlil Məmmədquluzadənin ""Ölülər" tragikomediyasının radio-tamaşasının və "Poçt qutusu" hekayəsi əsasında çəkilmiş televiziya filminin rejissoru olmuşdur. == Mükafatları == "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959 == Filmoqrafiya == Şamdan bəy (film, 1956) Korun mahnısı (film, 1961) Körpə (film, 1962) Yun şal (film, 1965) Poçt qutusu (film, 1967) Bəşir Səfəroğlu (film, 1969) General (film, 1970) Aktrisanın təbəssümü (film, 1974) Aldanmış kəvakib (film, 1974) == İstinadlar == == Mənbə == Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008. səh. 41.
Rauf Mehdiyev
Rauf Mehdiyev (17 oktyabr 1976, Bakı, Azərbaycan SSR) — keçmiş azərbaycanlı futbolçu, Azərbaycan milli futbol komandasının sabiq qapıçısı. Simurqda aşağı yaş qrupları və əvəzedici heyətin məşqçisi. == Karyerası == Azərbaycan milli futbol komandasının sabiq qapıçısı 20 illik oyunçu karyerası ərzində yalnız yerli klublarda çıxış edib. O, 1992-ci ildən etibarən İnşaatçı Sabirabad, Tərəqqi, Azəri Bakı, Neftçi Bakı, Fərid Bakı, OİK, Şəmkir, Qarabağ, Bakı, Olimpik və Karvanın formasını geyinib. Neftçinin heyətində 3, Şəmkirdə isə 2 dəfə çempionluq sevinci yaşayıb. 2012-ci il avqustun 1-də flaqmanın İsraildə Hapoel (Kiryat-Şmona) ilə keçirdiyi oyunda 0:4 hesablı məğlubiyyətində günahkarlardan biri sayılıb. Nəticədə Mehdiyev müdafiəçilər Rail Məlikov və İqor Mitreski ilə birgə heyətdən kənarlaşdırılıb. 37 yaşlı qapıçı yeni komanda tapa bilməyib. O, fevralın 18-də futbolçu karyerasını başa vuraraq, Simurqda aşağı yaş qrupları və əvəzedici heyətin məşqçisi təyin olunub. Təcrübəli qapıçı millimizin heyətində 5 oyuna çıxıb və 4 qol buraxıb.
Rauf Mehdizadə
Mehdizadə Rauf Nurəddin oğlu — texniki elmləri üzrə, elmlər doktoru. 1967-ci ildə Moskva Energetika İnstitunun, Azərbaycanda "Yüksək gərginliklərin" (yaradıcısı) banisi akademik Ç.M. Cuvarlının rəhbərlik etdiyi "Yüksək gərginliklər fizikası və texnikası" laboratoriyasına qəbul olunmuşdu. Həmin labaratoriyanın mühəndis vəzifəsindən aparıcı elmi işçiyə qədər, yüksəlmişdir. Ailəlidir 1 övladı var. == Elmi nailiyyətləri == Mehdizadə R.N. yüksək elektrik sahələrinin və elektrik boşalmalarının materiallara təsirini, vakum aralığının, maye və bərk elektrik izolyasiyalarının elektrik deşilməsi proseslərinin mexanizminin öyrənilməsi və onların elektroenergetika, elektrotexnika və xüsusi təyinatlı cihaz və qurğularda tətbiq edilməsi ilə məşğul olmuşdur. 1981-ci ildə Mehdizadə R.N. Leninqrad politexnik İnstitunda namizədlik dissertasiyasını müdafiə etmiş. 1988-ci ildə Cuvarlı Ç.M. və Qorin Y.V. ilə birlikdə "Elektromənfi qazlarda tacvari boşalma" adlı monoqrafiya dərc etdirmişdir. 2002-ci ildən əvvəlcə "Yüksək gərginliklərin Fizikası və texnikası", sonradan isə "tətbiqi elektrodinamikanın müasir metodları" labaratoriyalarına rəhbərlik etmişdir. 2010-cu ildə elmlər doktoru dissertasiyasını müdafiə etmişdir. Mehdizadə R.N. 160-dan çox elmi məqalə və 15 müəlliflik şəhadətnaməsi-potentin müəllifidir.
Rauf Mirqədirov
Rauf Mirqədirov (15 iyun 1961, Bakı) — Azərbaycan jurnalisti, redaktoru, "Əməkdar jurnalist" (2005), "Demokratik Azərbaycan" qəzetinin keçmiş baş redaktoru, Ermənistana casusluq etməklə ittiham olunan şəxs. == Həyatı == Rauf Mirqədirov 1961-ci il iyunun 15-də Bakıda anadan olub. 1987-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Bir müddət həmin universitetdə baş laborant vəzifəsində çalışıb, sonra "Azərnəşr"də kiçik redaktor, redaktor işləyib. === Fəaliyyəti === 1991-ci ildə "Zerkalo" qəzetinin müxbiri təyin edilib. 1992-ci ildə həmin qəzetdə daxili informasiya şöbəsinin müdiri, 1992–1995-ci illərdə Azərbaycan Milli İstiqlal Partiyasının mətbuat mərkəzinə rəhbərlik edib. 1996-cı ildən "Zerkalo" qəzetində şöbə müdiri işləyib. 1998–1999-cu illərdə "Demokratik Azərbaycan" qəzetinin baş redaktoru olub. 1999–2000-ci illərdə "Bu gün" qəzetinin baş redaktor müavini vəzifəsində çalışıb. 2000–2001-ci illərdə "Millət" qəzetinin baş redaktor müavini vəzifəsini tutub.
Rauf Mirzəyev
Rauf Hidayət oğlu Mirzəyev (6 iyun 1971, Şahağac, Astara rayonu – 23 oktyabr 1993, Cəbrayıl rayonu) — Birinci Qarabağ müharibəsinin iştirakçısı, şəhidi. == Həyatı == Rauf Hidayət oğlu Mirzəyev 6 iyun 1971-ci ildə Astara rayonunun Şahağac kəndində anadan olub. 30 iyun 1993-cü ildə könüllülər sırasınada Milli Orduya daxil oldu. == Hərbi xidməti == Raufu kəşfiyyatçılar bölüyünə yazdılar. İlk döyüşü Ağdamda oldu. Sonra isə Cəbrayılda sonuncu döyüşü oldu. 23 oktyabr 1993-cü ildə şəhid olur. Şəhidin oxuduğu Astara rayonunun Şahağac kənd 1 saylı tam orta məktəbinə onun adı verilmişdi. Doğulduğu Astara rayon Şahağac kəndində yeni inşa olunan bulaq kompleksində Birinci Qarabağ müharibəsi şəhidi Rauf Mirzəyevin xatirəsi əbədiləşdirilib. Yaşadığı Astara rayonunun Şahağac kəndində şəhidimizin adını əbədiləşdirilməsi üçün plakatı qoyulub.
Rauf Munçayev
Rauf Məhəmməd oğlu Munçayev (23 sentyabr 1928, Zaqatala, Azərbaycan SSR, SSRİ – 4 iyul 2021, Moskva) — tarixçi-alim, 2000-ci ildən Rusiya Elmlər Akademiyasının müxbir üzvü, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru, Qafqaz və Yaxın Şərqin qədim mədəniyyəti və tarixi, arxeologiyası üzrə mütəxəssis, 1991–2003-cü illərdə Arxeologiya İnstitutunun direktoru, Rusiya EA-nın müşaviri, tarix elmləri doktoru, professor. == Fəaliyyəti == 1928-ci il 23 sentyabr tarixində Zaqatala şəhərində anadan olub. 1953–1955-ci illərdə SSRİ EA-nın Dağıstan filialının Ədəbiyyat, Dil və Tarix İnstitutunda işləyib. 1960–1964-cü illərdə "Sovet Arxeologiyası" jurnalının məsul katibi olub. 1968–1991-ci illərdə SSRİ EA-nın Arxeologiya İnstitutunun əməkdaşı kimi kiçik elmi işçi, böyük elmi işçi və direktor müavini vəzifələrini icra edib. 1971-ci ildən tarix elmləri doktorudur. 1985–1999-cu illərdə tarix elmləri üzrə AAK-nın ekspert şurasının üzvü olub. 1985-ci ildən Alman Arxeoloji İnstitutunun müxbir üzvüdür. 1986-cı ildə professor elmi adını almışdır. 1987–1999-cu illərdə tarixə qədərki dövrün tarixçilərin beynəlxalq ittifaqının icraedici komitəsinin və daimi şurasının üzvüdür.
Bəstəkar Rauf Hacıyev (1982)
Bəstəkar Rauf Hacıyev qısametrajlı sənədli televiziya filmi rejissor Arif Qazıyev tərəfindən 1982-ci ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film SSRİ xalq artisti, görkəmli bəstəkar Rauf Hacıyevin yaradıcılığı haqqındadır. == Məzmun == Film SSRİ xalq artisti, görkəmli bəstəkar Rauf Hacıyevin yaradıcılığı haqqındadır.
Bəstəkar Rauf Hacıyev (film, 1982)
Bəstəkar Rauf Hacıyev qısametrajlı sənədli televiziya filmi rejissor Arif Qazıyev tərəfindən 1982-ci ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film SSRİ xalq artisti, görkəmli bəstəkar Rauf Hacıyevin yaradıcılığı haqqındadır. == Məzmun == Film SSRİ xalq artisti, görkəmli bəstəkar Rauf Hacıyevin yaradıcılığı haqqındadır.
Mehmed Əmin Rauf Paşa
Mehmed Əmin Rauf Paşa (d. 1780 - ö. 28 may 1860) — II Mahmud və Sultan Əbdülməcidin səltənətlərində 5 dəfə - ümumilikdə 14 il 7 ay 28 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == == Mənbə == Toksoy, Cellal "Mehmed Emin Rauf Paşa" (1999), Yaşamları ve Yapıtlarıyla Osmanlılar Ansiklopedisi C.2 s.137 , İstanbul:Yapı Kredi Kültür Sanat Yayıncılık A.Ş. ISBN 975-08-0072-9 Beydilli, Kemal.
Rauf Babayev (əsgər)
Rauf Fəxrəddin oğlu Babayev — İkinci Qarabağ müharibəsi şəhidi == Həyatı == Rauf Babayev 5 iyun 2001-ci ildə Xaçmaz şəhərində anadan olmuşdur. 2007–2018-ci illərdə Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbdə təhsiı almışdır. == Hərbi xidməti == Rauf Babayev 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Ordusunun əsgəri olan Rauf Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Rauf Babayev 1 oktyabr 2020-ci ildə Ağdərə döyüşləri zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Rauf Hacıyev (bioloq)
Rauf Hacıyev (tam adı: Rauf Vahid oğlu Hacıyev; 21 avqust 1958) — Azərbaycan zooloq alimi, ixtioloq, Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin "Onurğalılar zoologiyası kafedrası"nın professoru, biologiya elmləri doktoru. == Həyatı == 21.08.1958-ci ildə anadan olmuşdur. === Təhsili === 1965-1975 - Bakı şəhər 175 saylı orta məktəbdə təhsil almışdır. 1975-1980 – Azərbaycan Dövlət Universiteti Biologiya fakültəsi (ali təhsil) 1999-2003 – Bakı Dövlət Universiteti Hüquqşünaslıq fakültəsi (II ali təhsil) 1989- «Эколого-физиологические особенности развития лосося в раннем онтогенезе» (Erkən ontogenezdə Kür qızılbalığının inkişafının ekoloji-fizioloji xüsusiyyətləri) mövzusunda namizədlik dissertasiyasının müdafiəsi 2005- «Осетровые и лососевые Куринско-Каспийского региона, их биологические группы и эколого-физиологические особенности» (Kür-Xəzər regionu qızılbalığının və nərəkimilərin müxtəlif bioloji qruplarının ekoloji-fizioloji xüsusiyyətlərinin tədqiqi ) mövzusunda doktorluq dissertasiyasının müdafiəsi. === Elmi dərəcəsi və elmi adları === 1989 – Biologiya elmləri namizədi, 1993 – Dosent, 2005 – Biologiya üzrə elmlər doktoru, 2008 – Professor. === Tədris etdiyi fənlər === Su bioresurslarının mühafizəsi və idarə edilməsinin dövlət sistemi; Balıq populyasiyalarının dinamik nəzəriyyəsi; Balıqların davranışı və miqrasiyası; Balıqların akvakulturası; Su bioresurslarının idarə olunmasının əsasları. === Tədqiqat sahəsi === Zoologiya, İxtiologiya, balıqçılıq təsərrüfatı və akvakultura, balıqların və digər su bioresurslarının ekologiyası və mühafizəsi, Xəzər dənizinin ekologiyası. == Mükafatları == 2009 – Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında «"Tərəqqi" medalı» ilə təltif edilib. 2012 – Fransa Respublikası Hökümətinin kənd təsərrüfatı və balıqçılıq sahəsində Zabit dərəcəsində "Şöhrət" ordeni ilə təltif edilib. 2013 – BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) nəzdində “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində regional Komissiya”nın Azərbaycan üzrə milli əlaqələndiricisi təyin edilib.
Rauf Hacıyev (bəstəkar)
Rauf Soltan oğlu Hacıyev (15 may 1922, Bakı – 19 sentyabr 1995, Bakı) — Azərbaycan bəstəkarı və dövlət xadimi, Azərbaycan SSR mədəniyyət naziri (1965–1971), SSRİ xalq artisti (1978), Azərbaycan SSR xalq artisti (1964). == Həyatı == Rauf Soltan oğlu Hacıyev 1922-ci il mayın 15-də Bakı şəhərində anadan olmuşdur. Üç yaşınadək gözləri görməyib, sonradan görmə qabiliyyəti açılıb. Onu Həsən bəy Zərdabinin ailə qurmayan qızı Qəribsoltan xanım Məlikova dörd yaşından götürüb saxlayıb. == Yaradıcılığı == Raufun musiqi istedadı erkən yaşlarından özünü büruzə vermişdir. Qəribsoltan Məlikovanın himayəsi altında tərbiyə almış Raufun bəstəkarlıq sahəsində formalaşmasında Üzeyir Hacıbəyovun mühüm əhəmiyyəti var. Belə ki, Raufun fortepiano üçün pyeslərini ("Tarantella", "Dağıstan", "Ləzgihəngi") dinlədikdən sonra dahi bəstəkar onun fitri istedadını yüksək qiymətləndirmiş və il yarım onunla məşğul olandan sonra Rauf bir neçə mahnı bəstələmişdir. Onların arasında xüsusilə "Samur", "Mingəçevir", "Gənclik marşı" ona şöhrət gətirmişdir. Ilk gənclik məhsulu olan bu mahnılardan sonra mahnı janrı R. Hacıyevin yaradıcılığında aparıcı əhəmiyyət kəsb edir. Xüsusilə bəstəkarın həm ifaçılar, həm də musiqisevərlər arasında aşağıdakı mahnıları daha çox populyarlıq qazanır: "Sevgilim", "Mənim Azərbaycanım", "Lirik mahnı", "Bahar gəlir", "Sevimli şəhər", "Bakı haqqında mahnı", "Leyla", "Neft daşlarında", "Ceyran" və i.a.
Rauf Hacıyev (dəqiqləşdirmə)
Rauf Hacıyev (bəstəkar)
Rauf Hacıyev (zooloq)
Rauf Hacıyev (tam adı: Rauf Vahid oğlu Hacıyev; 21 avqust 1958) — Azərbaycan zooloq alimi, ixtioloq, Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin "Onurğalılar zoologiyası kafedrası"nın professoru, biologiya elmləri doktoru. == Həyatı == 21.08.1958-ci ildə anadan olmuşdur. === Təhsili === 1965-1975 - Bakı şəhər 175 saylı orta məktəbdə təhsil almışdır. 1975-1980 – Azərbaycan Dövlət Universiteti Biologiya fakültəsi (ali təhsil) 1999-2003 – Bakı Dövlət Universiteti Hüquqşünaslıq fakültəsi (II ali təhsil) 1989- «Эколого-физиологические особенности развития лосося в раннем онтогенезе» (Erkən ontogenezdə Kür qızılbalığının inkişafının ekoloji-fizioloji xüsusiyyətləri) mövzusunda namizədlik dissertasiyasının müdafiəsi 2005- «Осетровые и лососевые Куринско-Каспийского региона, их биологические группы и эколого-физиологические особенности» (Kür-Xəzər regionu qızılbalığının və nərəkimilərin müxtəlif bioloji qruplarının ekoloji-fizioloji xüsusiyyətlərinin tədqiqi ) mövzusunda doktorluq dissertasiyasının müdafiəsi. === Elmi dərəcəsi və elmi adları === 1989 – Biologiya elmləri namizədi, 1993 – Dosent, 2005 – Biologiya üzrə elmlər doktoru, 2008 – Professor. === Tədris etdiyi fənlər === Su bioresurslarının mühafizəsi və idarə edilməsinin dövlət sistemi; Balıq populyasiyalarının dinamik nəzəriyyəsi; Balıqların davranışı və miqrasiyası; Balıqların akvakulturası; Su bioresurslarının idarə olunmasının əsasları. === Tədqiqat sahəsi === Zoologiya, İxtiologiya, balıqçılıq təsərrüfatı və akvakultura, balıqların və digər su bioresurslarının ekologiyası və mühafizəsi, Xəzər dənizinin ekologiyası. == Mükafatları == 2009 – Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında «"Tərəqqi" medalı» ilə təltif edilib. 2012 – Fransa Respublikası Hökümətinin kənd təsərrüfatı və balıqçılıq sahəsində Zabit dərəcəsində "Şöhrət" ordeni ilə təltif edilib. 2013 – BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) nəzdində “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində regional Komissiya”nın Azərbaycan üzrə milli əlaqələndiricisi təyin edilib.

Digər lüğətlərdə

блинцы́ исшива́ться похрома́ть прикра́са фарширо́ванный боге́мский бо́ртничество го́пницкий омола́живание самоснабже́ние трои́ть ментеня хлуса canonization cryochemistry dripping kedgeree mewl prize-fighting proctologist Reading shipyard single-door truck wages желобчатый