ŞAHİ-MƏRDAN

Farsca mərdlərin (mərd+an) şahı (ulusu, əsli) deməkdir. İmam Əlinin ləqəbi kimi poeziyada çox işlədilib. Deməli, Şahi Mərdan elə Cənab Əli deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ŞAHƏ QALXMAQ
ŞAHİD
OBASTAN VİKİ
Şahi
Şahi—Azərbaycan Səfəvilər dövlətinin gümüş sikkəsi. == Tarixi == Səfəvilər dövlətinin yaranması Azərbaycanın qədim torpaqlarının bir bayraq altında birləşməsi demək idi. Bu gün numizmatika elminə məlum olan ilk Səfəvi sikkəsi I İsmayılın adından 1501-ci ildə zərb edilmişdi. 1510-cu ildə Şah İsmayılın özbək Seybani xanın üzərindəki qələbəsindən sonra, Xorasan da Səfəvilər sərhədlərinə qatılmış və burada da 12 İmamın və İsmayılın adından sikkələr zərb edilmişdi. Onun adından zərb olunan sikkələrin cəmi 5 ədədi təyin edilmişdi. Bunlar Astaradan və Çaykənddən aşkar edilmiş dəfinədən təyin edilmiş orta çəkiləri 1:2:4:8:16 nisbətində, yəni kvadrat nisbətində olaraq 18,71:9,37,4,68:2,34:1,02 qr. olmuşdu. Bu sikkələr şahı adlanır və 2 misqal çəkidə yəni 9,36 qr, və ya 48 noxud çəkisində olurdu. Dəyişildikdə 50 ədəd 2 misqala bərabər mis fulusa dəyişdirilirdi. Bundan başqa, 1 misqal çəkili 4,68 qramda yarımşahı – (24 noxud), dörddə bir – şahı – 2,34 qr, səkkizdə bir – şahı – 1,77 qr.
Mərdan
Mərdan — Azərbaycanlı adı. Mərdan Mehdizadə — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Mərdan Muradxanov — azərbaycanlı pedaqoq-alim, professor Mərdan Feyzullayev — "Tərəqqi" medalı laureatı Mərdan Musayev — Sovet İttifaqı Qəhrəmanı (03.06.1944). Mərdan Camalov — Mərdan Cəlilov — Tanınmış azərbaycanlı alim.TəxəllüsOrxan Mərdan — Prodüser, Rejissor, SsenaristDigərMərdan (şəhər) — Pakistanın Hayber-Paxtunxva əyalətinin Mərdan rayonunda şəhər. Mərdan (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Bəzniçıraq Mərdan (Marağa) — İranın Şərqi Azərbaycan ostanında kənd.
Sara Şahi
Sara Şahi (ing. Sarah Shahi; 10 yanvar 1980, Euless[d], Texas) — ABŞ aktrisası. == Həyatı == Sara Şahi 1980-ci ildə ABŞ-nin Texas ştatının Oles şəhərində iranlı Abbas Şahi və ispan əsilli Maxmonirin ailəsində anadan olub. O, İranda Qacarlar sülaləsinin ikinci şahı Fətəli şahın nəbibəsidir (törəməsidir). Fətəli şah 1797-ci ildən 1834-cü ilə qədər hakimiyyətdə olub. Qacar sülaləsinin əsasını qoyan Ağa Muhammədin xələfidir. Onun əsl adı Aahoo, fars dilində tərcümədə “Ahu” deməkdir. Valideynləri boşananda onun 10 yaşı olub. Yuxarı siniflərdə Triniti məktəbində sonra isə Dallas Universitetində oxuyub. Sara gözəllik kraliçası kimi karyerasına hələ yeniyetmə yaşlarında başlayıb.
Şahi (silah)
Şahi — 1452-ci ildə Osmanlı İmperiyası dövründə düzəldilib istifadə edilmiş xüsusi bir müharibə topudur. İstanbulun fəthində istifadə edilmişdir. Topun düzəldilməsi üç ay çəkmiş, sxemini Fateh Sultan Mehmetin başçılığı ilə Türk mühəndisləri hazırlamışdılar. Topun düzəldilməsində bizanslıların daha əvvəl deportasiya etdiyi Macar Urban adlı bir tökməçi, Memar Muslihiddin Ağa və Saruca Paşa birlikdə çalışmışdılar. Daha bir köməkçi usta kimi Genuyalı Donur Usta adlı birindən də bəhs edilir. Bundan başqa bir rəvayətə görə də Macar Urban deportasiya edilməmiş, Bizans zindanından qazmaçılar tərəfindən qaçırılmışdır. Urbanın tökdüyü top və digər toplar 1452-ci ilin yanvar ayının sonlarında Ədirnədən yola çıxarılmış və ancaq iki ay sonra İstanbul önlərinə gətirilmişdi. Böyük topun qarşısında Kraç Bəy komandasında 10 min akıncı süvaridən ibarət bir qoşun gedirdi. Topu 30, bəzilərinə görə 50 və ya 60 cüt öküz müşkülatla çəkirdi. Ədirnədə sınaq döyüntülərinin keçiriləcəyi ərəfədə Fateh Sultan Mehmet carçılar göndərərək xalqı xəbərdarlıq etmiş, olacaq gurultu haqqında xəbər vermişdir.
Bəzniçıraq Mərdan
Bəzniçıraq Mərdan — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağac bölgəsinin Çaharoymaq kəndistanında, Qaraağac qəsəbəsindən 47 km. şimal-şərqdə, Marağa-Miyanə avtomobil yolundan 3 kilometr cənubdadır.
Mehr Mərdan
Mehr Mehran — Təbəristan şahı. == Hakimiyyəti == 717-755-ci illər arasında hökmranlıq etməyindən əlavə haqqında məlumat yoxdur. == Mənbə == Madelung, W. (1975). "The Minor Dynasties of Northern Iran". In Frye, R.N. The Cambridge History of Iran, Volume 4: From the Arab Invasion to the Saljuqs. Cambridge: Cambridge University Press. pp. 198–249. ISBN 978-0-521-20093-6.
Mərdan (Germi)
Mərdan (fars. مردان‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 106 nəfər yaşayır (24 ailə).
Mərdan (şəhər)
Mərdan—Pakistanın Hayber-Paxtunxva əyalətinin Mərdan rayonunda şəhər.Pişəvər dərəsində yerləşir.Pakistanın ən böyük 23-cü şəhəridir.
Mərdan Camalov
Camalov Mərdan Talıb oğlu — == Həyatı == 27 may 1956-cı ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuşdur. 1973–1978-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya, 1983–1988-ci ildə Azərbaycan Dövlət İqtisadiyyat İnstitutunun iqtisadiyyat fakültəsini bitirmişdir. M. T. Camalov əmək fəaliyyətinə 1978-ci ildə Sabirabad rayon Ağacanlı kənd məktəbində müəllim, 1981–1989-cu illərdə Əli Bayramlı şəhər Süni-dəri zavodunda çilingər, usta, növbə ustası, böyük usta, sex rəisi, rəis, 1989–1993-cü illərdə Azərittifaqın Əli bayramlı şəhər İstehlak Cəmiyyətində rəis, sədr, 1993–1995-ci illərdə Azərkooperativ Məişət Ticarət Kontorunun Bakı Universal Bazasının direktoru, 1995–1996-cı ildə "Azəriqaz" Dövlət Şirkətinin Sosial Təchizat Birliyinin rəis müavini, 1996–2005-ci illərdə Quruda Neft və Qazçıxarma İB-nin maddi-texniki təchizat şöbəsinin rəisi vəzifələrində çalışmışdır. Ailəlidir, 4 övladı var. Azərbaycan Respublikasının sabiq müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır. == Siyasi fəaliyyəti == 2005–2019-cu illərdə isə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. 1997-ci ildən YAP-ın üzvüdür.
Mərdan Cəlilov
Mərdan Cəlilov (tam adı: Mərdan Fərəc oğlu Cəlilov, d.29 iyun, 1952) , Mərdəkan, Bakı şəhəri, Azərbaycan SSR, SSRİ) — Tanınmış azərbaycanlı alim, “SSRİ İxtiraçısı”, texnika elmləri doktoru, professor, Azərbaycan Milli Aviasiya Akademiyasının “Avianəqliyyat istehsalatı” kafedrasının professoru. == Həyatı == Mərdan Fərəc oğlu Cəlilov 29 iyun 1952-cı il tarixində Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsidə ziyalı ailəsində anadan olub. 1969-cü ildə Mərdəkan qəsəbəsində orta məktəbini bitirib və həmin il Azərbaycan Neft və Kimya institutunun (indiki ADNSU) Energetika fakültəsinə daxil olub. 1974-ci ildə institutu bitirərək "İstilik energetikası mühəndisi" ixtisasına yiyələnib. 1974-1975-ci illərdə “Şimal” DRES-ində çalışmış və oradan Az.NKİ-nin “Dəniz suyunun sənayedə istifadə edilməsi” problem laboratoriyasına böyük mühəndis vəzifəsinə keçirilmişdir.1978-2013-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində elmi-pedoqoji fəaliyyət göstərmiş və müxtəlif vəzifələrdə (böyük və baş elmi işçi, dosent, professor, kafedra müdiri) çalışmışdır.1984-cü ildə Moskva Energetika İnstitutunda namizədlik, 1999-cu ildə isə Azərbaycan Elmi Tədqiqat və Enerjilayihə İnstitutunda (Az.ETELİ) doktorluq dissertasiyasını müdafiə etmişdir. 10 ildən artıq müddətdə Az.ETELİ-də doktorluq dissertasiyası müdafiəsi üzrə İxtisaslaşdırılmış Elmi Şuranın, bir-neçə birdəfəlik Elmi şuranın, 2003-cü ildən 2 il müddətinə AAK-nın ekspert komissiyasının üzvü olmuşdur.2004-2008-ci illər Almaniyanın Köln Texniki Universitetinin koordinatorluğu ilə AB-nin qrantı hesabına AzMİU-dakı TEMPUS layihəsinin Universitet üzrə əlaqələndiricisi olmuş, 2007-ci ildə Almaniyanın adı çəkilən Universitetində bir ay müddətində staj keçmişdir. Onun iştirakı ilə AzMİU-da bu layihə üzrə “Enerji menecmenti (binalarda)” ixtisası açılmış, 18 ədəd yeni dərs vəsaiti nəşr edilmişdir. 174 elmi-metodiki işlərin (onlardan 50-dən çoxu Rusiyada, Ukraynada, Belorusda, Almaniyada nəşr edilmişdir), o cümlədən monoqrafiyanın, 15 ixtira və patentin, 5 ədəd dərsliyin və dərs vəsaitinin, 10 ədəd metodiki vəsaitin, hazırda MDB-də qüvvədə olan, layihə institutları üçün nəzərdə tutulmuş 5 mövzuda rəhbər “Metodiki göstərişlərin” həmmüəllifidir.SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin iştirakçısı olmuş, “SSRİ İxtiraçısı” medalı ilə təltif olunmuşdur. Onun rəhbərliyi ilə 6 elmlər namizədi hazırlanmış, magistrlərin elmi rəhbəri olmuşdur. Elmi fəaliyyətinin əsas istiqamətini suyun emalı prosesinin iqtisadi və ekoloji səmərəsinin yüksəldilməsi təşkil edir.
Mərdan Feyzullayev
Mərdan Feyzullayev — "Tərəqqi" medalı laureatı, Azərbaycan diasporunun nümayəndəsi. == Həyatı və fəaliyyəti == Mərdan Əhmədiyyə oğlu Feyzullayev 1959-cu ildə Şəki rayonunun Kiş kəndində anadan olmuşdur. O, 1979-1983-cü illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində, 1984-1989-cu illərdə B.Şukin adına Moskva Ali Teatr İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb. 1983-cü ildə Şəki Dövlət Dram Teatrında aktyor kimi işə başlayan M.Feyzullayev 1985-1989-cu illərdə həmin sənət ocağında quruluşçu rejissor, 1989-1998-ci illərdə isə baş rejissor vəzifəsində işləyib. 1999-cu ildən Moskvada yaşayan Mərdan Feyzullayev həm də Moskvada fəaliyyət gostərən “Dərviş” teat rının yaradıcısı və baş rejissoru idi. M.F.Axundovun “Sərgüzəşti-vəziri-xani-Lənkəran” və Elçinin “Şekspir” əsərlərini rus dilində səhnəyə qoyub və hər iki tamaşa paytaxtda uğurla numayiş etdirilib.2010-cu ildə noyabrın 4-də Rusiyanın ali mukafatı olan II dərəcəli “Vətən qarşısında xidmətlərinə gorə” medalı ilə təltif olunub.2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə incəsənət sahəsindəki nailiyyətlərinə gorə “Əməkdar artist” fəxri adına layiq gorulmuşdur. 13 avqust 2017-ci ildə Moskvada vəfat etmişdir. Şəkidə dəfn olunub.
Mərdan Mehdizadə
Mərdan Əhməd oğlu Mehdizadə (25 mart 1979; Şəki rayonu, Azərbaycan SSR — 12 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin baş miçmanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mərdan Mehdizadə 1979-cu il martın 25-də Şəki rayonunun Göybulaq kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin baş miçmanı olan Mərdan Mehdizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mərdan Mehdizadə oktyabrın 12-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Şəki rayonunun Göybulaq kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mərdan Mehdizadə ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mərdan Mehdizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mərdan Mehdizadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Mərdan Muradxanov
Muradxanov Mərdan Əsədulla bəy oğlu (1909, Salyan rayonu – 1979) — azərbaycanlı pedaqoq-alim, professor, Azərbaycan SSR Əməkdar elm xadimi. == Həyatı == Mərdan Muradxanov 1909-cu ildə Salyan rayonunda anadan olmuşdur. 1927-ci ildə Bakı Pedaqoji Texnikumunu, 1932-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir. 1939-cu ildə A. İ. Gertsen adına Leninqrad Pedaqoji İnstitutunun aspiranturasını bitirmişdir. Azərbaycan Elmi Tədqiqat Pedaqogika İnstitutunda elmi işlər üzrə direktor müavini (1946–1952), APİ-də Pedaqogika (1952–1958) və İbtidai təhsil nəzəriyyəsi və metodikası (1960–1979) kafedralarının müdiri işləmişdir. 1961-ci ildə professor adını almışdır. Azərbaycanda çap olunan "Pedaqogika" (1958–1959, 1964) dərsliklərinin, Moskvada nəşr edilən ikicildlik "Pedaqoji lüğət"in və dördcildlik "Pedaqoji ensiklopediya"nın müəlliflərindəndir. Mərdan ilk dəfə olaraq Mirzə Cəlilin "Danabaş kəndinin məktəbi" əsərinin dərin pedaqoji təhlilini vermişdir. == Kitablar == A. S. Makarenkonun pedaqoji irsi və ondan Azərbaycanda istifadə edilməsi təcrübələri. Nəşriyyat: Maarif, Bakı, 1965.
Mərdan Musayev
Musayev Mərdan Məmməd oğlu (1 yanvar 1907, Əlimərdanlı – 25 mart 1982, Tovuz rayonu) — Sovet İttifaqı Qəhrəmanı (03.06.1944). == Həyatı == Musayev Mərdan Məmməd oğlu 1 yanvar 1907-ci ildə Tovuz rayonunun Əlimərdanlı kəndində anadan olmuşdur. 1941-ci ildə Tovuz RHK-dan orduya çağırılmışdır. 28-ci ordunun 2-ci qvardiya mexanikləşdirilmiş korpusunun 5-ci qvardiya mexaniki briqadasının motorlu atıcı bölməsinin komandiri olmuşdur. O, Borisovv şəhəri uğrunda aparılan döyüşlərdə xüsusilə fərqlənmişdir. 1944-cü ilin 9 martından 10 martına keçən gecə bir qrup döyüşçüyə Dnepr çayını keçərək, sağ sahildəki düşmənin mövqeyini müəyyənləşdirmək əmri verildi. Musayev sahili ilk üzərək, keçənlər arasında idi. Düşmən atəşləri altında irəliləyən baş serjant tezliklə düşmənin yerləşdiyi nöqtəyə çataraq, dəzgahlı pulemyotunu məhv etdi. Və nəticədə sovet qoşunlarının irəliləməsi üçün yol maneələrdən azad edildi. 1944-cü ilin 13 martında İnqulets çayı yaxınlığında Musayev batalyon komandirinin həyatını sinəsini qabağa verərək xilas etdi.
Orxan Mərdan
Orxan Mərdan Şiruyyə oğlu (13 sentyabr 1984) — Prodüser, rejissor, ssenarist, aktyor. == Həyatı == Orxan Mərdan 1984-cü il sentyabrın 13-də Bakıda anadan olmuşdur. Abdulla Şaiq adına 54 saylı orta məktəbdə təhsil almışdır. Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr pilləsinin bitirdikdən sonra Maqistraturaya daxil olmuş, lakin təhsilini yarımçıq saxlayıb televiziya fəaliyyətinə başlamışdır. Universitet dönəmlərində yerli qazetlərdə jurnalistika ilə də məşğul olmuşdur. Ailəlidir. == Fəaliyyəti == Jam Media reklam şirkətində reklam fəaliyyəti ilə məşğul olduqdan sonra fəaliyyət sahəsini dəyişərək 2012-ci ildə Cavanlıq serialının ssenari müəllifliyini üstələnmişdir. 2013- cü ildə Oğurlanmış arzular (film, 2015) serialının Baş produseri olaraq produserlik fəaliyyətinə başlamışdır. 2014-cü ildən isə produser kimi 2014 - Xoxan (film, 2014), 2016- Naxox (film, 2016) , 2017- İkinci pərdə (film, 2017), 2018 - Qaragöz (Film 2018), 2021-ci ildə Zəhər tuluğu (film, 2021) filmlərini istehsal etmişdir.
Mir Şahi Mərəşi
Mir Şahi Mir Əbdülkərim oğlu Mərəşi (?-?) — Mazandaran seyidlərindən, Səfəvi dövlət adamı. == Həyatı == I Şah Təhmasib Mir Şahi Mərəşiyə xan ünvanı vermişdi. == Ailəsi == Mir Şahi Mərəşinin Mir Sultan Murad xan adlı oğlu vardı.
Tuba Şahi məscidi
Tuba Şahi məscidi — Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən XV əsrə aid tarix-memarlıq abidəsi. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix və memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. Məscid binası Şirvanşahlar dövrünə aid Dördkünc Mərdəkan qəsrinin yaxınlığında inşa edilmişdir. Məscid, onun inşasını sifariş etmiş Tuba Şahi xanımın adını daşıyır. Məscid üzərindəki kitabədən onun inşa tarixinin 1481-1482-ci illər də bəlli olur. 1720-1721-ci illərdə Bakı xanlarından Məhəmməd xanın sifarişi ilə məsciddə bərpa işləri aparılmışdır. Məscid, günbəzlə tamamlanmış paralellepiped formasında dəqiq ifadə olunmuş həcmə malikdir. İbadət zalının mərkəzi hissəsi yelkənlər üzərində dayanan günbəzlə örtülmüşdür. Kvadrat formalı mərkəzi ibadət zalına dörd tərəfdən düzbucaqlı formaya malik köməkçi otaqlar birləşir. == Tarix == Məscid, onun inşasını sifariş etmiş Tuba Şahi xanımın adını daşıyır.
Əmir Şahi Səbzəvari
Əmir Şahi Səbzəvari (v. 1453) — Teymurilər dövlətində yaşamış farsdilli Azərbaycan şairi. Səbzəvar sərbədarilərinin nəslindən idi.Səbzəvari Hafiz Şirazinin "Divan"ının açılış qəzəlinə cavab bəstələmişdir. O, Astarabadda (indiki Gürgan) vəfat etmiş, Səbzəvardakı ailə ziyarətgahında dəfn edilmişdir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Əmir Şahi Səbzəvari ilə əlaqəli mediafayllar var.
Bəzniçıraq Mərdan (Marağa)
Bəzniçıraq Mərdan — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağac bölgəsinin Çaharoymaq kəndistanında, Qaraağac qəsəbəsindən 47 km. şimal-şərqdə, Marağa-Miyanə avtomobil yolundan 3 kilometr cənubdadır.
Əli Mərdan bəy Topçubaşov
Əlimərdan bəy Ələkbər bəy oğlu Topçubaşov və ya Əlimərdan bəy Topçubaşi (az.-əbcəd علی مردان بك علی اکبر بك اوغلو توپچوباشف‎; 4 may 1862, Tiflis – 8 noyabr 1934, Paris, Üçüncü Fransa Respublikası) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri, Azərbaycan Xalq Cümhuriyyətinin 2-ci xarici işlər və portfelsiz naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü, Ümumrusiya Müəssislər Məclisinin üzvü, Bakı Müsəlman İctimai Təşkilatları Şurası İcraiyyə Komitəsinin sədri, Nicat Cəmiyyətinin sədri, Rusiya imperiyası I Dövlət Dumasında Müsəlman fraksiyasının sədri, Rusiya imperiyası I Dövlət Dumasının üzvü, İttifaqi-Müslimin Partiyasının sədri, Bakı Şəhər İdarəsinin rəisi, Bakı Şəhər Dumasının üzvü, Kaspi qəzetinin baş redaktoru. Əlimərdan bəy Topçubaşov 1896-cı ildən sonra Bakı Şəhər Dumasının üzvü seçilmiş və oradakı fəaliyyəti ilə Bakıda tanınmağa başlamışdır. I Dövlət Dumasına üzv seçilməsi, Ümumrusiya Müsəlmanlar Qurultaylarında iştirak etməsi onu daha da məşhurlaşdırmışdır. 1917-ci ildən etibarən Azərbaycanın azadlığı uğrunda fəaliyyət göstərməyə başlayan Əlimərdan bəy İctimai Təşkilatların Şurasının sədri seçilmiş və Müsavat Partiyası ilə hazırlanan ortaq siyahı üzrə həm Bakı Şəhər Dumasına, həm də Ümumrusiya Müəssislər Məclisinə üzv seçilmişdir. Ümumrusiya Müəssislər Məclisinin ləğv olunmasından sonra təsis olunmuş Zaqafqaziya Seyminin, daha sonra isə Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının üzvü olmuşdur.1918-ci ildə Əlimərdan bəy Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri tərəfindən İstanbula fövqəladə səlahiyyətli səfir və nazir olaraq ezam olunmuş və burada başda VI Mehmed olmaqla bir sıra yerli və beynəlxalq əhəmiyyətli görüşlər keçirmişdir.1918-ci ilin 7 dekabr tarixində Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışında yekdilliklə parlamentin sədri seçilən Əlimərdan bəy sonrakı iclaslarda Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransına göndərəcəyi Nümayəndə Heyətinə üzv və sədr seçilmişdir.1919-cu ildə bir sıra maneələrdən sonra Parisə çatan Əlimərdan bəy burada Azərbaycanın de-fakto və de-yure tanınması üçün bir sıra vacib görüşlər keçirmişdir. Bunlardan ən vacibi isə Amerika Birləşmiş Ştatlarının prezidenti Vudro Vilsonla olan görüş olmuşdur. Əlimərdan bəy Amerika Birləşmiş Ştatlarının prezidenti ilə görüşən ilk azərbaycanlılardan biri və ilk azərbaycanlı dövlət xadimi olmuşdur.1919-cu ilin yanvar ayının 14-də Azərbaycan Paris Sülh Konfransı tərəfindən de-fakto tanınmış, yanvar ayının 15-də isə müvafiq sənədlər Əlimərdan bəyə təqdim olunmuşdur. Aprel işğalından sonra Parisdə mühacir həyatına başlayan Əlimərdan bəy işğalla bağlı 1 həftə sonra məlumat ala bilmişdir. Ölümünədək mühacir həyatı yaşayan Azərbaycanın azadlığı və Qafqaz respublikalarının birliyi üçün çalışan Əlimərdan bəy səfalət içində yaşamış, 1934-cü ildə Parisdə vəfat etmişdir. == Həyatı == Əlimərdan bəy Topçubaşov 1863-cü ilin may ayının 4-də Tiflis şəhərində qulluqçu ailəsində dünyaya gəlmişdir.
гармо́ники и впря́мь нафтали́н перече́рчивать пылесо́с ретрансли́роваться роевня уще́лина шебурша́ть вы́терпеть группово́д гря́довый декласси́рованный добы́ть сва́рка тонометрия углуби́ть шверцы этика gnomic mumming test ban urbanization вечеринка нимфомания