SAĞMAL

Mənbələrdə həm də sağlıq (sağımlıq) kimi təsadüf olunur. bəzi dialektlər­də sağmal sözü sağmalı kimi işlədilir. Bir neçə mülahizə söyləmək olar:

1. Söz sağılan mal birləşməsi zəminində yaranıb, sonra sağmal formasına düşüb.

2. Söz “sağmalı” demək olub; sağ feildir, sağma isimdir (dolma qəlibi üzrə yaranıb), -lı həmin isimdən sifət əmələ gətirib (iç-mə-li su birləşməsini iç-mə-mə-li su kimi işlətmək olmur, yəni burada feillik əlaməti yoxdur). Güman etmək olar ki, sağ-ma-lı sözü sifət olub, sonra son sait düşüb, amma şəkilçinin sifət düzəltmək əlaməti özünü saxlaya bilib. Dəyməl göz ifadəsi də həmin qəlib üzrə yaranıb. Deməli, sağmalı inək formasında olan birləşmə sağmal inək şəklini kəsb edib. Özbəklər sağımlıq sözündən istifadə edirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

SAĞMAQ
SAĞRI

Digər lüğətlərdə

ана́лог доперестро́ечный коленко́ровый сафло́ровый своехара́ктерный сни́мочек сро́дич гря́зный запарить лапови́дный по́сох рыга́нье счисле́ние deponent hereditist interdigital saucepan sprawl succubus trigonometry uninitiated vapour pressure visiting процитировать соорудить